Sentyabrın 13-də müdafiə naziri Aviqdor Liberman başda olmaqla İsrail nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Aviqdor Liberman Azərbaycanın paytaxtı Bakıda Cənubi Qafqazın bu ən böyük ölkəsinin hərbi və siyasi rəhbərliyi ilə görüşlər keçirib. Azərbaycan Prezidenti İlham Əliyev İsrail nümayəndə heyəti ilə görüşdə iki ölkə arasında iqtisadi, hərbi, mədəni və turizm sahələrində qarşılıqlı münasibətlərin genişlənməsindən danışıb. Tərəflər ümidvar olduqlarını bildiriblər ki, bu səfər ikitərəfli strateji əməkdaşlığın genişlənməsinə şərait yaradacaq.

Ardını oxu...

Pakistanın keçmiş baş naziri Nəvaz Şərif, qızı Məryəm Nəvaz və kürəkəni Məhəmməd Səftər girov müqabilində azadlığa buraxılıb.

Ardını oxu...

Rusiya-1 kanalında yayımlanan “Vladimir Solovyovla axşam” verilişinin növbəti buraxılışının əsas mövzularından biri SSRİ-nin keçmiş rəhbəri Mixail Qorbaçovun memuarları, həmçinin onun siyasəti və Sovet İttifaqının süqutundakı rolu olub.

Ardını oxu...

Fələstin Krımın statusu məsələsində Rusiyanın mövqeyi müdafiə edir.

Ardını oxu...

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) kimi nüfuzlu quruma üzvlük Azərbaycanın inkişafına və iqtisadiyyatına müsbət təsir edəcək.

Ardını oxu...


Elşad Mirinin "İslamda yoxdur!" kitabının məhkəmə qərarı ilə qadağan edilməsi Azərbaycan Respublikası Konstitusiyasına ziddir və dövlətin cəhalətin, xurafatın qarşısında geri çəkilməsi kimi anlaşıla bilər.

Ardını oxu...

Dövlət Gömrük Komitəsi (DGK) Əməliyyat İstintaq Baş İdarəsinin Əməliyyat idarəsinə İran vətəndaşı Mahdioghli Roghayeh Hasan qızının Azərbaycan ərazisinə narkotik vasitə gətirməsi barədə əməliyyat məlumatı daxil olub.

Ardını oxu...

2018.09.18, 21:22

Bu gün Ermənistan ordusu bizimlə rəqabət apara bilməz.

Ardını oxu...

 

Prezident Mübarizin atası ilə görüşdü

“Azərbaycanda ordu quruculuğu ilə bağlı məsələlər öz həllini tapır. Bu gün Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır.

İyun ayında Azərbaycan Milli Ordusunun 100 illiyinə və bir neçə gün bundan əvvəl Bakının işğalçılardan azad olunmasına həsr edilmiş hərbi paradlar bizim gücümüzü, qüdrətimizi göstərib. Əlbəttə, bizim ordumuzun bu səviyyədə olması hər bir vətəndaş üçün qürur mənbəyidi”.

Bu barədə prezident İlham Əliyev Biləsuvar rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə söyləyib.

 

“Bu gün bizim tədbirdə Milli Qəhrəman Mübariz İbrahimovun atası iştirak edir. Ona mən xüsusi minnətdarlığımı bildirmək istəyirəm ki, onun ailəsində Milli Qəhrəman, bizim unudulmaz əsgərimiz, qəhrəmanımız Mübariz böyüyüb, tərbiyə alıb, Vətən uğrunda döyüşüb, Vətən uğrunda həlak olub, şəhid olub. Təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıbdır. O, bilirdi ki, ölümə gedir, bilirdi ki, o döyüşdən sağ-salamat çıxmayacaq. Buna baxmayaraq, canından keçdi və düşmənə Azərbaycan əsgərinin hansı keyfiyyətə malik olduğunu nümayiş etdirdi. Biləsuvar rayonu fəxr edə bilər ki, belə gözəl övlad yetişdirib və bu gün Azərbaycan Ordusunda vətənpərvərlik ruhunun yüksək səviyyədə olması Mübariz kimi övladlarımızın addımları, qəhrəmanlığı nəticəsində olmuşdur”, - deyə dövlətimizin başçısı bildirib.

 

 

ABŞ Dövlət katibi Mayk Pompeo ilə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Ardını oxu...

Xəbər lenti