![]() |
|
Sudan sonra sağlamlıq baxımından ən faydalı içkinin hansı olduğu açıqlanıb.
“Haber7” xəbər verir ki, qazlı su, bitki çayı, ayran və ya kefir kimi içkilər daha faydalı hesab edilsə də, kompot daha sağlam içkidir.
Tərkibində çoxlu mikroelementlər olan kompot hazırlayarkən bəzi məsləhətləri də nəzərdən qaçırmaq olmaz.
Sağlamlıq baxımından zərərli sayılan və yüksək şəkər tərkibinə görə çox da üstünlük verilməyən kompot, fərqli reseptlə hazırlandıqda orqanizm üçün bənzərsiz bir müalicə qaynağına çevrilə bilir.
Şəkər əlavə etmədən yalnız meyvələrdən, xüsusən də çiyələkdən, hazırlanan kompotun qida dəyəri demək olar ki, iki dəfə artır və A, C və B6 vitaminlərinin zəngin mənbəyinə çevrilir.
Xüsusilə qurudulmuş meyvələrdən hazırlanan kompotun tərkibində bütün bədən sistemlərinin sağlam fəaliyyətini təmin edəcək çoxlu faydalı mikroelementlər var. A və C vitaminləri istinin təsiri ilə qismən azalsa da, immunitet sistemini dəstəkləməkdə kifayət qədər təsir göstərir.
B vitaminləri "serotonin" adlanan xoşbəxtlik hormonunun istehsalını təşviq edərək stress və narahatlığı əhəmiyyətli dərəcədə azaldır.
Həkim dietoloq: “Yalnız istehsalçıya güvənərək paket çayları verə bilərik və...”
Paket çaylar kimyəvi tərkibə, keyfiyyətsiz yarpaqlara və saxlama şəraitinə görə sağlamlıq riski daşıya bilər. Ona görə də ehtiyatla içmək tövsiyə olunur. Bu barədə Medicina.az yazıb.
Çay paketlər, ümumiyyətlə, daha ucuz istehsal üsulları ilə hazırlanır. O deməkdir ki, plastik və ya sintetik materiallarla örtülmüş ola bilər. Çay isti su ilə təmasda olduqda kimyəvi maddələr suya keçir və bu da sağlamlığa zərər verə bilər. Bundan əlavə, bəzi çay paketlərində pestisid qalıqları və ya konservantlar ola bilər.
Çaylar daha təzə, yüksək keyfiyyətli yarpaqlardan hazırlanır, torbalı çaylar isə ümumiyyətlə köhnə, emal olunmuş yarpaqlardan hazırlanır. Bu, çay paketinin tərkibindəki antioksidantların miqdarını azaldır. Antioksidantlar bədəni sərbəst radikallardan qoruyaraq xəstəliklərlə mübarizə aparır, ona görə də daha az antioksidant olan çaylar sağlamlıq üçün daha az faydalıdır.
Bildirilir ki, çay paketləri rütubətli mühitlərdə saxlanılırsa, uzun müddət saxlandıqda onların içində bakteriya və ya kif əmələ gəlmə riski var. Bu bakteriyalar çay içməklə orqanizmə keçə və müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.
Sirr deyil ki, xüsusən də iş yerlərində həm də rahatlıq səbəbilə paket çaylardan geniş istifadə olunur. Bəs onlar nə dərəcədə təhlükəlidir? Uşaqlara paket çay məsləhətdirmi?
Tanınmış həkim-diyetoloq, diyetlə bağlı kitabların müəllifi, uzun ömürlülük üzrə ekspert Leyla Zülfüqarlı mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirib: “Biz çayı nəyə görə içməliyik, birinci bu sualı verməliyik. Tərkibindəki vacib maddələrə görə həmişə təzə çay, yəni ilk 5-10 dəqiqə ərzində keyfiyyətini itirmədən içildikdə faydalıdır. Niyə ilk dəqiqələrdə? Antioksidant ağırlığına görə. Təbii ki, tövsiyəmiz odur ki, daha çox bitki çayları içilsin. Çünki bu çaylar ayrılıqda fərqli maddələr ötürürlər ki, onlar orqanizmi bəzi xəstəliklərdən müalicə edə bilir.
