Dünyaya azərbaycanlılarla sülh istəməsi barədə car çəkən, özlərini qədim və zəngin mədəni irsə sahib olan millət kimi təqdim edən ermənilərin əsl xislətini onlarla qonşuluqda yaşamağa məcbur olmuş xalqlar yaxşı bilir.

Azərbaycanın Qarabağ bölgəsini işğal etmiş, Gürcüstanın Samsxe-Cavaxetiya bölgəsinə iddialar sürmüş, Abxaziyadan abxazları sıxışdırıb çıxartmış, Cənubi Qafqazda yaşayan ləzgilərin milli heysiyyəti ilə oynamağa çalışmış ermənilərin Azərbaycan talışlarını da öz oyunlarında istifadə etdiyi sirr deyil. 90-cı illərin əvvəlində ölkəmizdə olan siyasi hərc-mərcliyin nəticəsində qarşılaşdığımız və indiyədək davam edən problemlərdən biri də Rusiya və digər xarici ölkələrdə məskunlaşmış bəzi talış mühacirlərin Ermənistan xüsusi xidmət orqanlarının toruna düşərək öz mərd həmyerlilərini də Azərbaycana qarşı xain işlərə cəlb etməyə çalışmasıdır.

Belə mühacirlərdən biri Bakı Dövlət Universitetinin müəllimi Fəxrəddin Abbaszadədir. Məlumdur ki, o, 1993-cü ildə AXC təsisçilərindən biri Ələkrəm Hümmətovun Əbülfəz Elçibəyə qarşı çıxmasından sonra Azərbaycanın cənub rayonlarında cəhd etdiyi “qarapapaqların” silahlı qiyamına dəstək verdikdən sonra özünü talış təəssübkeşi kimi tanıtmağa çalışmışdır. Nə 1993-cü il uğursuz qiyamı, nə də ki, onu dəstəkləmiş Fəxrəddin Abbaszadə talışların maraqlarını müdafiə etmirdi. Əgər o qiyam Ələkrəm Hümmətovun Elçibəyin nəzarət etdiyi AXC-nin daxilində fərqli dəstəyə qoşulması və siyasi oyunbazlığı idisə, Abbaszadənin də qiyamdan sonra yeganə ümidi gəlirli bir vəzifəyə yiyələnmək olmuşdur. Amma bilirsiniz ki, bu, baş tutmadı. Mərd Lənkəran övladları qiyamı da, onun dəstəkçilərini də özləri yerinə otuzdurdular. İllər keçəcək, Ələkrəm Hümmətov özü Hollandiyadan Ermənistana gedəcək, habelə, Qarabağda döyüşməyə cəsarət etməmiş Fəxrəddin Abbaszadə Ermənistan xüsusi xidmət orqanları ilə işbirliyinə gedərək, doğulduğu Lerik rayonuna, talışlara və bütövlüklə Azərbaycana xəyanət edəcək.

Fəxrəddin Abbaszadə Ermənistanın xüsusi xidmət orqanlarının diqqətini hələ 90-cı illərin sonlarında cəlb etmişdir. 1998-ci ildə Ermənistanda saraydaxili siyasi çevriliş nəticəsində Azərbaycan və Türkiyə ilə münasibətləri nizama salmağın tərəfdarı olmuş prezident Levon Ter-Petrosyan istefaya məcbur edilmiş və bu ölkədə hakimiyyət Qarabağ separatçılarının əsas şəxsləri Robert Köçəryan və Serj Sərkisyanın əlinə keçmişdir. Bu həmin dövr idi ki, prezident Heydər Əliyevin çevik siyasəti ilk nəticələrini verməyə başlayır; Azərbaycan öz enerjidaşıyıcılarını müstəqil şəkildə Qərbə ixrac etməyə, ölkəmizin ərazisindən keçəcək “İpək Yolu” tranzit layihəsi ideyası formalaşmağa başlayırdı. Respublikanın müstəqil xarici siyasət kursunu gözü götürməyən bəzi iri dövlətlər və onların əlaltısı yeni Ermənistan hökuməti Azərbaycanı ən vacib yerindən - ölkədəki millətlər arasındakı əmin-amanlıqdan - vurmaq üçün Fəxrəddin Abbaszadə kimilərə ehtiyac duymağa başladı.

