![]() |
|
Alimlər araşdırmalar zamanı sübut ediblər ki, həddindən artıq şirniyyat istehlakı depressiyaya səbəb ola bilər.
Lent.az xəbər verir ki, İngiltərədə aparılan yeni bir araşdırma şirniyyat düşkünlərini narahat edəcək.
Aparılan bir araşdırma şirniyyat düşkünlüyü olanların psixi sağlamlığının təhlükə altında olduğunu üzə çıxarıb.
"Journal of Translational Medicine" jurnalında nəşr olunan araşdırmada İngiltərə Biobankından alınan 180 min adamın sağlamlıq və qidalanma məlumatları araşdırılıb.
Tədqiqat qrupu süni intellektdən istifadə edərək iştirakçıları üç əsas qrupa ayırıb: daha çox meyvə və tərəvəz yeyənlər, hər cür qidadan istifadə edənlər və daha çox şəkərli qidalara üz tutanlar.
İştirakçıların qan nümunələri üzərində aparılan analizlərdə 2923 zülal və 168 metabolitin orqanizmə təsiri araşdırılıb.
Nəticələrə görə, şəkərli qidalardan istifadə edənlərdə depressiya riski sağlam qidalananlara nisbətən 31 faiz yüksək olub.
Bu qrupda diabet və ürək xəstəliyi riski də əhəmiyyətli dərəcədə yüksək olub. Bütün növ qidaları istehlak edən iştirakçıların sağlamlıq riskləri isə orta səviyyədə olub.
Araşdırma xüsusilə işlənmiş şəkərin psixi sağlamlığa mənfi təsirlərinin olduğunu göstərib.
Avropa Kosmik Agentliyinin (ESA) mütəxəssisləri Marsın cənub qütbündə əriyən buzların arasından çıxan qeyri-adi qaranlıq obyektləri müşahidə ediblər.
"Tədqiqat ESA-nın rəsmi saytında dərc olunub.
Alimlər 2 aprel 2024-cü il tarixindən etibarən Australe Scopuli Mars bölgəsinin şəkillərini tədqiq edərək kəşf ediblər. Görüntülər "Mars Express" orbitatoru tərəfindən lentə alınıb.
Fotoşəkillərdə landşaftın qaranlıq sahələrini əhatə edən tozun daxil olduğu qalın, laylı buz çöküntüləri görünür. Bu zonalar uzun illər və hətta əsrlər boyu donma-ərimə dövrləri ilə formalaşdığı güman edilən çoxbucaqlı naxışlarla örtülüb.
Yeni yayımlanan görüntülər həmçinin on metrdən bir neçə yüz metrə qədər ölçüdə olan yelçəkən formalı yataqları və yuxarı ərimə təbəqəsini qıran və aşağıda yerdən tünd toz daşıyan buxarın yaratdığı şleyfləri də ələ keçirib.
Bu qaranlıq material səthdə yerləşdikcə daha çox günəş işığını udur və bu, Mars buzunun daha sürətli əriməsinə səbəb olur.
ESA rəsmiləri bildiriblər ki, Marsdakı çoxsaylı buz birləşmələrinin tədqiqi tədqiqatçılara qonşu planetin iqlim tarixini daha yaxşı anlamağa kömək edə bilər.(qaynarinfo)
Məşhur kahin Vanqanın 2025-ci il ilə bağlı proqnozları geniş müzakirə mövzusudur.
Milli.az xəbər verir ki, onun iddiasına görə 2025-ci ildə Avropada ciddi bir daxili münaqişə baş verəcək və bu, qitənin əhalisinin çox hissəsini məhv edəcək. Bu münaqişə, insanlığın məhvə doğru gedəcəyi prosesin başlanğıcı olacaq. Vanqanın sözlərinə görə, bu, tam apokalipsis olmayacaq, lakin bu hadisə dünyanın tarazlığını ciddi şəkildə pozacaq və növbəti dövrlərdə daha böyük fəlakətlərin başlanğıcına səbəb olacaq.
Bundan əlavə, Vanqa 2025-ci ilin müasir dünyanın texnologiya və enerji sahəsində böhranlarla qarşılaşacağı bir dövr olacağını proqnozlaşdırıb. İnsanlar 2028-ci ildə alternativ enerji mənbələri axtarmaq üçün Venera planetini araşdırmağa başlayacaq. Bu, dünyadakı enerji çatışmazlığını həll etmək üçün son dərəcə riskli və çətin bir səfər olacaq.
