![]() |
|
Azərbaycan Taekvondo Federasiyasında hesabat-seçki konfransı keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, toplantı 30 dekabr saat 11:00-da başlayacaq. İclasın ardından mətbuat konfransı təşkil olunacaq.
Qeyd edək ki, Azərbaycan Taekvondo Federasiyasının hazırkı prezidenti fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovdur.
Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Yunanıstan millisini çalışdıracağı ilə bağlı çıxan iddialar haqda danışıb.
“Yol-xeber.az” xəbər verir ki, italiyalı məşqçi Azərbaycan millisinin baş məşqçi postunda qalacağını bildirib:
“Gələcəklə bağlı planlar? Mənə artıq çox yaxşı tanış olan Bakıda qalacam. Azərbaycan millisindəki işimə davam edəcəm. İndi bunu dəqiq deyə bilərəm”.
“İnsan jurnalist də, futbolçu da, biznesmen də ola bilər. Sonda insan olmaq lazımdır”.
Bunu İctimai TV-nin efirində yayımlanan “Bol İdman” verilişində Polşa “Legiya”sında çıxış edən millimizin hücumçusu Mahir Emreli deyib.
“Bir insanın nə qədər pis qəlbi olmalıdır ki, o şəkli 3-4 ay saxlasın, sonra yaysın. O şəkil 3-4 ayın şəkli idi. Biz “Slaviya” ilə ilk oyunu oynamışdıq.
Baş məşqçi bizə 2-3 gün istirahət vermişdi. Bu fotonu nə “Slaviya”dan öncə, nə də sonra heç kim paylaşmadı. Amma niyəsə uğursuzluq olan kimi, bu xəbərlər ortaya çıxmağa başladı.
Niyə mən “Slaviya”ya iki qol vurduğum oyundan sonra bu şəkil çıxmamışdı ki, Mahir gecə klubunda əylənir? Məqsəd nə idi burda? Mənə gülməli gəldi”, - Mahir bildirib.
Mahir həmin hadisə ilə bağlı verdiyi açıqlamanın azarkeşlərin xoşuna gəlmədiyini deyib:
“Bir ifadə oldu ki, mən demişəm müsəlmanam, alkoqol istifadə etmirəm. Açığı, mən belə bir ifadə işlətməmişəm. Müsəlmanam, içmirəm deyə bir şey yoxdur. Guya içən müsəlmanlar yoxdur? Bu bəzi azarkeşləri mənə qarşı qəzəbləndirdi”.
Qeyd edək ki, Mahir Emrelinin spirtli içki ilə görüntüləri yayımlanmışdı. Fotonu Arek adlı azarkeş Tvitter hesabında paylaşmışdı. Bildirilmişdi ki, Emreli komanda yoldaşı Abu Hanna ilə birlikdə gecə klubunda olub və foto avqust ayında çəkilib.
Fransanın PSJ klubu Lionel Messinin transferindən sonra argentinalı futbolçunun 1 milyona yaxın formasını satıb.
Bu barədə Paris təmsilçisinin sponsorluq üzrə direktoru Mark Armstronq "Goal" nəşrinə açıqlamasında deyib.
O bildirib ki, 34 yaşlı hücumçunun kluba kommersiya baxımından da inanılmaz faydası dəyir: "Düşünürəm ki, 2020-ci ildə digər klublardan daha çox forma satdıq. 2021-ci ildəki rəqəmlər isə daha yaxşıdır. Formalara tələbat ən azı 30-40% artıb".
Qeyd edək ki, Lionel Messi PSJ-yə cari mövsümün əvvəlində İspaniya "Barselona"sından azad agent kimi keçib.
Polşanın “Legiya”sında çıxış edən millimizin hücumçusu Mahir Emreli klubunda mövsümün ilk yarısındakı göstəricilərinə görə birinci olub.
