![]() |
|
Cari mövsüm bu günədək Avropada yerli liqalarda keçirdikləri bütün matçlarda qələbə qazanan komandaların sayı 3-ə enib.
Report məlumatına görə, siyahıda "Qarabağ" da yer alıb.
"Köhlən atlar" Azərbaycan Premyer Liqasındakı ilk 10 qarşılaşmanın hamısında meydanı 3 xalla tərk edib. Ölkə çempionunun III turda "Turan Tovuz"la görüşü isə noyabrın 9-na təxirə salınıb.
Lüksemburqda "Düdelanj" (10), Yunanıstanda isə "Panatinaikos" (9) çempionatdakı bütün matçlarını qələbə ilə başa vurub.
Ukrayna çempionatının VIII turda "İnqulets"lə 2:2 hesablı heç-heçə edən "Dnepr-1" siyahıdan kənarda qalıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva şəxsi sosial media hesabında İtaliyada 20 yaşa qədər qadın şahmatçılar arasında keçirilən dünya çempionatının qalibi olmuş Gövhər Beydullayevanı təbrik edib.
Leyla Əliyeva şahmatçının fotosunu paylaşıb.
Həmin paylaşımı təqdim edirik:
Qətərdə noyabrın 20-dən dekabrın 18-dək futbol üzrə növbəti dünya çempionatı keçiriləcək.
Lakin azarkeşlər zədə səbəbindən bəzi tanınmış futbolçuları mundialda görə bilməyəcəklər.
Oxu.az xəbər verir ki, bu futbolçulardan ən tanınmışı Fransa millisinin yarımmüdafiəçisi Nqolo Kantedir. Həkimlər bildirirlər ki, “Çelsi”nin futbolçusunun dizaltı vətərlərində ciddi problemlər var.
Fransa millisinin digər itkisi Bubakar Kamara ilə bağlıdır. “Marsel”in futbolçusu çempionatda zədə alıb və noyabra qədər sıradan çıxıb.
“Barselona”nın və Uruqvay millisinin müdafiəçisi Federiko Arauxo da Qətərdə keçiriləcək futbol bayramına qatıla bilməyəcək. Futbolçu əməliyyat masasına uzanıb və ilin sonuna qədər yaşıl meydanlarda görsənməyəcək.
Portuqaliya millisinin və “Liverpul”un qol silahı Dioqu Jota da dünya çempionatını azarkeşlərlə birgə izləyəcək. Onun almaniyalı baş məşqçisi Yurgen Klopp jurnalistlərə müsahibəsində bildirib ki, 25 yaşlı hücumçunun bərpasına aylar lazım olacaq.
PSJ-nin niderlandlı müdafiəçisi Jorjinyo Veynaldum da dünya çempionatından kənarda qalan futbolçuların sırasındadır.
Qətərdə keçiriləcək dünya çempionatında iştirakı sual altında olan futbolçular da az deyil.
Onlardan ən məşhurları Argentina millisinin yarımmüdafiələri Paulo Dibala və Anhel Di Mariya, Fransa millisinin futbolçusu Pol Poqba, almaniyalı futbolçular Leroy Sane, Marko Roys, İngiltərə millisindən isə Kayl Volker və Trent Aleksandr-Arnolddur.
Hazırda bu futbolçuların hər biri bərpa prosesini keçir və onların dünya çempionatına hazır olub-olmayacaqlarına dair yekun rəyi həkimlər verəcəklər.
Cari mövsüm bu günədək Avropada yerli liqalarda keçirdikləri bütün matçlarda qələbə qazanan komandaların sayı 4-ə enib.
"Siyahıda "Qarabağ" da yer alıb.
"Köhlən atlar" Azərbaycan Premyer Liqasındakı ilk 9 qarşılaşmanın hamısında meydanı 3 xalla tərk edib. Ölkə çempionunun III turda "Turan Tovuz"la görüşü isə noyabrın 9-na təxirə salınıb.
Lüksemburqda "Düdelanj" (9), Yunanıstanda "Panatinaikos" (8), Ukraynada "Dnepr-1" (6) çempionatdakı bütün matçlarını qələbə ilə başa vurub.
