Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında Azərbaycan idmançısı erməni rəqibini məğlub edib.

"Yol-xeber.az" xəbər verir ki, sambo isman növü üzrə 98 kq-da yarışan Rəsul Aydəmirov Ermənistan təmsilçisi Norik Xurşudyanı 8:0 hesabı ilə üstələyib.

R.Aydəmirov final görüşündə isə rusiyalı İosif Siminə məğlub olaraq gümüş medal qazanıb.

“Mən futbolu uşaqlıqdan sevirəm. Çalışıram ki, mühüm oyunlara stadiondan baxım. Dünən də milli komandamızın oyununu stadiondan izlədim”.

"Yol-xeber.az"ın “Report”a istinadən xəbərinə görə, bunu yeni gənclər və idman naziri Fərid Qayıbov deyib.

“Dünənki oyunda çox təəssüf ki, komandamız məğlub oldu. Mən də digər vətəndaşlarımız kimi komandamızın uduzduğuna təəssüflənirəm. İstərdik ki, futbolçularımız daha yaxşı oynasınlar”, - nazir vurğulayıb.

O həmçinin bildirib ki, Azərbaycan futbolu ilə bağlı bir sıra işlər görülüb: “Hesab edirəm ki, bu idman növünün daha da inkişaf etdirilməsi ilə bağlı Futbol Federasiyası ilə işlərimiz olacaq. Onlarla bu sahə ilə bağlı işlər aparmalıyıq”.

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində Portuqaliyaya Bakı Olimpiya Stadionunda 0:3 hesabı ilə uduzub.

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Portuqaliyaya uduzduqları 2022-ci il dünya çempionatının seçmə oyunundan sonra üzr istəyib.

"26 yaşlı qolkiper bu barədə instaqram hesabından paylaşım edib.

"Azərbaycan milli komandasının formasını geyinmək mənim üçün böyük şərəfdir. Sizi sevindirə bilmədiyimiz üçün üzr istəyirik", - deyə Məhəmmədəliyev bildirib.

Qeyd edək ki, qarşılaşma Portuqaliyanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ötən gün Azərbaycan Respublikasının Gənclər və İdman naziri vəzifəsinə təyin edilən Fərid Qayıbovun ailəsi ilə fotoları yayılıb.

"Yol-xeber.az" xəbər verir ki, şəkillərdə nazirin həyat yoldaşı və övladları yer alıb.

Məlumat üçün bildirək ki, Gənclər və İdman naziri postuna təyin edilən Fərid Qayıbovun iki azyaşlı oğlu və bir qızı var.

Qeyd edək ki, 42 yaşlı Fərid Fazil oğlu Qayıbov Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Gənclər və İdman naziri təyin edilib.

 

 

 

 
 
 

"Bütövlükdə idman sahəsi Azərbaycanda sürətlə inkişaf edibdir və bu gün dünya miqyasında Azərbaycan idman ölkəsi kimi tanınır. Beynəlxalq yarışlarda idmançılarımız yüksək nəticələr göstərirlər. Düzdür, Azərbaycan ictimaiyyəti bizim idman sahəsindəki qələbələrə öyrəşib və əgər biz hansısa nəticəni əldə edə bilmiriksə, əlbəttə ki, məyus olur".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

"Ancaq hamımız bilməliyik ki, idman sahəsində rəqabət kifayət qədər güclüdür və bütövlükdə son illər ərzində idman sahəsində göstərilən nəticələr, əlbəttə, qürurvericidir. İdmançılarımız Dünya, Avropa oyunlarında, digər beynəlxalq yarışlarda bizi sevindirirlər. Son Yay Olimpiya Oyunlarında Rio Olimpiya Oyunları ilə müqayisədə az medal qazansaq da, yenə də hesab edirəm ki, idmançılarımız yaxşı nəticə göstəriblər. Medalların sayına görə Azərbaycan 33-cü yeri, Avropa ölkələri arasında 20-ci, müsəlman ölkələri arasında isə 4-cü yeri tutub. Düzdür, idmançılarımız bu dəfə qızıl medal qazana bilmədilər, amma ona çox yaxın idilər. Amma yenə də deyirəm, idmanda məğlubiyyətlər də olur, qələbələr də olur. Bütövlükdə idman sahəsində əldə edilmiş nəticələr çox müsbətdir. Paralimpiyaçılarımız bizi çox sevindirib və böyük məharət, peşəkarlıq, fədakarlıq göstərərək çoxlu medallar, o cümlədən bir çox qızıl medallar qazanıblar. Əlbəttə ki, bu da çox önəmli hadisədir və biz haqlı olaraq paralimpiyaçılarımızla fəxr edirik", - Prezident vurğulayıb.

Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında bu gün Azərbaycan idmançıları 7 idman növü üzrə mübarizə aparacaq.

Yol-xeber.az report-a istinadən xəbər verir ki, stolüstü tennis, güllə atıcılığı, sambo, badminton və futzal növlərində ölkə təmsilçiləri ilk dəfə səhnəyə çıxacaqlar.

Stolüstü tennisçilər qrup mərhələsində 3 görüş keçirəcəklər.

Güllə atıcısı Xanna Əliyeva qızlar arasında 10 m məsafəyə pnevmatik tapançadan atəş açma yarışına qatılacaq. O, təsnifat mərhələsindən keçəcəyi təqdirdə, bu gün finalda da iştirak edəcək.

Eyni zamanda Azərbaycanın 7 samboçusu mübarizə aparacaq.

Badminton növündə komandalar qrup mərhələsinin görüşlərini keçirəcəklər.

Azərbaycanın futzal yığması isə Belarusla qrup mərhələsinin oyununda üz-üzə gələcək.

Stend atıcısı Cavid Həsənov dairəvi stenddə çıxışlarını davam etdirəcək. O, təsnifat mərhələsinin yekununda finala vəsiqə qazansa, elə bu gün həlledici qarşılaşmada iştirak edəcək.

Tayboksda isə Əli Əliyev (60 kq), Məhər Əsədzadə (63,5 kq) və Rəvan Ağazadənin (67 kq) iştirakı ilə yarımfinal görüşləri olacaq.

I MDB Oyunları
7 sentyabr
Stend atıcılığı

Keçirilmə yeri: "Sviyaqa" Stend Atıcılığı Kompleksi
Cavid Həsənov
10:00 - 12:00. Təsnifat mərhələsi

15:30 - 16:00. Final

Stolüstü tennis
Keçirilmə yeri: "Boks və stolüstü tennis Mərkəzi" İdman Kompleksi
Qrup mərhələsi – I Tur
11:00 - 14:00. Komanda yarışları

Qrup mərhələsi – II Tur
14:00 - 17:00. Komanda yarışları

Qrup mərhələsi – III Tur
17:00 - 20:00. Komanda yarışları

Güllə atıcılığı
Keçirilmə yeri: "Dinamo" İdman Mərkəzi
10 m məsafəyə pnevmatik tapançadan atəş – qızlar
Xanna Əliyeva
11:00 - 12:15. Təsnifat mərhələsi

13:15 - 14:00. Final

Sambo
Keçirilmə yeri: "Ak Bars" Döyüş Növləri Sarayı
11:00 - 15:00. Təsnifat mərhələsi
Adil Adilzadə
Rəsul Aydəmirov
Elvin Bağırov
Kamran Qasımov
Nihat Məmmədli
Ağani Məmmədov
Toğrul Salmanov

15:00 - 17:00. Final

Badminton
Keçirilmə yeri: "Badminton Mərkəzi" Universal İdman Mərkəzi
Komanda yarışları
11:30 - 15:30. Qrup mərhələsi – I Tur
15:30 - 19:30. Qrup mərhələsi – II Tur
19:30 - 22:30. Qrup mərhələsi – III Tur

Futzal
Keçirilmə yeri: "Miras" İdman Təlim Mərkəzi
Qrup mərhələsi
14:00 - 16:00. Azərbaycan – Belarus

Tayboks
Keçirilmə yeri: "Tulpar" Universal İdman Kompleksi
16:00 - 21:00. 1/2 final
60 kq. Əliyev Əli
63,5 kq. Məhər Əsədzadə
67 kq. Rəvan Ağazadə.

"Bu, böyük bir biabırçılıqdır".

Xəbər verdiyimiz kimi, DÇ-2022-nin Cənubi Amerika qrup seçmələri matçında Braziliya-Argentina qarşılaşmasında qalmaqallı hadisə olub.

