Bakıda “BakuBus”un sürücüsü döyülüb
Hadisəni törədən şəxs saxlanılıb

BakuBus”un sərnişini avtobusa hücum edib. Yol-xeber.az “Report”a istinadən xəbər verir ki, Badamdar qəsəbəsində naməlum sərnişin “BakuBus”a məxsus 3 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü Faiq Məmmədovu döyüb. Naməlum şəxs daha sonra təpiklə vuraraq avtobusun şüşəsini sındırıb.

 

Hadisəni törədən şəxs saxlanılıb.

Xəbər lenti