Vanqanın proqnozları həmişə qeyri-müəyyən və çətin anlaşılan olub, lakin onun tərəfdarları 2025-ci ildə baş verə biləcək böyük geosiyasi dəyişikliklər və iqlim hadisələrindən narahatdırlar.
Vanqa kimdir?
Əsl adı Vangeliya Pandeva Gushterova olan Vanqa 1911-ci ildə Bolqarıstanın Strumiça şəhərində anadan olub. O, kor bir kahin kimi tanınır. Vanqa 12 yaşında toz fırtınası zamanı gözlərini itirdikdən sonra gələcəyi görmə qabiliyyətinin inkişaf etdiyini iddia edib. Onun proqnozlarının çoxu qeyri-müəyyən və mistik xarakterli olsa da, bəzi tərəfdarları onun bir sıra tarixi hadisələri, məsələn, Sovet İttifaqının dağılması, 9/11 hadisələri və Şahzadə Diana'nın ölümü kimi hadisələri öncədən bildiyini iddia edirlər.
Vanqanın proqnozları sırasında texnologiya, siyasət, iqlim dəyişikliyi və insanlıq üçün daha böyük fəlakətlərin baş verəcəyinə dair xəbərdarlıqlar da var. Onun 2023-cü ildə süni intellektin ön plana çıxacağı və gələcəkdə Marsda müharibə olacağı kimi uzaqgörən proqnozları da məşhurdur. Kahin 1996-cı ildə vəfat etsə də, onun ardıcılları və proqnozlarına inanan insanlar hələ də onun sözlərinə böyük maraq göstərirlər.
Ümumiyyətlə, ekstrasens 5079-cu ilə qədər hər il üçün müxtəlif proqnozlar verib.
Vanqa nənənin öngördüyü digər mühüm tarixlər və hadisələr bunlardır:
2025-ci il - Avropanın daxili münaqişələrlə viran olması.
5079-u il - Qiyamət qopacaq.
Alman tədqiqatçılar, bir çox insanın etibar etdiyi və sağlamlıqla bağlı məsləhət aldığı süni intellektə əsaslanan axtarış sistemlərinin problemlər yarada biləcəyi barədə xəbərdarlıq edib.
Lent.az xəbər verir ki, bu gün texnologiyanın sürətli inkişafı ilə süni intellekt həyatımızın bir çox sahələrində öz yerini tutmağa başlayıb.
İnsanlar indi sağlamlıq problemləri haqqında məlumat əldə etmək üçün süni intellektlə dəstəklənən chatbotlardan istifadə edirlər.
Erlangen-Nürnberq Universitetinin alimləri tərəfindən aparılan bir araşdırma süni intellektin heç də həmişə düzgün istiqamət vermədiyini və hətta sağlamlığı təhdid edə biləcəyini irəli sürüb.
Araşdırmaya görə, süni intellektlə dəstəklənən chatbotlar tərəfindən reseptlə satılan dərmanlar haqqında verilən məlumatların beşdə birindən çoxu ölüm və ya ciddi xəsarətlə nəticələnəcək qədər təhlükəlidir.
Mütəxəssislər xəbərdarlıq edir ki, xəstələr bu cür axtarış sistemlərinə etibar etməməli və sağlamlıq problemləri ilə bağlı həkimə müraciət etməlidirlər.
ABŞ-da ən çox təyin olunan 50 dərmanla bağlı 10 sualın süni intellektli chatbotlara verildiyi araşdırmada alınan 500 cavab farmakologiya sahəsində ixtisaslaşmış əczaçı və həkimlərin cavabları ilə müqayisə edilib.
Nəticələr olduqca həyəcan vericidir: chatbot cavablarının ən azı 26 faizinin elmi məlumatlarla uyğunsuz olduğu və uyğun olmayan ifadələrin olduğu sübut edilmişdir.
Ətraflı təhlillər göstərib ki, süni intellektin verdiyi tibbi məlumatların 42 faizi orta dərəcədə qeyri-dəqiq, 22 faizi isə ölüm kimi ciddi ziyana səbəb olacaq qədər qeyri-dəqiq olub.