2002-ci ildən etibarən Abbaszadə yaşadığı Sankt-Peterburq şəhərində ermənilərin maliyyə dəstəyi ilə “Toliş” adlı qəzetin nəşrinə başlayır. O, həmin dövrdə verdiyi müsahibələrdə İrəvan Dövlət Universitetinin İranşünaslıq kafedrası ilə sıx işlədiyini gizlətmir, bu kafedranın pərdəsi altında yaradılmış “Qafqaz İranşünaslıq Mərkəzi”nin rəhbəri Qarnik Asatryanla münasibətləri barədə açıqlamalar verirdi.

Qarnik Asatryan kimdir? Rəsmi məlumatlarda onun haqqında yazılıb ki, 1996-cı ildən İran hökumətinin maliyyələşdirdiyi “Qafqaz İranşünaslıq Mərkəzi”nə rəhbərlik edir, talışlar, kürdlər və Türkiyə barədə çoxsaylı materialların müəllifidir - elm adamı, şərqşünasdır. Əslində elə deyil - 1955-ci ildə Tehran şəhərində SSRİ DTK-sı tərəfindən himayə olunan “Tude” solçu partiyasının funksionerinin ailəsində anadan olmuş Asatryanın bütün ömrü əvvəlcə SSRİ, sonra isə Ermənistan xüsusi xidmət orqanları ilə bağlı olmuşdur. O, elə Ermənistan elm adamlarının arasında da eləcə tanınmışdır. Sovet dövründə Asatryan İranşünas alim kimi formalaşaraq DTK-nın İrana qarşı olan tapşırıqlarını icra edirdi. SSRİ dağıldıqdan sonra Ermənistan xəfiyyəsi onun vəzifələrini korrektə etmişdi: indidən sonra o, Azərbaycana qarşı fəaliyyət göstərməli idi. Qarnik Asatryan Ermənistan xüsusi xidmət orqanlarının kadr zabitidir və bu fakt Fəxrəddin Abbaszadəyə onun 2005-ci ildə Ermənistana ilk səfəri zamanı məlum oldu. Lakin o, nəinki onunla əlaqəni kəsmədi, tam əksinə, talışlar adından Azərbaycana qarşı yeni təxribatlara razılaşdı və bu işlərə razılaşa biləcək özü kimi digər mənəviyyatsız soydaşlarımızın axtarışına başladı.

2000-ci illərin ortalarından Rusiya və işğal olunmuş Qarabağ ərazisində təşkil olunmuş bütün təxribatçı talış kampaniyaları, İrəvandakı talış dili konfransları, “Talışstan Səsi” radiosunun yayımı, “Talış Milli Televiziyasının” fəaliyyəti və talış milliyyətli bəzi mühacirlərin Ermənistana çıxarılması Asatryan-Abbaszadə tandeminin səyləri ilə mümkün olmuşdur. Bu tandemdə Qarnik Astryanın təmsil etdiyi Ermənistan xüsusi xidmət orqanları Azərbaycanda milli-irqi düşmənçiliyin salınmasına çalışırdısa, Fəxrəddin Abbaszadəni yalnız pul maraqlandırırdı.

Ermənistanda keçirilən kampaniyalarda bu ölkə xəfiyyəsinin digər bir əməkdaşı da xüsusi canfəşanlıq edirdi - Ermənistan hərbi kəşfiyyatının polkovniki Artur Aznavuryan. Lakin Asatryandan fərqli olaraq onun pərdəsi elə də yaxşı təşkil olunmamışdı. Ona görə, Ermənistan xüsusi xidmət orqanları xainlərin sıralarını genişləndirmək tapşırığını Fəxrəddin Abbaszadəyə Qarnik Asatryan vasitəsilə çatdırıblar. O isə namizəd kimi Rusiyada yaşayan və maddi baxımdan korluq çəkən Zabil Məhərrəmovu təklif edir.

Ermənilər Zabil Məhərrəmovu cüzi məbləğ müqabilində əməkdaşlığa cəlb edirlər. O “Talış Milli Televiziyasının” verilişlərinin hazırlanmasında iştirak etməyə başlayır və İrəvana köçür. Yuxarıda qeyd olunduğu kimi, bu layihənin də kuratoru Qarnik Asatryandır. Lakin Zabil Məhərrəmov Fəxrəddin Abbaszadədən fərqli olaraq xeyli aşağı səviyyəli intellektual potensiala malik olduğuna görə onun televiziya çıxışlarının mətnlərini Abbaszadə mütləq yoxlayır və redaktə edirdi. Fəxrəddin Abbaszadə həmçinin bu televiziyanın verilişlərində “Talış milli hərəkatı” adından yayımlanan verilişlərin hazırlanmasını birbaşa özü həyata keçirirdi. Erməni kuratorlarının verdiyi az miqdarda vəsait Abbaszadə ilə Məhərrəmov arasında vaxtaşırı olaraq pul söhbətlərinin yaranmasına səbəb olurdu. Abbaszadə isə az pulun verilməsini Ermənistan xüsusi xidmət orqanları ilə bağlayırdı. Digər tərəfdən, talış diasporunda və Azərbaycandakı talışlar arasında ermənipərəst mövqeyinə görə tam rüsvay olunmuş Zabil Məhərrəmov ağır psixoloji duruma düşmüşdü. Son nəticədə Zabil Məhərrəmov Qarnik Asatryanla pul söhbəti edir və sonuncu onun gördüyü işin müqabilində məvacibini cüzi artırır.

