![]() |
|
İdman jurnalisti və şərhçi Nobel Arustamyan Bakıdakı Avro-2020 qarşılaşmalarına gəlməyəcək.
"Bu barədə “Caliber” “Telegram” kanalı öz mənbələrinə istinadən yazıb.
N.Arustamyan UEFA-dan Avro-2020 oyunları üçün akkreditasiya ala bilməyib, çünki Azərbaycan şərhçinin Bakıya gəlməsinə qarşı çıxıb. Arustamyan dəfələrlə Azərbaycanın bir vaxtlar işğal altındakı ərazilərinə səfər edib və Xankəndidə separatçılıq siyasətinə təbliğ edən tədbirlər keçirib və bununla əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahısına” daxil edilib.
Bununla belə, rəsmi Bakı Arustamyanın Avro-2020-ə akkreditasiyasına qarşı çıxmayıb, söhbət yalnız şərhçinin Bakıdakı oyunlara buraxılmamasından gedib. Lakin UEFA-nın reqlamentinə əsasən əgər Avro-2020-nin təşkilatçı ölkələrindən biri akkreditasiyaya icazə vermirsə, o zaman jurnalist ümumiyyətlə turnirə buraxılmır.
Arustamyanın UEFA ilə problemini çözməsi və Avro-2020 üçün akkreditasiya alması belə onun Bakıya gələ biləcəyi anlamını ifadə etmir.
“Arustamyan Bakıdakı oyunlar üçün akkreditasiya almayıb. O, Azərbaycana gələ bilməyəcək. Digər məkanlara gəldikdə isə başqa şəhərlərdə akkreditasiya ilə bağlı məhdudiyyətlər Bakının tələbi ilə deyil, UEFA-nın daxili reqlamenti əsasında olub”, - deyə “Caliber” qeyd edib.
"Yol-xeber.az" xəbər verir ki, mini-turnir formatında keçirilən raundun qalibi birinci təsnifat mərhələsinə çıxış imkanı qazanacaq.
İlk yarımfinal oyununda iyunun 22-də “Folqore” (San-Marino) və “Priştina” (Kosovo) klubları qarşılaşacaq. Üç gün sonra keçiriləcək ikinci yarımfinal isə “Torshavn” (Farer adaları) və “İnter Eskaldes” (Andorra) arasında baş tutacaq.
Final görüşünün qalibi 6-7 və 13-14 iyulda təşkil olunacaq birinci təsnifat mərhələsində iştirak hüququ əldə edəcək. Məğlub olan üç klub isə Konferensiyalar Liqasının təsnifat mərhələsində oynayacaq.
Ukraynanın Odessa şəhərində Qarışıq İdman Növləri üzrə Dünya Çempionatı keçirilib. Yol-xeber.az xəbər verir ki, çempionatda iştirak edən Nicat Yusifov və Cəlal Cəlallı qalib gələrək dünya çempionu adını qazanıblar. Nicat Yusifov finalda erməni əsilli rəqibi Qriqoryan Artura qalib gələrək 70 kiloqram çəki dərəcəsində dünya çempionu olub.
Qeyd edək ki, idmançılardan biri - Bakı Nəqliyyat Agentliyinin əməkdaşı Cəlal Cəlallı ukraynalı rəqibinə qalib gələrək 80 kiloqram çəki dərəcəsində çempionatın baş mükafatına layiq görülüb.
Çempionat iyunun 3-dən 6-a kimi davam edib.
Qeyd edək ki, yarışda dünyanın 16 ölkəsindən 800 idmançı iştirak edib. Çempion adını qazanan hər iki idmançıya gələcək fəaliyyətlərində uğurlar arzu edirik.
İyunun 10-dan etibarən hava nəqliyyatı vasitəsilə 2021-ci ildə futbol üzrə Avropa çempionatının Bakı şəhərində keçiriləcək 4 oyununda iştirak edən futbol komandalarının təmsil etdikləri ölkələrin vətəndaşları və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilməsinə dair yeni tələb müəyyənləşib.
Nazirlər Kabineti bununla bağlı "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında dəyişiklik edib.
