Fevralın 13-14-də Bakıda keçirilməsi nəzərdə tutulan Batut gimnastikası və Tamblinq üzrə Dünya Kuboku ləğv olunub.

"Ölkə.Az" Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarışın ləğv olunması dünyada yayılmış koronavirus xəstəliyinin Azərbaycan ərazisində yayılmasının qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlıdır.

Bakıdakı Kubok ilə yanaşı Beynəlxalq Gimnastika Federasiyası İdman gimnastikası üzrə Dünya Kubokunun (Almaniya, 25-28 fevral) ləğv olunması, o cümlədən Akrobatika gimnastikası üzrə Dünya Kubokları (Rusiya -19-21 fevral; Portuqaliya - 5-7 mart; Belçika 9-11 aprel) və Aerobika gimnastikası üzrə Dünya Kubokunun (Yaponiya 24-25 aprel) təxirə salınması ilə əlaqədar qərar çıxarıb.

Qeyd edək ki, Bakıda İdman gimnastikası üzrə Dünya Kuboku (4 - 7 mart), Bədii gimnastika üzrə Dünya Kuboku (7 - 9 may), Aerobika gimnastikası üzrə 9-cu Dünya yaş qrupları yarışları (21 - 23 may), Batut gimnastikası və tamblinq üzrə 35-ci Dünya Çempionatı (11 - 14 noyabr) və 28-ci Dünya yaş qrupları yarışlarının (19 - 22 noyabr) keçirilməsi nəzərdə tutulur.

“Milan” “Yuventus”a belə uduzdu

İtaliya A Seriyasının 16-cı turunda “Milan” “Yuventus”a 1:3 hesabı ilə uduzub.

Matçın icmalını təqdim edirik:

“Milan” – “Yuventus” 1:3

Qol: Kalabria, 41 – Kyeza, 18; 62. Makkenni, 76.

"Neftçi" klubunun sabiq futbolçusu Rafiq Əlizadə dünyasını dəyişib.

Bu barədə "Reoprt"a Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.

Keçmiş hücumçu 72 yaşında Rusiyanın paytaxtı Moskvada qəflətən vəfat edib. O.Abdullayev Futbol Veteranları İttifaqı adından R.Əlizadənin ailəsinə başsağlığı verib.

Qeyd edək ki, Rafiq Əlizadə 1966 - 1972 və 1976 - 1982-ci illərdə "Neftçi"nin formasını geyinib. O, futbolçu karyerası ərzində komandasına penalti qazandırma bacarığı ilə də tanınıb.

R.Əlizadə futzal sahəsində də özünü sınayıb. O, 1991-ci ildə futzal üzrə SSRİ çempionatında Bakının "Neftçi" komandasının heyətində 4 oyun keçirib, 8 qol vurub, həmçinin futzal üzrə SSRİ yığmasının 2 dəfə formasını geyinib.

Mütəxəssis 1999-cu ildə tarixində ilk və hələ ki, sonuncu dəfə Avropa çempionluğunu qazanan futzal üzrə Rusiya yığmasının köməkçi-məşqçisi olub. Sabiq forvard 1992 - 2008-ci illərdə Rusiyanın "Dina" futzal klubunun idman direktoru, 2010 - 2017-ci illərdə isə maddi-texniki təminat üzrə vitse-prezidenti vəzifəsini icra edib. O, 2019-cu ildə Rusiya Mini-Futbol Assosiasiyası tərəfindən "İşinə sadiqliyə görə" medalı ilə təltif edilib.

R.Əlizadəyə 2019-cu ilin sonundan AFFA İcraiyyə Komitəsinin qərarına əsasən milli assosasiya tərəfindən xüsusi təqaüd verilib.

 
 
Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Mahir Emreli karyerasını Belçika çempionatında davam etdirə bilər.

Report xəbər verir ki, yerli çempionatda çıxış edən bir neçə klub 24 yaşlı hücumçu ilə yaxından maraqlanır.

Komandaların adları açıqlanmasa da, hazırda "Vasland-Beveren", "Zülte-Varagem", "Standard", "Sent-Trüden" və "Mexelen" kimi yüksək liqa təmsilçilərinin mərkəz hücumçu axtardıqları bildirilib.

Qeyd edək ki, daha əvvəl Türkiyənin "Beşiktaş" klubunun da Mahir Emrelinin xidmətində maraqlı olduğu ilə bağlı xəbər yayılıb.

“Neftçi”də ispan məşqçi

“Neftçi”nin məşqçilər korpusuna yeni təyinat olub.

