Strict Standards: Declaration of JCacheControllerView::get() should be compatible with JCacheController::get($id, $group = NULL) in /home1/yolxeber/public_html/libraries/joomla/cache/controller/view.php on line 0

ATƏT-in Nazirlər Şurasının 29-cu iclası bu gün Polşanın Lodz şəhərində işə başlayıb.

İclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iştirak edir.

Dekabrın 1-2-də keçiriləcək plenar iclasların iştirakçıları bu il üçün ATƏT məkanında təhlükəsizlik və böhran məsələlərinin bütün spektrini nəzərdən keçirəcəklər.

Fransa Parlamentinin aşağı palatası - Milli Assambleya yekdilliklə "Azərbaycanın Ermənistana təcavüzünün dayandırılması"nı tələb edən qərəzli qətnamə qəbul edib.

Qətnaməyə 256 deputat lehinə, 0 nəfər əleyhinə səs verib. Qətnamə layihəsinin həmmüəllifləri Fransa prezidenti Emmanuel Makronun "Renessans" partiyasının üzvləri olan deputatlardır.

Xatırladaq ki, daha əvvəl Fransa Senatı da Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı oxşar qətnamə qəbul etmişdi.

Tarixi keçimişi qara ləkələrlə dolu olan Fransanın Ermənistanı dəstəkləməsi də başa düşüləndir. Fransa regiondakı maraqlarını məğlub Ermənistan vasitəsilə təmin etməyə çalışır.

İkinci Qarabağ müharibsəi zamanı və ondan 30 il davam edən danışıqlar zamanı da Fransanın tutduğu qərəzli mövqe bəlli idi. Fransa hər zaman münaqişənin həllində maraqlı olmayıb.

Fransanın Azərbaycana qarş tutduğu qərəzli mövqeyi Trend-ə şərh edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, Fransa onsuz da Azərbaycan və Ermənistan arasında vasitəçi olmaq rolunu sıfıra endirib.
Ətraflı

"Fransa Parlamentinin aşağı palatasının qəbul etdiyi sənəd növbəti qərəzli qətnamədir. Eyni zamanda bu sənədin praktiki də bir təsiri yoxdur. Yaranmış vəziyyətdə Fransa hökuməti Azərbaycana qarşı hər hansı sanksiyalar tətbiq etməyəcək.

Fransa müxətlif forumlarda, təşkilatlarda Azərbaycana qarşı addımlar atır, lakin Fransanın bu qərəzli siyasətinin heç bir effekti yoxdur.

Fransa sərgilədiyi bu qərəzli mövqeylə öz nüfuzuna, xüsusəndə bizim regiondakı nüfuzuna zərər gətirir", deyə F.Şəfiyev əlavə edib.

Daha əvvəl qəbul olunan qətnamə və Fransanın sərgilədiyi Azərbaycana təzyiq siyasəti heç bir nəticə vermədi. Fransa növbəti dəfə bu tip sənədi qəbul etməklə Azərbaycana təzyiqi artırmağı düşünür. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətinə, Azərbaycan xalqının iradəsinə Fransanın hər hansı qətnaməsi təsir etmək imkanına malik deyil.

Qanlı keçmişi ilə beynəlxalq aləmdə kifayət qədər mənfi nüfuzu olan Fransa nümayiş etdirdiyi ədalətsiz mövqe ilə nəyinki Azərbaycan və Ermənistan arasında, dünyada heç bir sülh prosesində vasitəçi ola bilməyəcəyini sübut edir. Humanizmi, ali dəyərləri sözdə bayraq edən fransızlar, əslində isə bu dəyərlər arxasında öz maraqlarını güdürlər.

Laçının işğaldan azad edilməsindən 2 il ötür.

Azərbaycan Ordusu tərəfindən Ermənistanın 2020-ci il sentyabrın 27-də təcavüzünə qarşı başlanan əks-hücum əməliyyatı 2020-ci il noyabrın 9-da böyük Zəfərlə başa çatıb.

Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlub olduğunu qəbul edən Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atıb.

Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb.

Sənədin 2-ci bəndinə əsasən, 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu, bəyanatın 6-cı bəndinə əsasən, 25 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonu Azərbaycana qaytarılıb.

Beləliklə, Laçının 28 ilik işğalına 2020-ci il dekabrın 1-də son qoyulub.

Azərbaycan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edilməsinə heç bir itki vermədən nail olub.

Lakin bəyanatın imzalandığı 10 noyabr 2020-ci ildən 1 dekabr 2020-ci ilə qədər - 20 gün müddətində ermənilər Laçın şəhərində və rayon ərazisində dağıntılar törədib, rayonu tərk edərkən binaları, evləri, tikililəri talan edib, yandırıb, ağacları qırıb, ekoloji terrora əl atıb.

Azərbaycan Prezidenti İlham Əliyev 1 dekabr 2020-ci ildə televiziya ilə müraciətində Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib.

“Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”, - dövlət başçısı bəyan edib.

Laçın rayonunun işğaldan azad edilməsi şərəfinə Azərbaycan Respublikasında “Laçının azad olunmasına görə” medalı təsis olunub.

Prezident İlham Əliyevin Sərəncamı ilə Laçının işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.

Qeyd edək ki, 26 avqust 2022-ci il tarixində Laçın rayonunun Zabux və Sus kəndləri də nəzarətə götürülüb, Azərbaycan Ordusu Laçın şəhərinə yerləşib.

Xatırladaq ki, Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənistan işğal müddətində Laçın şəhərini və rayonun yaşayış məntəqələrini talayıb, darmadağın edib, tarixi, mədəni, dini abidələr, qəbiristanlıqlar yer üzündən silinib.

ABŞ ilə Azərbaycan arasında təhlükəsizlik sahəsində gələcək əməkdaşlıq müzakirə edilib.

Bu barədə ABŞ Milli Qvardiyasının komandanı general Daniel Hokanson Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə görüşündən sonra öz “Twitter” səhifəsində yazıb.

Görüşdə Azərbaycanla təhlükəsizlik sahəsində tərəfdaşlığın 20-ci ildönümü alqışlanıb.

“Biz bu güclü, qarşılıqlı faydalı təhlükəsizlik əlaqələrinin yüksək dəyərini bir daha təsdiqlədik və gələcək əməkdaşlıq sahələrini müzakirə etdik”, - ABŞ Milli Qvardiyasının komandanı sosial şəbəkə hesabında qeyd edib.

Görüşdə Azərbaycanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim də iştirak edib.

 

30 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında iştirak etmək məqsədilə Polşa Respublikasına işgüzar səfərə yola düşüb.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Səfər çərçivəsində, həmçinin nazir Ceyhun Bayramovun ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Türkmənistanın Baş nazirinin ticarət kompleksi üzrə müavini Batır Atdayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Birləşmiş Ərəb Əmirliklərinin Kabinet işləri naziri Məhəmməd bin Abdullah Əl Qərqavini qəbul edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Pentaqonda Azərbaycan və ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Amerika Birləşmiş Ştatlarında səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ABŞ-ın Birləşmiş Qərargahlar Rəisləri Komitəsi rəisinin birinci müavini admiral Kristofer Qreydi ilə görüşüb.

Görüşdə Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri və regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilib.

Bu barədə Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Fərmana əsasən, Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb.

Xəbər lenti