DYP polkovniki qayda pozan avtobus sürücülərindən DANIŞDI: "Hamısı qeydə alınır"
"Avtobusların və yük maşınlarının törətdiyi qəzaların sayında azalma var”

Ötən həftə "Azadlıq" prospekti ilə hərəkət edən avtobuslardan birinin sərnişini qapı açıq olduğu üçün yıxılıb. Lakin sürücü buna baxmayaraq, işıqforun qırmızı işığında yolayrıcına daxil olub. Yol-nəqliyyat hadisələri içərisində avtobus sürücülərinin iştirakı ilə baş verən pozuntu halları az deyil. Son bir ay ərzində bir neçə piyada avtobus vurması nəticəsində dünyasını dəyişib. Bəs kütləvi şəkildə insanları daşıyan həmin sürücülərin qayda pozuntularının qarşısının alınması üçün hansı tədbirlər görülür?

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, polkovnik Vaqif Əsədov Lent.az -a açıqlamasında problemlərin qarşısının alınması üçün avtobus sürücüləri ilə maarifləndirici görüşlərin keçirildiyini bildirib: “Avtobus sürücüləri arasında nizam-intizam qaydalarına riayət edilməsi üçün dəfələrlə maarifləndirici və profilaktiki tədbirlər keçirilib. Müşahidələrimiz göstərir ki, avtobusların və yük maşınlarının törətdiyi qəzaların sayında azalma var”.

Vaqif Əsədov "Azadlıq" prospektində sərnişinin yıxılması ilə nəticələnən qəza barədə də danışıb. Polkovnik daşıyıcı şirkətin cərimələndiyini qeyd edib: “Bütün hadisələr qeydə alınır və günahkar məsuliyyətə cəlb olunur. Həmin hadisəni törədən sürücü də müəyyən edilib və daşıyıcı şirkətə cərimə yazılıb. Cərimə yaxın müddətdə ödəniləcək”.

06 May 2025 İllərdir “sağlam deyil” deyilən qidaya Canan Karataydan dəstək: "Çox faydalıdır"
03 May 2025 Bu xəbərdən sonra toyuq əti yeməyəcəksiniz
02 May 2025 Uşaq ancaq “abur cubur” qidalarla böyüyür – Həkimlər həyəcan təbili çalır
02 May 2025 Azərbaycan vətəndaşları xarici ölkələrə hansı məqsədlə gediblər? – Siyahı
01 May 2025 Mayda niyə toy etmirlər - köhnə inanclar, əsassız adətlər
28 Aprel 2025 Elektron siqaretlər ağciyərləri necə məhv edir? – Onkoloqdan xəbərdarlıq
25 Aprel 2025 Gəlini aparmağa traktorlarla gəldilər - Fotolar
21 Aprel 2025 Xərçəngin müalicəsində yeni bitki - Şöhrəti ABŞ-yə qədər yayıldı
17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?

Xəbər lenti