Dekabrın 3-də Salyan şəhərində kirayə qaldıqları mənzildə 2 nəfər hərbi qulluqçumuzun dəm qazından zəhərlənərək ölmələri faktı üzrə Salyan rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, hadisə rayonun “PMK-23” adlanan yaşayış massivində qeydə alınıb. Belə ki, dördmərtəbəli yaşayış binasında kirayədə yaşayan Neftçala rayon sakini, 1995-ci il təvəllüdlü Ağaməmmədov Urufət Oruc oğlu və Sabirabad rayon sakini, 1998-ci il təvəllüdlü Ələkbərzadə Davud Qabil oğlu dəm qazından boğularaq ölüblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Onların yaşadıqları mənzilə baxış keçirilib. Meyitlər daxili və xarici müayinədən sonra aidiyəati üzrə təhvil verilib.

Məlumata görə, rayon ərazisindəki “N” saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət edən U.Ağaməmmədov və D.Ələkbərzadə sözügedən yaşayış massivində kirayədə qalırmışlar.

Bakıda erməni diversantın məhkəməsi başlayıb, iş üzrə 5 zərərçəkmiş var - YENİLƏNİB

Kəlbəcər rayonunda saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesində təqsirləndirlilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

"Report"un xəbərinə görə, Q.Voskanyan 1983-cü ildə Ermənistanın paytaxtı İrəvanda anadan olduğunu bildirib.

O qeyd edib ki, orta təhsillidir, subaydır. Onun sözlərinə görə, ittiham aktı ona təqdim olunub.

Proses davam edir.

***

Kəlbəcər rayonunda saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Report" xəbər verir ki, cinayət işi Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə araşdırılır.

Q.Voskanyanın hüquqlarını vəkil Dilsuz Məmmədov müdafiə edir.

İş üzrə 5 nəfər zərərçəkmiş var.

***

Kəlbəcərdə saxlanılan erməni diversant Qaqik Aşotoviç Voskanyanın cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək.

“Report” xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə proses Sabunçu rayon Məhkəməsinin inzibati binasında baş tutacaq.

Bu gün məhkəmədə hazırlıq iclası keçiriləcək, təqsirləndirilən və zərərçəkmiş şəxslərin anket məlumatları dəqiqləşdiriləcək.

Qeyd edək ki, bu il avqustun 16-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-diversiya qrupu tərəfindən terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması faktı ilə bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

Qeyd olunan qanunsuz əməllərin qarşısı alınan zaman saxlanılmış Ermənistan silahlı birləşmələrinin üzvü Qaqik Aşotoviç Voskanyan Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə terrorçuluq), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib

Dekabrın 2-də Qəbələ rayonu Vəndam qəsəbəsində S.Ağayev sərxoş vəziyyətdə avtomobil idarə edərək ictimai yerdə təhlükəli vəziyyət yaradıb.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, o saxlanılan zaman onunla birlikdə olan onun yaxın qohumları və yanlarında olan yetkinlik yaşına çatmayan şəxs polis əməkdaşlarına müqavimət göstərərək daşla xəsarət yetirməyə və xidməti avtomobilə zərər vurmağa cəhd ediblər.

Fakta görə cinayət işi qaldırılıb və iki nəfər həbs edilib.

Eyni zamanda yetkinlik yaşına çatmayan şəxsə qarşı səlahiyyət həddini aşan

Qubada polisin adından restoranlara qarşı dələduzluq edilib.

APA verir ki, Qubada restoranlardan birinə polis əməkdaşının adından yemək sifariş edilib.

Restorana zəng edən şəxs özünü Quba Rayon Polis Şöbəsinin əməkdaşı, "kapitan Rəşad” kimi təqdim edərək bildirib ki, işi olduğu üçün özü gələ bilmir, ona taksi ilə yemək göndərilsin. O, ödənişi taksiyə verəcəyini bildirib. Daha sonra üzərində 200 manatlıq əsginas olduğunu deyərək qalıq pulu da göndərməsini istəyib.

