Ermənistandan təxribat

 

Sentyabrın 14-də axşam saatlarından başlayaraq sentyabrın 15-i səhərədək Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif çaplı silahlardan, o cümlədən artilleriya qurğusundan istifadə etməklə Tovuz, Tərtər və Ağdam rayonları istiqamətində təxribat törədib.

Düşmən tərəfi xüsusilə Tovuz rayonunun Muncuqlu, Koxanəbi, Əsrik Cırdaxan və Qaralar kəndləri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini və dinc sakinləri atəşə tutub.

Hərbi qulluqçular və əhali arasında xəsarət alan olmayıb. Bəzi evlərə, sakinlərin əmlakına və mülki infrastruktura ziyan dəyib.

 

Ermənistan tərəfinin bu cür təxribat əməlləri həmişə olduğu kimi Azərbaycanda əlamətdar hadisələr, bayram günləri ərəfəsində törətməsi məqsədyönlü xarakter daşıyır.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təcili cavab tədbirləri nəticəsində düşmənin aktivliyinin qarşısı alınıb, düşmən tərəfində baş verən itkilər və dağıntıya görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

 

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvlərinin iclasını keçirib.

Ardını oxu...


Bu gün ölkəmizin dünyadakı rolu, əhəmiyyəti artır.

Ardını oxu...

1918-ci ildə ölkənin paytaxtı Bakı işğaldan azad edilib, bu, çox qiymətli hadisədir.

Ardını oxu...

Mənim fikrimcə, plan belə olub. Bu tip səs yazısı yayıldıqdan sonra Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan və Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan istefa verəcək.

Ardını oxu...

Prezident İlham Əliyev Bayıl-Bibiheybət-Lökbatan kollektorunun inşası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Ardını oxu...

Şübhə etmirəm ki, Abbas Mustafayevin adı və siyasi kimliyi indiki nəslə heç nə demir.

Ardını oxu...

İraqın Bəsrə vilayətinin valisi həbs edilib.

Ardını oxu...

ABŞ Prezidenti Donald Tramp keçmiş Dövlət katibi Con Kerrini öz Tvitter səhifəsində kəskin tənqid edib.

Ardını oxu...

Vaşinqton artıq Suriyada qarşıdurmaya müdaxilə etməyə istəkli deyil, yeni bir hücum olmayacaq.

Ardını oxu...

Xəbər lenti