![]() |
|
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İrana qarşı hərbi əməliyyatlara başlaması üçün ona Konqresin razılığı lazım deyil. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “The Hill” xəbər verib.
Çinin Xarici İşlər naziri Vanq Yi Bakıdan sonra İrəvana yollanıb. Ermənistanın Baş naziri Nikol Paşinyan iki ölkə arasında iqtisadi əlaqələrin perspektivindən ağız dolusu danışıdıqdan sonra Dağlıq Qarabağ məsələsində balanslı mövqeyinə görə Çinə minnətdarlığını bildirib.
Axar.az xəbər verir ki, bu sözlər “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində öz əksini tapıb. Təhlildə Çinin XİN rəhbərinin Bakıda olarkən Azərbaycanın ərazi bütövlüyü ilə bağlı söylədiklərinə də diqqət çəkilib:
“Çinin Xarici İşlər naziri bir neçə gün əvvəl Bakıda Prezident İlham Əliyevlə görüşdə ölkəsinin Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini söyləyib. Çinli nazir azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdə isə ölkəsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dəyişmədiyini, bu mövqenin dövlət başçıları səviyyəsində imzalanmış sənədlərdə də əks olunduğunu vurğulayıb. Yəni hardan baxsaq, Pekin Dağlıq Qarabağı Azərbaycanın ərazisi sayır. Çinin başqa cür yanaşması sual doğurardı, çünki özünün də oxşar problem var və Pekin Tibet və uyğur bölgəsinin ona aid olduğunu mübahisə predmeti saymır.
Buna baxmayaraq, Paşinyanın tam haqsız olmadığını da söyləmək mümkündür. Çin “Bir kəmər, bir yol“ layihəsində Azərbaycandan faydalanmaq istəyir. Bu məqsədlə dövlət başçısı İlham Əliyev Pekindəki beynəlxalq konfransa dəvət olunub. İlham Əliyev ayrıca Çinin müxtəlif şirkətləri ilə 850 milyon dəyərində müqavilələr imzalayıb. Həmin konfransa Paşinyan dəvət olunmamışdı. Ancaq Pekin daha sonra Paşinyanı “Asiya sivilizasiyaları dialoqu” konfransına dəvət etdi. Doğrudur, İlham Əliyevin səfərindən fərqli olaraq Paşinyan Çində hansısa iqtisadi müqavilə imzalamadı. Ancaq çinli nazirin İrəvana səfəri zamanı o da məlum oldu ki, Pekin Ermənistanın iştirakçısı olduğu “Şimal-Cənub” avtomagistralına maraq göstərir. İrəvan Çinin bu layihədə iştirakını “Bir kəmər, bir yol” layihəsinin tərkib hissəsi kimi qələmə verir və Pekin buna etiraz etmir”.
Mərkəzin təhlilində Ermənistanın iştirakını nəzərdə tutan “Şimal-Cənub” avtomagistralının yenidən qurulmasının Çin üçün əhəmiyyətindən də bəhs edilib və Pekinin Moskvanin xətrinə İrəvanı bu layihəyə cəlb etdiyi qeyd olunub:
“Bu layihənin iqtisadi dəyəri haqqında müsbət rəy yoxdur. Magistral Rusiya və İranı Ermənistan yolu üzərindən birləşdirməlidir. Görünür, İrəvan bu layihəni Azərbaycanın iştirakçısı olduğu “Şimal-Cənub” dəmiryol layihəsinə alternativ kimi görür. Azərbaycanın iştirakçısı olduğu layihə hazırdır. Ermənistan isə öz layihəsini hələ reallığa çevirməlidir.
