Azərbaycan əsilli MMA döyüşçüsü Rafael Fiziyev UFC-də dördüncü döyüşünə çıxıb.

Oxu.az xəbər verir ki, o, bu dəfə ABŞ-ın Las-Veqas şəhərində keçirilən UFC-nin əsas yarışında döyüşüb. Fiziyevin UFC-256 turnirinin yüngül çəkili döyüşündəki rəqibi braziliyalı Renato Moykano olub.

Rafael 1-ci raundda (4:05) rəqibini sol yumruğu ilə nokauta göndərib. Baş hakim döyüşü saxlayaraq, qələbəni Fiziyevə verib.

Qazaxıstan doğumlu, Qırğızıstan vətəndaşı olan, lakin milliyyətcə azərbaycanlı olan, "Ataman" ləqəbli Rafael Fiziyev bununla da peşəkar MMA-da doqquzuncu qələbəsini (bir məğlubiyyəti var – S.M.) qazanıb. Bu onun UFC-də üçüncü qələbəsi olub.

Döyüşdən sonra Rafael Fiziyev Vətən Müharibəsindəki qələbə münasibətilə Azərbaycanı təbrik edib, şəhidlərimizə Allahdan rəhmət diləyib.

Qeyd edək ki, yüngül çəkidə gecənin əsas döyüşlərindən biri amerikalı Toni Ferqyusonla braziliya Şarlis Oliveyra arasında keçirilib. Tanınmış Ferqyuson hakimlərin qərarı ilə məğlub elan edilib.

Eldəniz Əzizlinin erməniyə qalib gəldiyi görüşün

Xəbər verdiyimiz kimi, Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə Fərdi Dünya Kubokunda azərbaycanlı dünya çempionu Eldəniz Əzizli (55 kq) təsəlliverici görüşdə erməni Rudik Mkrtçyana 9:0 hesabıyla qalib gəlib.

“Qafqazinfo” həmin görüşün videosunu təqdim edir:

 

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov növbəti döyüşə hazırlığından video paylaşıb.

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər 

Paylaşımda Həbib Nurməhəmmədovun amerikalı MMA döyüşçüsü Castin Qetji ilə döyüşə hazırlıq prosesi əks olunub.

"Düşünürəm ki, bu epizoda baxmaq sizə maraqlı olacaq. Hazırlıq vaxtı ən ağır anlardan biri", - deyə o qeyd edib.

Qeyd edək ki, Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi oktyabrın 25-də UFC-də sonuncu döyüşünü keçirdiyini bildirib.

O, Castin Qetji ilə döyüşdən sonra karyerasını başa vurduğunu desə də, 1 ay sonra UFC-yə qayıdacağına işarə edib.

"Qarabağ" klubu dekabrın 10-da "Vilyarreal"a qarşı İspaniyada keçirməli olduğu UEFA Avropa Liqasının VI tur matçı ilə əlaqədar UEFA-ya müraciət ünvanlayıb.

AFFA-nın rəsmi saytı xəbər verir ki, müraciətdə Azərbaycan komandasının koronavirus testi pozitiv nəticələnmiş və zədəli futbolçularının qarşılaşmada iştirak edə bilməyəcəkləri diqqətə çatdırılıb. Bunlar A və B iştirak ərizəsində yer alan 23 futbolçudan, 2-si qapıçı olmaqla, 13 nəfərdir. Göstərilən səbəbdən dekabrın 10-da “Vilyarreal” – “Qarabağ” oyununun baş tutmayacağı bildirilib.

Məsələ ilə bağlı yekun qərarı UEFA verəcək.

Bu gün 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılacaq.

 İsveçrənin Sürix şəhərində təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

FİFA reytinqində dünyanın 109-cusu, Avropanın 44-cüsü olan Azərbaycan yığması 5-ci səbətdə qərarlaşıb. Püşk UEFA üzvü olan 55 ölkənin yığmalarını beşində 6, beşində 5 komanda olmaqla 10 qrupa böləcək. Bu isə o deməkdir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv 6 komandalı qrupa düşməsə, özündən reytinqcə üstün yığmalara rəqib olacaq.

1-ci səbət: Belçika, Fransa, İngiltərə, Portuqaliya, İspaniya, İtaliya, Xorvatiya, Danimarka, Almaniya, Niderland;

2-ci səbət: İsveçrə, Uels, Polşa, İsveç, Avstriya, Ukrayna, Serbiya, Türkiyə, Slovakiya, Rumıniya;

3-cü səbət: Rusiya, Macarıstan, İrlandiya, Çexiya, Norveç, Şimali İrlandiya, İslandiya, Şotlandiya, Yunanıstan, Finlandiya;

4-cü səbət: Bosniya və Herseqovina, Sloveniya, Monteneqro, Şimali Makedoniya, Albaniya, Bolqarıstan, İsrail, Belarus, Gürcüstan, Lüksemburq;

5-ci səbət: Ermənistan, Kipr, Farer adaları, Azərbaycan, Estoniya, Qazaxıstan, Kosovo, Litva, Latviya, Andorra;

6-cı səbət: Malta, Moldova, Lixtenşteyn, Cəbəllütariq, San Marino.

