Atəşkəs 27 dəfə pozulub

Atəşkəs 27 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 27 dəfə pozub.

Ardını oxu...

 

Ermənistanda azərbaycanlı əsirin vəziyyəti pisləşdi 

Bu il martın 15-də Qazax rayonunun Ermənistanın Noyemberyan rayonu ilə sərhəd xəttində əsir götürülmüş və hazırda həbsdə saxlanılan Elvin İbrahimovun səhhətində problem yaranıb.

Ardını oxu...

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun 50 yaşı tamam olur.

Kult.az xatırladır ki, Albert Aqarunoviç 1969-cu il aprelin 25-də Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub.

Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək, peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib. Hərbi xidmətə gedənə qədər işləyib, ailəsinə kömək edib. 1987-ci ildə Aqarunov Gürcüstanda hərbi xidmətə çağırılıb və xidməti dövründə tank komandiri olub. 1989-cu ildə ordu sıralarından tərxis olunaraq Bakıya dönüb və Suraxanıda maşınqayırma zavodunda işləyib.

Qarabağ müharibəsi başlayarkən Aqarunovun evə gəlib cəbhəyə könüllü yazılması xəbərini bildirməsi ailəsində ani çaşqınlıq yaradıb. Onun ailəsi erkən yaşda Aqarunovun həyatını riskə atmasını istəmirdi və buna görə onu müharibəyə getmək fikirdən çəkindirməyə çalışsalar da, Aqarunov cəbhəyə yollanıb.

Tank komandiri təyin edilən Albert Aqarunov Şuşada Elçin Məmmədovun başçılıq etdiyi 777 nömrəli xüsusi təyinatlı batalyonda döyüşüb. 1992-ci il may ayının 8-i Şuşaya ilk girməyə cəhd edən erməni tankına flaqman tank kimi şəhərə asılmalı olan “fəxri” erməni bayrağı verilmişdi. Bu tankın komandiri Qaqik Avşaryan idi. Lakin Avşaryanın 442 nömrəli tankı Şuşaya girməyə cəhd etdiyi anda Albert Aqarunovun 533 nömrəli tankı tərəfindən vurulur. Tankın komandiri Qaqik Avşaryan, sürücü mexanik Aşot Avanesyan, atıcı-artirelist Şahen Sarkisyan maşının kabinəsində məhv edilir.

O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox texnikasını sıradan çıxarmağa nail olub. Dostlarının dediklərinə görə, düşmənin iki tankı bir-birinə yaxınlaşan zaman Aqarunov bir mərmi ilə iki tankı vurub. Buna görə bu metod döyüş yoldaşları tərəfindən “yəhudi buterbrodu” adını alıb. Ermənilər onun başına 5 milyon rubl pul mükafatı qoymuşdular.

Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub. Komandir Hacı Əzimovun sözlərinə görə, Aqarunov mövqeyini dəyişərkən öz tankının düz önündə qalmış şəhid əsgər yoldaşlarının cəsədini kənara çəkmək üçün hərbi maşından çıxan zaman erməni snayperinin gülləsinə tuş gəlib.

Albert Aqarunov Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

Bakıda vaxtilə təhsil aldığı 154 nömrəli məktəb və Nərimanov rayonunda küçə onun adını daşıyır. Məktəbin önündə büstü qoyulub. 2017-ci ildə Albert Aqarunovun Suraxanı rayonunun Əmircan qəsəbəsində yaşadığı binada xatirə lövhəsinin açılış mərasimi keçirilib.

2010-cu ildə “Salnamə” sənədli filmlər studiyası “Qarabağ qəhramanları” silsiləsindən onun haqda “Dostuma məktub” filmi, 2017-ci ildə isə “Yaşadığım torpaq” sənədli filmi çəkilib.

Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı adına layiq görülüb. 2016-cı ildə isə o, “Həzi Alanov” ordeni ilə təltif edilib.

 

Rusiyada tarixi görüş baş tutdu

Rusiya və Şimali Koreya prezidentləri arasında ilk rəsmi görüş başlayıb.

Ardını oxu...

 

Düşmən iriçaplı pulemyotlardan istifadə edir

Ardını oxu...

Kult.az xalq yazıçısı Anarın 162 saylı məktəbin ayın əvvəlində intihar edən şagirdi, 14 yaşlı Elina Hacıyeva haqqında yazısını təqdim edir:

“Yeniyetmə Elinanın intiharı hamı kimi məni də dərindən sarsıtdı. Qarşıda böyük ömür yolu olan məsum qızcığazın həyatının belə erkən çağında dünyayla vidalaşması böyük təəssüf hissiylə bərabər ağır düşüncələr də oyadır. Belə bir addıma onu təhrik edən səbəblər, ətrafdakıların bir-birinin halına, ovqatına, qayğılarına, duyduqlarına ən azı laqeyd, biganə münasibəti günümüzün acı həqiqətlərindəndir.

Bu itkinin ən ağır iztirabını əlbəttə yaxınları, ailə üzvləri çəkir, onların kədərini paylaşır və dərin hüznlə başsağlığı verirəm.

