Mahir Emreli “Legiya” ilə anlaşdı
Mövsümün sonunda “Qarabağ”la müqaviləsi başa çatacaq Mahir Emreli Polşanın “Legiya” klubu ilə ilkin razılığa gəlib.
 
“Qafqazinfo” Polşa mətbuatına istinadla xəbər verir ki, Varşava təmsilçisi hücumçuya illik 300 min avro maaş olmaqla 3 illik müqavilə təklif edib. İddiaya görə, tərəflər razılığa gəlib.
 
23 yaşlı futbolçu Rusiyanın “Ural” və Almaniyanın “Union Berlin" klublarından təklif alsa da, Polşa çempionunu seçməyi üstün tutub.
 
Mahir bu mövsüm keçirdiyi 28 oyunda 22 qol vurub, 4 məhsuldar ötürmə edib.
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun 5 raundundan sonra turnir cədvəli açıqlanıb.

"Report xəbər verir ki, "New In Chess" adlı V mərhələdə üçüncü yeri tutan Şəhriyar Məmmədyarov xallarının sayını 21-ə çatdıraraq 10-cu pilləyə yüksəlib.

1/4 final mərhələsində Maqnus Karlsenə uduzan Teymur Rəcəbov isə 109 xalla üçüncüdür. Məmmədyarovun sonuncu yarışdan qazancı 8 500, Rəcəbovun isə 5 min ABŞ dolları olub. Onlar ümumilikdə Çempionlar Turundan müvafiq olaraq 13 min 500 və 78 min 500 ABŞ dolları əldə edib.

Çempionlar Turunun VI mərhələsi mayın 23-də start götürəcək.

Qeyd edək ki, Teymur Rəcəbov Çempionlar Turunun II mərhələsində qalib, III mərhələsində isə üçüncü olub.

Xəbər verdiyimiz kimi, gənclər və idman naziri  Azad Rəhimov 57 yaşında ABŞ-da müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
 
"Unikal.org məlumatına görə, Azad Rəhimovun səlahiyyətlərini nazir müavini İntiqam Babayev əvəz edir.
 
Şəhriyar Məmmədyarov yarımfinalda

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının “New In Chess Classic” turnirinin 1/4 final mərhələsində şahmatçımız Şəhriyar Məmmədyarov uğurla çıxış edib.

Azərbaycan şahmatçısı 1/4 finalın birinci matçında 3:1, cavab oyunlarında da isə 2,5:0,5 hesabla FIDE təmsilçisi Alireza Firuzcaya qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Digər şahmatçımız Teymur Rəcəbov isə norveçli dünya çempionu Maqnus Karlsenə ikinci matçda 1,5:2,5 hesabla məğlub olub və yarışı tərk edib. Qeyd edək ki, T.Rəcəbovun M.Karlsenlə keçirdiyi birinci matç bərabərliklə (2:2) başa çatmışdı.

Beləliklə, yarımfinalda Ş.Məmmədyarovla yanaşı, M.Karlsen, amerikalı Hikaru Nakamura, ermənistanlı Levon Aronyan mübarizə aparacaqlar.

Ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnir mayın 2-dək davam edəcək.

İdman zalında məşq edən 56 nəfər cərimələndi

Bakıda karantin qaydalarını pozaraq işləyən idman zalında məşq edən 56 nəfər cərimələnib.

DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, paytaxtın Nəsimi rayonu ərazisində yerləşən “Anderqraund” adlı idman zalı xüsusi karantin rejiminin tələblərini pozaraq müştəri qəbul etdiyi məlum olub.

Obyektə baxış zamanı orada olan ümumilikdə 56 nəfər şəxsin karantin rejiminin tələblərini pozması aşkar edilib. Həmin şəxslərdən “Covid 19” virusunun yoxlanılması məqsədi ilə test nümunələri götürülüb. Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokollar tərtib edilib və cərimələniblər. Obyektin icarədarı Rafiq Günəşov barəsində isə Nəsimi RPİ-də araşdırmalar davam etdirilir.

***

Saxlanılanlar arasında tanınmış məşqçi Yusif Nurullayev də var.

 

 
“Real” “Çelsi”yə qarşı

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək.

1-ci oyun günündə “Real” Madriddə “Çelsi”ni qəbul edəcək. Görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Çempionlar Liqası, yarımfinal, ilk oyunlar

27 aprel

23:00. “Real” (Madrid, İspaniya) – “Çelsi” (İngiltərə)

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində bu gün 1/4 final mərhələsinə start veriləcək.

Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov bu raundda Maqnus Karlsenlə, Şəhriyar Məmmədyarov isə Alireza Firuzca (FIDE) ilə üz-üzə gələcək.

Məmmədyarov 1/4 final mərhələsindəki ilk görüşünü ağ, Rəcəbov isə qara fiqurlarla oynayacaq. Bu raund iki gün davam edəcək. Qarşılaşmaların ardından qalib müəyyənləşməsə, tay-brek oynanılacaq.

