![]() |
|
Almaniyada qəribə hadisə baş verib.
Xarici KİV xəbər verir ki, Almaniyada yaşayan adı açıqlanmayan 40 yaşlı kişinin meymun çiçəyi xəstəliyinə tutulduqdan sonra burnu çürüyüb.
Səlahiyyətlilər həmçinin bildiriblər ki, kişinin qanında ağ qan hüceyrələrinin səviyyəsi çox aşağı olub və toxumalar ölməyə başlayıb.
Quba rayonunun Vəlvələ kəndində yanğın baş verən ərazilərdə közərmələr var.
Baku TV xəbər verir ki, hazırda ərazidə olan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti ərazidə işlərini davam etdirir.
Ətraflı videonu təqdim edirik:
Ötən gün özünü yandıran Vətən müharibəsi iştirakçısı Təbriz Abdullayev Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə yerləşdirilib.
Bu barədə modern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, T.Abdullayev hazırda həkim nəzarəti altındadır.
“Vətəndaş Təbriz Abdullayev 18.08.2022-ci il saat 16:30 radələrində Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə bədəninin 75-80% yanığı, III-IV dərəcəli termiki alov xəsarəti ilə daxil olub. Hazırda Reanimasiya şöbəsində həkim nəzarəti altındadır”, - məlumatda deyilir.
Qeyd edək ki, avqustun 18-i saat 11 radələrində 1989-cu il təvəllüdlü Təbriz Abdullayev Samux Rayon İcra Hakimiyyətinin inzibati binasının önündə özünü yandıraraq intihara cəhd edib. Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.
Avqustun 18-i saat 15 radələrində Xətai rayonu, N.Əliyev küçəsi 10 ünvanında 1964-cü il təvəllüdlü Cabir Sadıqovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə prokurorluqdan məlumat verilib.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, qeyd edilən ünvanda inşa edilən 16 mərtəbəli yaşayış binasında qəlibçi işləyən Cabir Sadıqov binanın 9-cu mərtəbəsində iş görən zaman ehtiyatsızlıqdan yerə yıxılması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.
Siyəzən rayonunda meşə ərazilərində yanğın başlayıb.
Şabran rayonunda 4 gündür davam edən yanğın Siyəzənə keçib.
Belə ki, rayonun dağlıq Yuxarı Ələz, Yanıq Ələz, Günovşə və Ərməkolu kəndlərində yanğın davam edir. Yanğın nəticəsində kəndlərin örüş torpaqları və meşə fonduna ciddi zərər dəyib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xızı, Siyəzən və Yasamal rayon Dövlət Yanğından Mühafizə Hissələrindən 3 avtomobil və canlı qüvvə cəlb edilib.
Alovun söndürülməsi istiqamətində bütün zəruri tədbirlər görülür.
Şabran rayonunda yerləşən “Qalaaltı” İstirahət Mərkəzinin yaxınlığındakı meşəlik ərazidə baş vermiş yanğın söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Hazırda havanın isti və küləkli olması yanğın ocaqlarının tam söndürülməsinə mane olsa da, FHN-in yanğınsöndürmə qüvvələri tərəfindən mürəkkəb relyefli dağlıq, o cümlədən çətin keçilən və sıldırımlı qayalıq ərazidən xüsusi alpinist vasitə və ləvazimatlardan istifadə olunmaqla, Çıraqqala qalasından “Qalaaltı” İstirahət Mərkəzinə doğru yuxarıdan aşağı istiqamətdə soyutma işləri aparılır.
Bu gün səhər saatlarında fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev baş vermiş yanğınlarla bağlı “Qalaaltı” İstirahət Mərkəzində operativ əməliyyat müşavirəsi keçirib. Tədbirdə FHN-in aidiyyəti strukturlarının məsul şəxsləri, Siyəzən və Şabran Rayon İcra hakimiyyətlərinin başçıları, adı çəkilən rayonlarda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Bildirilib ki, təkcə ötən gün respublika üzrə 154 yanğına çıxış qeydə alınıb ki, onun da 38-i Şimal bölgəsinin payına düşür. Müşavirədə baş vermiş yanğınların genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində görülmüş işlər müzakirə olunub, zəruri və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi istiqamətində müvafiq tapşırıqlar verilib.
Eyni zamanda nazir müavini E.Mirzəyev “Qalaaltı” İstirahət Mərkəzində istirahət edən vətəndaşlarla görüşüb. Bildirib ki, yanğın təhlükəsinin qarşısının alınması istiqamətində müvafiq zəruri tədbirlər həyata keçirilib, heç bir təhlükə mövcud deyil.
Hazırda fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar baş vermiş yanğınların qarşısının alınması ilə bağlı Şimal bölgəsindədir. Bu bölgədə yanğınlarla mübarizəyə 600 nəfər şəxsi heyət, 80-ə yaxın texnika, 2 ədəd helikopter və 1 ədəd “BE 200 ÇS” amfibiya təyyarəsi cəlb olunub.
Xatırladaq ki, yanğınlarla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Şimal və Şimal-qərb regional mərkəzlərinin, Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin, Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin əməkdaşları iştirak edir. Həmçinin, yanğınsöndürmə əməliyyatlarına “Azərsu” ASC-nin, yerli İcra Hakimiyyətinin müvafiq texnikaları da cəlb edilib.
Hazırda yanğınlarla mübarizə davam etdirilir.
***
Şabran rayonunda yerləşən “Qalaaltı” İstirahət Mərkəzinin yaxınlığındakı meşəlik ərazidə baş vermiş yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində yanğından mühafizə tədbirləri davam etdirilir.
“Həmin ərazidə yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən tam nəzarətə götürülüb.
Bəzi ərazilərdə alovun daha geniş ərazilərə yayılmasının qarşısı alınıb, soyutma işləri aparılır.
Digər ərazilərdə isə yanğınla mübarizə tədbirləri davam etdirilir.
Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində aqrotexniki qaydada qulluq göstərməklə narkotik tərkibli çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Yol-xeber.az"a verilən məlumata görə, araşdırmalarla onun rayon sakini Anar Abbasov olduğu müəyyən edilib.
Faktla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.
Xəbər verdiyimiz kimi, Azərbaycanda qeyri-qanuni məskunlaşan ermənilər Laçını tərk edir.
“Qafqazinfo” xəbər verir ki, ermənilər növbəti dəfə Azərbaycan ərazisində ekoloji terror törədiblər. Onların ərazilərimizə od vurmasını əks etdirən yeni görüntülər yayılıb.
Qeyd edək ki, bundan əvvəl də Laçını, Zabux və Sus kəndlərini tərk edən ermənilərin evləri, meşələri yandırması ilə bağlı videolar yayılmışdı. Baş vermiş hadisələrlə bağlı Azərbaycanın Baş Prokurorluğu tərəfindən müvafiq cinayət işi açılıb.