Şübhəsiz obyektiv istintaq bu faciədə kimin nə dərəcədə təqsirkar olduğunu aşkarlayacaq, amma hələ istintaq tamamlanmamış kimisə «niyə ora gəldi, nə üçün gəldi, saat neçədə, hansı dəqiqədə hadisəyə müdaxilə etdi» üstündə suçlamaq, məncə, ədalətsizlikdir. Konkret olaraq yaxşı tanıdığım Xalidə xanım Bayramovaya qarşı yönəlmiş ittihamları nəzərdə tuturam. Yazıçılar Birliyi Səbail rayonun ərazisində yerləşir və bu rayonun İcra başçısının birinci müavini Xalidə xanım uzun illər boyu təşkilatımıza xeyirxah münasibət bəsləyir, tədbirlərimizdə iştirak edir, yazıçıların ona aid olan bütün məsələlərini həll etməkçün əlindən gələni əsirgəmir. Əsas vəzifəsindən başqa yeniyetmələr və uşaqlarla iş üzrə rayon komissiyasının sədri kimi, Xalidə xanımın bu məsələyə necə sədaqətlə və məsuliyyətlə yanaşmasını bilirəm.

«Yeni Müsavat» qəzetində bir neçə hörmətli deputatın fikirləriylə tanış oldum. «Hələ istintaq gedərkən kiminsə haqqında fikir söyləmək doğru olmaz» deyirlər. X.Bayramovaya qarşı ədalətsizliyin yolverilməz olduğunu deyirlər və mən də bu rəylərlə razıyam. Başqa bir deputatın verdiyi sual da yerindədir: «Yəni doğrudanmı cəmiyyətdə insanların bir-birinə qarşı mərhəmət hissi azalıb?»

Ömrü qırılmış nakam bir qızın faciəsindən məncə belə nəticə çıxarmalyıq ki, əvvəla hər kəsə – istər yaşlı, istər cavan, istər uşaq olsun dərd sərinə diqqətlə, həssaslıqla yanaşmalıyıq. İkincisi məsələnin mahiyyətinə varmadan, bütün faktlara obyektiv yanaşmadan, kimin haqqındasa amansız hökmlər verməklə cəmiyyətdə insanların bir-birinə qənim kəsilməsini, nifrət duyğularını daha da körükləmiş oluruq. Xalidə xanımın bu sınaqlardan mətanətlə və ləyaqətlə çıxacağına inanıram”.

16:20

Pekində səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Szinpinlə görüşüb.

Axar.az xəbər verir ki, Çin Xalq Respublikasının Sədri Si Szinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

Dövlət başçıları birgə foto çəkdiriblər.

Çin Xalq Respublikasının sədri Si Szinpin çıxışında deyib:

“Cənab Prezident Əliyev, Sizi Pekində bir daha salamlayıram, qarşıdakı “Bir kəmər, bir yol” ikinci Beynəlxalq Əməkdaşlıq Forumuna xoş gəlmisiniz. Azərbaycan tərəfi və şəxsən Siz Çin-Azərbaycan münasibətlərinin inkişafına, “Bir kəmər, bir yol” təşəbbüsünün birlikdə reallaşdırılmasına böyük diqqət yetirirsiniz. Biz bunu yüksək qiymətləndiririk.

Azərbaycan Avrasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından biridir. Siz həm də “Bir kəmər, bir yol” layihəsinin reallaşdırılmasına ilk olaraq münasibət bildirənlərdən və bu işdə fəal iştirak edənlərdən birisiniz. Sizin ölkəniz Böyük İpək Yolu üzərində yerləşir və bu yolun bərpasında təbii tərəfdaşdır. Bizim əməkdaşlığımızın artıq bir sıra nəticələri var və bu əməkdaşlıq xalqlarımıza real fayda verir. Sizinlə birlikdə ortaq səylərimizlə “Bir kəmər, bir yol” layihəsinin reallaşdırılmasını davam etdirməyə, birgə inkişaf və firavanlıq naminə bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı daim dərinləşdirməyə hazıram.

Cənab Prezident, Siz Çin xalqının çoxdanki dostusunuz, Çin-Azərbaycan münasibətlərinin və bütün sahələrdə əməkdaşlığın inkişafı üçün şəxsən daim səy göstərirsiniz. Mən bunu yüksək qiymətləndirirəm və Sizinlə sıx əlaqə saxlamağa, ikitərəfli münasibətləri birlikdə sağlam məcrada inkişaf etdirməyə hazıram. Çin Kommunist Partiyası da Yeni Azərbaycan Partiyası ilə əlaqələri fəallaşdırmağa, dövlət idarəçiliyi təcrübəsini mübadilə etməyə, iki ölkə arasında qarşılıqlı etimadı möhkəmlətməyə hazırdır”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də çıxış edib:

“Cənab Sədr, mənim ünvanıma söylədiyiniz və ölkəmiz haqqında dediyiniz xoş sözlərə görə Sizə təşəkkür edirəm. Mən Sizə, ilk növbədə, dəvətə görə təşəkkür etmək istərdim. Biz “Bir kəmər, bir yol” Forumunda iştirak etməyə dəvət olunmağımızı ölkəmizə xüsusi hörmət əlaməti, mənə münasibətdə dostluq əlaməti hesab edirik. Siz qeyd etdiniz ki, mən Sizin ölkənizin dostuyam, Azərbaycanda da Sizi Azərbaycanın xeyirxah dostu kimi tanıyırlar. Biz birgə səylərimizlə əməkdaşlığımızı irəlilədirik, bundan sonrakı qarşılıqlı fəaliyyətin yollarını müəyyən edirik.

