Axar.az Musavat.com-a istinadən hüquq elmləri doktoru, professor İlham Rəhimovun müsahibəsini təqdim edir:

-İlham müəllim, bir neçə gündür Rusiya mediası Moskvada sizin də sahibi olduğunuz ticarət obyektlərində reydlər keçirilməsi haqqında informasiyalar yayır. Həmin xəbərlər Azərbaycan mediasında da yer alıb. Əslində nə baş verir?

- Öncə onu deyim ki, hadisədən xəbər tutan kimi, Moskva ilə əlaqə saxladım, məsələyə aydınlıq gətirildi. Hazırda orada hər hansı bir problem yoxdur. Bu, Moskva Daxili İşlər Baş İdarəsinin hər il miqrasiya ilə bağlı keçirdiyi reyd idi. Burada xüsusi səbəb axtarmağa gərək yoxdur. Yoxlamalar zamanı ticarət obyektlərinin işinə müdaxilə olunmadan orada çalışan əcnəbilərin sənədləri yoxlanıb və sənədləri qaydasında olmayan insanlarla bağlı tədbirlər həyata keçirilib. Yenə deyirəm, bu hər il baş verir. Məndə olan informasiyaya görə, Rusiyanın miqrasiya qanunlarını ən çox pozan çinlilərdir. Onlar kütləvi şəkildə Rusiya bazarlarına gəlir, ölkədən deportasiya olunana qədər sənədsiz yaşayırlar. Rusiya isə qanunlarını sərtləşdirib, nəzarəti gücləndirib. Müşahidə elədim ki, kimsə bu qanuni yoxlamaları ictimaiyyətə fərqli tərzdə çatdırmaq istəyir, ona görə də prosesə müdaxilə etməyi lazım bildim.

- O zaman siz yayılan xəbərləri sifarişli sayırsınız?

- İstisna deyil. Rusiya mediasında ermənilər çoxdur. Ola bilər, bu kampaniyanı kimlərsə onların əli ilə təşkil edib.

- Söhbət erməni iş adamlarından gedir?

- Bu da istisna deyil. Rusiyanın, xüsusən Moskvanın iş dünyasında bir çox millətin nümayəndəsi, o sıradan ermənilər çalışır. Rəqabət güclüdür. Aydın görünür ki, kimlərsə bizi – yəni mənim, Qod Nisanovun və Zarah İliyevin ortaq olduğumuz “Kiyevskaya ploşad” şirkətlər qrupunu qaralamaq, Rusiya ictimaiyyətində bizim mənfi imicimizi formalaşdırmaq istəyirdi. Ancaq buna nail ola bilmədilər. Belə təsəvvür yaratmağa çalışırdılar ki, biz yoxlamalardan narahat olmuşuq. Heç bir əsası olmayan iddialardır. Obyektində yoxlamalardan o adamlar narahat olar ki, onlar qara pullarla işləyir. Nə mənim, nə də ortaqlarımın buna ehtiyacı yoxdur. Bizim şirkət Rusiyanın iş dünyasında söz sahibidir. İkincisi də mən hüquqşünasam. Heç zaman imkan vermərəm ki, sahibi olduğum qurumların hər hansında qanunsuz bir addım atılsın.

- Bu mənim üçün prinsipial məsələdir. Kimlərsə daxili işlər orqanlarının qanuni reydini bizim fəaliyyətimizə bağlamağa cəhd eləyirdi, alınmadı. Gördüyünüz kimi, bu gün (dünən -red.) Moskva Daxili İşlər Baş İdarəsi açıqlama yayaraq yazılanların doğru olmadığını bildirdi, üstəlik kütləvi informasiya vasitələrini məsuliyyətli olmağa, “KIV haqqında” Qanunu pozmamağa çağırdı. Məni təəccübləndirən başqa məsələdir... Rusiyadakı durumu anladıq – yaxşı, bəs Azərbaycan mediası heç nəyi aydınlaşdırmamış, mahiyyətini öyrənməmiş bunları niyə tirajlayır? Belə çıxır, Azərbaycandakı bəzi saytlarla bizə qarşı düşmən münasibətdə olan media eyni mərkəzdən idarə olunur? Bu düşünülməmiş hərəkətlərlə bizi istəməyən qüvvələrin dəyirmanına su tökənləri anlamaq mümkün deyil. Məgər Rusiya medaisının yaydığı xəbərləri dəqiqləşdirmək bu qədər çətindir? Bizim şirkətlər qrupu mediaya açıqdır – zəng eləmək, xəbərləri dəqiqləşdirmək, bizim fikrimizi öyrənmək çətin deyil. Ancaq nədənsə bu xəbərləri yayanlar söhbətin yalnız Azərbaycan əsilli iş adamlarından deyil, yüz minlərlə azərbaycanlıdan getdiyini unudurlar.