Qeyd olunur ki, "yadplanetlilər məsələsində" alimlər maksimum ehtiyatlı davranırlar
BBC və NASA tərəfindən maliyyələşdirilən layihələr üçün sənədli filmlər üzərində çalışmış, eyni zamanda aparıcı sənədçi olan və Yer üçün təhlükə yaradan asteroidləri izləyən komandaya rəhbərlik edən Saymon Holland, yadplanetlilərin varlığının yaxın həftələrdə rəsmi olaraq açıqlana biləcəyini söyləyib.
Lent.az xəbər verir ki, bu barədə "Daily Mail" yazır.
Hollandın sözlərinə görə, çinli alimlər də analoji kəşf ediblər və yerdən kənar kəşfiyyatın mövcudluğunu ilk elan edənlər ola bilərlər.
O, bəşəriyyətin bu barədə məlumatı Mark Zukerberqin dəstəklədiyi "Breakthrough Listen" özəl təşəbbüsü sayəsində əldə etdiyini izah edib. Bu proqramın məqsədi Yerdən kənarda yadplanetli sivilizasiyaların mövcudluğuna dair sübutlar axtarmaqdır. Hollanda görə, bu məlumatların açıqlanması qarşıdan gələn ABŞ seçkiləri ilə üst-üstə düşə bilər.
Holland iddia edir ki, astronomlar yerdən kənar mənbədən siqnalların ötürülməsinə dair sübutlar qeydə alıblar.
"Bir neçə il əvvəl Avstraliyadakı Parkes teleskopu insana aid olmayan texnoloji fəaliyyətin mövcudluğunu göstərən siqnallar aşkar edib", - o vurğulayıb.
Bununla belə, professorun qeyd etdiyi kimi, başqa bir astronomlar komandası, o cümlədən çinli alimlər də oxşar məlumatlara malikdir və tarixi bəyanat vermək yarışında Holland komandasını keçə bilər. Çin tərəfi 500 metr diametrli dünyanın ən böyük FAST radioteleskopunu idarə edir ki, bu da ona tədqiqatlarda əhəmiyyətli üstünlük verir.
BLC-1 kimi tanınan obyekt siqnalların mənbəyi üçün aparıcı namizəddir. Məlumatları təhlil edən SETI proqramı beş potensial texnologiya imzasını müəyyən edib, lakin BLC-1 ən perspektivlisi kimi seçilir. Holland bu siqnalın heç bir məlum təbiət hadisəsinə bənzəmədiyini, onun xüsusiyyətlərinin süni mənşəli olduğunu vurğulayıb.
Saymon həmçinin xatırladıb ki, astronomlar keçmişdə - 1977-ci ildə məşhur "Wow!" kimi sirli radio siqnalları ilə qarşılaşıblar.
Bununla belə, alimlər yerüstü sivilizasiyanın mövcudluğu ilə bağlı rəsmi açıqlamalar verməzdən əvvəl son dərəcə ehtiyatlı davranırlar. Lakin Hollandın fikrincə, bu, yaxın gələcəkdə baş verə bilər və ya Breakthrough Listen komandası, ya da Çin alimləri bunu ilk elan edə bilərlər.
Tarixçi alim Zaur Əliyev 14-cü əsrə aid xəritədə Azərbaycan adının əks edildiyini təsdiqləyən xəritə yayımlayıb.
Bu barədə o, sosial şəbəkə hesabında qeyd edib.
Alim bildirib ki, təqdim edilən xəritəni Məhəmməd əl-İdrisi Sisiliya kralı II Rocer üçün hazırlayıb:
"Bu xəritə 1619-cu ildə latın dilinə çevrilib, 1928-ci ildə Konrad Miller xəritəni ingilis dilinə tərcümə edib və bu günə qədər Konqresin kitabxanasında saxlanılır. Xəritənin orijinalı isə 1325-ci ildən etibarən Fransada qorunur. Hazırda Fransa Milli Kitabxanasındadır.
Xəritədə Cənubi və Şimali Azərbaycan torpaqları açıq göstərilir. Bu xəritə "Azərbaycan adını Stalin yaradıb" deyənlərə növbəti cavabdır".
Azərbaycanlı bloger və iş adamı Hüseyn Həsənov özünə daha bir bahalı avtomobil alıb.
Metbuat.az xəbər verir ki, bununla bağlı Hüseyn sosial şəbəkə hesabında məlumat yayıb.
Həsənov "Tesla"nın nəhəng və komfortu ilə seçilən "Cybertruck" model avtomobilini alıb. Həmin avtomobilin qiyməti isə 350 min manat civarında dəyişir. Hüseyn Həsənov paytaxta gətirtdiyi avtomobili idarə edir və Bakı küçələrində görünüb.
