Həmyerlisini bıçaqla qətlə yetirib avtomobillə qaçan şəxs saxlanılıb - Goranboyda
Rayon prokurorluğu tərəfindən araşdırma aparılır

Goranboyda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs yaxalanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, fevralın 10-da Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisindən qəsəbə sakini Faiq İsgəndərovun bıçaq xəsarəti ilə xəstəxanaya gətirilərkən yolda ölməsi barədə RPŞ-yə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin münaqişə zəminində həmyerlisi K.Məmmədov tərəfindən törədilməsi və “VAZ-2107” markalı avtomobildə hadisə yerini tərk etməsi müəyyən edilib.

DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həmin nəqliyyat vasitəsinin Gəncə şəhəri ərazisində hərəkətdə olması aşkar edilib.

Goranboy RPŞ və Gəncə ŞBPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən K.Məmmədov saxlanılıb.  

 

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbər lenti