Pekinin xəyali layihəyə marağının arxasında Rusiya amili dayanır. Ermənistan bölgədə Rusiyanın hərbi-strateji müttəfiqidir. Pekin də Moskva ilə strateji münasibətlər qurub. Ona görə də Pekin Moskvanın Cənubi Qafqazdakı maraqlarını nəzərə almamış deyil və bu mənada Ermənistana da əl uzatmaq istəyir. Doğrudur, Çin-Azərbaycan iqtisadi əməkdaşlığı Çin-Ermənistan əməkdaşlığını bütün parametrlər üzrə üstələyəcək. Ancaq Pekin Moskvanın xətrinə Ermənistanı da unutmayacaq”.
Qeyd edək ki, Çinin Xarici İşlər naziri Vanq Yi Bakıdan sonra İrəvana səfər edib.
Avropa Parlamentinə keçirilən seçki başa çatıb.
Axar.az xəbər verir ki, bu dəfəki seçkilər bir sıra yeniliklərlə yadda qalıb. Belə ki, 1994-cü ildən bu yana ilk dəfə seçki aktivliyi ən yüksək həddə (1994-cü ildə 56% - red.) olub. Ümumilikdə seçki aktivliyi bütün Avropa üzrə 50,5% təşkil edib. Bu, sonuncu Avroparlament seçkisindən 7,8% çoxdur.
Ən yüksək aktivlik yenə Belçikada (89%), ən aşağı aktivlik isə Slovakiyada (22,74%) yaşanıb. Bununla belə slovaklar öz nəticələrini xeyli yaxşılaşdıra biliblər. Belə ki, 2014-cü ildə bu ölkədə keçirilən Avropa Parlamenti seçkisində seçici aktivliyi cəmi 13% təşkil edib.
Avroparlament belə bölüşdürüləcək
Avropa Parlamentinə seçkinin nəticələri bir sıra yeniliklərə də səbəb olub. Bu dəfə baş tutan seçkidə Avropa Parlamentində əsas hökmranlıq edən sağ mərkəzçi Avropa Xalq Partiyası və Sosialistlər və Demokratların Proqressiv Alyansı mövqe itiriblər. Avropa Xalq Partiyası bu dəfə əlində 217 mandatdan 179-nu, Sosialist və Demokratlar isə 186 mandatdan 150-sini qoruyub saxlaya bilib.
Solda qərarlaşan GUE/NGL səs itkisi ilə üzləşib. Onların mandat sayı 52-dən 38-ə düşüb. Avroskeptik və konfederatlardan təşkil edilən Avropa Mühafizəkarlar və İslahatçılar Partiyası da ciddi səs itkisiylə üzləşib. Belə ki, partiyanın Avropa Parlamentində mandat sayı 76-dan 58-ə düşüb.
İki partiyanın səs itkisində digər Avroparlament partiyaları yararlanıblar. Belə ki, yaşıllar - Avropa Azad Alyansı kreslo sayını 52-dən 70-ə, Avropa üçün Liberal və Demokratların Alyansı (ALDE) 68-dən 107-yə, populistlərdən ibarət Müstəqil Demokratik Avropa 41-dən 56-ya, ifrat sağçı millətçilərdən ibarət Millətlər və Müstəqillik Avropası isə 37-dən 58-ə çatdırıb.
Separatçılar Avroparlamentdə
Daha bir maraqlı məqam Kataloniya hökumətinin keçmiş rəhbəri Karlos Puçdemonun Avropa Parlamentinə deputat seçilməsi olub. Belə ki, Puçdemon Kataloniyanın Avropa üçün Azadlar Koalisiyasından Avroparlamentə üzv seçilib. Puçdemonla bərabər Kataloniya parlamentinin keçmiş üzvü, Madridin axtarışa verdiyi Toni Komin də Avroparlamentə düşüb.
Avroparlamentə ümumilikdə koalisiyadan 2 deputat seçilib. İspaniyanın bu qanunverici orqanda ümumi mandat sayı 54 nəfər təşkil edib. Ölkə üzrə seçkidə əsas üstünlüyü İspaniya Sosialist İşçi Partiyası əldə edib. Partiya 54 yerdən 20-nə sahib çıxıb. Ondan sonrakı yerdə Xalq Partiyası (12) və sağçı VOX Partiyası (3) qərarlaşıb. Sağçılar Avropa Parlamentində ilk dəfə özlərinə yer ediblər.