“Yol-xeber.az” xəbər verir ki, həmyerlimiz bu müddətdə 11 qol və 2 məhsular ötürmə ilə yadda qalıb.
M.Emreli həm də 33 matçda forma geyinərək lider olub. Ümumilikdə 2066 dəqiqə meydanda olan Mahir bu göstəricidə 4 futbolçudan geri qalıb.
"Report"un məlumatına görə, bu barədə qərar MDB-yə üzv ölkələrin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq haqqında Saziş iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının onlayn formatda baş tutmuş növbədənkənar iclasında qəbul olunub.
II MDB Oyunları isə 2023-cü ildə Belarusun payaxtı Minsdə təşkil olunacaq.
Toplantıda həmçinin idman sahəsində əməkdaşlığın aktual məsələləri də müzakirə edilib. O cümlədən, ayrı-ayrı idman növləri üzrə MDB çempionatlarının və kuboklarının keçirilməsi məsələsinə baxılıb. İşçi Qrupuna 2022-ci il iyunun 1-dək MDB yarışları ilə bağlı əsasnamə layihəsinin hazırlanması tapşırılıb.
Qeyd edək ki, I MDB Oyunları bu il 4 - 11 sentyabrda Rusiyanın Kazan şəhərində keçirilib.
"Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşadan ayrılıb.
24 yaşlı hücumçu bu barədə instaqram hesabından paylaşım edib.
Forvard axşam saatlarında Bakıya çatıb. Hava limanından foto paylaşan Emreli postda "family coming first" (ailə birinci gəlir) yazıb.
Qeyd edək ki, "Legiya" fanatları Ekstraklasanın XVIII turunda Plotsk "Visla"sına 0:1 hesablı məğlubiyyətdən sonra "Legiya"nın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli başından xəsarət alıb. O, hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmayıb. Hücumçunun Varşafa təmsilçisindən ayrılacağı gözlənilir.
Azərbaycanlı MMA döyüşçüsü Nicat Yusifov Ukraynanın Xarkov şəhərində təşkil edilən dünya çempiopnatında qalib olub.
"Yol-xeber.az" xəbər verir ki, 70 kq çəki dərəcəsində mübarizə aparan Nicat Yusifov bunun üçün erməni rəqibi Artur Qriqoryanı təslim olmağa məcbur edib.
Qeyd edək ki, 25 ölkədən 1000-dən çox idmançının iştirak etdiyi dünya çempionatı "World Cossack Fight Federation" (WCFF) qurumu tərəfindən təşkil edilib.
Mahir Emreli "Legiya"nın bugünkü məşqinə qatılmayıb.
Offsideplus xəbər verir ki, 24 yaşlı hücumçuyla yanaşı, yarımmüdafiəçi Lukinyas da hazırlıq prosesinə qatılmayıb.
Hər iki oyunçunun azarkeşlərin hücumu nəticəsində xəsarət aldıqları üçün məşqə çıxmadıqları ehtimal edilir.
Xatırladaq ki, "Legiya" azarkeşləri komandalarının Polşa çempionatının 18-ci turunda Plotsk "Visla"sına 0:1 hesabı ilə məğlub olduğu oyunundan sonra Varşava təmsilçisinin futbolçularına hücum ediblər.
UEFA Konfrans Liqasının rəsmi tviter hesabı növbəti dəfə "Qarabağ"la bağlı paylaşım edib.
Postda Azərbaycan təmsilçisinin qrup mərhələsində vurduğu qollar və qapıçı Şahruddin Məhəmmədəliyevin qurtarışı yer alıb.
Paylaşımda "Qarabağ" H qrupunda irəliləyir. Onların ən yaxşı oyunçusu kimdir?" sualı da ünvanlanıb.
Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində Fransanın "Marsel" klubu ilə üz-üzə gələcək. "Köhlən atlar" ilk görüşünü fevralın 17-də səfərdə, cavab qarşılaşmasını isə fevralın 24-də Bakıda keçirəcək.