Qrup qalibi olan 10 yığma DÇ-2022-yə birbaşa vəsiqə qazanacaq, ikinci yerin sahibləri isə pley-offda iştirak edəcəklər. Komandalar qruplarında ev və səfərdə olmaqla, bir-biriləri ilə iki dəfə qarşılaşacaqlar. Bu görüşlər 2021-ci ilin mart - noyabr aylarında keçiriləcək.

Qruplarını lider kimi tamamlayan 10 komanda DÇ-2022-yə birbaşa qatılacaq. Qrup ikinciləri olan 10 yığma ilə UEFA Millətlər Liqasından gələcək iki milli komanda isə pley-off matçlarına çıxaraq dünya çempionatına vəsiqə üçün mübarizə aparacaq.

Bir matçlıq sistemlə oynanılacaq 12 komandalı pley-off matçlarının ardından dünya çempionatına qatılacaq digər 3 ölkə də bəlli olacaq.

“Qarabağ” “Makkabi”yə qarşı

Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisi qrupdakı sonuncu ev matçında İsrail təmsilçisi “Makkabi” (Təl-Əviv) ilə üz-üzə gələcək.

Əvvəlki ev oyunlarında olduğu kimi, “Qarabağ” bu rəqibini də məlum səbəblərdən İstanbulda qəbul edəcək. İsraildə bu komandaya 0:1 hesabı ilə uduzan ağdamlılar ilk xal üçün mübarizə aparacaq. 

Qeyd edək ki, qrupun eyni vaxtda başlayacaq digər görüşündə “Vilyarreal”la “Sivasspor” üz-üzə gələcək.

Avropa Liqası

İ qrupu

3 dekabr

21:55. “Qarabağ” - “Makkabi”

Baş hakim: Robert Hennessi (İrlandiya).

İstanbul (Türkiyə). “Başakşəhər Fatih Terim” stadionu.

Vilyarreal – 10, Makkabi – 7, Sivasspor – 6, Qarabağ – 0.

“Yuventus” və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu “Golden Foot-2020” mükafatının laureatı olub.

Bu barədə eurosport.ru məlumat yayıb.

Mükafat futbolun inkişafına töhfəyə görə verilir. Qalib Goldenfoot.com saytındakı səsvermə ilə seçilir. K. Ronaldu səsvermədə Messi, Arturo Vidal, Neymar, Corco Kellini, Robert Levandovski, Serxio Ramos, Serxio Aquero, Jerar Pike və Məhəmməd Salahı üstələyib.

Həmçinin karyerasındakı nailiyyətlərə görə “Yuventus”un prezidenti Andrea Anyelli mükafata layiq görülüb. (oxu.az)

“Qarabağ” İstanbula yollandı

Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 5-ci turu çərçivəsində İstanbul şəhərində Təl-Əviv “Makkabi”si (İsrail) ilə qarşılaşacaq “Qarabağ” bu gün Türkiyəyə yola düşüb.

Baş məşqçi Qurban Qurbanov İstanbula getməyəcəyi üçün, bu gün oyundan öncə təşkil olunacaq mətbuat konfransında onun köməkçisi Elçin Rəhmanov iştirak edəcək. Sözügedən tədbir sabah, yerli vaxtla saat 15:30-da “Qarabağ”ın yerləşəcəyi “Pullman” otelində baş tutacaq. Oyundan öncəki son məşq isə yerli vaxtla saat 18:30-da “Başakşəhər Fatih Terim” stadionunun köməkçi meydançasında baş tutacaq.

Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçına Bakı vaxtı ilə saat 21:55-də start veriləcək.

Son vaxtlar Azərbaycan futbolunda koronavirusa yoluxma hallarının artmasını nəzərə alan "Zirə" klubu təhlükəsizlik tədbirlərini gücləndirib.

Report xəbər verir ki, qəsəbə təmsilçisi öz bazasında tam təcrid olunub. Komanda qış fasiləsinədək burada qalacaq.

Bu addım futbolçuların başqaları ilə ünsiyyətdə olmasını və yoluxma riskini minimuma endirmək məqsədilə atılıb.

Qeyd edək ki, "Zirə"də baş məşqçi Rəşad Sadıqovun köməkçisi Eltun Yaqublu, futbolçulardan Ali Sesay, Klesio Bauk və Kərim Diniyev koronavirusa yoluxub. Hazırda onlardan yalnız Diniyev aktiv xəstədir.

“Barselona”nın hücumçusu Lionel Messi İspaniya çempionatının 11-ci turu çərçivəsində “Osasuna”ya qarşı qarşılaşma zamanı əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın xatirəsini yad edib.

Qarşılaşmanın 73-cü dəqiqəsində fərqlənən argentinalı qoldan sonra “Nyuells Old Boyz”un 10 nömrəli formasını göstərib.

Hər iki futbolçu fərqli vaxtlarda bu klubun şərəfini qoruyub.

Qeyd edək ki, Messi bu hərəkətinə görə sarı vərəqə görüb.

Xəbər lenti