Sağçıların triumfu
İspaniyadan fərqli olaraq, İtaliya, Fransa, Britaniya, Belçika, Avstriyada daha çox sağ partiyalar liderliyi əldə ediblər. İtaliyada sağçılar ümumi səslərin 31%-ni, Belçikada 54%-ni, Britaniyada 31,71%-ni, Fransada 23,31%-ni toplayıb.
Avstriyanın Azadlıq Partiyası seçkidən öncə böyük skandala məruz qalsa da, səs itkisiylə üzləşməyib. Nəticədə partiya yenə 18% səs toplayıb.
Yunanıstanda isə Baş nazir Aleksis Çipras özünün radikal sol SİRİZA koalisiyasının məğlubiyyətindən sonra növbədənkənar iclas elan edib. Buna səbəb mühafizəkar Yeni Demokratiya Partiyasının səslərin 33,27%-ni toplaması olub.
Almaniyada hakim koalisiya seçkidə qalib gəlsə də, o, tarixinin ən pis göstəricisini toplayıb. Belə ki, partiya cəmi 28% səs toplayıb ki, bu da 2014-cü ilə nisbətdə 7% geriləmə deməkdir.
Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov KİV-in sualını cavablandırıb.
Axar.az sözügedən sual-cavabı təqdim edir:
Sual: Gürcüstanın Xarici İşlər nazirinin müavini Laşa Darsaliya Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Komissiyaların son iclasında müzakirə olunan məsələləri şərh edərkən, deyib: "Komissiyanın iclasında biz status-kvonun hər hansı şəkildə dəyişilməsi barədə təsəvvürün meydana gəlməsinə xidmət edən addımların atılmaması vacibliyi məsələsini qaldırdıq". Bu barədə nə deyə bilərsiniz?
Cavab: Beynəlxalq hüquqa əsasən, SSRİ-nin süqutundan sonra Azərbaycan Respublikası və Gürcüstan avtomatik olaraq aralarında mövcud olan əvvəlki inzibati sərhədlərin varisi olublar. Sonradan bu sərhədlər dövlət sərhədləri oldu və iki ölkənin sərhəd xidmətlərinin nəzarəti altına keçdi. "Keşikçidağ" hissəsində sərhəd həmişə olub və o, Azərbaycan və Gürcüstan sərhəd xidmətləri tərəfindən qorunurdu və qorunmaqda davam etdirilir.
Gürcüstanlı zəvvarların “Keşikçidağ” qoruğunun ərazisində yerləşən mağaralara keçidləri, gürcü tərəfinin xahişinə və qarşılıqlı razılaşmaya əsasən, Azərbaycan sərhədçilərinin nəzarəti altında gerçəkləşirdi. Belə vəziyyət bu gün də davam edir. Öz ərazisində bəzi təsərrüfat və ya digər işlərin həyata keçirilməsinə gəldikdə isə, bu hər bir tərəfin suveren hüququdur.
Ermənistan və Azərbaycan cəmiyyətlərinin, ATƏT-in Minsk qrupunun həmsədrlərinin çağırışlarına uyğun olaraq, sülhə hazırlanması üçün ilk növbədə atılmalı addımlar məhz Ermənistanın təcavüz və işğalçılıq siyasətindən əl çəkməsi ilə əlaqədardır.
Report xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Rusiyanın “Kommersant” qəzetində müsahibəsində deyib.
Müsahibədə nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunması kontekstində onun tarixçəsinə və nizamlanmasının beynəlxalq hüquqi çərçivəsinə bir daha nəzər salıb, hazırkı mərhələdə aparılan danışıqlar prosesindən Azərbaycan tərəfinin gözləntiləri barədə şərhlər verib.