Bu Forumun keçirilməsi çox böyük əhəmiyyət kəsb edir. Siz qeyd etdiyiniz kimi, Azərbaycan lap əvvəldən Sizin təşəbbüsünüzü dəstəkləyib və bu layihəni bizim irəli sürdüyümüz təşəbbüslər çərçivəsində fəal irəlilədir. 2015-ci ildə Sizin ölkənizə dövlət səfərimi və burada mənə göstərilən qonaqpərvərliyi xatırlamaq istərdim. O vaxt Sizinlə biz “İpək Yolu İqtisadi Kəməri” haqqında Anlaşma Memorandumunu imzaladıq. Bu gün bizim siyasi münasibətlərimiz yüksək səviyyədədir. Biz beynəlxalq təşkilatlarda fəal qarşılıqlı əlaqə saxlayırıq”.

Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurlu daxili və xarici siyasətinin həyata keçirildiyini, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artdığını, Azərbaycanda sabitliyin təmin olunduğunu, xalqımızın rifah halının yüksəldiyini, iqtisadi sahədə inkişafa nail olunduğunu bildirib. O, Çinin Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini dəstəklədiyini vurğuladı. Si Cinpin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Trans-Xəzər nəqliyyat dəhlizinin əhəmiyyətini qeyd edib.

Prezident İlham Əliyev də öz növbəsində Azərbaycanın “Vahid Çin” siyasətini ardıcıl surətdə dəstəklədiyini vurğulayıb. Dövlətimizin başçısı Çinin bütün sahələrdə əldə etdiyi böyük uğurlarla bağlı təbriklərini çatdırıb.

Söhbət zamanı infrastruktur, logistika, energetika, turizm, kənd təsərrüfatı, investisiya, informasiya-kommunikasiya texnologiyaları, təhsil və humanitar sahələrdə, o cümlədən hüquq-mühafizə orqanları arasında əməkdaşlıq və beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Szinpini ölkəmizə səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.

Federal Təhqiqat Bürosu 1945-ci ildə Almaniya lideri Adolf Hitlerin Argentinaya qaçması versiyasını nəzərdən keçirib.

Axar.az xəbər verir ki, bu barədə FTB-nin bir sıra sənədlərin üzərindən məxfilik qrifini götürməsi nəticəsində məlum olub.

Sənədlərdə FTB əməkdaşlarından birinin baş ofisə məlumatında Berlinin alınmasından sonra Hitlerin sualtı qayıqla Argentinaya qaçdığı, burada yüksəkçinli məmurların ona And dağlarının cənubunda ferma verdiyini bildirdiyi qeyd olunub.

Məlumata görə, bu informasiya FTB rəhbəri Edqar Quverə çatdıqda qurum rəhbərliyi onu natamam hesab edib və nasist lideri Cənubi Amerika ölkəsində axtarmamağa qərar verib.

Dağlıq Qarabağ münaqişəsinin yaxın gələcəkdə həll olunacağına ümid var.

Bu sözləri Axar.az-a ABŞ Qulf Analitik Mərkəzinin mütəxəssisi, doktor Teodor Karasik rəsmi Vaşinqtonun Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün ABŞ-da keçirilməsi haqda olan təklifini şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, hazırda münaqişənin həllinə nail olmaq üçün bir çox şans var:

“Uzun müddətdir ki, davam edən bu tarixi və emosional mübarizə hər iki tərəfin resurslarını tükədir, gələcəyə köklənməsinə imkan vermir. Əlbəttə, demək asandır, amma bütün yaşanan dəhşətləri unutmaq çətindir. Sülhü qəbul etmək istəməyən, üzülən insanlar da olacaq. Amma artıq zamanıdır”.

Rəsmi Vaşinqtonun marağını şərh edən politoloq Rusiya və ABŞ-ın bu məsələdə olduqca aktiv olacağını da vurğulayıb:

“Rusiya və ABŞ artıq bu münaqişənin hansı bir şəkildə, hansı şərtlərlə olur-olsun, həllində maraqlıdırlar”.

Avropa Şurasının baş katibi Törbyorn Yaqland Azərbaycanla bağlı təxribat xarakterli sualı cavablandırmaqdan imtina edib.

Report xəbər verir ki, Niderlandın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Pieter Omtzigt Avropa Şurasının baş katibinə Azərbaycanla bağlı təxribat xarakterli sual verib.

T.Yaqland isə bildirib ki, niderlandlı avroparlamentari belə bir sualla ona üçüncü dəfədir müraicət edir: "Mən bu sualı iki dəfə cavablandırmışam. Artıq sual yersiz olduğundan onu cavablandırmayacağam".

Xəbər lenti