Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsində bu gün təsnifat mərhələsinin son görüşləri keçiriləcək.

"Yol-xeber.az" xəbər verir ki, "The FTX Crypto Cup"un üçüncü yarış günündə daha 5 tur oynanılacaq.

Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov argentinalı Alan Piçot, çinli Dinq Liren və rusiyalı Daniil Dubovla qara, niderlandlı Aniş Giri və daha bir rusiyalı Aleksandr Qrişukla ağ fiqurlarla qarşılaşacaq.

Teymur Rəcəbov isə Giri, Qrişuk və Karlsenlə qara, Liren və Dubovla ağ fiqurlarla üz-üzə gələcək.

10 turdan sonra Rəcəbov ABŞ təmsilçiləri Fabiano Karuana və Hikaru Nakamura ilə birgə hərəyə 6,5 xalla ilk 3 yeri bölüşür. Məmmədyarov isə 5 xalla 10-cu pillədə gedir.

XI tur

Alan Piçot (Argentina) - Şəhriyar Məmmədyarov

Aniş Giri (Niderland) - Teymur Rəcəbov

XII tur

Teymur Rəcəbov - Dinq Liren (Çin)

Şəhriyar Məmmədyarov - Aniş Giri (Niderland)

XIII tur

Dinq Liren (Çin) - Şəhriyar Məmmədyarov

Aleksandr Qrişuk (Rusiya) - Teymur Rəcəbov

XIV tur

Teymur Rəcəbov - Daniil Dubov (Rusiya)

Şəhriyar Məmmədyarov - Aleksandr Qrişuk (Rusiya)

XV tur

Daniil Dubov (Rusiya) - Şəhriyar Məmmədyarov

Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov

Qeyd edək ki, yarış 23 - 31 mayda gerçəkləşəcək. Turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoin bonusdur.

"Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar Bakının mərkəzi yolları bir həftə bağlı olacaq.

""Report" xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Ayan Nəcəf-Ağayeva açıqlama verib.

O bildirib ki, hələlik yollar tam bağlanmayıb: "Hər il olduğu kimi yolların bir həftə bağlı olacağı gözlənilir".

Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda keçiriləcək.

Rusiya Karate Federasiyasının vitse-prezidenti, karate üzrə SSRİ çempionu Viktor Xan 14-cü dəfə Avropa çempionatında finala çıxan Rafael Ağayevi tərifləyib.

"O, azərbaycanlı dostuna göndərdiyi videoda bundan bəhs edib. 

“Azərbaycanın üç karateçisinin finala çıxması çox yaxşı nəticədir. Rafael Ağayevin dünənki döyüşləri dərsliklərə düşməlidir. Gənc karateçilər bundan faydalanmalıdır. O, həqiqətən dünya karatesinin “brilyantı”dır.  Unikal idmançıdır. Onun zədəsi vardı, amma belə gözəl döyüşə görə əhsən düşür”.

Qeyd edək ki, Rafael Ağayev Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatının finalında iki il əvvəl Avropa Oyunlarının finalında məğlub olduğu Stanislav Qoruna (Ukrayna) ilə qarşılaşacaq. Bu görüş mayın 22-də olacaq.

36 yaşlı Rafael qalib gələcəyi halda, 12-ci dəfə öz çəkisində Avropanın ən güclü karateçisi olacaq.

“Yuventus”- "Atalanta" oyunundakı qalibiyyətindən sonra “Yuventus”un türk əsilli oyunçusu Merih Demiral İnstaqramda canlı yayım açıb.

“ Türkiyə mətbuatı xəbər verir ki, oyunçu Kristiano Ronaldodan türkcə söz söyləməsini istəyib.

Ulduz futbolçu isə türkcə söyüş işlədib.

M.Demiral gülərək canlı yayımda Ronaldodan uzaqlaşıb.

Qeyd edək ki, “Yuventus”- "Atalanta" oyunu 2:1 hesabla başa çatıb.

Sözügedən görüntüləri təqdim edirik:

"Real" bu mövsüm baş məşqçi Zinədin Zidan və bir çox futbolçusu ilə yollarını ayıra bilər.

Offsideplus.az xəbər verir ki, "Kral klubu" 10 oyunçusunu satmağı planlaşdırır. Onların arasında, Eden Hazard, Qaret Beyl, Rafael Varan, Marko Asensio, Marselo, Yuka Yoviç, Mariano Diaz, Mayoral və Dani Sebalyos var.

Bu futbolçulardan Rafael Varan ilə "Mançester Yunayted", "Çelsi", PSJ kimi Avropa nəhəngləri yaxından maraqlanır.

Satışlardan əldə edilən gəlir ilə "Real" yeni transferlər və oyunçuları ilə yeni müqavilələr imzalamağı düşünür.

Xocalı Futbol Klubu səhifəsində yeniyetmə üzvlərinin enerji içkisi içdiyini əks etdirən foto paylaşıb.