O ki qaldı gündəlik rutində istifadə etdiyimiz qara çay və yaşıl çaya, burada da o çayın dəmləmə xüsusiyyətinə əsasən biz tərkibindəki vacib maddələri almaq üçün içirik. Məsələn, qara çay günün birinci yarısında içilir, tərkibindəki antioksidantların zənginliyinə görə orqanizmi toksin maddələrdən (sərbəst radikallardan) qoruyur. Sərbəst radikallar infeksiyalara və viruslara qarşı qoruya bilir, yaşlanmanın qarşısına ala bilir. Paket çaylarla dəmləmə çayları arasında da fərqlər var. Orada istehsal markasına, şirkətə asılı olaraq fikir bildirə bilərik. Paket çaylarının saxlandığı material güvənilən olmaya bilər və təbii çayın tərkibini dəyişə bilər. Yəni paketdə olan çayların paket materiallarının nə qədər keyfiyyətli olması önəmlidir. Bu, daha çox ipək parça materiallarından olmalıdır, sintetik material olmamalıdır ki, tərkibindəki vacib maddələri itirməsin".
Diyetoloq uşaqlar üçün hazırlanan paket çayların da nə dərəcədə təhlükəsiz olmasına fikir bildirib: “Uşaqlar üçün özəl çaylar var. Şüyüd, raziyana, köp qovucu və sairə çaylar var. Misal üçün, Almaniya kimi inkişaf etmiş bir ölkədən nümunə versək, orada paket formada olan çaylar uşaqlar üçün özəl hazırlanır. Hər yaş qrupuna uyğun verilir, yəni xəstəliklərdə ən çox o çaylardan istifadə edilir. Əsasən də qrip və digər respirator infeksiyalarla, viruslarla mübarizədə ilk tibbi yardım kimi istifadə edilir. Bizim praktikada əsasən ağrıkəsicilər, antibiotiklərdən istifadə edirik. Amma bildirmək istəyirəm ki, bu cür infeksion xəstəliklərdə belə ilk yardım, yəni dəstəkləyici terapiya çox vacibdir. İki nümunə təqdim etdim. Almaniyanın çay təcrübəsi çox sınaqlardan keçib. Yəni istehsalçıya güvənsək, paket çayları verə bilərik”.
"Mühüd həmişə deyirdi ki, hərbçiliyi seçəndən sonra gərək ya general olasan, ya da şəhid".
"Bunu "Mixaylo" ləqəbli Aprel döyüşləri şəhidi Mühüd Orucovun dostu Habil Abdullayev Baku TV-yə onunla bağlı xatirələrindən danışarkən deyib.
H.Abdullayevin sözlərinə görə, şəhidə ləqəbi düşməndən qisas aldığı üçün döyüş yoldaşları tərəfindən verilib.
"Mühüd Türkiyədə kursu birinciliklə bitirdiyi üçün Rəcəb Tayyib Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmış və onu təltif etmişdi", - şəhidin dostu əlavə edib.
Ətraflı süjetdə:
Bayram günlərində istər avtobusla, istərsə də qatarla bölgələrə səfər edən sərnişinlərin sayında artım müşahidə edilir.
“Yol-xeber.az” Azərbaycan Dəmir Yolları (ADY) QSC-yə istinadən xəbər verir ki, qatarla səfər edənlər arasında gənclər və idman naziri Fərid Qayıbovla xanımı da var.
Onlar qatarla paytaxtdan Qəbələyə yollanıb.
Bir saatlıq qəlyan istifadəsi 100-dən çox siqaret çəkmək qədər zərərli ola bilər.
həkim Suraj Kukadia qəlyanın siqaretdən daha az zərərli olduğu mifini tamamilə məhv edərək bu vərdişin ciddi sağlamlıq problemlərinə səbəb olduğunu açıqlayıb. Həkimin sözlərinə görə qəlyan çəkmək də siqaret kimi ürək xəstəlikləri, insult, xərçəng və görmə itkisi risklərini artırır.
British Heart Foundation (BHF) isə xəbərdarlıq edir ki, bir qəlyan seansı 100-dən çox siqaretin yaratdığı ziyanla eyni təsirə malikdir və bu, ürək xəstəlikləri, ağciyər problemləri və qan dövranı pozğunluqlarının riskini artırır. Qəlyan tüstüsündə nikotin, karbonmonoksid, qatran və arsenik kimi maddələr var ki, bu da damarları tıxayaraq infarkt və insult riskini yüksəldir.