- Reydlər zamanı saxlananlar arasında azərbaycanlılar varmı?

- Ola bilər, amma məndə belə bir informasiya yoxdur. Bir neçə il bundan öncə azərbaycanlıların Rusiyada kütləvi şəkildə miqrasiya problemləri yaranırdı. Axır illərdə isə bu xüsusi kəskinliyi ilə seçilməyən məsələdir. Biz obyektlərimizdə çalışan insanlara miqrasiya məsələsi də daxil, bir sıra problemlərinin çözülməsi üçün hüquqi yardım göstəririk. Təkcə bizə məxsus ticarət obyektlərində qışda 47, yayda 60 min azərbaycanlı çalışır. Biz onların hamısının sənədlərini yoxlaya bilmərik. Bu bizim nə marağımızda, nə də səlahiyyətimizdə deyil. Məndə olan xəbərlərə görə, reydlər zamanı əsasən çinlilərin miqrasiya qanunlarını pozduğu aşkarlanıb və onlar haqqında tədbir görülüb. Dediyim kimi, Azərbaycan mətbuatında kimlərsə bizi qanundan kənar fəaliyyətlərdə suçlamaq istəyirdi, amma alınmadı. Bu isə ona gətirib çıxardı ki, ailələrinin əsas gəlir qaynağı Rusiya olan minlərlə ailə bir neçə günü narahatlıq içərisində keçirdi. Bilirsiniz, belə xəbərlər nə mənə, nə də ortaqlarım Qod Nisanovla Zarah İliyevə zərrə qədər də təsir etmir. Bu xəbərlərdən əziyyət çəkənlər orada çalışan insanlar, onların yaxınlarıdır. Rusiyada çalışan hər bir azərbaycanlı özündən başqa 5-6 nəfərin yaşayışını təmin edir. Rəsmi rəqəmlərə görə, hər il Rusiyadan Azərbaycana 2 milyard dollar pul gəlir. Həmin adamların hesabına. Dediyim kimi, qışda bizim yalnız ticarət obyektlərimizdə 47 min, yayda – işlər daha da sürətlənəndə 60 min insan çalışır.

- Hələ mən otellərdə, restoranlarda, digər obyektlərdə çalışanları demirəm. Onların Azərbaycanda maddi dəstək verdiyi insanların sayı yarım milyondan az deyil. Bu qədər insanı narahatlıqda saxlamaq, onları gərəksiz yerə həyəcanlandırmaq nəyə xidmət edir? Əks arqument kimi bunu Rusiya mediasının yaydığını bildirirlər. Yaxşı, o zaman bizim haqqımızda yazılan digər xəbərləri niyə görmürlər? Cəmi 1 həftə öncə biz 4 hektar ərazini əhatə edən “Depo Lesnaya” istirahət-əyləncə mərkəzini açmışıq. Orada təkcə restoranların, kafelərin sayı 34-dür. Dünyanın bir çox xalqlarının mətbəxi orada təmsil olunur. Təbii, erməni mətbəxindən başqa... Çox gözəl bir istirahət məkanıdır. Həmin məkan əvvəl tramvay deposu olub. Moskva rəhbərliyinə tamamilə baxımsız yerin bizə verilməsini təklif etdik və oranı sözün əsl mənasında şəhərin ən dəbdəbəli istirahət məkanlarından birinə çevirdik. Obyektin ilkin arxitektur özəlliklərini də saxladıq – qırmızı kərpicdən tikilən depo binasını restavrasiya etdik, çevrəsini modern inşaatın tələblərinə uyğun şəkildə yenidən qurduq. Açılışa Moskva meri Sobyanin gəldi, Qod Nisanovla bərabər obyekti açdı, xeyir, uğur dilədi, bir neçə telekanal açılışdan reportajı gün boyu bütün xəbər buraxılışlarında yayımladı. Yaxşı, reydlər haqqında Rusiya mediasını kopyalayanlar o xəbərləri niyə “görmədi”? Mediada süni gərginlik yaradılması ancaq qeyri-professionalların işidir. Ona görə də heç kim narahat olmasın. Buradan Rusiyada çalışan azərbaycanlılara, onların Azərbaycanda yaşayan qohumlarına səslənirəm – arxayın işinizi görün, qanun çərçivəsində işləyən heç kəsə Rusiyada hər hansı problem yaranmayacaq.