Restoran əməkdaşı sifarişi deyilən ünvana yola salıb. Özünü "kapitan Rəşad” kimi təqdim edən şəxs bir qədər sonra kuryerə zəng edərək yoldan siqaret almağı da sifariş edib, qalan pulu da "M10” kartına vurmasını xahiş edib.

Kuryer onun xahişini yerinə yetirib, polis şöbəsinə çatanda məlum olub ki, orada "kapitan Rəşad” adlı şəxs yoxdur, nömrəsinə isə zəng çatmır.
Bu zaman Polis Şöbəsinə digər bir restoranın kuryeri yemək gətirib və "kapitan Rəşad”ı soruşub. Hər iki şəxsin özünü polis kimi təqdim edən şəxs tərəfindən aldadıldığı məlum olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun rəhbəri Xəyal Talıbov bildirib ki, fakt araşdırılır:

"Bu, Quba rayonunda kibercinayətkarlıq üsulu ilə baş verən ilk hal deyil. İl ərzində Quba rayonunda 27 şəxs kibercinayətkarlıq zəminində dələduzluq şübhəsi ilə saxlanılıb və barələrində müvafiq tədbirlər görülüb”.

Gədəbəydə yol qəzası olub.

"Hadisə rayonun Slavyanka kədində baş verib. Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 1991-ci il təvəllüdlü Sərxan Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Sumqayıt şəhərinin 20 Yanvar küçəsində xaotik vəziyyət hökm sürür.

Xezerxeber.az məlumatına görə, bu küçədən istifadə edən 30 saylı marşrut üzrə hərəkət edən avtobusların sürücüləri mövcud vəziyyətin yaranmasında taksi sürücülərini günahlandırırlar. Taksi sürücüləri isə fərqli fikirdədirlər.

Onlar avtobusların hərəkətinə mane olmadıqlarını qeyd ediblər.

Məsələ ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) şöbəsindən verilən məlumata görə, 20 Yanvar küçəsində nəqliyyatın hərəkəti olduqca intensiv xarakter daşıyır.

Bununla bağlı tez-tez həmin ünvanda reydlər və tədbirlər həyata keçirilir.

Ətraflı süjetdə:

Rusiyada “Okean-2024” adı altında irimiqyaslı hərbi təlimlər keçiriləcək.

Axar.az xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu məlumat verib.

Nazir qeyd edib ki, hərbi təlimlərdə Rusiya Silahlı Qüvvələrinin bütün qoşun növləri iştirak edəcək.

Təlimlərə nə qədər hərbçinin cəlb olunacağı barədə məlumat verilməyib.

Abşeron rayonu Ceyranbatan qəsəbəsində ətraf mühiti məişət tullantıları ilə çirkləndirən mebel sexinin sahibi cərimə edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Abşeron Rayon Polis İdarəsi və ETSN-in Regional İdarəsinin əməkdaşları ətraf mühitin mühafizəsinin gücləndirilməsi və sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində keçirdikləri növbəti tədbir zamanı Ceyranbatan qəsəbəsində yerləşən mebel sexlərindən birində məişət tullantılarının qalaqlanması faktı aşkar edilib.

Faktla bağlı qeyd olunan qayda pozuntusuna yol verən obyektin sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Abşeron rayonunda qeyd edilən faktların aşkar edilməsi istiqamətdə tədbirlər davam etdirilir.

Azərbaycanda məktəbli qızılcadan ölüb.

Ölkə.Az-ın məlumatına görə, bunu 294 saylı orta məktəbin direktoru Laçın Hüseyinli deyib.

Son 5 gündə 200-dən çox yoluxma olduğunu deyən direktor 3 növbəli məktəbin bir nəfər də olsa, həkimi olmadığını söyləyib.

L.Hüseyinli əlavə edib ki, iki ildir məktəb üçün tibb bacısı tələb etmələrinə baxmayaraq müvafiq addım atılmayıb.

“Qarabağdakı separatçı rejimin keçmiş rəhbəri Arayik Arutyunyan Azərbaycanda qalmaq və bizim ölkənin vətəndaşı olmaq istəyir”.

Bu barədə Musavat.com rəsmi olmayan mötəbər qaynaqlardan məlumat alıb.

