Bakı metrosunda qadın qatar xəttinə düşüb
Bu səbəbdən qatarların hərəkətində 10 dəqiqəlik fasilə yaranıb

Bakı Metropoliteninin “Memar Əcəmi” stansiyasında qadın qatar xəttinin üzərinə düşüb.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, bu səbəbdən qatarların hərəkətində 10 dəqiqəlik fasilə yaranıb.

 

B. Məmmədov qeyd edib ki, qadın aidiyyəti üzrə təhvil verilib, onun şəxsiyyəti və hadisənin səbəbi araşdırılır.

Xəbər lenti