- Professor, niyə bu məsələdə əsas hədəf Qod Nisanov oldu?

- Bizim şirkətlər qrupundakı iş bölgüsünə görə, Qod Nisanov şirkətin üzdə olan simasıdır. Rəsmi qurumlarla təmaslar, ictimaiyyətə veriləcək açıqlamalar daxil, bir sıra təşkilati işlər birbaşa onun üzərindədir. Tikinti işləri ilə bağlı bütün prosedurlara Zarah İliyev rəhbərlik və nəzarət edir, mən ehtiyac yarananda prosesə dərhal müdaxilə edir, problemləri yoluna qoyuram. Yəni iş bölgüsü səbəbi ilə Qod Nisanov ictimaiyyətin hər zaman diqqət mərkəzində olan şəxsdir. Görünür, onun yüksəlişi kimlərisə narahat edir və vaxtaşırı ona hücum etməyə cəhd göstərirlər. Ağla gələn və gəlməyən o qədər yalan uydururlar ki, oxuyanda müəllifin fantaziyasına “heyran olursan”. Yazırlar ki, Qod Nisanov hökumətin təkilfindən imtina etdiyi üçün ölkə rəhbərliyi ilə münasibətləri pozulub. Bunu yazanların elementar məntiqinin olmasına şübhə edirəm. Dünyanın istənilən ölkəsində iş dünyası hökumətlə münasibətlərini sağlam, canlı saxlamaq istəyir. Rusiya hökumətinin bizim də iştirak etdiyimiz, ciddi dəstək verdiyimiz böyük sosial proyektləri var və yəqin bundan sonra da olacaq.

"Rusiyadakı durumu anladıq – yaxşı, bəs Azərbaycan mediası heç nəyi aydınlaşdırmamış, mahiyyətini öyrənməmiş bunları niyə tirajlayır? Belə çıxır, Azərbaycandakı bəzi saytlarla bizə qarşı düşmən münasibətdə olan media eyni mərkəzdən idarə olunur? "

- İddialardan biri də odur ki, “Kiyevskaya ploşad”ın problemləri siz öz payınızı ailə üzvlərinizin adına keçirəndən sonra başlayıb...

- Bu iddianın heç bir əsası yoxdur. Belə ki, mənə məxsus pay digər şəxsə keçməyib, yenə də mənim ailəmə məxsusdur və bu ailənin ağsaqqalı da mənəm.

- Sizin ortaqlarınızın adı Qərbin sanksiyalar tətbiq etdiyi şəxslərin siyahısındadır. Yenidən rəsmi ortaqlığı qəbul etməyiniz sizin üçün hər hansı problem yarada bilərmi?

- Onların adı siyahıda olsa da, faktiki heç bir sanksiya ilə üzləşməyiblər. Viza probleminin olacağı ilə bağlı narahatlıqlar vardı, o da özünü doğrultmadı. Qod Nisanov da, Zarah İliyev də dünyanın istənilən ölkəsinə sərbəst gedib-gələ bilirlər.

- Son bir neçə həftədə Moskva ilə Bakı arasında gərginlik yaradılması üçün çalışmalar gözə dəyir. Gah çeçenlərlə-azərbaycanlılar arasında dava, gah “Sputnik Azərbaycan”ın şef redaktoru Mətin Yaşaroğlunun işdən çıxarılması, indi də sizin sahiblərindən biri olduğunuz ticarət obyektindəki yoxlama məsələsi. Bütün bunları ermənilərin təxribatı sayırsınız?