Məlumatda iddia olunur ki, hazırda Arayik Arutyunyan və digər separatçı liderlərin istintaqı gedir:

“Arayik özünü çox mülayim, hətta yaltaqlıq dərəcəsində istiqanlı və əməkdaşlıq modunda aparır. Separatçı israrla vurğulayır ki, cəzasını çəkəndən sonra həyatına Azərbaycanda vətəndaş olaraq davam etmək istəyir. O, hazırda İrəvanda olan 3 qızını və həyat yoldaşını da Bakıya gətirmək istədiyini bəyan edib. Arutyunyan deyir ki, onlar onsuz da Azərbaycan vətəndaşlarıdır. Azərbaycanda doğulmuş, bütün həyatlarını burada yaşamışlar. Ehtimala görə, bütün bunlar Arayikin taktikasıdır: simpatiya qazanmaq, ağır cəzadan yayınmaq, “ucuz yırtmaq” məqsədi ilə belə davranış sərgiləyir.

Məlum olduğu kimi, həbs olunanlar arasında ən ağır cinayətləri o törədib. Qarabağdakı qanunsuz rejimə rəhbərlik edərkən silahlı quldur dəstələrinə komandan olub, Gəncənin, Bərdənin bombalanması əmrini özünün verdiyini etiraf edib. Azərbaycan övladlarının şəhid olmasında, yaralanmasında, evlərin, yaşayış məntəqələrinin dağıdılmasında əsas sima kimi iştirak edib. O, bir müharibə canisidir. Onsuz da Azərbaycan məhkəmələri ona ən ağır cəzanı - ömürlük həbsi verəcək. Bu baxımdan, Arayikin Azərbaycanda ölənə qədər qalması təmin olunub. İtirməyə heç nəyi qalmayan separatçıbaşı bu səbəbdən indi yaltaqlığa, xoşqılığa, artistliyə əl atıb...”

Onun istintaqa verdiyi ifadələrlə bağlı da ümumi və qismən məlumat ala bilmişik. Rəsmi olmayan həmin məlumatda iddia olunur ki, Arayik Arutyunyan özünə qarşı elan olunan bütün ittihamlara “...mən kim idim ki, orduya əmr verəm. Bütün əmrlər Ermənistan Müdafiə nazirliyindən gəlirdi. Mənim rəhbərliyim ancaq nominal idi, görüntü xarakteri daşıyırdı. Gəncəyə, Bərdəyə, Mingəçevirə atılan bombalar Ermənistan ərazisindən atılıb. Mənim elə bir əmr vermək səlahiyyətim olmayıb. Hamısını Paşinyan əmr edib. Mənə də əmr etdi, efirə çıxıb hər şeyi öz üzərimə götürdüm, Ermənistanı məsuliyyətdən yayındırım. Azərbaycan dövlətində o raketlərin trayektoriyası barədə dəqiq məlumatlar var, yoxlayın, görün onlar hansı ərazilərdən atılıb...”

Bir sözlə, separatçı qurumun keçmiş ideoloqu və rəhbəri bütün suçu Paşinyanın üzərinə atmaqla, həyasızcasına özünü təmizə çıxartmağa çalışır.

Məlumatda o da vurğulanır ki, istintaq prosedurları zamanı Arayikin ən sevimli əyləncəsi “Alov qüllələri”ə və Bakının pəncərədən görünən digər parçalarına baxmaqdır: “Nə gözəldir! Mən ailəmlə Bakıda yaşamaq istəyirəm”, - deyə hər dəfə də yaltaq-yaltaq təkrar edir.

Məlumatda o da vurğulanır ki, Arayik Arutyunyan və digər separatçı dustaqlar hər həftə ailələri ilə telefonla danışır, yaxşı qidalanır, yaxşı şəraitdə saxlanırlar. İddia olunur ki, Arayik 10 kq kökəlib.

Yaxın zamanlarda onların cinayət istintaqı yekunlaşacaq və iş məhkəmə instansiyasına təqdim olunacaq. O zaman bu müharibə suçlularını hakim qarşısında görüb, çəkmək, yaymaq imkanımız da olacaq.

Xəbər lenti