![]() |
|
“Dağlıq Qarabağ Respublikasının prezidenti” Araik Harutyunyan Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsində bəyanatla çıxış edib.
O, 44 günlük müharibə zamanı Gəncənin raketlərlə vurulması ilə bağlı bəyanatının olduğunu və buna görə təəssüfləndiyini bildirib.
“Azərbaycan xalqında belə bir fikir var ki, bu əmri mən vermişəm. Bu qərar mənim tərəfindən verilməyib. Bəli, mənim bu hadisə ilə bağlı bir bəyanatım var idi. İndi bu bəyanata görə təəssüflənirəm, üzrxahlıq edirəm. Mənim elə bir hüququm, elə bir səlahiyyətim, rəy bildirməyə də imkanım olmayıb. Bu bəyanatı vaxtilə niyə vermişəm, onu da istintaq zamanı verdiyim ifadəmdə izah etmişəm”, - Araik Harutyunyan əlavə edib.
Qeyd edək ki, yanvarın 17-də Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə açıq məhkəmə prosesi keçirilib və məhkəmənin hazırlıq iclası yanvarın 27-də davam edəcək.
Plana uyğun olaraq, yanvarın 17-də istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Goran Təlim Mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", MN-in məlumatında deyilir.
Müğənni Niyam Salami bir nəfəri aldadaraq 21 800 manat dəyərində malını mənimsəmədə ittiham olunur.
Oxu.az məlumatına görə, Sumqayıt şəhər sakini E.Abbəkirov 2023-cü ilin avqust ayında Novxanı qəsəbəsində yerləşən restoranın icarədarı Niyaməddin Səfərovun (müğənni Niyam Salami - red.) ondan 21 800 manat dəyərində kömür alıb pulunu verməməsini bildirilib.
Faktla bağlı araşdırma aparılır.
İstanbulda saxta spirtli içki səbəbindən xəstəxanalara müraciət edən 88 nəfərdən 33-ü dünyasını dəyişib.
Bu barədə İstanbul valisi Davud Gül məlumat verib.
Vali əlavə edib ki, xəstəxanaya yerləşdirilən 48 xəstədən 29-nun süni nəfəs aparatında müalicəsini davam etdirir.
Vali saxta spirtli içkilərin satışı və istehlakının qarşısını almaq üçün bəzi əlavə tədbirlərin həyata keçirildiyini də açıqlayıb.
Saat 9:00-a olan məlumata əsasən hava şəraiti bəzi yerlərdə arabir yağıntılı olub.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında, Lerik, Şahdağ, Beyləqan, Salyan, Astara, Biləsuvar, Cəlilabad, Şahbuzda 1 mm-dir.
Dağlıq rayonlarda qar yağıb, yağan qarın hündürlüyü Şahdağ, Daşkəsən, Lerikdə 1 sm-dir.
Sumqayıt, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Gəncə, Şəmkir, Şəki, Oğuz, Quba, Qusar, Şamaxı, Zaqatala, Balakən, Qəbələ, Qobustan, Yevlax, Göyçay, Zərdab, Lerik, Astara, Biləsuvarda duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 7 dərəcəyədək şaxta qeydə alınıb.
İnsan metapnevmovirusu (hMPV) əsasən öskürmə və ya asqırma zamanı hava damcıları vasitəsilə, yoluxmuş şəxslə birbaşa təmas yolu ilə və ya çirklənmiş səthlərə toxunmaqla yayılır.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Ofisindən bildirilib.
“Əksər hallarda simptomlar yüngül olur və adi soyuqdəyməyə bənzər şəkildə müşahidə edilir. Bununla yanaşı, uşaqlar, immun sistemi zəif şəxslər və yaşlı insanlar üçün xüsusilə astma, ağciyərlərin xroniki obstruktiv xəstəliyi (XOAX) və ya emfizema kimi mövcud ağciyər xəstəlikləri olan şəxslər daha ağır nəticələr riski ilə üzləşə bilər”, - məlumatda deyilir. /APA
"Azərbaycan Vətənpərvərləri" İctimai Birliyinin Sumqayıt təşkilatının sədri, boks üzrə məşqçi Ramil Məmmədzadə fiziki hücuma məruz qalıb.
Qaynarinfo xəbər verir ki, aldığı zərbələr nəticəsində onun çənə sümüyü sınıb.
Ramil Məmmədzadə xəbəri təsdiqləyib. O, bildirib ki, hadisə yanvarın 6-da Sumqayıt şəhəri 30-cu mikrorayon ərazisində baş verib. Təşkilat sədri əlavə edib ki, ona xəsarət yetirən şəxsi əvvəldən tanıyır.
Ramil Məmmədzadənin sözlərinə görə, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü bölməsinə müraciət edib. Polis məsələyə operativ yanaşaraq ona xəsarət yetirən şəxsi saxlayıb. Daha sonra Sumqayıt Şəhər Polis İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 127.2.3-cü (Qəsdən sağlamlığa az ağır zərər vurma - ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
"İstintaq getdiyi üçün məsələnin detallarını açıqlaya bilmirəm. Onu deyə bilərəm ki, mənə qarşı törədilən bu əməlin siafriş olduğunu düşünürəm", deyə Ramil Məmədzadə bildirib.
DİN məlumatı təsdiqləyib. Nazirlikdən bildirilib ki, hazırda cinayət işi ilə əlaqədar istintqa tədbirləri görülür.
Qazaxıstanın Mangistau vilayətindən olan ekoloqlar Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı ərazidə araşdırma aparıblar.
Məlumatı Tengrinews.kz yayıb.
Bildirilib ki, "Embraer 190" təyyarəsinin qəza yerində ətraf mühitin çirklənməsinin müəyyən edilməsi zərurəti ilə əlaqədar olaraq mütəxəssislər tərəfindən torpaq nümunələri götürülüb.
Nəticələr bir müddət sonra açıqlanacaq.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Qazaxıstana istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb. /Axar.az
AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin "qara qutu"ları Braziliyadan Qazaxıstana aparılıb və rəy vermək üçün səlahiyyətli komissiyaya təhvil verilib.
“Report” xəbər verir ki, bu barədə Qazaxıstan Baş Prokurorluğu məlumat yayıb.