![]() |
|
Daxili İşlər naziri Vilayət Eyvazov yol polisi sistemində ciddi dəyişikliklər edib.
Yol-xeber.az xəbər verir ki, yol polislərinin iş rejimində bəzi dəyişikliklər olub. Belə ki, Bakı Şəhər Yol Polisi İdarəsində bəzi əməkdaşlar yollarda xidmətə yönəldilib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a bildirilib ki, Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə həm Bakı şəhər Yol Polisi İdarəsində, həm də rayon yol polisi şöbələrində struktur dəyişiklikləri həyata keçirilib. Eyni zamanda bundan sonra yol polisləri 8 saat işləyəcəklər, yəni Bakı şəhərində yol polisi üçün 3 növbəli iş rejimi tətbiq olunacaq.idmətdə nöqsana yol verən bəzi YPX əməkdaşları cəzalandırılıb.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində 13 oktyabr dəmir yolu işçilərinin peşə bayramı gününə həsr olunan tədbir keçirilib.
Yol-xeber.az xəbər verir ki, tədbirdə çıxış edən qurum sədri Cavid Qurbanov tədbir iştirakçılarını peşə bayramı günü münasibətilə təbrik edib. Bildirib ki, 139 illik tarixə malik olan Azərbaycan polad magistralı əzəmətli bir yol keçib:
"Ən azından onu deyə bilərəm ki, sədrlik etdiyim müddət ərzində fəxr edəcəyimiz, üzümüzə utanc gətirməyən işlər görmüşük. Qurum Nəqliyyat Nazirliyinin tərkibində olduğu müddət ərzində çox təəssüf ki, elə bir iş getməyib. Çox acı olsa da, bu həqiqəti deməliyik. Mənim beynimdə bir fikir var idi ki, köhnəlikdən, bizi arxaya çəkən, artıq olan hər şeydən qurtulmalıyıq. İstər insan resursları, istərsə də texniki baxımdan. Ona görə bir növ radikal tədbirlərin görülməsinə əl atdıq. Analiz edəndə gördük ki, 50 il muddətində dəmiryolları bir dənə də olsa, yeni vaqon almayıb. Ancaq indi gördüyümüz işlər göz qabağındadır. Hesab edirəm ki, yolumuz düzgündür".
Qeyd edək ki, həmin müddətdə Nəqliyyat naziri Ziya Məmmədov olub.