![]() |
|
Bakıda daha bir yol kəsən sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, görüntünü qeydə alan sürücü fevralın 9-u paytaxtın Gülarə Qədirbəyova küçəsindən sağa- Xətai prospektinə dönərkən sağ zolaqda hərəkət edən 10-FB-227 qeydiyyat nişanlı "Vaz 21011" markalı avtomobilin sürücüsü qəfildən onun qarşısına keçərək yolu kəsib. Sürücü təhlükəni görən zaman tormoz verərək qəzadan yayınıb. "Vaz" markalı avtomobilin sürücüsü bir az durduqdan sonra yoluna davam etməyə başlayıb.
Bunu Modern.az-a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.
Onun sözlərinə görə, hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir:
“Sosial şəbəkələr və bəzi internet saytlarında yayılmış anonim videomaterialda adıçəkilən şəxslərin ifadələri alınır”.
Mərhum Nərmin Quliyevanın nənəsi Minayə Quliyeva Modern.az-a deyib ki, kənddə olmadığı üçün videoda adı çəkilən Altay Ələkbərov və digər şəxslərdən məlumatsızdır:
“Biz də ekspertizanın cavabını gözləyirik. Baş Prokurorluq nə məlumat versə, ona inanırıq, əlavə bir söz deyə bilmərəm. Şayiələr yazırlar, insanlarda çaşqınlıq yaradırlar”.
Nərminin atası Şərif Quliyev saytımıza Altay Ələkbərovun kənddə olduğunu deyib:
“Altay istintaqa cəlb olunmayıb. İstintaqa cəlb olunan olunub, Altay niyə istintaqa cəlb olunmalıdır? Baş Prokurorluq deyir, günhakar İlkindir, ona görə onu saxlayıblar. O videodan sonra da Altayla üz-üzə gəlməmişik. Mən dövlətimə güvənirəm. Siz nə bilirsiniz, mən də onu bilirəm”.
Qeyd edək ki, sosial şəbəkələrdə ötən il Tovuz rayonunda itkin düşmüş 10 yaşlı Nərmin Şərif qızı Quliyevanın qətli ilə bağlı səs yazısı yayılıb. Naməlum şəxs Nərminin qatilinin İlkin Süleymanov olmadığını iddia edir. O bildirir ki, qətli törədən kənd sakini Altay Ələkbərovdur.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
Qayda pozaraq əks istiqamətə çıxan sürücülər kameraya düşüb. Avtosfer.az xəbər verir ki, fevralın 10-u Masazır qəsəbəsi Əliağa Vahid küçəsində hərəkət edən 99-DA-601 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü qaydaları pozaraq qəfil manevrlər edib. O, gah sağdan, gah da soldan ötmə əməliyyatı edərək sürücülərə təhlükə yaradıb. Bundan sonra sürücü 1.1 xəttinin tələbini pozaraq əks istiqamətdə axına qarşı hərəkət etməyə başlayıb.
Fevralın 11-i Masazır qəsəbəsində daha bir "Mercedes" markalı avtomobilin təhlükəli hərəkəti kameraya düşüb. 99-BL-611 qeydiyyat nişanlı avtomobilin sürücüsü 1.3 qoşa xəttin tələbini pozaraq tam əks istiqamətdə axına qarşı hərəkət edib. Bu zaman qarşıdan gələn sürücülərə təhlükə yaranıb.
Toy karvanında avtoxuliqanlıq edən sürücünün videogörüntüsü sosial şəbəkələrdə yayılıb. Avtosfer.az xəbər verir ki, 07-BX-262 qeydiyyat nişanlı "Vaz 2107" markalı avtomobilin sürücüsü toy karvanında hərəkət edən zaman əl əyləcindən istifadə edərək avtomobili əks istiqamətə döndərib. Bu zaman sürücü həm qonşu zolaqlardakı, həm də arxadan gələn sürücülərə təhlükə yaradıb. Sürücülər qəzadan son anda yayına bilib.
Görüntüləri sizə təqdim edirik.
Qubada itkin düşən qadın tapılıb DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, Qusar rayonu Əcəxur kənd sakini 55 yaşlı Atakişiyeva Solmaz Əzim qızı cari ilin fevral ayının 10-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Danışma və eşitmə qabiliyyəti olmayan yaşlı qadının evə qayıtmamasından narahat olan ailəsi onun tapılması üçün Qusar Rayon Polis Şöbəsinə müraciət ediblər. Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən dərhal rayon ərazisində axtarışlara başlanılıb.