Yol-xeber.az xarici KİV-ə istinadla xəbər verir ki, oyun zamanı Braziliya Səhiyyə Nazirliyinin rəsmiləri stadiona daxil olaraq futbolçuları deportasiya etmək istəyib.

Rəsmilər oyundan əvvəl argentinalı futbolçular Emiliano Martinez, Lo Celso, Romero və Buendianın səhiyyə protokoluna əməl etmədiklərini bildiriblər.

Braziliyalı rəsmilərin oyunun ortasında 4 futbolçunu deportasiya etmək istəməsi mübahisəyə səbəb olub.

Lionel Messi baş verənlərdən sonra hadisəni sirkə bənzədib:

“3 gün əvvəl gəldiyimiz zaman bizi göndərə bilərdilər. Futbolun başlamasını niyə gözləyirdilər? Bu, böyük bir biabırçılıqdır, bura sirkdir. Dünya bizi izləyir və baş verənlərə baxın. Niyə oyundan əvvəl hotelə gəlib bizimlə danışmadılar? Bu şərtlərlə oynamaq çox çətindir”, - deyə o söyləyib.

Dünya futbolunun iki nəhəngi -  Braziliya ilə Argentina arasında DÇ-2022-nin  Cənubi Amerika qrup seçmələri matçında futbol tarixinə düşəcək anlar yaşanıb.

 "Arena Corintians"da keçirilən matçın ilk dəqiqələrində Braziliyanın Milli Sağlamlıq Nəzarət Təşkilatı İngiltərədən gələn və qaydalara görə, 14 gün karantində qalmalı olan oyunçuları həbs etmək üçün sahəyə girib və belədə qarışıqlıq yaranıb. Söhbət Emiliano Martines, Covani Lo Çelso, Serxio Romero və Emiliano Buendiyadan gedir.

Bu barədə Argentina Futbol Federasiyası məlumat yayıb. Argentina tərəfi polisin deportasiya həyata keçirmək istəyinə qarşı çıxıb və komanda olaraq, paltardəyişmə otağına yollanıblar. Argentina Futbol Federasiyası yaşanan hadisədən sonra matçın dayandırıldığı barədə məlumat paylaşıb.

Daha sonra Argentinanın kapitanı Lionel Messi və Argentina millisinin məşqçisi Lionel Skaloni meydana qayıdaraq braziliyalı futbolçular və rəsmilərlə görüşdükdən sonra yenidən paltardəyişmə otağına gediblər.

Qərarı FİFA İntizam Komitəsi verəcək. Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) Braziliya - Argentina matçının təxirə salındığını, hakimlərin və müşahidəçilərin FİFA İntizam Komitəsinə məlumat verəcəyini, yekun qərarın müvafiq komitə tərəfindən veriləcəyini açıqlayıb. /Fanat.az

"Yuventus"un sabiq futbolçusu Alessio Takkinardi Turin klubundan ayrılaraq "Mançester Yunayted"ə keçən Kriştiano Ronaldonu tənqid edib.

Offsideplus xəbər verir ki,  o, bununla bağlı deyib: "Ronaldo fərqli şəkildə getməli idi. Alleqri "Empoli" ilə oyundan əvvəl komandaya təlimat verərkən Ronaldo şəxsi təyyarəsndə uçurdu. Azarkeşlərlə vidalaşacağı xüsusi bir mətbuat konfransı olacağını düşündüm. Onlar fərqli rəftara layiq idilər. Ronaldo "Yuventus"u çətin vəziyyətə saldı. Transfer pəncərəsinin bağlanmasına bir neçə gün qalmış, onu əvəzləyəcək futbolçunun tapmaq çətin olanda komandanı tərk etdi".

Xatırladaq ki, Kriştiano Ronaldo "Mançester Yunayted" klubu ilə 2+1 illik müqavilə imzalayıb.

Azərbaycan təmsilçiləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında daha iki qızıl medal qazanıb.

Report məlumatına görə, para-atlet Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda 55 saniyə ilə bütün rəqiblərini geridə qoyub.

O, həmçinin paralimpiya rekordunu da qırıb.

Bundan əlavə, digər para-atlet Orxan Aslanov uzunluğa tullanma növündə qızıl medal əldə edib. O, 7,36 metr nəticə göstərib.

Qeyd edək ki, aktivində 14 qızıl, 1 gümüş və 4 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında 9-cu pillədə qərarlaşıb.

Xəbər lenti