Xatırladaq ki, Hüseyn Həsənovun şəxsi qarajında "Lamborghini Urus" - 548 min manat, "Rolls-Royce Cullinan" - 685 min manat, "Lamborghini Aventador" - 550 min manat, "Mercedes-AMG G63" - 822 min manat avtomobilləri var. Bloger qırmızı rəngi sevdiyindən adıçəkilən lüks avtomobilləri qırmızıya boyadıb. Onun Dubaydan aldığı sonuncu "Bugatti Chiron Super Sport" avtomobilinin qiyməti isə 3.8 milyon avrodur (təxminən 6.8 milyon manat).
Türkiyəli daxili xəstəliklər üzrə mütəxəssis, professor Canan Karatay quyruq yağının faydalarından danışıb.
Türkiyə mətbuatı xəbər verir ki, heyvan mənşəli yağlar xolestrini tətiklədiyi üçün insanlar bu yağları istifadə etməkdə ehtiyat edir.
C.Karatay isə bildirib ki, bu yağlardan düzgün istifadə edilərsə, yalınız fayda verə bilər.
Onun sözlərinə görə, bədənin funksiyalarını dəstəkləyən quyruq yağı ömür uzadır.
Canan Karatay quruq yağının əridib işlədildikdə ən təbii və ən sağlam yağ olduğunu deyir. O söyləyib ki, bu növ yağlar olmadan hüceyrələr fəaliyyət göstərə bilməz.
Heyvanın onurğasının son hissələrində yerləşən bərk heyvan piyinə quyruq yağı və ya daxili piy deyilir. Tərkibindəki omeqa yağ turşularına əlavə olaraq, kalsium, kalium və dəmir kimi minerallar bədən funksiyalarını əhəmiyyətli dərəcədə dəstəkləyir, damarlardakı tıxanıqlığın qarşısını alaraq ürək sağlamlığını qoruyur, an təzyiqini nizamlayır, sinir hüceyrələrini gücləndirərək, iflic, titrəmə, revmatizma kimi problemlərin qarışını alır.
Həkim həmçinin əlvə edib ki, əridilmiş quyruq yağı dizlərdəki ağrıya da faydalıdır. Bu yağı əridərək ağrıyan yerlərinizə çəksəniz, sancıları azaldacaq və əzələ ağrılarını yüngülləşdirəcək.
Bununla belə professor mütləq həkimlə məsləhətləşməyi tövsiyə edir.
Azərbaycanda avqustun 15-dən internetin minimum qiyməti 18 manatdan 25 manata qaldırılıb. Həmçinin, əvvəl minimum 40 Mbit olan sürət 100 Mbit sürətə yüksəldilib.
Lakin ölkənin bəzi qəsəbə və kəndlərində hələ də internet xətləri yoxdur. Bu problem koronavirus pandemiyası zamanı dərslərin onlayn keçirilməsi məsələsində də aktuallaşmışdı. İnterneti olmayan kənd məktəblərinin şagirdləri ancaq teledərslərin ümidinə qalmışdı.
Bəs hazırda Azərbaycanda neçə kənddə internet yoxdur?
Məsələ ilə bağlı "Aztelecom” MMC-dən Bizim.Media-nın sualına konkret cavab verilməsə də, son 3 il ərzində ucqar kəndlərin internetlə təmin olunmasını bildiriblər:
"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən 2021-ci ildən etibarən ölkənin ən ucqar yaşayış nöqtələrində də əhali və təşkilatlar üçün yüksəksürətli internetə çıxış, həmçinin istifadəni asanlaşdıran innovativ həllər təqdim edərək insanların rifahını yaxşılaşdırmaq məqsədilə "Onlayn Azərbaycan” layihəsi həyata keçirilir.
Layihə müddətində ölkədə genişzolaqlı internetə çıxış imkanı əldə etmiş ev təsərrüfatı və biznes subyektlərinin sayı 12 dəfə artırılaraq 9%-dən 92%-ə yüksəldilib. Cari ilin ilk 6 ayı ərzində 2020-ci illə müqayisədə 5 dəfə çox təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin edilib və toplam əhatə 26% artıb.
Artıq ölkənin 30 rayonunda 90%-dən çox, 23 rayonunda 70-90% arası və digərlərində isə 65%-ə qədər təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin edilib”.