BHF tütünsüz qəlyanların da zərərli olduğunu açıqlayaraq bununla da toksinlərin yayıldığını və təhlükələrin azalmadığını bildirir. Qəlyan tüstüsünün passiv təsiri isə daha da qorxuncdur. NHS, qəlyan tüstüsünün otaqda 5 saata qədər qalacağını və siqaret tüstüsündə olduğu kimi, bu tüstünün xərçəngə səbəb olan kimyəvi maddələr və zəhərli karbonmonoksid ehtiva etdiyini qeyd edir.(milli.az)
Süni intellekt sahəsindəki işi ilə tanınan və dərin öyrənmə və neyron şəbəkələr üzrə işlərinə görə Nobel mükafatı alan alim Geoffrey Hinton süni intellekt sistemlərinin bəşəriyyəti həssas vəziyyətə salacağını deyib.
Lent.az xəbər verir ki, Hinton, insanların güclü süni intellekt sistemləri ilə müqayisədə üç yaşlı uşaq kimi müdafiəsiz olacağını bildirib.
BBC Radio 4-ün Today proqramında danışan Hinton texnologiyanın bəşəriyyət üçün fəlakətə səbəb olma ehtimalını 10 % olaraq qiymətləndirdiyini xatırladaraq indi bu rəqəmi 10-20 % olaraq düzəltdiyini bildirib. Hinton bildirib ki, süni intellekt sistemləri daha da təkmilləşdikcə bu nisbət daha da artacaqğını proqnozlaşdırır.
Süni intellekt sistemlərinin bəşəriyyətə yeni təhlükələr gətirəcəyini vurğulayan Hinton, bu sistemlərin güclü və sürətlə inkişaf etdiyini bildirib. Hinton bildirib ki, süni intellekt sistemləri insanları təhlükəsizlik və məxfilik məsələlərinə qarşı həssas edəcək. Xüsusilə, o, AI sistemlərinin şəxsi məlumatları ələ keçirmək və manipulyasiya etmək qabiliyyətini vurğulayıb.
Hintonun xəbərdarlığı süni intellekt texnologiyasından təhlükəsizlik və etika baxımından ehtiyatla istifadə etməyin zəruriliyini vurğulayıb.
Alim süni intellekt sistemlərinin hazırlanması və istifadəsi zamanı təhlükəsizlik tədbirlərinin görülməli olduğunu bildirib.
Rusiyalı milyarderlərin sərvəti 2024-cü ildə 18,5 milyard dollar artıb.
Valyuta.az xəbər verir ki, ən zəngin rusiyalı milyarder "Norilsk Nikel"in sahibi Vladimir Potanin olub. Onun sərvəti il ərzində 736 milyon dollar artaraq 31,8 milyard dollara çatıb.
İkinci yerdə NLMK benefisiarı Vladimir Lisindir. O, 5,05 milyard dollar zənginləşib və indi 29 milyard dollara sahibdir.
Üçüncü yeri 2024-cü ildə 2,59 milyard dollar artıraraq 27,2 milyard dollar sərvətlə "Lukoyl"un həmsahibi Vahid Ələkbərov tutub.
Dördüncü və beşinci yerlərdə 24,8 milyard dollar sərvətlə "Novatek”in ortaq sahibi Leonid Mixelson və 24,2 milyard dollar sərvətlə "Severstal”ın benefisiarı Aleksey Mordaşov qərarlaşıb.
Qış aylarında dondurma yeməyin xəstəliklərə səbəb olması ilə bağlı müxtəlif fikirlər səslənir. Lakin mütəxəssislərin fikrincə, orqanizmin təkcə yayda deyil, bütün fəsillərdə dondurmaya ehtiyacı var.
“Qafqazinfo” qışda dondurma yeməyin insan orqanizminə bəzi faydalarını təqdim edir:
Xoşbəxtlik verir: Dondurmanın tərkibindəki şəkər və süd məhsulları xoşbəxtlik hormonu kimi tanınan serotoninin ifrazını artırır.
İmmunitet sistemini gücləndirir: Dondurmada olan kalsium və protein immunitet sisteminizi gücləndirməyə kömək edir. Bu sizin qışda xəstəliklərə qarşı daha davamlı olmağınıza yardım edə bilər.
Boğaz ağrısını aradan qaldırır: Dondurmanın soyuqluğu boğaz ağrısını aradan qaldırmağa kömək edir. Dondurma yemək, xüsusən də soyuqdəymə və ya qrip zamanı boğazınızı sakitləşdirəcək.
Sümüklərimizi möhkəmləndirir: Dondurma kalsiumla zəngin bir qidadır. Kalsium sümükləri gücləndirməyə və qorumağa kömək edir.