Qərara əsasən, 2021-ci ildə futbol üzrə Avropa çempionatının Bakı şəhərində keçiriləcək 4 oyununda iştirak edən futbol komandalarının təmsil etdikləri ölkələrin vətəndaşlarından və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərdən iyunun 10-dan etibarən uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd də tələb olunacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 aprel tarixli 2576 nömrəli Sərəncamına əsasən, 2021-ci ildə futbol üzrə Avropa çempionatının Bakı şəhərində keçiriləcək 4 oyununda iştirak edən futbol komandalarının təmsil etdikləri ölkələrin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə mayın 1-dən iyulun 5-dək aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilirdi:
- oyunların Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin və ya Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi dəvət məktubu;
- Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya digər sənəd;
- Bakı şəhərində keçiriləcək oyunlarda iştirak edən futbol komandalarının təmsil etdikləri ölkələrin vətəndaşları və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün oyuna bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.
Nazirlər Kabinetinin qərarına əsasən, iyunun 10-dan etibarən 2021-ci ildə futbol üzrə Avropa çempionatının Bakı şəhərində keçiriləcək 4 oyununda iştirak edən futbol komandalarının təmsil etdikləri ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin həmin sənədlərdən hər hansı birini və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına giriş-çıxışı mümkün olacaq.
"Yol-xeber.az"ın məlumatına görə, pilotlar saat 13:30-dək bolidlərini sınaqdan keçirəcəklər.
Saat 16:00-da isə ikinci test yürüşü başlayacaq.
İyunun 5-də "Formula 1"də üçüncü test yürüşü və sıralama turu, iyunun 6-da isə əsas mərhələ gerçəkləşəcək.
Yol-xeber.az xəbər verir ki, sayca beşinci dəfə təşkil olunacaq yarışın birinci günündə "Formula 2"də sərbəst yürüş və sıralama turu, "Formula 1"də isə 2 sərbəst yürüş gerçəkləşəcək.
Qran-priyə "Formula 2" pilotlarının sərbəst yürüşləri ilə start veriləcək. Günün sonunda "Formula 1"də ikinci sərbəst yürüş başa çatmış olacaq.
İyunun 5-də "Formula-2"də sprint yarışları, həmçinin "Formula-1"də üçüncü sərbəst yürüş və sıralama turu olacaq.
İyunun 6-da ilk olaraq "Formula-2"də yekun yarış baş tutacaq. Ardınca pilotların paradı, açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da "Formula 1"də əsas yarış başlayacaq və yekunda qalib müəyyənləşəcək.
Koronavirus pandemiyası səbəbindən Qran-prilərdə şou və əyləncə proqramları keçirilmir.
İlk 5 mərhələdən sonra "Red Bull"un sürücüsü Maks Ferstappen 105 xalla birinci, "Mercedes"dən Luis Hamilton 101 xalla ikinci pillədə qərarlaşıb. İlk "3-lüy"ü 56 xalla "McLaren"in pilotu Lando Norris qapayır.
Komanda hesabında da "Red Bull" 149 xalla bütün rəqiblərini qabaqlayıb. "Mercedes" 148 xalla ikinci, "McLaren" 80 xala üçüncü sırada yer alıb.
Azərbaycan Qran-prisinin proqramı
4 iyun
"Formula-2"
Saat. 10:25-11:10 - Sərbəst yürüş
"Formula-1"
Saat. 12:30-13:30 - I sərbəst yürüş
"Formula-2"
Saat. 14:30-15:00 – Sıralama turu
"Formula-1"
Saat. 16:00-17:00 - II sərbəst yürüş
5 iyun
"Formula-2"
Saat. 11:25-12:15 – Sprint yarışı
"Formula-1"
Saat. 13:00-14:00 - III sərbəst yürüş
"Formula-1"
Saat. 16:00-17:00 - Sıralama turu
"Formula-2"
Saat. 17:40-18:30 – Sprint yarışı
6 iyun
"Formula-2"
Saat. 12:45-13:50 - Əsas yarış
“Formula-1”
Saat. 14:10-14:50 – Pilotların təqdimatı
Saat. 15:44-15:46 – Dövlət Himni mərasimi
Saat. 16:00-18:00. Əsas yarış
"Yol-xeber.az" xəbər verir ki, bu barədə Uels mətbuatına AFFA-dan məlumat verilib.
Qurum öz komandalarını dəstəkləmək üçün Bakıya gələcək qonaqların karantindən azad edildiyini açıqlayıb. Türkiyə, İsveçrə və Böyük Britaniyadan olan bilet sahibləri, həmçinin 1/4 final iştirakçılarının azarkeşləri vizaları Bakıya çatarkən hava limanında əldə edəcək. Onlar bu sənədi onlayn şəkildə də ala bilərlər. Standart vizalar onlayn rejimdə üç iş gününə alınırsa, bunu təcili şəkildə 3-5 saata həll etmək olacaq.