Məlumatda qeyd olunub ki, ilin sonunadək ölkə ərazisində bütün ev təsərrüfatı və biznes subyektlərinin internetlə təmin edilməsi planlaşdırılır:
"2024-cü ilin əvvəlindən etibarən telefonlaşmayan 411 yaşayış məntəqəsinin GPON texnologiyası əsasında genişzolaqlı internetə çıxışı təmin edilib. Sözügedən layihə çərçivəsində cari ilin sonuna qədər 273 yaşayış məntəqəsinin GPON və 144 yaşayış məntəqəsinin isə alternativ şəbəkə vasitəsilə genişzolaqlı internetə çıxışı nəzərdə tutulub.
Həmçinin 2024-cü ilin sonunadək ölkə ərazisində bütün ev təsərrüfatı və biznes subyektlərinin GPON və digər genişzolaqlı texnologiyalar vasitəsilə genişzolaqlı internetlə təmin edilməsi, yüksəksürətli internetdən istifadənin genişləndirilməsi və sabit genişzolaqlı internet abunəçilərinin faizinin artırılması planlaşdırılır”.
Qurumdan ümumilikdə ölkədə 2,7 milyon təsərrüfatın genişzolaqlı internetlə əhatə olunduğu qeyd olunub.
Bir müddətdir, məktəblər, ali təhsil müəssisələri açılıb. Müşahidələr göstərir ki, xüsusilə məktəblilər daha çox kofeşoplarda, restoranlarda oturur, hazır qidalar istehlak edirlər. Bəzi valideynlər uşaqların qidalanmasına nəzarət etmirlər desək, yanılmarıq.
Məktəblilərin qeyri-sağlam qidalanması hansı fəsadlara yol aça bilər və ya onlar əslində necə qidalanmalıdırlar?
Bununla bağlı Sfera.az-a açıqlama verən qida məsələləri üzrə mütəxəssis Ağa Salamov deyib ki, məktəblilərin qida rasionunda kəpəkli çörək, yarmalar, lifli qidalar, faydalı karbohidratlar olmalıdır:
“Uşaqlar gün ərzində heç olmasa, mövsümü meyvələrdən ən az 200-300 qram yeməlidirlər. Rəngli, qazlı içkilərdən istifadə etməməlidirlər. Çünki asitli içkilər mədə-bağırsaq sistemində birbaşa onikibarmaq bağırsaq xorası və.s yaradır. Həmin içkilər boş karbohidratlı, şəkərli olduqlarına görə burada mineraldan, vitamindan söhbət gedə bilməz. Bu da orqanizmdə mənimsənilmir. Bundan əlavə, burada fosfor turşusundan da istifadə olunur, bu da uşaqlarda sümük inkişafının qarşısını alır. Gələcəkdə şəkərli diabetdən də uzaq durmaq üçün uşaqlar rəngli, qazlı içkilərdən istifadə etməməlidirlər. Eyni zamanda, məktəblilərin qida rasionunda kartof, kök püresi, brokoli, gül kələmi kimi qarnirli yeməklər üstünlük təşkil etməlidir”.
Mütəxəssis qeyd etdi ki, məktəblilərin qida rasionunda ət, balıq, toyuq kimi məhsullar da olmalıdır:
“Sadaladıqlarım riskli qidalar olduqlarına görə, onların saxlanma şəraiti düzgün olmalıdır. Rəngli içkilər, qeyri-sağlam qidalar, cipsi kimi atıştırmalıqlar məktəblilərdə mədə-bağırsaq problemlərini, piylənməni, insulin dirəncini ortaya qoya, beyindəki oreksin maddəsini aşağı sala və bu da uşaqların tənbəlliyinə zəmin yarada, onların dərslərdən kənarlaşmasına, düşünmə tərzlərinin aşağı düşməsinə səbəb ola bilər. Uşaqların xüsusilə bu cür qidalardan, boş karbohidratlardan, fastfudlardan uzaq durmaları tövsiyə olunur”.
A.Salamov bildirdi ki, bəzi valideynlər uşaqlarının sağlamlıqlarını düşünsələr də, bəzilərində əksi müşahidə olunur:
“Elə valideynlər var ki, onlar özləri də maariflənməlidirlər. Bunun üçün heç zaman gec deyil. Çünki uşaqların sağlamlığı, gələcəyi həm dövlət, həm də valideynlərin özü üçün maraqlıdır. Bu istiqamətdə maarifləndirmə işləri mütləq davam etməlidir”.