1/4 finalda qarşılaşacaqlar:

Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov

Şəhriyar Məmmədyarov - Alireza Firuzca (FIDE)

Levon Aronyan (Ermənistan) - Uesli So (ABŞ)

Le Kuanq Lyem (Vyetnam) - Hikaru Nakamura (ABŞ)

Qeyd edək ki, Şəhriyar Məmmədyarov təsnifat mərhələsini 9,5 xalla 3-cü, Teymur Rəcəbov isə 8,5 xalla 8-ci pillədə başa vuraraq, pley-offa vəsiqə qazanıb. Ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirə mayın 2-də yekun vurulacaq. Qalib 30 000 ABŞ dolları qazanacaq.

Şahmat üzrə Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun V mərhələsinin püşkü atılıb.
Report xəbər verir ki, Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov "New In Chess" adlı mərhələnin ilk turunda ABŞ təmsilçisi Hikaru Nakamuraya rəqib olub.

Teymur Rəcəbov isə birinci turda Qaveyn Cons (Böyük Britaniya) ilə üz-üzə gələcək. Rəcəbov ağ, Məmmədyarov qara fiqurlarla oynayacaq.

Rəcəbov Ermənistan təmsilçisi Levon Aronyanla III, Məmmədyarov isə XIII turda qarşılaşacaq. Onlar müvafiq olaraq qara və ağ fiqurlarla mübarizə aparacaqlar.

V mərhələdə də 16 şahmatçı olacaq. Yarış İddiaçılar Turniri ilə eyni vaxta düşdüyü üçün siyahıya aparıcı qrossmeysterlərin əvəzinə bir neçə yeni şahmatçı daxil edilib.

Turnirin ümumi mükafat fondu 100 000 ABŞ dolları olacaq. Qalib 30 000 dollar qazanacaq.

Qeyd edək ki, aprelin 24-də start götürəcək yarış mayın 2-də başa çatacaq. Qeyd edək ki, püşkə əsasən, ilk 5 tur aprelin 24-də, VI - X turlar aprelin 25-də, XI - XV turlar aprelin 26-da keçiriləcək. İlkin mərhələnin yekununda 8 ən güclü şahmatçı 1/4 finala yüksələcək. Turnirə mayın 2-də yekun vurulacaq.

"Bavariya” və ya “PSJ” imtina edərsə, heç kim Super Liqanı ləğv etməyəcək".

Bunu Madrid “Real”ının prezidenti və Super Liqanın rəhbəri Florentino Peres deyib.

“İndiyə qədər Super Liqada təmsil olunan üç ölkə var. Bu günə qədər Fransa “PSJ”sini və Almaniyadan klublar dəvət etmədik. Komandaların sayının 15 olmasını istəyirik. Biz bunu futbolu xilas etmək üçün edirik”, - deyə Peres bildirib.

Xatırladaq ki, aprelin 19-na keçən gecə Avropanın 12 ən yaxşı klubu Super Liqanın yaradıldığını elan edib. Bunlar İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi” və “Arsenal”, İspaniyanın “Barselona”, "Atletiko” və “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klublarıdır. Onlar yeni turnirin təsisçi klubları arasında yer alıblar. Lakin dünən "Mançester Siti" Avropa Super Liqasından ayrıldığını rəsmən bəyan edib.

Millimiz üçün 1 qızıl, 4 bürünc medal şansı

Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.

Yarışın ikinci günündə Azərbaycanın 9 idmançısı mübarizə aparacaq. Onlardan biri qızıl, dördü bürünc medal uğrunda qüvvəsini sınayacaqsa, digər 4 güləşçimiz ilk görüşünə çıxacaq.

57 kq
Əfqan Xaşalov bürünc medal uğrunda görüşə çıxacaq. Onun rəqibi Aryan Tsiutrin (Belarus) - Givi Davidovi (İtaliya) cütünün qalibi olacaq.

61 kq
1/8 final: Əhmədnəbi Qvarzatilov – Viktor Lizen (Almaniya)

65 kq
Əli Rəhimzadə üçüncülük mübarizəsində qüvvəsini sınayacaq. O, George Ramm (Böyük Britaniya) - Andrey Svirid (Ukrayna) cütünün qalibi ilə qarşılaşacaq.

70 kq
Turan Bayramov final görüşündə mübarizə aparacaq. Həmyerlimizin rəqibi rusiyalı İsrail Kasumovdur.

79 kq
Rəşad Yusifli bürünc medal uğrunda görüşdə Osman Haydari (Albaniya) - Alans Amirovs (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.

97 kq
Şamil Zubairov təsəlliverici görüşə çıxacaq. Onun rəqibi Moldova təmsilçisi Radu Lefter olacaq.

74 kq
1/16 final: Əşrəf Aşırov – Fazlı Eryılmaz (Türkiyə)

86 kq
1/8 final: Hacımurad Məhəmmədsəidov Artur nayfonovla (Rusiya) üz-üz gələcək.

92 kq
1/8 final: Osman Nurməhəmmədov ilk cəhdində almaniyalı Robin Ferdinandla qarşılaşacaq.

Xəbər lenti