Sərxoş sürücü YPX avtomobilini vurub bu hala saldı - İki polis yaralandı - FOTO
Qəza dünən Bakı-Quba yolunun 92-ci kilometrliyində qeydə alınıb

Ötən gün Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə ötən gün axşam saatlarında Bakı-Quba yolunda qeydə alınıb. İlkin məlumata görə, qəzaya səbəb qoşqulu yük maşınının yolun hərəkət istiqamətində dayanması olub. Yol-xeber.az xəbər verir ki, hadisə ilə bağlı oxu.az-a açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, qəzaya səbəb sərxoş sürücünün idarəetməni itirməsi olub: “Qəza dünən Bakı-Quba yolunun 92-ci kilometrliyində qeydə alınıb. Fotoda gördüyünüz qoşqulu yük maşını nasazlıq səbəbindən yolun hərəkət istiqamətində dayanıb. Yol Patrul Xidmətinin (YPX) avtomobili isə yük maşınının arxasında dayanıb mayakları yandırmaqla, digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməyə çalışıb. Ərazidən keçən 10 GX 464 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobilinin sürücüsü sərxoş vəziyyətdə olduğundan idarəetməni itirib və YPX avtomobilinə çırpılıb. Qəza nəticəsində YPX avtomobilində xidmət aparan 2 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb”.

 

 
Qazax sakini koronavirusun dərmanını tapdı
Qazax sakini dünyada geniş yayılan koronavirusun müalicəsini tapdığını iddia edir.

 Qazaxda yaşayan Asəf Zöhrabov bununla bağlı "Xəzər TV"yə müsahibə verib.
 
O deyib ki, ilkin təcrübəsini siçanlar üzərində aparıb və iddia edir ki, uğurlu alınıb.
Qoruyucu sprey isə sarımsaq, xlor, tütün və bir neçə maddədən ibarətdir. 
Həmin süjeti təqdim edirik:

Abşeron rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

"Report" Sumqayıt-Abşeron bürosunun məlumatına görə, Mehdiabad polisi sosial şəbəkələrdə narkotik vasitələri təbliğ edən şəxsi ələ keçirib.

Belə ki, Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı Məmmədli kənd sakini, 54 yaşlı Abidin Məhərrəmov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə yanaşı, həmçinin "Facebook" və "İnstaqram" sosial şəbəkələrində meyxana sədaları altında onun təbliğini həyata keçirib.

A.Məhərrəmov "İnstaqram"da açıq-aşkar narkotik vasitənin təbliğini özündə əks etdirən video görüntüdə paylaşıb. Mehdiabad Polis bölməsinin əməkdaşları, dərhal A.Məhərrəmovun yerini müəyyən edərək onu saxlayıb. Üzərinə və yaşadığı Məmmədli kəndindəki evinə baxış keçirilən zaman oradan xüsusi bükümdə narkotik vasitə hesab edilən, təqribən, çəkisi 2 kq-a yaxın marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Həmin kişi bu kimi faktlarla polis bölməsinə gətirilərək istintaqa təhvil verilib. Saxlanılan şəxs narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Bakıda məktəbli qız qəzadan son anda xilas oldu
Bakıda məktəbli qız ölümdən dönüb.

 “Report” xəbər verir ki, hadisə fevralın 16-da, paytaxtın mərkəzi küçələrinin birində qeydə alınıb.

Belə ki, məktəbli qız yolda hərəkətdə olan “Mercedes” markalı avtomobilin qarşısına anidən çıxıb. Bu zaman avtomobilin sürücüsü əyləci basıb və məktəbli qəzadan son anda xilas olub.

Həmin görüntüləri təqdim edirik:

Bakıda zəncirvari qəza
Bakının Suraxanı rayonunda zəncirvarı yol-nəqliyyat baş verib.

Report xəbər verir ki, hadisə rayonun Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən 208 nömrəli tam orta məktəbin qarşısında qeydə alınıb.