- Kriminal hər ölkədə, hər şəhərdə ola bilər. Prosesləri izlədikcə aydın görünür ki, kimlərsə Bakı ilə Moskva arasında süni gərginlik yaradılmasında çox maraqlıdır. Ancaq bu hakimiyyət dairələri deyil. Rusiya iqtidarındakı ab-havaya yaxşı bələd olan biri kimi deyirəm ki, yüksək səviyyədə belə bir məsələ mövcud deyil. Bu cəhdlər siyasi xarakter daşımır. “Sputnik Azərbaycan” məsələsinə gəlincə, bu məsələdən xəbərdaram. Bugünlərdə Mətin Yaşaroğlu ilə görüşəcəyik. Baş verənləri onun dilindən eşitmək istəyirəm. Yəqin bundan sonra məsələ mənim üçün daha da aydınlaşacaq.

İtaliyanın “Agenzia Nova” saytı “Azərbaycan VII Qlobal Bakı Forumunun açılışını edir” sərlövhəli məqalə yayıb.

Azərtac xəbər verir ki, məqalədə Bakıda “Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən VII Qlobal Forum haqqında məlumat verilir. Bu mötəbər tədbirə 50-dən çox ölkədən 500-dən artıq nümayəndənin qatıldığı diqqətə çatdırılır.

Yazıda Forum çərçivəsində keçirilən sessiyalar barədə də söz açılır. Bu sessiyalarda qlobal və regional əhəmiyyət daşıyan məsələlərin müzakirə olunduğu diqqətə çatdırılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin VII Qlobal Bakı Forumunun açılışında iştirak etdiyi vurğulanır.

 

12 Punto 14 Punto 16 Punto 18 Punto

Paşinyanın “Azərbaycan xalqı ilə də dialoqa hazıram” həyasız müraciəti insanda istehzalı bir təbəssüm doğurur.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, siyasətçi siyasətçi ilə dialoq aparmalı, siyasətçilərin danışıqlarından sonra yaranan xoş atmosferdən istifadə edərək xalqların nümayəndələri bir-biri ilə dialoqa girməlidir:

“Buna bəzən sivilizasiyalararası və yaxud “xalq diplomatiyasının hərəkətə gətirilməsi ilə dialoq” deyirlər. Paşinyandan soruşmaq lazımdır ki, həm Azərbaycan Prezidenti, həm də Azərbaycan xalqı ilə aparacağı danışıqların formatı necə olacaq? Maraqlıdır, Paşinyan Azərbaycan xalqına hansı arqumentlərlə müraciət edəcək?! Etnik təmizləməyə, soyqırımlara məruz qalmış Azərbaycan xalqı Paşinyanla müharibəyə hazırdır, nəinki dialoqa. Azərbaycan xalqı yalnız o zaman Paşinyanla dialoqa girər ki, o, erməni ordusunu işğal altında olan Azərbaycan torpaqlarından çəkib çıxarar, sülhpərvər mövqe tutar, istilaçı siyasətdən əl çəkər. Ancaq Paşinyanın bunları etməyəcəyi məlumdur. Hətta o öz addımları ilə danışıqlar prosesini təhlükəyə atır. Hazırda danışıqlar prosesinin konseptual istiqamətini ATƏT-in Minsk Qrupu həmsədrləri də müəyyənləşdirə bilmir”.

Politoloq vurğulayıb ki, Paşinyanın bu bəyanatında Azərbaycan xalqını ələ salmaq, oyunla oynamaq elementləri var:

“Belə görünür ki, Paşinyan artıq bütün ciddiyyətini itirib. İki ölkə arasında baş verən müharibə və onun doğurduğu ağır nəticələrə də o, tam ciddiyyətlə yanaşa bilmir və danışıqlar prosesini gözdən salan addımlar atmaqda davam edir.