Enerji verir: Dondurma həm də karbohidrat və zülalla zəngindir. Bu qidalar bədənə enerji verir və yorğunluğun qarşısını alır.
Yuxu keyfiyyətini yaxşılaşdırır: Dondurmanın tərkibindəki triptofan amin turşusu yuxuya getməyi asanlaşdırır və yuxu keyfiyyətini yaxşılaşdırır.
Həzmi asanlaşdırır: Probiyotiklərlə zəngin olan dondurma həzm sisteminin yaxşı işləməsinə kömək edir.
2024-cü il bir sıra hadisələrlə yaddaşlarda qaldı.
Ölkə.Az bu il ərzində ölkəmizdə müzakirələrə səbəb olan, yaddaşlarda qalan hadisələrin siyahısını təqdim edir:
İlk olaraq yanvarın 6-da Əməkdar artist, xanəndə Aygün Bəylərin ölümü ilə bağlı xəbərlər müzakirə olundu. Mədəniyyət Nazirliyi əvvəlcə xəbərləri təkzib etsə də, daha sonra nekroloq yaydı. Həmçinin sənətçinin ötən illər ərzində nə üçün Xalq artisti adına təqdimatının verilməməsinə görə sabiq nazir Əbülfəs Qarayev tənqid edilmişdi.
Yanvarın 9-da isə saat 3:35-də Xətai rayonu ərazisində Respublika Perinatal Mərkəzində yanğın baş verib. Nəticədə yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşaq ölümü də çox danışılmışdı.
Azərbaycanın dövlət və siyasi xadimi Afiyəddin Cəlilovun nəvəsinin hərəkətləri də il ərzində ara-sıra qalmaqal yaradan hadisələrdən oldu.
Fevralın 13-də 25 yaşlı Əhməd Əhmədovun azyaşlılar da daxil olmaqla ailəsini qətlə yetirməsi ilin ən rezonans doğuran olayı kimi yadda qaldı. O cümlədən məhkəmənin onun barədə verdiyi məcburi müalicə alma qərarı da müzakirələrə yol açdı.
Bu il ölkə üçün baş verən və yaddaqalan əhəmiyyətli hadisələr sırasında sözsüz ki, fevralın 7-də prezident seçkilərinin keçirilməsi oldu.
Bakının Şüvəlan qəsəbəsində 156 nömrəli məktəbin qız şagirdinin aşağı sinifdə oxuyan rəfiqəsini bullinqə məruz qoyması, onun alnına ədəbsiz söz yazaraq, başında yumurta qırması və saçlarını kəsməsi, habelə videosunu paylaşması, cəmiyyətdə ciddi narahatlıq yaratmışdı.
Fevralın 21-də tanınmış fitnes məşqçisi Kamil Zeynallı Rusiyada polis əməkdaşları tərəfindən “Domodedovo” hava limanında saxlanılması da xeyli təəccüblə qarşılanmışdı. Ermənistanın federal axtarışa verməsinə görə saxlanıldığını bildirilən K.Zeynallı guya 2020-ci ildə müharibə vaxtı hansısa erməniləri qətlə yetirməkdə ittiham olunurdu. O, saxlanılmasından 1 sutka keçməmiş hökumətin müdaxiləsindən sonra azadlığa buraxılmışdı.
17 apreldə Xətai rayonu ərazisində 8 Noyabr prospektində tanınmış aparıcı Aytən Səfərovanın ağır qəzaya düşməsi də üzücü olaylardan idi. Qəza zamanı avtomobili aşan aparıcı ağır xəsarətlər aldığından bir müddət efirlərdən kənar düşdü.
Qazaxın 4 kəndinin (Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2)) Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilməsi ilin ən yaddaqalan və tarixi hadisələrindən biri idi.
Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyevin aprelin 24-də Abşeron rayonu ərazisində yerləşən evində özünə odlu silahdan atəş açaraq qəsd etməsi də müzakirə mövzusuna çevrilmişdi.
Martda Xankəndi və Xocalıda uzun illərdən sonra ilk dəfə Novruz bayramının qeyd edilməsi, mayda Şuşaya və Xocalı şəhərlərinə ilk köçün başlaması, Qarabağ Universitetinin fəaliyyətə başlaması, o cümlədən Şərqi Zəngəzur və Qarabağda müxtəlif sahələrdə canlanma ən sevindirən və gözlənilən hadisələrdən oldu.
Paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində axtarışda olan şəxsin saxlanılması məqsədilə keçirilən əməliyyat zamanı 3 polisi güllələyərək öldürməsi də üzücü hadisələrdən idi.
Dələduzluq və digər əməllərə görə əvvəllər dəfələrlə məhkum olunmuş Rövşən Allahverdiyev 3 polis əməkdaşını və 1 mülki şəxsi qətlə yetirmiş, özü isə zərərsizləşdirilmişdi.
İyunda Vətən müharibəsindən sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesinin iyunun 12-də başa çatması da bu mövzu ətrafında yaranmış bütün suallara son qoydu.
İyunun 25-də Prezident İlham Əliyevin sərəncamı ilə Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi sevindirici hadisələrdən oldu.
Xalq artisti Ağadadaş Ağayev də bu il haqqında çox danışılanlar siyahısında idi. Müğənninin iyul ayında evinin yaxınlığında yerləşən “Medera” hospitalının mühafizəçisinə balta atması, daha sonra isə mühafizəçinin onu yerə yıxaraq döyməsi hələ də unudulmayıb. Hadisə nəticəsində tərəflər məhkəməlik olub, A.Ağayev və "Medera Hospital" qarşılıqlı olaraq bir-birindən mənəvi ziyanın ödənilməsini tələb edir.
İyulda Azərbaycan cüdoçusu Hidayət Heydərov "Paris-2024" XXXIII Yay Olimpiya Oyunlarında qızıl medal qazanması da çox danışıldı. Həmçinin sözügedən oyunlarda oxatma üzrə Azərbaycan millisini təmsil edən Yaylagül Ramazanova da diqqət mərkəzinə düşdü. Belə ki, 7 aylıq hamilə olan qadın iştirakçımızın fotosu sosial şəbəkələrdə ən çox paylaşılanlar sırasında idi.
7 ildən sonra bu ilin avqustunda Bakıda Dövlət Bayrağı Meydanında bayrağın ucaldılması xəbərini isə hər kəs təbəssümlə qarşıladı.
Bakıda sentyabrda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin şərəfinə ucaldılan heykəl də müzakirələrə səbəb olmuşdu.
İyun ayında Milli Məclisin buraxılması və sentyabrın 1-də növbədənkənar parlament seçkilərinin keçirilməsi də mühüm hadisələrdən oldu.
22 oktyabrda isə paytaxta yağan aramsız yağışlar nəticəsində bir sıra küçələri su basması da, günlərlə müzakirə olunmuşdu. Hadisə nəticəsində "Sabunçu keçidi" adlanan ərazidə iş avtomobilini suda qoyub getmək istəməyən "Ford" markalı minik avtomobilində olan 2 nəfər boğularaq ölmüşdü.
Noyabrın 1-dən Bakıda tanınmış italiyalı monumental heykəltaraş Lorenso Kuinnin (Lorenzo Quinn) sərgisində nümayiş olunan çılpaq qadın heykəli də cəmiyyətdə xeyli müzakirələrə səbəb olmuşdu. Bir çox sosial şəbəkə istifadəçisi heykəlin dünyanın başqa ölkələridə paltarlı olmasına baxmayaraq Bakıya çılpaq gətirildiyini yazmışdılar. Araşdırmamız zamanı isə məlum oldu ki, “Təbiətin gücü” (Force of Nature) adlı əsər iki versiyada da (paltarlı və paltarsız) hazırlanıb. Bakıya gətirilən ikinci versiya isə digərindən bir qədər fərqli məna ifadə edirmiş.
11-23 noyabr tarixlərində Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) keçirilməsi sözsüz ki, ən əhəmiyyətli dünyamiqyaslı hadisələrdən biri idi.
Tədbir çərçivəsində məşhur braziliyalı futbolçu Ronaldinyo Qauço və məşhur ingilis aktyor Teo Ceymsin də Bakıya gəlməsi sevinclə qarşılanmışdı.
Eyni zamanda COP29 zamanı Bakı bulvarında “sahilə çıxmış balina” da ölkə səviyyəsində müzakirə yaratmışdı. Daha sonra isə nəhəng varlığın maket olduğu və Kəptın Bumer (Captain Boomer) tərəfindən balinaların ölümünə diqqət çəkmək üçün hazırlandığı üzə çıxdı.
Son olaraq bu gün Amerikanın "İnter Mayami" klubunun və Argentina millisinin futbolçusu Lionel Messinin komanda yoldaşları ilə Bakıya qonaq gəlməsi də ilin pozitiv olayları sırasındadır.
