![]() |
|
Bu gün Azərbaycanın daha 2 cüdoçusu Portuqaliyanın paytaxtı Lissabonda davam edən Avropa çempionatında mübarizəyə qoşulacaq.
Yarışın ikinci günündə 81 kq çəki dərəcəsində çıxış edən Murad Fətiyev və Hidayət Heydərov qüvvəsini sınayacaq.
1/16 finalda Fətiyev türkiyəli Vedat Albayrak, Heydərov isə almaniyalı Niklas Blöxl ilə üz-üzə gələcək.
Qeyd edək ki, Avropa çempionatına aprelin 18-də yekun vurulacaq. Azərbaycan yarışda 9 cüdoçu ilə təmsil olunur. İlk gündə Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb.
"Beşiktaş"ın futbolçusu Cenk Tosun ağır zədə alıb.
"Qafqazinfo" xəbər verir ki, Türkiyə millisinin üzvü Super Liqanın 34-cü turunda "Erzurumspor"la səfər matçının 73-cü dəqiqəsində dizindən zədələnib.
Meydanı xərəkdə tərk edən hücumçu ambulansla klubun təyyarəsinə aparılıb.
Təyyarə isə onu İstanbuldakı xəstəxanaya çatdırıb.
İlkin diaqnoza görə, diz bağlarında problem olan futbolçu mövsümün sonuna qədər meydana çıxa bilməyəcək.
“Yuventus”un ulduzu oyunçusu Kriştianu Ronaldo növbəti dəfə etdiyi hərəkətlə gündəmə gəlib. “Qafqazinfo” xəbər verir ki, o, “Cenoa”ya 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra formasını yerə atıb.
Bir neçə saniyə sonra stadiondakı topdaşıyan uşaqlardan biri formanı yerdən götürüb. İtaliya mətbuatının yazdığına görə, Ronaldo məhz həmin topdaşıyanın xahişi ilə formasını yerə atıb.
Matçdan sonra turinlilərin çalışdırıcısı Andrea Pirlo da bununla bağlı açıqlama verib: “Ronaldo daim qol vurmaq istəyir. Onun əsəbiləşməsi normaldır. Buna görə cəzalanmayacaq”.
Xatırladaq ki, Ronaldo Portuqaliya millisinin heyətində DÇ-2022-nin seçmə mərhələsində Serbiya ilə matçda hakimin onun təmiz qolunu qeydə almadığı üçün əsəbiləşib və kapitanlıq sarğısını yerə çırpmışdı.
Bu gün Azərbaycanın daha iki ağırlıqqaldıranı Rusiyanın paytaxtı Moskvada keçirilən Avropa çempionatında qüvvəsini sınayır.
Oxu.az xəbər verir ki, 102 kq çəki dərəcəsində mübarizə aparan Əliş Nəzərov artıq B qrupunda mübarizə aparıb. Beşinci olan idmançımızın medal qazanmayacağı dəqiqləşib.
Daha sonra Dadaş Dadaşbəyli güclü A qrupunda körpücük üzərinə çıxacaq. U-23-lər arasında Avropa çempionu olan idmançımızın rəqibləri Sergey Şarankov (Belarus), İrakli Çxeidze (Gürcüstan), David Fisçerov, Vasil Marinov (hər ikisi Bolqarıstan), Arsen Martirosyan, Samvel Qasparyan (hər ikisi Ermənistan) və Fyodor Petrov (Rusiya) olacaq.
Qeyd edək ki, Avropa çempionatına sabah yekun vurulacaq. Daha əvvəl Boyanka Kostova (-59 kq) dördüncü dəfə Azərbaycan adından Avropa çempionu olub.
İspaniyanın “Qranada” və İngiltərənin “Mançester Yunayted” klublarının görüşündə kuryoz hadisə baş verib.
Belə ki, tamamilə çılpaq olan kişi qəfil stadiona girib. Nəticədə oyun müvəqqəti dayandırılıb.
Lüt azarkeş mühafizəçilər tərəfindən saxlanılıb, meydandan kənarlaşdırılıb.
Qeyd edək ki, oyun azarkeşlərsiz keçirilir.
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək.
İlk oyun günündə iki qarşılaşma baş tutacaq.
İspaniyada Madrid “Real”ı İngiltərənin “Liverpul” klubu ilə münasibətlərinə aydınlıq gətirəcək.
