Azərbaycanda işlənmiş akkumulyatorlar təkrar emal edilə bilər - VİDEO
Ölkəmizdə akkumulyatorlar təkrar emal edilərsə, həm yeni iş yerləri açılar, həm də daxili bazarda olan təlabat ödənilər

Sirr deyil ki, sürücülər avtomobillərinin akkumulyatorlarını dəyişdirərkən köhnə olanı elə aldıqları yerdə satırlar. Yol-xeber.az Xezerxeber.az-a istinadən məlumatına görə, bir çoxları onların Azərbaycanda təkrar emal edildiyini zənn etsə də, əslində bu belə deyil. Akkumulyator satışı ilə məşğul olanlar deyir ki, bunu təkrar emal etmək üçün xarici ölkələrə göndərirlər.

Qeyd edək ki, bu gün Azərbaycan bazarında ən çox Türkiyə istehsalı olan akkumulyatorlar satılır. Qiymətləri isə Avropa istehsalı ilə müqayisədə bir qədər aşağıdır. Amma artıq Azərbaycanda da akkumulyator istehsal edilməsi istiqamətində işlər görülür.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib ki, Azərbaycanda işlənmiş akkumulyatorların təkrar emalı ilə bağlı bazar araşdırmaları aparılır. Onun sözlərinə görə, bu araşdırmalara müvafiq şirkət cəlb olunub ki, onun tərəfindən həmçinin biznes plan hazırlanacaq.

 

Niyazi Səfərov bildirib ki, bu istiqamətdə aparılan işlərin yaxın zamanda başa çatacağı gözlənilir. Layihə işlənildikdən sonra akkumulyatorların təkrar emalının təşkili ilə bağlı optimal yer seçiləcək. Layihə sənaye zonalarının birində icra olunacaq.

Qeyd edək ki, Azərbaycanda bir milyondan çox avtomobil var. Təxminən üç ildən bir sürücülər avtomobilərinin akkumulyatorunu dəyişir. Orta hesabla bir akkumulyatorun qiymətinin 100 manat olduğunu nəzərə alsaq, bu da kifayət qədər məbləğ deməkdir.

İqtisadçı ekspertlər isə deyir ki, ölkəmizdə akkumulyatorlar təkrar emal edilərsə, həm yeni iş yerləri açılar, həm də daxili bazarda olan təlabat ödənilər.

İqtisadçı ekspert Ruslan Atakişiyevin fikrincə, hətta təkrar emaldan hazırlanan akkumulyatorları xarici bazara da çıxarmaq mümkündür.

 

06 May 2025 İllərdir “sağlam deyil” deyilən qidaya Canan Karataydan dəstək: "Çox faydalıdır"
03 May 2025 Bu xəbərdən sonra toyuq əti yeməyəcəksiniz
02 May 2025 Uşaq ancaq “abur cubur” qidalarla böyüyür – Həkimlər həyəcan təbili çalır
02 May 2025 Azərbaycan vətəndaşları xarici ölkələrə hansı məqsədlə gediblər? – Siyahı
01 May 2025 Mayda niyə toy etmirlər - köhnə inanclar, əsassız adətlər
28 Aprel 2025 Elektron siqaretlər ağciyərləri necə məhv edir? – Onkoloqdan xəbərdarlıq
25 Aprel 2025 Gəlini aparmağa traktorlarla gəldilər - Fotolar
21 Aprel 2025 Xərçəngin müalicəsində yeni bitki - Şöhrəti ABŞ-yə qədər yayıldı
17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?

Xəbər lenti