Ən maraqlısı isə bu zaman baş verir. Zabil Məhərrəmovu Ermənistandan buraxmaq istəməyən xüsusi xidmət orqanları onun azyaşlı erməni qızını zorlamasını sənədləşdirirlər. Ciddi və rüsvayçı ittihamla üz-üzə qalmış Zabil Məhərrəmov Asatryana müraciət etməli olur və sonuncu məsələnin ört-basdır edilməsində köməkliyini vəd edir. Çox güman ki, Zabil Məhərrəmov İrəvanda qalıb fəaliyyətini davam etdirməli olacaqdı. Lakin bu zaman Ermənistan xüsusi xidmət orqanları Z.Məhərrəmovun RF vətəndaşı olduğunu nəzərə alaraq, onun ətrafında bu prosesi dayandırmağa qərar verir və Zabil Məhərrəmov İrəvandan Moskvaya getməyə müvəffəq olur (bəzi məlumatlara əsasən, Ermənistan hərbi kəşfiyyatının əməkdaşları ona qadın paltarı geyindirir, aşağılayır və bu səhnəni videoya çəkirlər). Buna baxmayaraq, barəsində Ermənistanda çoxlu nüfuzdansalıcı məlumatların olduğunu bildiyinə görə Z.Məhərrəmov Rusiyada ola-ola Asatryanın kuratorluq etdiyi layihələrə köməklik edir. Bu dəfə demək olar ki, pulsuz, təqib oluna biləcəyindən qorxduğuna görə.

Ermənistan xüsusi xidmət orqanlarının Qarnik Asatryan və Fəxrəddin Abbaszadə vasitəsilə talışlara qarşı çirkin oyunlarının tarixi bununla bitmir. Onlar müxtəlif əfsanələr altında mühacirətdə yaşayan həmvətənlərimizə qarşı əməllərini hələ bir müddət davam etdiriblər.

Təəssüf ki, ermənilərin Azərbaycandakı talışları “azad” edəcəyi barədə yalançı vədlərinə inananlar olub və bu insanlar barədə bizim araşdırmamızın davamı gəlir...

Qarabağ danışıqları qapalı xarakter daşıyır. Ümid var idi ki, Paşinyan inqilabçıdır və daha açıq şəkildə hərəkət edəcək, amma məsələ odur ki, o çoxlu bəyanatlar verir, əvəzində konkret hərəkət etmir. O, əvvəlki formatda hərəkət edərək, İlham Əliyevlə Qarabağla bağlı görüşür.

Axar.az xəbər verir ki, bunu “168 Jam”a açıqlamasında erməniyönlü rusiyalı politoloq Stanislav Tarasov deyib.

“Əgər o desəydi ki, Qarabağsız danışıqlar aparmayacaq, o zaman başqa olardı. Azərbaycan Paşinyandan güzəştlər almaq istəyir, amma Paşinyan buna getmir. Nəticədə Qarabağın həlli yenidən dalana dirənib. Humanitar tədbirlər savadlı addımlardır, amma onlar digər fəaliyyətlərlə müştərək olmalıdır. Danışıqlar dalana dirənib, yeni təkliflər yoxdur. Hadisələrin necə inkişaf edəcəyini demək çətindir. Əgər Bakı və İrəvan regionda geosiyasi dəyişiklik formatında təhdid hiss etsələr, situasiya yerindən tərpənəcək. Belə ehtimal isə İrandan yarana bilər. Amerikalılar İran ətrafında həlqəni sıxırlar və buradakı daxili silkələnmələr regionda da hiss oluna, tərəfləri güzəştə məcbur edə bilər”, – deyə o bildirib.

Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dayanıqlı sülhün əldə edilməsi istiqamətində tərəflərlə birlikdə işləməyə hazırıq. Bu yaxınlarda Azərbaycan və Ermənistan liderlərinin Vyanadakı, xarici işlər nazirlərinin isə Moskvadakı görüşlərinin nəticələri bunu təsdiqləyir.