Dörd avtomobilin toqquşması nəticəsində 1966-cı il təvəllüdlü Cəfərova Sevinc İldırım qızı xəsarət alıb. Yaralı təcili yardımın köməyilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Koronavirus şübhəsi ilə bağlı xəstəxanada iki nəfər müşahidə altında saxlanılır
1 saylı Kliniki Tibbi Mərkəzin (KTM) yoluxucu xəstəliklər şöbəsində iki nəfər var.

Bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə məlumatında qeyd olunub.

Məlumata görə, fevralın 17-si üçün KTM-də iki nəfər həkim müşahidəsində saxlanılır. 

Çinin Çançun şəhərində təhsil alan 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşı və bu ölkənin Uhan şəhərində təhsil alan 1992-ci il təvəllüdlü Azərbaycan vətəndaşı (tələbələr - red.) fevralın 1-i Uhan-Ankara aviareysi ilə Ankara şəhərinə gəliblər və orada karantinə yerləşdiriliblər. Karantin müddətində Türkiyədə alınan analizlərin cavabları mənfi olub, yəni onların səhhətində heç bir problem aşkarlanmayıb.

Karantin müddəti bitdikdən sonra Bakıya qayıdan zaman onların bədənlərinin hərarəti normadan bir qədər yüksək olduğu üçün Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər. Bu gün saat 07:30 üçün yoluxucu xəstəliklər şöbəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur, səhhətlərində ciddi problem yoxdur. Həkim müşahidələri davam edir.

Xəstəlik alovlanan ərazidən gələnlər üçün xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda xəstəxanada bir nəfər qalır. Onun karantin müddəti fevralın 18-i bitir. Vəziyyəti normaldır və heç bir şikayəti yoxdur.

Bakıda “avtoşluq” edən sürücü kameraya düşdü
Bakıda “Mercedes” markalı avtomobili ilə “avtoşluq” edən sürücünün görüntüləri yayılıb.

Oxu.az xəbər verir ki, görüntülər Zabrat qəsəbəsində lentə alınıb. 

Sosial şəbəkədə yayımlanan videoda 99-BA-012 dövlət nömrə nişanlı avtomobil işıqforun yaşıl işığından sola manevr edib, daha sonra isə əl əyləcindən istifadə edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub. 

Həmin görüntüləri təqdim edirik:

Narkoloji Mərkəzdə xəstə intihar edib
Bakıda intihar hadisəsi baş verib.

Apa məlumatına görə, hadisə Respublika Narkoloji Mərkəzində qeydə alınıb.

Orada müalicə alan, Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Şahverdiyev Seymur Şahverdi oğlu otaqda özünü asıb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.

Paytaxtda 44 cinayətin üstü açılıb
İtkin düşən 2 nəfər tapılaraq ailəsinə təhvil verilib

Bakıda polis orqanları tərəfindən qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, fevralın 15-də paytaxt ərazisində 44 cinayətin üstü açılıb. Onlardan 13-ü əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 7 nəfər saxlanılıb. Narkotiklərlə əlaqəli 14, oğurluq üzrə 13, soyğunçuluq üzrə 2 fakt müəyyən edilib. İtkin düşmüş kim axtarışı elan olunan 2 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

Yol polisi avtomobili sürətlə taksiyə çırpıldı, hava yastıqları açıldı - VİDEO
Avtomobillərə ciddi zərər dəyib. Yol polisi avtomobilinin təhlükəsizlik yastıqları açılıb

Yol polisi avtomobilinin iştirakı ilə qəza baş verib.
Yol-xeber.az Yeniavaz.com-a istinadən xəbər verir ki, hadisə bu gün Bakı-Sumqayıt yolunda baş verib.
Belə ki, YPX avtomobili taksi fəaliyyəti ilə məşğul olan avtomobilə arxadan çırpılıb.
Hadisə nəticəsində taksi sürücüsü baş nahiyəsindən yaralanıb. Avtomobillərə ciddi zərər dəyib. Yol polisi avtomobilinin təhlükəsizlik yastıqları açılıb.
Görüntülərdən görünən odur ki, YPX avtomobili taksiyə yüksək sürətlə çırpılıb.
Hadisədən sonrakı görüntüləri təqdim edirik:

 

 

Xəbər lenti