Qarabağ məsələsi yenidən Ermənistan parlamentində mübahisəyə səbəb olub.

Ardını oxu...

Rusiyanın 17 sentyabra qədər davam etməsi nəzərdə tutulan “Şərq 2018” təlimlərində S-300 və S-400 zenit raket komplekslərindən istifadə olunması NATO və Avropada narahatlıq doğurub.

Ardını oxu...

Türkiyənin ABŞ-a qarşı tətbiq etdiyi sanksiyalara daha biri təhsil sahəsində əlavə olunub.

Ardını oxu...

Türkiyənin Suriya, ümumiyyətlə, Yaxın Şərq siyasəti onun milli maraqlarından irəli gələrək, ölkənin təhlükəsizliyi ilə bağlı olan məsələdir.

Ardını oxu...

Rusiya Prezidenti Vladimir Putin Ermənistana rəsmi səfər edəcək.

Ardını oxu...



Nazirlər Kabineti "Dövlət hakimiyyəti orqanlarının xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin qurulması, istismarı, təhlükəsizliyinin təmin edilməsi, onlara sərəncam verilməsi Qaydası”nda dəyişikliklər edib.

Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə əsasən, xüsusi təyinatlı telekommunikasiya şəbəkələri qurularkən, onların həm fövqəladə vəziyyətdə və bundan sonra həm də hərbi vəziyyətdə dayanıqlı işləmələri üçün ehtiyat hissələr nəzərdə tutulmalıdır.

Həmçinin rabitədən istifadə üçün qoyulmuş xüsusi qaydalara, hərbi vəziyyətlərdə də riayət olunacaq.

 

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdəki çıxışına münasibət bildirib.

 H.Hacıyev deyib: "Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin danışıqlar masasına gətirilməsi barədə iddialarının yeganə məqsədi danışıqlar prosesini pozmaqdan ibarətdir. Gücdən istifadə edərək Azərbaycan ərazilərinin hərbi işğalının davam etdirilməsinə görə məsuliyyət daşıyan tərəf Ermənistandır. İşğal faktına görə beynəlxalq hüquqi məsuliyyət münaqişə tərəfi kimi Ermənistanın üzərinə düşür. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə görə, Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmayana qədər Ermənistan bu məsuliyyətdən qaça bilməz".

XİN-in mətbuat xidmətinin rəhbəri bildirib ki, N.Paşinyanın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki erməni əhalisinə "Dağlıq Qarabağ xalqı" deyə müraciət etməsi tamamilə əsassız və absurddur. "ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təqdim olunan və hazırda müzakirə edilən bütün sənədlərdə Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisi kimi erməni və azərbaycanlı icmaları müəyyən edilib. Ziddiyyətli açıqlamalarla çıxış etmək əvəzinə Ermənistanın baş nazirinə həmin sənədləri oxumağı, xüsusilə münaqişənin həlli ilə əlaqədar savadını artırmağı tövsiyə edirik. Bu kimi təxribat xarakterli və ziddiyyətli açıqlamalarla çıxış edərək, vəziyyətin gərginləşdirilməsinə və danışıqlar prosesinin pozulmasına görə məsuliyyət birbaşa Ermənistanın baş nazirinin üzərinə düşür", - H.Hacıyev vurğulayıb.

Ermənistanda hər şey Nikol Paşinyanın istəyinə əsasən bir-birinə diktə edən qurumlara görə formalaşır.

Ardını oxu...

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Türkiyəyə səfər edəcək.

Ardını oxu...

İran İslam İnqilabı Keşikçiləri Korpusu ötən həftə Bəsrədə yerləşən ABŞ Konsulluğuna edilən hücumun arxasında dayanan qüvvələrin kimliyini bildiyini və ən qısa zamanda hadisənin detallarını ictimaiyyətə təqdim edəcəyini açıqlayıb.

Ardını oxu...

Xəbər lenti