İngiltərənin digər təmsilçisi “Mançester Siti” isə doğma meydanda Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
1/4 finalın ilk oyunları
6 aprel
23:00. Real (İspaniya) - Liverpul (İngiltərə)
23:00. Mançester Siti (İngiltərə) - Borussiya (Dortmund, Almaniya)
Futzal üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində aprelin 8-də Levice şəhərindəki idman zalında Slovakiya yığması ilə qarşılaşacaq Azərbaycan millisi bu gün səfərə çıxıb.
Bakı-İstanbul-Budapeşt hava reysi ilə hərəkət edəcək komanda Macarıstanın paytaxtından oyunun keçiriləcəyi şəhərə avtobusla yollanacaq.
Levice şəhərindəki “Astrum Laus” hotelində məskunlaşacaq millinin heyətində itkilər var. Zədəli olan Bolinya və Hadi Ahmadi bu görüşdə komandaya kömək edə bilməyəcək. Buna görə də Joze Alesio Da Silva 3-ü qapıçı olmaqla bu matçda 12 futzalçının xidmətindən istifadə edəcək. Yüngül zədəsi olan Amir Şocaei baş məşqçi şans verəcəyi təqdirdə meydana çıxacaq. İki gün əvvəl məşqdə zədələnən Bolinya və Hadi Ahmadi isə müalicəsini Bakıda davam etdirəcək. Onların aprelin 14-də Yunanıstanla Bakıda keçiriləcək görüşə qədər hazır olacağı gözlənilir.
Qeyd edək ki, aprelin 8-də keçiriləcək Slovakiya - Azərbaycan matçına Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.
Millinin səfər oyunu üçün heyətini diqqətinizə çatdırırıq:
1. Rövşən Hüseynli - Araz-Naxçıvan
2. Emin Kürdov - EKOL
3. Cavad Məmmədov - Neftçi İK
4. Xətai Bağırov - Araz-Naxçıvan
5. Rizvan Fərzəliyev - Araz-Naxçıvan
6. Fineo De Arauxo - Araz-Naxçıvan
7. İsa Atayev - Araz-Naxçıvan
8. Amir Şocaei - Araz-Naxçıvan
9. Ramiz Çovdarov - Araz-Naxçıvan
10. Tofiq Mikayılov - EKOL
11. Eduardo Borges - ACCSS FUTSAL (Fransa)
12. Everton Kardoso - Levante (İspaniya)
Paytaxt sakinləri bildirir ki, son bir ildə koronavirus pandemiyası səbəbindən idman və məşq zallarının bağlanması qərarı açıq havada idman etmək istəyənlərin də sayını artırıb. Təbii ki, açıq havada idman etməyin əhəmiyyəti böyükdür.
Sakinlərin sözlərinə görə, istər idmançıların, istərsə də vətəndaşların sağlam qalması üçün idman zallarının yenidən fəaliyyət göstərməsi önəmlidir.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
Azərbaycan Futbol Federasiya Assosasiyası FİFA-ya müraciət edəcək.
Buna səbəb Qətərdə təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Ermənistan - Rumıniya oyunu zamanı stadionda separatçı rejimin qondarma bayrağının asılması olub.
AFFA rəsmi “Facebook” səhifəsində bununla bağlı FIFA-ya müraciət edəcəyini bildirib.
Türkiyənin "Fənərbağça" klubu Erol Bulutu baş məşqçi postundan istefaya göndərib.
Klubun rəsmi saytının məlumatına görə, 46 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Mövsümün qalan hissəsində komandaya idman direktoru Emre Belözoğlu rəhbərlik edəcək.
Daha sonra isə bu postun Almaniya millisini AVRO-2020-dən sonra tərk edəcək Yoahim Lövə tapşırılacağı bildirilir. Bu barədə "Bild" nəşri xəbər yayıb. Löv 1998/1999 mövsümündə də "sarı-lacivərdlilər"in baş məşqçisi olub.
Qeyd edək ki, Erol Bulut "Fənərbağça"ya 5 avqust 2020-ci ildə baş məşqçi təyin olunub. Hazırda bu komanda 30 oyundan 59 xalla 3-cü pillədə qərarlaşıb və bir oyun az keçirmiş lider "Beşiktaş"dan 5 xal geri qalır.