San-Marino Respublikasının Kapitan-Regentləri Nikola Selva və Mişel Muratori Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Axar.az xəbər verir ki, təbrikdə qeyd edilir:
"Zati-aliləri.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ildönümü – Respublika Günü münasibətilə San-Marino xalqı adından və şəxsən öz adımızdan Zati-alinizə və dost Azərbaycan xalqına ən gözəl arzularımızı və səmimi təbriklərimizi çatdırırıq.
Zati-aliləri, Sizə ən yüksək ehtiramımızı bildirir, səmimi qəlbdən xoşbəxtlik arzulayır, Azərbaycan xalqına isə rifah, inkişaf və firavanlıq diləyirik".
***
Yaponiyanın İmperatoru Naruhito Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu göndərib.
"Zati-aliləri.
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.
Sizə xoşbəxtlik, ölkənizin xalqına isə rifah arzulayıram", - təbrikdə qeyd edilir.
Hazırda Rusiyada həbsdə saxlanılan jurnalist və hüquqşünas Fuad Abbasovun durumu kritikliyini qoruyur.
Bu barədə Musavat.com-a açıqlamasında onun vəkili Elman Paşayev məlumat verdi. Vəkil bu dəqiqələrdə jurnalistlə görüşdən çıxıb. Onun dediyinə görə, jurnalist ciddi nəzarət altındadır:
“Onu qatı cinayətkarların saxladığı kamerada saxlayırlar. Hər addımı nəzarətdədir. Hər yer müşahidə kamerasıdır. Mənə də onunla görüşü xüsusi müşahidə kamerası olan kabinetdə verdilər”.
Vəkil xatırlatdı ki, F.Abbasov mayın 20-də döyülməsi, fiziki və mənəvi zorakılığa məruz qalması ilə bağlı İstintaq Komissiyasına, eləcə də Moskva prokuroruna müraciət edib. O, istintaq təcridxanasına girəndə döyülməsi ilə bağlı müayinədən keçirilməsini tələb etsə də, bundan imtina edilib:
“Ona deyilib ki, buna ehtiyac yoxdur və hər şey keçib gedəcək. Hazırda Fuad birnəfərlik kamerada oturub. Bu da kobud qanun pozuntusudur”.
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Unikal.org-un xəbərinə görə, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Xətai rayon Polis İdarəsi rəisinin xidmət üzrə müavini, polis polkovnik-leytenantı Şahin Məmmədov vəzifəsindən azad edilib.
Hələlik onun yerinə təyinat olmayıb.
Vahid Milli Hərəkat Partiyası İvanişvilini devirmək üçün 500 gənci hazırlayacaq.
Axar.az xəbər verir ki, bu bəyanatı Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili yayıb.
“Kvareli şəhərində yayda gənclər məktəbi yaradacağıq və bura 500 gənci dəvət edəcəyik. Onlara yeni mübarizə texnologiyaları, informasiya metodları, sosial şəbəkələrdən düzgün istifadə, antiişğal siyasəti, reformlaşdırma, İvanişvilini qovduqdan sonra Gürcüstanı xilas qaydalarını öyrədəcəyik. Təbii ki, oliqarxla mübarizə taktikası və strategiyası da bunun içində yer alacaq. Bu insanlar Gürcüstanın gələcək hakimiyyətinin özəyini təşkil edəcək. Buraya öz adamlarını salmağa cəhd eləmə. Biz hər müraciət edəni yalan detektorunda yoxlayacağıq və heç kim bizdən yayına bilməyəcək. Bunu Ukraynada öyrənmişəm. Biz yeni özək hazırlayacağıq və köhnə döyüşçülərlə birgə situasiyanı dəyişdirəcəyik. Bu, partiya məktəbi olmayacaq. Biz istənilən insanı partiya mənsubiyyətindən asılı olmayaraq qəbul edəcəyik”, - deyə o bildirib.