Report xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat idarəsinin Azərbaycanla Ermənistan arasında atəşkəs razılaşmasının imzalanmasının 25-ci ildönümü ilə əlaqədar yaydığı açıqlamada bildirilib.

“Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi çox mürəkkəb prosesdir. Onun yüksəlişi və enişi var. Tənzimlənmənin əsas məqamlarını razılaşdırmaq üçün tərəflərdən vaxt və siyasi iradə tələb olunur. Biz kompromis axtarışı ilə bağlı Bakı və Yerevana fəal yardım etməyə səy göstərəcəyik.

ATƏT-in Minsk qrupu həmsədrliyi çərçivəsində ABŞ və Fransa ilə vasitəçiliyimizi əvvəlki kimi gücləndirəcəyik”, - deyə Rusiya XİN-nin açıqlamasında vurğulanıb.

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında atəşkəs sazişi 1994-cü il mayın 12-də imzalanıb.

Heydər məscidində xalq artisti Arif Məlikovun yas mərasimi keçiriləcək.

Report xəbər verir ki, mərasim mayın 11-də saat 18:00-dan sonra başlayacaq.

Mərasimin saat 18:00-da başlaması Ramazan ayı (Orucluqla) ilə bağlıdır. A.Məlikovun vəfatı ilə əlaqədar iftar veriləcək.

Qeyd edək ki, Arif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə Bakı şəhərində anadan olub. O, 1960-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirib. Həmin ildən orada dərs deməyə başlayıb. 2016-cı ildə Arif Məlikovun 28 cilddən ibarət "Not əsərlərinin tam külliyyatı" çap olunub. O, 1986-cı ildə SSRİ xalq artisti adına layiq görülüb. 1998-ci ildə "İstiqlal", 2013-cü ildə "Heydər Əliyev" ordeni, 2018-ci ildə isə "Şöhrət" orden ilə təltif olunub. O, 1965-ci ildə Əməkdar incəsənət xadimi, 1978-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.

Xalq artisti mayın 9-da 86 yaşında vəfat edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti Reuven Rivlinə təbrik məktubu göndərib.

Axar.az məktubun mətnini təqdim edir:

“Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə İsrail arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsrail xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.

Ümummilli lider Heydər Əliyevin 96 illik yubileyi ərəfəsində sosial şəbəkədə onunla bağlı maraqlı bir video diqqət çəkib.

Kult.az xəbər verir ki, videoda Heydər Əliyevin mədəniyyət xadimləri ilə görüşü əks olunub.

O, görüş zamanı SSRİ lider Mixail Qorbaçovla bağlı bir xatirəsini bölüşüb:

“SSRİ kimi böyük bir dövlətin mükafatını almaq asan bir şey deyildi. Ukrayna kimi bir respublikada cəmi 2 Sosialist Əməyi Qəhrəmanı var idi. Amma bizdə 10-dan yuxarı oldu, səhv etmirəmsə. Hətta bir-iki dəfə Qorbaçov mənim özümə də dedi ki, necə olur, Ukrayna kimi böyük respublikadan 2, Azərbaycandan isə 8 nəfər Sosialist Əməyi Qəhrəmanı adını alır. Dedim ki, Mixail Sergeyeviç, bunu mən təşkil etməmişəm. Əgər Ukraynada buna layiq başqa insanlar da olsaydı, mən əminəm ki, onlar da bu mükafatı alardılar. Deməli, yox imiş. Daha çox azərbaycanlı bu mükafatı alıbsa, bu, mənim günahım deyil. Bu, sadəcə, xalqın istedadıdır.

Cavabını verdim, səsini kəsdim”.

Bu gün, mayın 6-sı, dörd jurnalist Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə dəvət olunublar və burada onlara bildirilib ki, ölkədən çıxışlarına qoyulmuş qadağa götürülüb.

Turan-ın məlumatına görə, həmin qadağa dörd il ərzində - 2015-ci ildən qüvvədə idi.

“Bizi idarə rəisi Eldar Əhmədov qəbul etdi və özünün imzaladığı bildirişi təqdim edərək bildirdi ki, ölkədən çıxışa qoyulmuş qadağa zərurətin aradan qaldırılması səbəbindən götürülüb”, - jurnalist Natiq Cavadlı agentliyə deyib.

Ondan başqa, analoji bildirişi İzolda Ağayeva, Səlimə Cəlilova və Rasim Qaraca alıblar. Gözlənildiyinə görə, yaxın vaxtlarda ölkədən çıxışa qoyulmuş qadağa Meydan TV üçün materiallar hazırlamış daha ən azı səkkiz jurnalist barəsində ləğv ediləcək.

