Avtomobilləri qanunsuz olaraq ələ keçirən şəxs saxlanılıb - Bakıda
Keçirlən əməliyyat-axtarış tədbirləri nəticəsində

Bakıda axtarışda olan şəxs tutulub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 185-ci maddəsi (Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) ilə axtarışda olan Maştağa qəsəbə sakini M.Babayev saxlanılıb. Ondan 510 qram narkotik vasitə olan heroin götürülüb.

Xəbər lenti