“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, əsas komandanın fiziki hazırlıq üzrə məşqçisi vəzifəsini Eduardo Karo yetirəcək. 28 yaşlı ispaniyalı mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanıb.

Qeyd edək ki, İspaniyanın "Terrassa” (2015-2017), "Gava” (2017-2018), Səudiyyə Ərəbistanının "Əl-Hilal” U-23 (2018-2019) və Türkiyənin "Gənclərbirliyi” (2020) klublarında çalışmış Karo 2019/2020-ci illər mövsümündə "Sumqayıt”ın fiziki hazırlıq üzrə məşqçisi olub.

Onlayn formada keçirilən blits şahmat üzrə “Airthings Masters” turnirində iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov yarışın ikinci günündə 4 qarşılaşma keçirib.

"Ölkə.Az" xəbər verir ki, Aleksandr Qrişuk (Rusiya), Hikaru Nakanura (ABŞ) və Yan Nepomnyaşi (Rusiya) ilə heç-heçə edən Teymur günün son matçında erməni Levon Aronyanla görüşüb. Ağ fiqurlarla oynayan qrossmeysterimiz yarım xalla kifayətlənib.

Rəcəbov xal hesabını 4,5-ə çatdıraraq 4-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, iki mərhələdən ibarət yarışda 12 şahmatçı mübarizə aparır. Dairəvi sistemdə keçirilən ilk mərhələdə “səkkizlik”də qərarlaşanlar növbəti raunda adlayacaqlar. Turnir 2021-ci il yanvarın 3-də başa çatacaq.

“Yuventus”un hücumçusu Kristiano Ronaldu XXI əsrin ən yaxşı futbolçusu seçilib.

Müvafiq sorğunu “Globe Soccer” keçirib.

Səsvermədə Ronaldu 38% səs toplayıb. Onu 24% faiz səslə “Barselona”nın hücumçusu Lionel Messi izləyib. Üçüncü yerdə isə “Liverpul”un misirli forvardı Mohamed Salah qərarlaşıb – 23%.

Eks “Barselona”lı Ronaldinyo 14% səs toplayıb və dördüncü olub.

2020-ci ilin ən yaxşı futbolçusu adını “Bavariya”nın polşalı hücumçusu Robert Levandovski, ən yaxşı məşqçisi ünvanını isə münhenlilərin çalışdırıcısı Hans Diter Flik qazanıb.

Əsrin ən yaxşı baş məşqçisi Xosep Qvardiola olub.

“Yuventus” belə darmadağın oldu

İtaliya A Seriyasının 14-cü turunda keçirilən “Yuventus” “Fiorentina”nı qəbul edib.

Turin klubu evdə florensiyalılara darmadağın olub. 

Həmin oyunun videoicmalını təqdim edirik:

 

Liqa 1 matçından sonra faciə

Futbol üzrə Fransa çempionatının 16-cı turu çərçivəsində keçirilmiş “Loryan” - "Renn" matçından sonra faciəvi hadisə baş verib.

"Loryan"ın ev oyunlarını keçirdiyi "Le Mustuar" stadionunun əməkdaşı qarşılaşmanın ardından dünyasını dəyişib.

Görüşün başa çatmasından 10 dəqiqə sonra ot örtüyünü qızdırmaq üçün nəzərdə tutulan avadanlıq stadion işçilərindən birinin üzərinə düşüb. Dağıntılar altından çıxarılan zərərçəkənə həkimlər ilkin tibbi yardım göstəriblər. Lakin xəstəxanaya aparılmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, matç "Renn"in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan hərb meydanında olduğu kimi, indi də idman sahəsində Ermənistandan üstün olduğunu göstərir.

Oxu.az xəbər verir ki, Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə Fərdi Dünya Kubokunda Azərbaycan idmançıları artıq iki dəfə Ermənistandan olan həmkarlarından güclü olduğunu sübut edə bilib.

Yunan-Roma güləşi üzrə yarışın gümüş medalçısı İslambəy Dadov 1/4 finalda sonradan bürünc medal qazanan, ötənilki dünya çempionatının mükafatçısı Slavik Qalstyana 7:4 hesabı ilə qalib gəlib.

Daha sonra dünya və Avropa çempionumuz Eldəniz Əzizli bürünc medal qazanmağa gedən yolda Rudik Mkrtçyana aman verməyib.

İdmançımız rəqibini o qədər o tərəf-bu tərəfə edərək xal alıb ki, baş hakim qarşılaşmanı dayandıraraq, Eldənizə vaxtından əvvəl qələbə verib (9:0).

 

Xəbər lenti