Paşinyan ola bilsin ki, kimlərinsə təlqini ilə Azərbaycan tərəfə istehzalı münasibət nümayiş etdirməyə başlayıb. Ermənistan tərəfinin bu addımları istiqamətində Azərbaycana hərb seçimindən başqa bir yol qalmır. Azərbaycan bu cür yekəbaşlığın, özünü tanımazlığın cavabını vermək üçün ən azından 2016-cı ilin Aprel döyüşlərinə bərabər, hətta yüksək hərbi əməliyyatlara başlamalıdır. Bu gün buna ciddi ehtiyac duyulur. Çünki 2016-cı il Aprel döyüşlərindən sonra nəinki Ermənistan və onun qəyyumları, eyni zamanda beynəlxalq təşkilatlar da dərhal hərəkətə keçdi və sülhyaratma prosesinə dinamizm verməyə çalışdı”.

Politoloq vurğulayıb ki, Azərbaycan ya axıradək hərb yolla hərəkət edib torpaqlarını azad etməli, ya da Paşinyana bölgədə baş verən reallıqları dərk etməsi üçün dərs verməlidir:

“Əgər ikinci variant təsir etməsə, ölkəmiz Ermənistanla münasibətlərində müharibə xəttini birdəfəlik seçməlidir”.

Qeyd edək ki, ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyan Xankəndidə keçirilən Ermənistan və qondarma “dqr” “təhlükəsizlik şuralarının” birgə iclasında çıxışı zamanı dialoqu təkcə Azərbaycan Prezidenti ilə yox, həm də Azərbaycan xalqı ilə davam etdirməyə hazır olduğunu bildirib.

Türkiyə və Rusiya İdlib məsələsində qətiyyətlidir.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Andrey Çuprıqin Rusiyanın İdlibdə Türkiyə razılığı əsasında Nüsrə Cəbhəsinə qarşı əməliyyatını şərh edərkən deyib.

“Rusiyanın istənilən əməliyyatı Türkiyə ilə koordinasiya etməsi olduqca önəmlidir. Nöqtə vuruşunun həyata keçirilməsi terrora qarşı əməliyyatın bir hissəsidir. Bu əməliyyatın koordinasiya edilməsi çox yaxşı oldu. İdlib Türkiyə və Rusiya üçün olduqca önəmlidir. Çünki bu şəhər Türkiyənin sərhəd təhlükəsizliyinə təhdid yaradan amilin mənbəyidir”, - deyə ekspert bildirib.

Qeyd edək ki, Rusiya Hərbi Hava Qüvvələri Hmeymim aviabazasına hücum hazırlayan Nüsrə Cəbhəsinə aid silah-sursat anbarını məhv etmişdi.

Bu əməliyyat Türkiyənin razılığı əsasında baş tutmuşdu.


Gürcüstan Prezidenti Salome Zurabişvili Ermənistana iki günlük rəsmi səfərə gedib.

Axar.az xəbər verir ki, səfər zamanlı Zurabişvili qondarma erməni soyqırımına ucaldılmış “Çiçernakaberd” kompleksini ziyarət edib.

Səfər zamanı Zurabişvili Ermənistan Prezidenti Armen Sərkisyan, Baş nazir Nikol Paşinyan, eləcə də bütün ermənilərin patriarxı II Qareginlə görüşəcək.

Qeyd edək ki, səfər Ermənistan Prezidenti Armen Sərkisyanın dəvətilə baş tutub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də BMT İnkişaf Proqramının rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Bürosunun direktoru xanım Miryana Eqqeni qəbul edib.

Axar.az xəbər verir ki, görüşdə tərəflər arasında maraqlı fikir mübadiləsi aparılıb.

Fransa ilə Azərbaycan arasında iqtisadi, mədəni, humanitar sahələrdə çox yaxşı əlaqələr mövcuddur. Ancaq bununla belə əməkdaşlıq üçün böyük potensial və daha fərqli sahələr də var.