Qeyd edək ki, "Qarabağ" Azərbaycan Premyer Liqasının XI turunda oktyabrın 20-də "Turan Tovuz"u qəbul edəcək.(report)
Bu gün Azərbaycanın 4 yunan-Roma güləşçisi İspaniyanın Pontevedra şəhərində start götürəcək U-23 dünya çempionatında mübarizəyə başlayacaq.
“Qafqazinfo” xəbər verir ki, yarışın ilk günündə 55 kq çəki dərəcəsində çıxış edən Nihad Quluzadə 1/4 final mərhələsində Artyom Deleanu (Moldova) / Giorgi Toxadze (Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək.
63 kq çəkidə çıxış edən Ziya Babaşov 1/8 finalda Endi Xuan Suçla (İspaniya) görüşəcək.
87 kq-da mübarizə aparan Laçın Vəliyev eyni raundda Andreas Vaelislə (Estoniya), 130 kq-dakı Sərxan Məmmədov Damir Zuparovla (Qazaxıstan) güləşəcək.
Qarşılaşmalar Bakı vaxtı ilə saat 13:00-da start götürəcək.
"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.
Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupunun IV turunda Bakıda Yunanıstan "Olimpiakos"unu qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionundakı görüş saat 20:45-də başlayacaq. Qarşılaşmanı Kreyq Pausonun başçılıq etdiyi ingiltərəli hakimlər briqadası idarə edəcək.
"Qarabağ" G qrupunda 6 xalla ikinci, hər üç oyunda məğlub olan Pirey təmsilçisi sıfır xalla sonuncu pillədədir. "Köhlən atlar" ən azı heç-heçə sayəsində qrup üçüncülüyünü və UEFA Konfrans Liqası üçün pley-offa vəsiqəni təmin edəcək.
Qrupun digər görüşündə 9 xala malik Almaniya "Frayburq"u Fransada "Nant"la üz-üzə gələcək. İlk iki pilləni rəsmiləşdirmək üçün qonaqlara bərabərlik də kifayət edəcək.
UEFA Avropa Liqası
Qrup mərhələsi, IV tur
20:45. "Qarabağ" (Azərbaycan) - "Olimpiakos" (Yunanıstan)
Baş hakim: Kreyq Pauson (İngiltərə)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Xal durumu: "Frayburq" - 9, "Qarabağ" - 6, "Nant" - 3, "Olimpiakos" - 0.
Xəbər verdiyimiz kimi, Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə dünya çempionatı keçirilib. Azərbaycan cüdoçuları da bu yarışda iştirak edib. Komandamız mundiala 11 idmançı ilə yollanıb. Artıq komandamızın üzvlərindən 10-u dünya çempionatında mübarizəni başa vurub. 10 idmançımızdan yalnız Hidayət Heydərov bürünc medal qazanıb.
Digər 9 cüdoçumuzdan bəziləri yalnız 1/4 finala qədər gələ bilib.
“Qafqazinfo”nun məlumatına görə, bu Azərbaycan cüdoçularının son illərdə göstərdiyi ən zəif nəticələrdən biridir. Tokio-2022 Yay Olimpiya Oyunlarında da komandamız biabırçı çıxışla yadda qalmışdı.
Komandanın liderlərindən Rüstəm Orucov isə heç ilk “3-lüy”ə düşə bilmədi.
Bu gün isə mübarizəyə başlayan Məmmədəli Mehdiyev ilk görüşündən məğlubiyyətlə barışdı.
Maraqlıdır ki, Olimpiya Oyunlarının medalçısı, dünya çempionu Səid Mollayi də Azərbaycan yığmasındakı ilk böyük turnirində medalsız qaldı.
Ümumiyyətlə, Azərbaycan Cüdo Federasiyasında son dəyişikliklərdən sonra komandadan uğurlu çıxış gözlənilsə də, bu baş vermədi. Komandamızı dünya çempionatında medalsız qalmaqdan yalnız Hidayət Heydərov xilas edə bildi.
İdmançılarımızdan yalnız -100 kq çəki dərəcəsində Zelim Kotsoyev qalıb ki, onun da sabah medal qazanmaq şansı çox aşağıdır.
Yəni məşqçi Riçard Trautman da Azərbaycan cüdo yığması üçün çox şeyi dəyişə bilmədi.
Əslində, cüdonun ən böyük problemi komandamızın orta yaş həddinin yuxarı olmasıdır. Demək olar ki, komandada yeni idmançıların sayı azdır və yeni cüdoçulara ehtiyac olduğu gün kimi aydındır.
