Bakıda sərnişin avtobusu qəza törətdi - VİDEO
Xəsarət alanlarla bağlı məlumat yoxdur

Bakının Suraxanı rayonunda yüksək sürətlə hərəkət edən avtobus qəza törədib.

Yol-xeber.az Oxu.Az-a istinadən  xəbər verir ki, qəza anını əks etdirən görüntülər sosial şəbəkədə paylaşılıb.

Belə ki, 113 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü Yeni Suraxanı qəsəbəsində yüksək sürət səbəbindən qəza törədib.

 

Yüksək sürətlə hərəkət edən avtobus yolun kənarındakı səkiyə çırpılıb. Hadisə nəticəsində ölən olmayıb.

Xəsarət alanlarla bağlı məlumat yoxdur.

 

Xəbər lenti