Bunu Axar.az-a Birinci vitse-prezident Mehriban Əliyevanın Fransaya səfərini şərh edən millət vəkili Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, bu səfər iki ölkə arasında münasibətlərin inkişafı baxımından əhəmiyyətli idi:

“Fransa Avropa siyasətini müəyyənləşdirən böyük beşlik adlandırılan qrupa daxil olan ölkələrdən biri, üstəlik, ATƏT-in Minsk Qrupunun üzvü və həmsədridir. Ona görə də belə mühüm ölkə ilə münasibətlərin yüksək səviyyədə olması daim Azərbaycanın diqqət mərkəzindədir. Azərbaycan Fransa üçün də ciddi və etibarlı tərəfdaşdır. Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində 59 Fransa şirkəti fəaliyyət göstərir və onların fəaliyyəti bu ölkənin milli maraqlarını ifadə edəcək qədər irihəcmlidir. Fransanın baş naziri ilə görüşdə dəmiryolu, kommunikasiya və bank sektoru ilə bağlı imzalanan sənədlər də ondan xəbər verir ki, hər iki dövlətin maraqları əməkdaşlığın daha da dərinləşməsini tələb edir və tərəflər buna hazırdır”.

Millət vəkili bildirib ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ probleminin həlli ilə bağlı üzərinə ciddi bir öhdəlik götürüb:

“Azərbaycan digər həmsədrlərlə bərabər, bu Avropa ölkəsindən də real addımlar gözləyir. Mehriban Əliyeva da məhz bu gözləntiləri ifadə edərək hazırkı status-kvonun qəbuledilməz olduğunu vurğuladı. Bunun müqabilində Fransanın baş naziri ölkəsinin sülh danışıqlarına sadiq qaldığını və münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə tərəfdar olduğunu bildirdi. Fransa baş nazirinin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı çox da sadə olmayan bir mərhələdə bu cür mövqe bildirməsi əslində Helsinki Yekun Aktında göstərilən milli müqəddaratı təyinetmənin dövlətlərin ərazi bütövlüyü çərçivəsində baş tutması prinsipinin dəstəklənməsi deməkdir. Bu mənada səfərin iqtisadi, mədəni, humanitar tərəfləri ilə bərabər, siyasi tərəfləri olduqca əhəmiyyətlidir”.

ATƏT-in Minsk qrupunun son bəyanatından sonra Paşinyan “B planı” üzərində düşünməyə başlayıb.

Axar.az xəbər verir ki, bu iddia ilə “Past” qəzeti çıxış edib. Məqalədə bildirilib ki, gələcəkdə hansısa xoş olmayan proseslər başlamayacağı halda Paşinyan “günah keçisi” axtaracaq və bu işdə əsas günahkar kimi Xarici İşlər naziri Zöhrab Mnatsakanyanı göstərəcək:

“Bu, Paşinyana iki imkan yaradacaq: Birincisi o, XİN rəhbərini dəyişib, zaman udacaq, ikincisi isə o, günahların hamısını Mnatsakanyanın üzərinə yükləyəcək”.

Qeyd edək ki, ATƏT-in Minsk Qrupu Qarabağ konflikti ilə bağlı bəyanat yayıb. Bəyanatda həmsədrlər Ermənistan və Azərbaycan liderlərinin danışıqlar keçirmək barədə niyyətini alqışlayıblar. Həmsədrlər bəyanatda konfliktin həllinin Helsinki Yekun Aktının əsas prinsiplərinə, o cümlədən güc tətbiqindən yayınmaq, ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyinetməsinə əsaslanmalı olduğunu bildiriblər:

“Bu, həmçinin 2009-2012-ci illərdə həmsədr ölkələrin prezidentləri tərəfindən təklif edilən əlavə elementləri də ehtiva etməlidir: Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağa təhlükəsizliyi və özünüidarəetməni təmin edən müvəqqəti status verilməsi, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhlizin, Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi, qaçqınların və məcburi köçkünlərin öz yaşayış yerlərinə qayıtma hüququnun və sülhməramlı qüvvələrin yerləşdirilməsinin təmin edilməsi”.

Bu bəyanatın ardınca Ermənistan Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağa səfər edib.

16:20

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Elçin Babayevin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Ardını oxu...

Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov martın 11-də Sofiya şəhərinə rəsmi səfərə yola düşüb.

Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər Bolqarıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Andrey Botsevin dəvəti ilə həyata keçirilir.

Xəbər lenti