Səhifədə həmçinin enerji içkisinin adı işarələnib.

Sözügedən foto sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. 

İdman jurnalistləri və xeyli sayda insan azyaşlılara enerji içkisinin paylanılmasına və bundan reklam xarakterlki istifadə edilməsinə görə klubu tənqid edib.

Xocalı FK-nın Ölkə.Az-a açıqlamasında bildirildi ki, fotoda olan uşaqlara energetik içkiləri valideynləri alıb:

“Bizdə valideynlər oyundan sonra uşaqlara enerji içkisi alıblar və bunun da fotosunu çəkiblər. Klubun əməkdaşları da qadınlar olduğuna görə bunu bilmədən paylaşıblar. Biz klub olaraq heç vaxt uşaqlarımıza enerki içkisi təklif etmirik. Bunun ictimailəşdirilməsindən klubun prezidentinin və əməkdaşlarının xəbəri olmayıb”.

Çoxsaylı tənqidlərdən sonra paylaşım səhifədən silinib.

Xatırladaq ki, Xocalı FK 2019-cu ilin 20 noyabrında yaradılıb.

 

 

 

Qadın güləşçilərimiz lisenziya mübarizəsinə qoşulur

Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə dünya Olimpiya təsnifat turniri davam edir.

Turnirin ikinci günündə qadın güləşçilər mübarizəyə qoşulacaqlar. Azərbaycan yığmasının üzvlərindən Türkan Nəsirova (53 kq) Luisa Melendres (Ekvador), Alyona Kolesnik (57 kq) qırğızıstanlı Nuraida Anarkulova, Tatyana Omelçenko (62 kq) Luisa Niemeş (Almaniya) - Cessika Bruilette (Kanada) cütünün qalibi ilə, Elis Manolova (68 kq) Aqoro Papavasileu (Yunanıstan), Gözəl Zutova (76 kq) isə rumıniyalı Katalina Axente ilə üz-üzə gələcək.

Görüşlər hər gün Bakı vaxtı ilə saat 11:00-da başlayacaq. Lisenziya sahiblərini müəyyənləşdirən yarımfinal qarşılaşmaları isə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, qadın güləşçilərimizdən yalnız səkkizqat Avropa çempionu Mariya Stadnik "Tokio-2020"yə vəsiqəni təmin edib.

“Çelsi”ni finala daşıyan qələbə

Xəbər verdiyimiz kimi, Çempionlar Liqasında ikinci finalçı müəyyənləşib.

"Çelsi" doğma meydanda "Real" üzərində 2:0 hesablı qələbə qazanaraq finala vəsiqəni təmin edib.

Matçın videoicmalını təqdim edirik:
 

“Qalatasaray”da prezident seçkiləri təxirə salındı

Türkiyənin “Qalatasaray” klubunda növbəti dəfə növbədənkənar prezident seçkiləri təxirə salınıb.

Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, buna koronavirus pandemiyası ilə bağlı ölkədə tətbiq edilən sərt karantin rejimi səbəb göstərilib. 

Qeyd edək ki, növbədənkənar prezident seçkiləri mayın 22-nə təyin olunmuşdu. Bundan öncə ötən ilin dekabrında da keçirilməli olan prezident seçkisi eyni səbəbdən təxirə salınmışdı.

Onu da əlavə edək ki, indiyədək Burak Elmas, Metin Öztürk və Eşref Hamamcıoğlu prezidentliyə namizədliyini açıqlayıb. Hazırkı prezident Mustafa Cengizin isə namizəd olub-olmayacağı bilinmir.

“Mançester Siti” tarixində ilk dəfə ÇL-in finalında!

Futbol üzrə UEFA Çempionlar Liqasında ilk finalçının adına aydınlıq gəlib.

Yarımfinal mərhələsinin ilk cavab matçı İngiltərədə baş tutub. Burada “Mançester Siti” Fransa çempionu PSJ ilə üz-üzə gəlir.

İlk oyunda rəqibinə səfərdə qalib gəlmiş mançesterlilər, cavab qarşılaşmasında da fransızları üzərində qələbə qazanıb - 2:0. Hər iki görüşdə qələbə qazanan "şəhərlilər" tarixində ilk dəfə Çempionlar Liqasının finalına yüksəlib.

Qeyd edək ki, digər yarımfinal oyunu bu gün “Real” (İspaniya) ilə “Çelsi” (İngiltərə) arasında baş tutacaq.

UEFA Çempionlar Liqası

Yarımfinalın cavab oyunu

4 may

23:00. “Mançester Siti” – PSJ - 2:0

Qol: R.Mahrez, 11, 63

Baş hakim: Byörn Kuypers (Niderland).

Mançester. “Etihad” stadionu.

İlk oyun – 2:1.

Xəbər lenti