Bütün azarkeşlərə müvafiq qaydalara əməl etmək tövsiyə olunacaq. Azarkeşlər ölkəyə daxil olarkən sərhəddə bileti və koronavirus testinin mənfi nəticə göstərdiyini təsdiqləyən sənədi göstərməlidir. Stadiona giriş üçün əlavə testə ehtiyac olmayacaq.
Koronavirus pandemiyası nəzərə alınaraq Bakıda fanzonalar təşkil edilməyəcək. Bu, insanların bir yerə toplaşmaması üçündür.
"69 yaşlı mütəxəssis təlim-məşq toplanışına çağırdığı oyunçulardan 4-nü "26-lığ"a daxil etməyib. Avropa çempionatında qapıçı Gökhan Akkan ("Rizespor"), yarımmüdafiəçi Mahmut Tekdemir (“Başakşehir”), hücumçu Efecan Karaca (“Alanyaspor”) və Halil Akbunar (“Göztepe”) aparılmayacaq.
Türkiyə millisinin yekun heyəti:
Qapıçılar: Mert Günok (“Başakşehir”), Uğurcan Çakır (“Trabzonspor”), Altay Bayındır (“Fənərbağça”)
Müdafiəçilər: Zeki Çelik (“Lill”, Fransa), Mert Müldür (“Sassuolo”, İtaliya), Merih Demiral (“Yuventus”, İtaliya), Ozan Kabak (“Liverpul”, İngiltərə), Çağlar Söyüncü (“Lester”, İngiltərə), Kaan Ayhan ("Sassuolo", İtaliya), Umut Meraş (“Havr”, Fransa), Rıdvan Yılmaz (“Beşiktaş”)
Yarımmüdafiəçilər: Taylan Antalyalı (“Qalatasaray”), Dorukhan Toköz (“Beşiktaş”), Okay Yokuşlu (“Vest Bromviç” İngiltərə), Ozan Tufan ("Fənərbağça), Orkun Kökçü (“Feyenord” Niderland), Yusuf Yazıcı (“Lill”, Fransa), İrfan Can Kahveci (“Fənərbağça”), Hakan Çalhanoğlu (“Milan”, İtaliya)
Hücumçular: Cengiz Ünder (“Lester”, İngiltərə), Abdülkadir Ömür (“Trabzonspor”), Kerem Aktürkoğlu ("Qalatasaray"), Burak Yılmaz (“Lill”, Fransa), Enes Ünal (“Xetafe”, İspaniya), Kenan Karaman (“Fortuna”, Almaniya), Halil İbrahim Dervişoğlu (“Qalatasaray”).
Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun iyunun 12-də İsveçrə – Uels, iyunun 16-da Türkiyə – Uels və iyunun 20-də Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin iyulun 3-də keçiriləcək 1 oyununa ev sahibliyi etməlidir.
"Bununla bağlı klub rəsmi açıqlama yayıb.
Bundan əlavə, “SKY İtalia” xəbər verir ki, razılaşmaya əsasən, Konte 7 milyon avro təzminat alacaq.
Onun yerinə əsas namizəd kimi “Yuventus”un keçmiş çalışdırıcısı Maksimiliano Alleqri və hazırda “Latsio”nun sükanı arxasında olan Simone İndzaqinin adı hallanır.
"Qitənin ikinci dərəcəli klub turnirinin final matçı Polşanın Qdansk şəhərində baş tutub.
Həlledici görüşdə İspaniyanın “Vilyarreal” və İngiltərənin “Mançester Yunayted” klubları üz-üzə gəlib. Matçın əsas və əlavə vaxtı qalibi müəyyənləşdirməyib.
Unay Emerinin yetirmələri ilk yarıda hesabı açsalar da, İngiltərə təmsilçisi fasilədən sonra hesabda tarazlıq yaradıb. Əlavə vaxtda nə ispaniyalılar, nə də Ole-Qunnar Sulşerin yetirmələri fərqlənib.
Kubokun sahibi oyunsonrası penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq olan "Vilyarreal" turnirin qalibi olub.
Qeyd edək ki, tarixində ilk dəfə titul qazanan “Vilyarreal” bu qələbə ilə həm növbəti mövsüm Çempionlar Liqasının qrup mərhələsinə, həm də Superkubok matçına vəsiqə qazanıb.