Sumqayıtda ağır qəza: xəsarət alan var - VİDEO
Natiq Məmmədov ağır bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb

Sumqayıtda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yol-xeber.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb.

"Mercedes Vito" markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan digər "Mercedes" markalı avtomobilə, daha sonra isə 7 saylı marşrut avtobusuna çırpılıb.

 

Qəza nəticəsində "Mercedes Vito" markalı avtomobilin sürücüsü, 50 yaşlı Natiq Məmmədov ağır bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər lenti