![]() |
|
Sentyabrın 6-da Ayşenur Ezgi Eygin adlı türkiyəli aktivist İordan çayının qərb sahilində Fələstinə dəstək məqsədilə keçirilən aksiyada başından vurularaq ağır yaralanıb. O, xəstəxanaya çatdırılsa da, orada vəfat edib.
“TRT Haber” xəbər verir ki, onun cənazəsi Təl-Əvivdən Bakıya gətirilib.
26 yaşlı Eyginin nəşini Heydər Əliyev Beynəlxalq Hava Limanında Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı və səfirlik əməkdaşları qarşılayıblar.
Bunun ardınca, türkiyəli aktivistin cənazəsi Türk Hava Yollarının təyyarəsi ilə İstanbula, oradan isə İzmirə yola salınıb.
Onun Aydında dəfn ediləcəyi qeyd olunub.
Binəqədi Rayon Məhkəməsinin hakimi Fərid Əmirəliyev məhkəmə sistemindən kənarlaşdırılıb.
"Gununsesi.info" xəbər verir ki, buna səbəb fəaliyyətində çoxsaylı qanunsuzluqların aşkarlanması olub.
Qeyd edək ki, Fərid Əmirəliyev bir sıra qalmaqallı və sifarişli məhkəmə qərarlarının müəllifi kimi tanınır.
Türkiyə gündəmini silkəyən və müzakirələrə səbəb olan Narin Güran cinayəti ilə bağlı edilən yeni etiraf hərkəsi şoka salıb.
BAKU.WS xəbər verir ki, saxlanılan şəxslərdən biri Nevzat Bahtiyar ,son ifadəsində Narinin meytinin tapıldığı günə aid bütün detalları açıqlayıb.
Bahtiyar Narinin əmisi Salimin qızcığazı öldürməsi ilə bağlı bunları deyib:
"Salim Güran, Yüksel Güran (Narinin anası) və əmisinin həyat yoldaşı ilə eşq yaşayıb. Mənim fikrimcə, o Narini bu qadınlardan biri ilə münasibətdə olduğunu görüdüyü üçün öldürüb".
Uzun müddətdir axtarışda olan tanınmış iş adamı Müqayis Verdiyev həbs olunub.
Avtosfer.az xəbər verir ki, Xətai rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində onun gizləndiyi yer müəyyən olunub.
Müqayis Verdiyev təqsirləndirilən şəxs qismində saxlanılıb. Onun barəsində toplanmış materiallar aidiyyəti üzrə Xətai rayon məhkəməsinə təqdim olunub.
Hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə iş adamına Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb. O, məhkəmənin qərarı ilə 1 ay 24 gün müddətində istintaq hərəkətlərinin davam etdirilməsi üçün həbs olunaraq Bakı İstintaq Təcridxanasına göndərilib.
Qeyd edək ki, Müqayis Verdiyev əvvəllər də məhkum olunub.
Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri yenidən atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 12-si saat 00:15-dən 01:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Horadis yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub:
"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb".
Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.
“Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət belədir:
1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
4. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
5. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
6. Xətai prospekti, “Şərq bazarı” istiqamətində;
7. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində sıxlıq müşahidə olunur.
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.
Publika.az xəbər verir ki, 44 günlük Vətən müharibəsinin iştirakçısı Kənan Hüseynov Ukrayna ərazisindəki əməliyyatlar zamanı həyatını itirib.
Onun Rusiya ordusu sıralarına qoşulduğu və Ukraynanın endirdiyi zərbələr nəticəsində həlak olduğu bildirilib.
K.Hüseynovun nəşi bu gün Azərbaycana gətirilib.
Sentyabrın 11-i saat 10:50 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən üzbəüz mövqelərdən atıcı silahlar vasitəsilə atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
Qazax rayonunda intihar hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, rayonun Qaymaqlı kənd sakini, 16 yaşlı Şəhrəddin Şirin oğlu Əliyev özünü yaşadığı evdə asaraq həyatına son qoyub. Onun meyitini yaxınları aşkar ediblər.
Bildirilib ki, Ş.Əliyev bu il 11-ci sinfə keçibmiş.
Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Xocalı rayonu, Həsənabad kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən bildirilib ki, məlumatla əlaqədar əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və aviasiya dəstəsinin helikopterləri cəlb olunub.
FHN-in qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş əraziyə yayılmasına, o cümlədən meşə zolağına keçməsinə imkan verilmədən söndürülüb.
Həmçinin, Xocavənd rayonunun Cütcü kəndi istaqamətində açıq ərazidə yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında nazirliyin qüvvələri əraziyə cəlb olunub.
Hazırda göstərilən istiqamətdə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Aviasiya dəstəsinin helikopterləri tərəfindən yanğınla mübarizə tədbirləri davam etdirilir.