Qadın cüdosu isə həmişəki performansını ortaya qoyur və uğursuzluqdan heç cür çıxa bilmir.
Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Olimpiakos” (Yunanıstan) matçına bilet satışı davam edir.
“İlk gündə bu oyuna 22 min bilet satılıb.
Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.
Satış məntəqələri:
Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək);
Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək),
Oktyabrın 13-də keçiriləcək bu qarşılaşmaya saat 20:45-də start veriləcək.
Türkiyə Ampute futbol milli komandası dünya çempionu olub.
“Ay ulduzlular” həlledici görüşdə Anqola üzərində qələbə qazanıb.
Qardaş ölkə millisi rəqibinə 4:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Türkiyə Ampute milli komandası 2021-ci ildə Avropa çempionu olmuşdu.
"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
"köhlən atlar" G qrupunun III turunda Yunanıstanda "Olimpiakos"un qonağı olub. "Georgios Karaiskakis" stadionunda oynanılacaq qarşılaşma “köhlən atlar”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Matça fəal başlayan Ağdam klubu 3-cü dəqiqədə Abdullah Zubirlə rəqib qapısı qarşısında təhlükə yaradıb. Lakin fransalı yarımmüdafiəçinin zərbəsi qapı torunu yandan silkələyib. 5-ci dəqiqədə Zubir hesabı açsa da, qol qeydə alınmayıb. VAR sisteminin müdaxiləsindən sonra məhsuldar ötürmə verən Leandro Andradenin topu qəbul edərkən oyundankənar vəziyyətdə olduğu məlum olub. 20-ci dəqiqədə meydan sahiblərindən Hvan İy Conun vurduğu topu Şahruddin Məhəmmədəliyev dəf edib. Cəmi 2 dəqiqə sonra Ovusu Kvabena rəqib qolkiperlə üzbəüz qalsa da, qanalı hücumçunun zərbəsindən sonra Yann Mvila topu qapı xəttindən çıxarıb. 36-cı dəqiqədə isə analoji vəziyyət Azərbaycan çempionunun qapısı qarşısında yaşanıb. Bu dəfə Elvin Cəfərquliyev Pape Abu Sissenin vurduğu topun qapıya daxil olmasına imkan verməyib. İlk hissə qolsuz heç-heçə ilə yekunlaşıb.
İkinci yarıya “Olimpiakos” daha yaxşı başlayıb. 55-ci dəqiqədə Pyer Kundenin zərbəsində dəqiqlik çatmayıb. 66-cı dəqiqədə Ramil Şeydayevin zərbəsi qapıdan azca aralı keçib. Hücumun davamında Toral Bayramovun vurduğu topu qapıçı çətinliklə qaytarıb. 68-cü dəqiqədə isə hesab açılıb. Qapıçı ilə təkbətək qalan Kvabena dəqiq zərbə ilə pireyliləri məyus edib. 73-cü dəqiqədə Yorqos Masurasın zərbəsi qapı dirəyindən qayıdıb. 80-ci dəqiqədə “Qarabağ” rəqibi əks hücumda yaxalasa da, Şeydayevin Kadi Borgesə ötürməsi sürətli alınıb. 82-ci dəqiqədə “Qarabağ” 2-ci topu meydan sahiblərinin qapısından keçirib. Müdafiəçilərin səhvindən istifadə edən Marko Veşoviç qolkiperi də keçərək, adını tabloya yazdırıb. 85-ci dəqiqədə Kvabena dabanı ilə baxımlı qol vurmağa yaxın olub. Lakin onun zərbəsini qapıçı zərərsizləşdirib. Cəmi 1 dəqiqə sonra isə Şeydayev əla zərbə ilə “Olimpiakos”u 3-cü dəfə meydanın mərkəzinə dəvət edib.
Qrupun digər oyununda isə “Frayburq” Almaniyada “Nant”a 2:0 hesabı ilə qalib gəlib.
Bu nəticələrdən sonra Bundesliqa təmsilçisi 9 xalla liderliyini qoruyub. 6 xalı olan “Qarabağ” 2-ci pillədə qalıb. “Nant” 3 xalla 3-cü, xalı olmayan “Olimpiakos” isə sonuncudur