Billurə Yunus
Süni intellekt (SI) ilə bağlı bu sual həm texnoloji inkişafın potensialını, həm də etik və təhlükəsizlik məsələlərini əhatə edən bir mövzudur. Hazırda, süni intellektin insanları öldürməsi ehtimalı real deyil, çünki bu cür hadisələrin baş verməsi üçün bir çox mühüm amillər və təhlükəsizlik tədbirləri nəzərə alınmalıdır. Lakin, bu mövzuya dair bəzi vacib məqamları nəzərdən keçirmək lazımdır. Süni intellektin hazırkı həyatımızdakı rolu böyükdür.
Bu və ya digər risklərlərlə bağlı ekspert Fərid Əliyev milli.az-a açıqlama verib. Ekspertin sözlərinə görə, süni intellektin təhlükəli yönləri çoxdur:
"Bugün istifadə olunan süni intellekt sistemləri, əsasən məlumatların işlənməsi, avtomatlaşdırılmış qərar qəbuletmə, təbii dilin emalı, maşın öyrənməsi kimi sahələrdə tətbiq olunur. Məsələn sürücüsüz avtomobillər, tibb və sağlamlıq və sair, və ilaxır. Bu, bir növ texnologiyanın inkişafı deməkdir. Lakin hələ də çox sərt təhlükəsizlik standartlarına və tənzimləmələrə tabedir. Eyni zamanda həkimlərə kömək etmək üçün istifadə olunan süni intellekt sistemləri də mövcuddur, lakin həkimlər və səhiyyə işçiləri hər zaman son qərarları verir. Bu texnologiyalar insanlara fayda vermək üçün hazırlanıb və onların müstəqil şəkildə zərər verməsi qeyri-mümkündür. Amma bu texnologiyanın yanlış istifadəsi müəyyən risklər yaradabilər. Süni intellektin təhlükəsizliyinə dair bir neçə ciddi məsələ mövcuddur. Bura silahlar və döyüş sistemlərini daxil etmək olar. Süni intellektin silahlar və müharibə texnologiyalarına tətbiq olunması, məsələn, öz-özünə işləyən silah sistemləri (killer robots) təhlükə yarada bilər. Bu cür sistemlərdə səhv və ya yanlış qərarlar vermə ehtimalı çox vacib bir məsələdir. Bəzi mütəxəssislər bu tip texnologiyaların etik olmayan istifadəsinin potensial təhlükələri barədə xəbərdarlıq edirlər. Çünki qərar qəbuletmə sistemlərində boşluqlar olarsa bu, təhlükəli nəticələrə gətirib çıxara bilər. Yəni avtomatlaşdırılmış sistem yanlış bir şəkildə işləyərsə insanı "təhlükə" olaraq görər və bu, insan üçün böyük fəsadlara gətirib çıxarar".
Məsələ burasındadır ki, süni intellekt kiberhücumların təkmilləşdirilməsi və təhlükəsizlik sistemlərinin aşılması üçün istifadə oluna bilər, bu da insanların şəxsi təhlükəsizliyini təhdid edə bilər. Uzun müddətli perspektivdə, süni intellektin inkişafı ilə bağlı daha böyük risklər ortaya çıxa bilər. Məsələn, superintellektual bir süni intellekt yaradıldığında (yəni, insan zəkanından çox daha inkişaf etmiş bir intellekt), onun necə davranacağı, nə məqsədlərlə fəaliyyət göstərəcəyi və insanlara qarşı təhlükə yaradıb yaratmayacağı hələ də müəmmalıdır. Bu cür texnologiyalarla bağlı böyük ehtimallar mütəxəssislər tərəfindən nəzərdən keçirilir və bu sahə tədqiqatçılar üçün bir çox etik və təhlükəsizlik problemləri doğurur.
Son olaraq qeyd etmək istəyirəm ki, hazırkı süni intellekt texnologiyaları insanların həyatına təhlükə yaratmaq üçün istifadə edilməyib və bu texnologiyalar əsasən faydalı məqsədlər üçün hazırlanır. Lakin süni intellektin inkişafı və tətbiqi sahəsində mümkün risklər mövcuddur. Bu səbəbdən, süni intellektin təhlükəsizliyi və etik istifadəsi məsələləri diqqət mərkəzindədir və bu sahə üzrə mütəxəssislər, tənzimləyicilər və hökumətlər tərəfindən ciddi tədbirlər görülür.