Türkiyə-İraq sərhədində pozuntuların qeydə alınması səbəbi ilə rəsmi Bağdad bölgəyə çox sayda əsgər göndərəcək.

Ardını oxu...

"Silk Vey Eyrleynz" ("Silk Way Airlines") Çinin Çjençjou şəhərinə reyslərin sayını artırır.

Ardını oxu...

12:31

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Çin Xalq Respublikasının Sinxua xəbər agentliyinin nazir statusunda baş redaktoru Hi Pinqin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Ardını oxu...


Əsgər Heydər Əliyev and içdi

Xəbər verdiyimiz kimi, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) N saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Mərasimdə and içən gənc əsgərlər sırasında Prezident İlham Əliyevin oğlu, burada hərbi xidmət keçən Heydər Əliyev də olub.

 

Mərasimdə prezident, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də iştirak ediblər.

 







 

Əliyevlə Ərdoğan paradı belə izlədi
 

 

Xəbər verdiyimiz kimi, Bakı şəhərinin 1918-ci il sentyabrın 15-də bolşevik-daşnak qüvvələrindən azad edilməsinin 100 illiyi münasibətilə Azadlıq meydanında hərbi parad keçirilib.

 

“Qafqazinfo”nun məlumatına görə, paradı birlikdə izləyən Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan dünyaya bir daha qardaşlıq və həmrəylik mesajı veriblər.

 

 
“Türkiyə Azərbaycan uğrunda 1132 şəhid verib”

 

“Azərbaycanın müstəqilliyi üçün canlarını fəda edən bütün şəhidlərimizi ehtiramla anırıq. Onlar fədakarlıqları və cəsarətləri ilə özlərindən sonra nəsildən-nəslə qürurla xatırlanacaq şanlı bir dastan yazaraq, Türkiyə və Azərbaycanın əbədi qardaşlığının da rəmzi oldular”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Bakı şəhərinin işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş paraddakı çıxışında səsləndirib.

Ərdoğan qeyd edib ki, Türkiyə dünyanın 34 ölkəsində 78 şəhid məzarlığı olan bir ölkədir və Azərbaycan uğrunda 1132 şəhid verib. Buradakı məzarlarda yanaşı uyuyan şəhidlərimiz, eyni zamanda, ölkələrimiz arasındakı birgə taleyin təmsilçiləridir. Türkiyə və Azərbaycan tarixi bir, mədəniyyəti bir, dili bir, dini bir iki qardaş ölkədir.

 

Türkiyə Prezidenti deyib: “Biz bu gün burada yalnız Qafqaz İslam Ordusunun və azərbaycanlı qardaşlarımızın dillərdə dastan olan mübarizəsi ilə Bakının işğaldan azad olunmasının 100-cü ildönümünü qeyd etmirik, eyni zamanda, əziz şəhidlərimizin bizə əmanəti olan “Bir millət, iki dövlət” deyə rəmzləşdirdiyimiz qan qardaşlığımızı da dərk edirik”.

1918-ci il sentyabrın 15-də hazırda yaşadığımız ərazilərdə baş verən müharibənin heç də adi bir hadisə olmadığını deyən Ərdoğan vurğulayıb ki, bir əsr əvvəl burada aparılan mübarizə bizim qardaşlığımızın, dostluğumuzun, birlik və bərabərliyimizin də rəmzidir.

 

Ərdoğan Bakı sakinləri ilə söhbət etdi

 

Dünən Bakının işğaldan azad olunmasının 100 illiyi ilə əlaqədar keçirilən hərbi paraddan sonra Azərbaycan prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla şəhər gəzintisinə çıxıb.

Prezidentlər öncə Qız qalasının qarşısında paradda iştirak edən əsgərlərlə söhbət ediblər və xatirə fotosu çəkdiriblər.

Burada əllərində Azərbaycanın və Türkiyənin dövlət bayraqlarını tutmuş əhali Əliyev və Ərdoğanı böyük coşqu ilə qarşılayıblar, ölkələrimizin qardaşlığı ilə bağlı şüarlar səsləndiriblər. Dövlət başçıları paytaxt sakinləri söhbətləşib.

 

Prezidentlər daha sonra Bakı bulvarını gəziblər.

Gəzintidən çəkilmiş görüntünü təqdim edirik:

 

 

Xəbər verdiyimiz kimi, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qafqaz İslam Ordusunun Bakını işğaldan azad edilməsinin 100 illiyi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə paytaxtda təşkil olunan paradda iştirak etmək üçün ölkəmizə səfər etmişdi.

Ardını oxu...

Ermənistanın Baş naziri Nikol Paşinyan özünə aid səs yazılarının varlığından narahatdır.

Ardını oxu...

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan özünə Rusiya ilə yaxın əlaqələri olan britaniyalı lobbiçilər tutub.

Ardını oxu...

Xəbər lenti