Ölkədən çıxışa qoyulmuş qadağa Meydan TV internet portalı ilə əməkdaşlıq etmiş jurnalistlər qrupu barəsində cinayət işi ilə bağlı tətbiq edilmişdi.

Hollandiyanın Oysterveyk şəhərində II Dünya müharibəsi iştirakçısı, Hollandiyanın Milli qəhrəmanı, şəhərin ilk fəxri vətəndaşı azərbaycanlı Məmməd Məmmədovun xatirəsinə həsr olunmuş memorialın qoyulması mərasimi keçirilib.

Axar.az Haqqın.az-a istinadla xəbər verir ki, tədbirdə Azərbaycan nümayəndələri də iştirak edib.

Qeyd edək ki, 7 il əvvəl Məmmədovun adına bu şəhərdə abidə qoyulub, yaşadığı küçəyə də onun adı verilib.

1923-cü ildə Zaqatalanın Muğanlı kəndində anadan olmuş Məmməd Məmmədov Böyük Vətən Müharibəsi dövründə milyonlarla digər soydaşımız kimi müharibəyə yollanıb. Lakin 1943-cü ildə əsir düşür. Bundan sonra almanlar onu Hollandiyaya, Ostervyaka şəhərindəki düşərgəyə göndərirlər. Ancaq bu, uzun çəkmir o, əsir düşərgəsindən qaçır.

Sonradan elə həmin ölkədə partizanlara qoşulur. Xüsusi şücaətinə görə "Medo" ləqəbi ilə tanınan Məmməd müharibədən sonra hollandiyalı Mariya Sebreqtlə ailə qurur.


12 Punto 14 Punto 16 Punto 18 Punto

Çətin təhlükəsizlik sınaqlarının olduğu bu dövrdə NATO müttəfiqləri Türkiyə ilə həmrəylik içindədir.

Axar.az xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

“Hərbi təchizat tədarükü ölkələrin milli qərarları hökmündədir”, - Stoltenberq bildirib.


12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-la Azərbaycan arasında hava məkanı ilə bağlı problem yoxdur.

Trend-in məlumatına görə, bunu Bakıda jurnalistlərə ABŞ dövlət katibi köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Corc Kent deyib.

O bildirib ki, Azərbaycanla NATO arasında hər hansısa problemin olub-olmaması barədə məlumatı yoxdur:

"Uçuşlara gəldikdə, fikrimcə bir sıra ikitərəfli razılaşmalar var. Məsələn, ABŞ və Azərbaycan arasında razılaşma mövcuddur. Hesab edirəm ki, Azərbaycanla Almaniya arasında bir sıra məsələlər barədə eşitmiş ola bilərsiniz. Mənə məlum olduğu qədər NATO ilə Azərbaycan arasında heç bir problem yoxdur. Sizi əmin edə bilərəm ki, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında da hava məkanı il bağlı problem yoxdur".

Qeyd edək ki, bir qədər əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilmişdi ki, bəzi kütləvi informasiya vasitələrində yayılan “Azərbaycan NATO üzv ölkələri üçün öz ərazisindən keçən dəhlizi bağlayır” ifadəsi həqiqətə uyğun deyil.

Azərbaycan XİN-nin məlumatında deyilirdi: "Azərbaycan dəhliz mənasında heç kimə, o cümlədən NATO-ya hər hansı ərazisini vermir:

"Burada söhbət NATO-nun Əfqanıstanda həyata keçirdiyi və Azərbaycanın da iştirakçısı olduğu “Qətiyyətli Dəstək” missiyasının üzvlərinə ölkə ərazisindən, o cümlədən quru, hava və su məkanından sözügedən missiya çərçivəsində müvafiq yük daşımalarının həyata keçirilməsi üçün müvafiq imkanının təmin edilməsindən gedir. Belə bir təcrübə 2001-ci ildən mövcuddur. Bu imkanların təmin olunması üçün NATO üzv ölkələrinin müvafiq uçuş icazələrinin əldə edilməsi müraciətləri ikitərəfli əsaslarda nəzərdən keçirilir. Sözügedən müraciətlərə Azərbaycan tərəfinin müvafiq qayda və proseduralarına uyğun olaraq, eləcə də tərəfdaşlığın təməlini təşkil edən dövlətlərin bir-birlərinin suverenliyi və ərazi bütövlüyünə hörmət və əməkdaşlıq prinsipləri əsasında baxılır".

Xəbər lenti