![]() |
|
Bəhreyn Şurasının sədri Əhməd bin İbrahim Əl-Mulla Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etmək üçün sentyabrın 20-də ölkəmizə səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda Əhməd bin İbrahim Əl-Mullanı Milli Məclis sədrinin müavini Valeh Ələsgərov və digər rəsmi şəxslər qarşılayıblar.
Suriya prezidenti Bəşər Əsəd rusiyalı həmkarı Vladimir Putinə “İl-20” təyyarəsinin qəzaya düşməsi ilə bağlı başsağlığı teleqramı göndərib.
“SANA”ya istinadən xəbər verir ki, teleqramda deyilir:
“Suriya xalqı adından Rusiya hərbçilərinin ölümü ilə bağlı dərin hüznlə başsağlığı verirəm.Ümid edirik, faciəvi hadisə terrorizmlə mübarizənin davam etdirilməsinə mane olmayacaq”.
Xatırladaq ki, göyərtəsində 15 hərbçi olan “İl-20” təyyarəsi sentyabrın 17-də Aralıq dənizində vurulub.
Milli malların onlayn kataloqunu yaratmaqla yanaşı, yeni xarici bazarlara çıxış üçün Rəqəmsal Ticarət Mərkəzi (RTM), dövlət özəl tərəfdaşlıq platforması yaradılıb. Bu platformanın əsas məqsədi bütün lazımi xidmətlər göstərməkdir, həmçinin, öz məhsullarını ixrac etmək istəyən sahibkarlar, xırda və orta sahibkarlara lisenziyalar, icazələr, sertifikatlar və ödəniş imkanları təmin etməkdir. Azərbaycanın RTM yerli və regional səviyyədə inkişaf edir. 2016-cı ildə əsası qoyulduqdan sonra fəaliyyətinin ilk ilində 74 ölkədən sifariş edilmiş 475 milyon ABŞ dolları dəyərində mallar istehsal olunub.
Ermənistanda aprel ayında baş verən hadisələrdən sonra hakimiyyətə gələn Nikol Paşinyan baş nazir olduğu ilk gündən sərsəm fikirləri və Azərbaycanın əleyhinə səsləndirdiyi cəfəng iddiaları ilə küçə siyasətçisi səviyyəsindən yuxarı qalxa bilmədiyini sübut etdi. Azərbaycan bu müddət ərzində təmkinli və soyuqqanlı davranmaqla öz hərbi-siyasi gücünə nə qədər arxayın olduğunu nümayiş etdirdi. Çünki Ermənistanda hamının bildiyi bir gerçəklik var ki, əgər havadarları əllərini bu ölkənin arxasından çəksə, Cənubi Qafqazda bu dövlətin mövcud olması mümkün olmayacaq.