Bakıda sürücü törətdiyi qəzada ağır xəsarət alıb
Hadisə Zabratda qeydə alınıb

Bakıda yol qəzası baş verib.

Yol-xeber.az “Report”-a istinadən  xəbər verir ki, hadisə Zabratda qeydə alınıb.

Belə ki, baş verən qəzada avtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü Qasımov Namiq Mayıl oğlu xəsarət alıb.

 

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti