Bakıda 15 zolaqlı yolu keçən piyadanı maşın belə vurdu - REAL VİDEO (+16)
Yol polisi və Avtosfer.az hadisəni araşdırmaq üçün olay yerinə getdi: cəmi 3 dəqiqə...

Dünən Heydər Əliyev prospektində “Koroğlu “ metrostansiyasının yaxınlığında piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki,  Milli Gimnastikanın yanında marşrutdan düşən piyada piyadalar üçün nəzərdən tutulan keçiddən istifadə etməyərək yolu təhlükəli şəkildə keçib.Bu zaman avtomobil tərəfindən vurulan piyada ağır  kəll-beyin travması  alaraq dünyasını dəyişib. Hadisə təhlükəsizlik şəhər kamera qeydə alınıb.

Görüntülərdən məlum olur ki,  yolu təhlükəli şəkildə keçir, avtomobillərinin hərəkətinə  diqqət etmir, etinasızlıq şəkildə hərəkəti davam etdirir. Bu zaman ona yaxınlaşmaq olan nəqliyyat vasitəsinin qarşısına çıxmaqla  özünü təhlükəyə atır.  Bir neçə avtomobil peşəkarlıq göstərərək onu vurmaqdan qaça bilsə də sol zolaqdan sürətlə gələn nəqliyyat vasitələrin biri piyadanı vurur. Kadrlardan göründüyü kimi  sürücü əyləcdən istifadə etsə də hərəkət yüksək olduğun avtomobili tam dayandıra bilmir və piyada güclü zərbə nəticəsində xəsarət alır və bir neçə metr aralı yerə yıxılır.

Kadrlardan görünən ən dəhşətli görüntü isə qəzadan bir neçə saniyə sonra bir neçə gənc  elə həmin yerdən yolu keçməyə cəhd edir. Bu gün Bakı Şəhər  Dövlət Yol Polis İdarəsinin  bölmə rəisi  Vaqif Əsədov və Avtosfer.az saytının rəhbəri Elməddin Muradlı həmin ərazidə olub. Hadisənin detallarını araşdırıblar. Görüntüdən aydın görünür ki, avtobus dayanacağı ilə piyada keçidi  arasında 10 metr məsafə var və bu 3 dəqiqə vaxt alır.

 

Xəbər lenti