![]() |
|
Növbəti mövsüm Azərbaycan Premyer Liqasında komandaların sayı 10 olacaq.
Bu barədə məlumatı AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov qurumun hesabat konfransında məlumat verib.
O bildirib ki, bu məsələ artıq təsdiqini tapıb.
"Qarabağ" klubunun Fransada "Marsel"ə qarşı keçirməli olduğu UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk matçı neytral ölkədə baş tuta bilər.
Offsideplus xəbər verir ki, buna səbəb təmsilçimizin futbolçularına vurulmuş peyvəndlərin Fransada qəbul olunmamasıdır.
Belə ki, UEFA məsələ ilə bağlı yerli hakimiyyətlə danışıqlar aparır və oyunçular üçün istisna tətbiq edilməsinə çalışır. Tərəflər razılaşa bilməsələr, Avropanın ali futbol qurumunun qaydalarına uyğun olaraq, qarşılaşma neytral ölkədə baş tuta bilər.
Xatırladaq ki, "Qarabağ" "Marsel"lə ilk matçını fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.
Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu Polşa "Legiya"sına məxsus olan Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin transferindən imtina edib.
"Report" xəbər verir ki, Zaqreb təmsilçisi Türkiyə "Başakşehir"inin 25 yaşlı hücumçu üçün Varşava klubuna rəsmi təklif göndərməsindən sonra fikrini dəyişib.
Forvardı təzminat ödəmədən heyətinə qatmağı planlaşdıran "Dinamo" İstanbul klubunun 750 000 avro dəyərində təklifindən sonra geri addım atıb.
Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Türkiyəli hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.
"Yığmanın baş məşqçisi Roberto Mançinin DÇ-2022-nin seçmə mərhələsinin pley-off matçları üçün dəvət göndərdiyi 35 oyunçu arasında 32 yaşlı hücumçunun da adı var.
Təcrübəli forvard 3 illik fasilədən sonra milli komandaya qayıdıb. O, sonuncu dəfə 2018-ci ilin sentyabrında Polşaya qarşı UEFA Millətlər Liqasının oyununda (1:1) yığmanın formasını geyinib.
Qeyd edək ki, İtaliya millisi pley-off-da martın 24-də Şimali Makedoniya ilə üz-üzə gələcək. Qalib gələn komanda martın 29-da Portuqaliya - Türkiyə duelinin güclüsü ilə görüşəcək.
"Qarabağ"ın sabiq futbolçusu Maqaye Qeyenin yeni klubu bəlli olub.
32 yaşlı hücumçu Yunanıstanın "Anagennisi Karditsa" klubuna keçib.
Qeyd edək ki, Maqaye Geye son olaraq 2020/2021 mövsümündə Rumıniyanın "Dinamo" (Buxarest) klubunda çıxış edib. Forvard narkotikdən istfadə etdiyi üçün klubdan qovulub. Qeye daha sonra əməlini boynuna alıb. 2019/2020 mövsümündə "Qarabağ"ın formasını geyinmiş hücumçu Azərbaycan Premyer Liqasının da qalibi olub.
“Los-Anceles Leykers”in lideri Lebron Ceyms son 14 qarşılaşmanın hər birində 25 xal toplayıb, 5 ribaund toplayıb və ən azı bir üç xallıq atışda uğur qazanıb.
"Bu NBA tarixində bütün oyunçular arasında ən uzun seriya olub.
Basketbolçu sözügedən rekorda “Leykers”in “Utah Jazz” kollektivi ilə qarşılaşmada imza atıb.
Türkiyənin "Beşiktaş" klubu "Qarabağ"ın futbolçusu Musa Qurbanlı ilə maraqlanır.
Report xəbər verir ki, İstanbul təmsilçisi baş məşqçisi Önder Karaveli 20 yaşlı hücumçunu istəyir.
48 yaşlı mütəxəssisin klub rəhbərliyindən icazə alaraq, "Qarabağ" rəsmiləri ilə görüşdüyü də iddia olunur.
