“Polis mənə çayla şirniyyat verdi” - Dünya səyahətinə çıxan gənc - FOTO
Səyyah Tieran Freedman ölkəmizdən xoş duyğularla ayrılıb

Velosipedlə dünya səyahətinə çıxan gənc səyyah Tieran Freedman ölkəmizdən xoş duyğularla ayrılıb. Yol-xeber.az-ın “qafqazinfo”ya istinadən məlumatına görə, bu barədə səyyah sosial şəbəkədə məlumat paylaşıb. Azərbaycanda xoş qarşılandığını, ona qarşı xüsusi diqqət olduğunu söyləyən Tieran buradan xatirələrini heç vaxt unutmayacağını bildirib: “Azərbaycanda gördüyüm qonaqpərvərilik möhtəşəm idi. Hətta polis belə mənə çay və şirniyyat verdi”.

Təxminən ötən ilin iyun aylarından dünya turuna çıxan səyyahın gəzdiyi 12-ci ölkə Azərbaycandır. Norveç, Polşa, Danimarka, Almaniya, Türkiyə, Gürcüstan yolu ilə səyahət edən gənc yol boyu Azərbaycanın bir çox bölgəsində olub. İlk qonaq olduğu rayon Tovuz olub: “Tovuzda yerli bir ailədə qonaq oldum və onlar məni toya apardı. Həqiqətən bu, mənim üçün maraqlı bir hal idi və mən yeni insanlarla tanış olub, fərqli adət-ənənələr gürdüm. Daha sonra Gəncə şəhərində oldum və orada bloqum üçün maraqlı müsahibələr aldım”.

Gəzdiyi ölkələrdə insanlarla sıx ünsiyyət quran Tieran “The Place The Person The Plate” bloqu üçün maraqlı yazılar hazırlayır. Səyyah Gəncədən Bakıya səyahətində Kürdəmirdə də qonaq olub və qaldığı ailənin onu mehriban qarşıladığını deyir: “Daha sonra, məni Kürdəmirə dəvət etdilər. Oraya çatdığım zaman gec olsa da, ailə məni çox mehriban qarşıladı və mənim üçün süfrə açılmışdı. Dolma, lobya şorbası yedim, şirniyyatlardan daddım”. 

 

Bloqqer ilk başda səyahətini Azərbaycanda sonlandırmaq istəsə də, artıq yeni ölkələr kəşf etmək və bu macəranı davam etdirmək istəyir: “300 km-lik çöl mənzərəli yol ilə velosiped sürdükdən,  bir gün boyu Xəzərin sahilini izlədikdən sonra paytaxt Bakıya çatdım. Düzü, Xəzərin sahilindəki magistral yoldan dənizə baxanda Türkmənistan və Qazaxıstana sadəcə gəmi ilə getməyin mümkün olduğunu bilmək bir qədər kədərləndirir. 2019 mənim üçün unudulmaz oldu. Bu yolda mənə dəstək olan hər kəsə minnətdaram”.


06 May 2025 İllərdir “sağlam deyil” deyilən qidaya Canan Karataydan dəstək: "Çox faydalıdır"
03 May 2025 Bu xəbərdən sonra toyuq əti yeməyəcəksiniz
02 May 2025 Uşaq ancaq “abur cubur” qidalarla böyüyür – Həkimlər həyəcan təbili çalır
02 May 2025 Azərbaycan vətəndaşları xarici ölkələrə hansı məqsədlə gediblər? – Siyahı
01 May 2025 Mayda niyə toy etmirlər - köhnə inanclar, əsassız adətlər
28 Aprel 2025 Elektron siqaretlər ağciyərləri necə məhv edir? – Onkoloqdan xəbərdarlıq
25 Aprel 2025 Gəlini aparmağa traktorlarla gəldilər - Fotolar
21 Aprel 2025 Xərçəngin müalicəsində yeni bitki - Şöhrəti ABŞ-yə qədər yayıldı
17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?

Xəbər lenti