Keçirilmiş axtarış tədbirləri nəticəsində itkin düşmüş hesab olunan Solmaz Atakişiyeva bu gün günorta saatlarında polis əməkdaşları tərəfindən rayon ərazisində tapılaraq ailəsinə təhvil verilib.
Qadının övladları analarının tapılaraq sağlam halda, heç bir zərər görmədən onlara təhvil verilməsinə və soyuq qış ayında, qarlı və şaxtalı havada göstərdikləri əvəzolunmaz köməyə görə DİN rəhbərliyinə və bütün polis əməkdaşlarına dərin minnətdarlıqlarını bildiriblər.
Bakıda zəncirvari qəza baş verib.
Yol-xeber.az “Report”-a istinadən xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonu, Təbriz küçəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxıb və yolun kənarında dayanan digər avtomobillin arxa hissəsinə dəyib.
Nəticədə 4 avtomobilə ziyan dəyib.
Yollarda baş verən qəzaların səbəbini araşdırdıqda məlum olur ki, qəza ya hansısa sürücünün qanuna riayət etməməsi, ya da diqqətsizliyi ucbatından baş verir. Lakin bəzən avtomobillərin nasazlığı səbəbindən də faciəvi qəzalar baş verir. Avtosfer.az təqdim etdiyi görüntü "təhlükəsiz şəhər" kamerası tərəfindən qeydə alınıb. Görüntülərdən aydın şəkildə görünür ki, "Kia" markalı mikroavtobusun sürücüsü Sulutəpə qəsəbəsində yerləşən dairəyə əks istiqamətdən daxil olaraq dairə boyunca hərəkət edən üç avtomobilə çırpılıb. Qəza nəticəsində "Mercedes" markalı avtomobildə olan sərnişinlər bədən xəsarəti alıb. Qəzanı törədən sürücü isə bir müddət şok vəziyyətində olub.
Sürücülərə nasaz avtomobillərlə yola çıxmamalarını və avtomobili idarə edərkən yol hərəkəti qaydalarına riayət etmələrini tövsiyə edirik. Çünki hərəkət zamanı hər hansısa bir nasazlıq və ya diqqət yayınması baş verərsə bu cür ağır qəzalara yol aça bilər. Nəticədə dəmir barmaqlıqlar arasında illərinizi hədər verməli olacaqsınız.
APA xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Mirzə Davud küçəsi, ev 45 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan, Azərbaycan Dövlət İqtisad Universitetinin 4-cü kurs tələbəsi, 2000-ci il təvəllüdlü Nigar Rəhmanova hamam otağında yuyunarkən dəm qazından boğularaq ölüb.
Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümü ilə nəticələndə) maddəsi ilə cinayət işi başlanılıb.
Trend məlumatına görə, hadisə rayonun Azadqaraqoyunlu kəndində baş verib.
Kənd sakini Dünyamalıyeva Könül Bəhlul qızı yaşadığı evdə himayəsində olan oğlu, 2011-ci il təvəllüdlü Dünyamalızadə Telman Rafiq oğlunu nadinclik etdiyi üçün cəzalandırıb. Qadın şişi qaz sobasında qızdıraraq, azyaşlının bud, çanaq, qol və əlinə basıb.
Hadisədən xəbər tutan uşağın atası R.Dünyamalıyevin şikayətindən sonra Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı işgəncə vermə) maddəsilə cinayət işi başlanıb.
Xızıda avtoxuliqanlıq edən gənclər tutulublar. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Quba rayon regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsi (RPŞ) Dövlət Yol Polis (DYP) Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq cəmiyyətə qarşı açıq hörmətsizlik edən, eləcə də yol hərəkəti iştirakçılarının həyatı üçün ciddi təhlükə yaradan üç sürücü saxlanılaraq barələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Araşdırmalarla avtoxuliqanlıq hərəkətləri edən gənclərin Bakı şəhər sakinləri, N.Rüstəmov, F.Bağırov və X.Qubadov olduqları məlum olub. Hər üç sürücü idarə etdikləri Rusiya istehsalı olan “Niva” markalı avtomobillərlə Xızı rayonu ərazisində qarlı hava şəraitində təhlükəli manevrlər edərək, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatları üçün ciddi təhlükə yaradıblar.
Yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan, eləcə də nəqliyyat vasitələrinə konstruksiya dəyişiklikləri edərək idarə edən bu şəxslər barəsində Xızı RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün rayon Məhkəməsinə göndərilib və hər üç sürücü Xızı Rayon Məhkəməsi tərəfindən inzibati qaydada həbs edilib.