Qeyd edək ki, Önder Karaveli 2020-ci ilin yanvarından 2021-ci ilin iyununadək "Qarabağ" klubunun akademiyasının koordinatoru Tacettin Doğanın köməkçisi olub. Musa Qurbanlı cari mövsüm Azərbaycan Premyer Liqasında 6 qol və 4 məhsuldar ötürmə ilə ən çox fərqlənən yerli oyunçudur. O, komandanın baş məşqçisi Qurban Qurbanovun oğludur.
Bu gün futbol üzrə İspaniya Super Kubokuna start veriləcək.
Report məlumatına görə, Superkubok tarixdə ilk dəfə 4 komandanın iştirakı ilə gerçəkləşəcək.
İlk yarımfinal oyununda "Real Madrid" "Barselona" ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cütün qalibi yanvarın 13-də keçiriləcək "Atletiko" (Madrid) - "Atletik" (Bilbao) duelinin güclüsü ilə qarşılaşacaq.
İndiyədək bütün rəsmi turnirlərdə baş tutan 247 "El Klasiko"nun 99-da paytaxt klubu, 96-da Kataloniya təmsilçisi qələbə qazanıb. 52 görüşdə isə qalib müəyyənləşməyib.
"El Klasiko"larda ən çox oyun keçirən futbolçular hər iki komandanın sabiq kapitanları - Lionel Messi və Serxio Ramosdur.
Hazırda Fransanın PSJ klubunda çıxış edən oyunçular 45 dəfə meydanda olublar. Kataloniya təmsilçisindən Paris komandasına keçən Messi 26 qolla əzəli və əbədi rəqabətdə ən çox fərqlənən futbolçudur.
Model İnna Kvirtiya bundan sonra futbol sahəsində fəaliyyət göstərəcək.
Yol-xeber.az xəbər verir ki, “White City” klubunun rəhbəri təyin edilib.
Hazırda bu klub U-9-dan U-14 komandasına qədər futbol akademiyası kimi fəaliyyət göstərir.
Kvirtiyanın klub rəhbəri təyin edilməsi, Azərbaycanda ilk olub.
Belə ki, ona qədər hələ Azərbaycanda qadın futbol klubuna rəhbərlik etməmişdi.
Xatırladaq ki, İnna uzun illər ölkəmizdə legioner həyatı yaşamış, ailə qurduqdan sonra Bakıda qalan Nuqzar Kvirtiyanın xanımıdır.//Sportinfo.az
Türkiyə Superkubokunun qalibi müəyyənləşib.
Apasport.az xəbər verir ki, həlledici matç ilk dəfə Qətərdə təşkil olunub.
Dohada keçirilən görüşdə “Beşiktaş”la “Antalyaspor” üz-üzə gəlib. 21-ci dəfə Superkubok sınağına çıxan İstanbul klubu favoriti olduğu qarşılaşmada hesabı açsa da, üstünlüyünü qoruya bilməyib.0
Superkubokun debütantının müqavimətini 33-cü dəqiqədə Atiba Hatçinson qırıb. O, ikinci hissənin bitməsinə 13 dəqiqə qalmış öz qapısına da qol vurub – 1:1.
Qarşılaşmanın taleyi penaltilər seriyasında həll olunub. Daha dəqiq olan “Beşiktaş” (4:2) kuboku başı üzərinə qaldırıb.
Bununla da “Beşiktaş” 9-cu dəfə Superkuboka yiyələnib. Sonuncu dəfə bu mükafata 2006-cı ildə sahib çıxan “ağ-qaralar” “Fənərbaxça” və “Trabzonspor”a çatıb. Bu göstəricidə rekord 16 Superkubok qazanan “Qalatasaray”a məxsusdur.
Qeyd edək ki, 1966-cı ildən keçirilən Türkiyə Superkuboku Qətərdəki oyunadək yalnız üç dəfə ölkə xaricində baş tutub. 2006-08-ci illərdə matça Almaniya ev sahibliyi edib.