Bakıda yoxa çıxan piyada zolaqları...
2-3 aydan bir intensivliyə görə yenidən rənglənməlidir

Hazırda Bakıda və ətraf ərazilərdə avtomobil yollarında piyada keçidi zolaqları var. Ancaq onların əksəriyyəti, demək olar, görünməz haldadır və ya tamamilə gözdən itib. Təbii ki, bu da haqlı narazılığa səbəb olur. Adətən, mərkəzdə belə hallar olanda həmin zolaqlar qısa müddətdə rənglənir. Ancaq şəhər ətrafında paytaxtın mərkəzi hissəsi ilə müqayisədə silinən piyada zolaqları daha çoxdur. Əlbəttə, bu da yollarda bədbəxt hadisələrin baş verməsinə və sürücülərin cərimələnməsinə səbəb olur. Bəs sözügedən problemi necə həll etmək olar?

Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı “Report”a açıqlamasında bildirib ki, rəngi solan və ya silinən piyada zolaqları məsələsi çox aktualdır və belə zolaqlar potensial qəza mənbəyidir: “Bu gün nəinki Bakıətrafı qəsəbələrdə, hətta şəhərin özündə belə həmin zolaqların silindiyinin şahidi oluruq. Doğrudur, mərkəzdə belə zolaqlar mütəmadi olaraq rənglənir, amma ətraf ərazilərdə biz bunu görmürük. Bakıətrafı qəsəbələrdə bu məsələ bir qədər diqqətdən kənarda qalıb. Əvvəllər bu boyaların tərkibinə fosfor, şüşə tozu, alüminium qırıntıları və digər kimyəvi maddələr qatırdılar. Axşam saatlarında avtomobillərin işığında piyada keçidi işıq saçırdı və görünürdü. Nəticədə sürücü piyada keçidini görüb sürəti azaldırdı. İndi isə piyada keçidlərində bu effekti cəmi bir ay görə bilərsən”. 

 

Onun sözlərinə görə, paytaxtın bəzi küçələrində piyada keçidlərinin yeri düzgün müəyyənləşməyib: "Bəzi ünvanlarda zolaq var, amma nişan qoyulmayıb, bəzilərində zolaqlar silinərək görünməz hala düşüb. Mircəlal küçəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenicə təmir edilməsinə baxmayaraq, hazırda həmin ərazidə vəziyyət olduqca acınacaqlıdır. Əvvəldən piyada zolağının mövcudluğuna baxmayaraq, 30 metr sonra daha bir piyada zolağı çəkilib və əvvəlkini silməyiblər. Belədə sürücü ilə piyada arasında müəyyən gərgin anların yaşanmasına səbəb olur. Sürücülər də deyir ki, zolağın silinməsi onlarla piyadalar arasında mübahisəyə səbəb olur. Piyada "yol mənimdir" deyib yolu keçir, biz isə yolda zolaq görmədiyimiz üçün piyadaya yol vermək istəmirik. Nəticədə də qəza şəraiti yaranır, hətta piyada vurulması riskini artırır". 

 

Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev “Report”a deyib ki, paytaxtın küçə-yol şəbəkəsində mövcud eyni səviyyəli piyada keçidlərinin, yəni zolaqların yenilənməsi işləri mütəmadi olaraq aparılır: "Bu, bəzi hallarda vətəndaş müraciətləri, bəzi hallarda isə əməkdaşlarımızın apardığı monitorinqlər əsasında zolaqların silinməsi ilə bağlı aşkarlanan hallar aradan qaldırılır. Ötən dövr ərzində 1400 piyada zolağı çəkilib. Onlardan artıq mini yenilənib. Təkcə sentyabr ayında yüzdən artıq məktəbin qarşısında piyada zolaqları yenilənib". 

Onun sözlərinə görə, yaxın gələcəkdə paytaxtın daha çox risk qrupuna daxil olan küçələrində Avropa ölkələrində geniş tətbiq olunan 3D formatlı piyada zolaqlarından istifadə edilməsi nəzərdə tutulur: "3D formatlı piyada zolaqlarının bütün küçələrdə istifadə edilməsi hələlik mümkün deyil. Daha çox risk qrupuna daxil olan və piyadaların kütləvi istifadə etdiyi küçələr var, onlar da təhlillərlə müəyyənləşdiriləcək. Bundan sonra 3D formatlı piyada zolaqlarından istifadə edilməsi planlaşdırılacaq". 

Qeyd edək ki, qaydalara görə, piyada zolaqlarının rəngləmə işləri magistral yollarda hər 5-6 aydan bir, şəhərdaxili yollarda isə 2-3 aydan bir intensivliyə görə yenidən rənglənməlidir.

 
06 May 2025 İllərdir “sağlam deyil” deyilən qidaya Canan Karataydan dəstək: "Çox faydalıdır"
03 May 2025 Bu xəbərdən sonra toyuq əti yeməyəcəksiniz
02 May 2025 Uşaq ancaq “abur cubur” qidalarla böyüyür – Həkimlər həyəcan təbili çalır
02 May 2025 Azərbaycan vətəndaşları xarici ölkələrə hansı məqsədlə gediblər? – Siyahı
01 May 2025 Mayda niyə toy etmirlər - köhnə inanclar, əsassız adətlər
28 Aprel 2025 Elektron siqaretlər ağciyərləri necə məhv edir? – Onkoloqdan xəbərdarlıq
25 Aprel 2025 Gəlini aparmağa traktorlarla gəldilər - Fotolar
21 Aprel 2025 Xərçəngin müalicəsində yeni bitki - Şöhrəti ABŞ-yə qədər yayıldı
17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?

Xəbər lenti