Ağcabədi rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi, polis mayoru İldırım Alıyev vəzifəsindən azad edilib.

Report-un verdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Onun yerinə hələlik təyinat olmayıb.

Qeyd edək ki, bir müddət əvvəl Zəngilan rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Ənvər Həsənov tutduğu vəzifədən azad edilərək Ağcabədi rayon Polis Şöbəsinin rəisi təyin edilib.


Hüquq islahatlarının dərinləşdirilməsi ilə bağlı fərman günün tələbləri baxımından vacib, zəruri, mütərəqqi addımdır.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərmanını şərh edən millət vəkili Tahir Mirkişili deyib. Deputat qeyd edib ki, fərman məhkəmə-hüquq sistemində ədalət mühakiməsinə verilən vacib töhfə olduğu kimi, sahibkarlıq mühitinin də daha əlverişli olması və sahibkar-dövlət orqanı münasibətlərində çevikliyin təmin olunmasında aparılan islahatların mühüm bir hissəsidir:

“Sahibkarlar üçün məhkəməyə müraciət etmək hər zaman böyük stress, xərc və sahibkarlıq fəaliyyətindən diqqətin yayınması deməkdir. Sahibkarın müraciəti ilə bağlı nə qədər tez, şəffaf və aydın qərarlar qəbul olunarsa, ölkə üçün bir o qədər faydalı olar. Çünki bu zaman sahibkar daha çox öz fəaliyyəti ilə məşğul olacaq, vaxtını fəaliyyətini genişləndirməyə və investisiya qoymağa sərf edəcək. Eyni zamanda, spesifik məsələlərə peşəkar yanaşma daha çox ədalətli qərarların qəbul olunmasına imkan verəcək ki, bu da sahibkarlıq fəaliyyəti və investisiya cəlb olunması üçün vacib şərtdir”.

Millət vəkili bildirib ki, sahibkarların gömrük, vergi, sosial sığorta və digər məsələlər üzrə müraciətlərinə baxan ixtisaslaşmış məhkəmələrin yaradılması və bu məhkəmələrdə çalışan hakimlərin dərin hüquqi bilik və təcrübəyə sahib olması müraciətlərə daha tez və peşəkar formada baxılmasına imkan verəcək:

“Çünki bu sahələrdə qanunvericiliyin spesifik müddəalarının tətbiq edilməsi daha dərin bilik və təcrübə tələb edir. Bir çox ölkələrdə tətbiq olunan xüsusi sahəvi məhkəmələr öz səmərəliliyini göstərməkdədir. Mübahisəli məsələlərin keyfiyyətlə və ədalətli həlli bütövlükdə iqtisadiyyatın inkişafı üçün mühüm şərtlərdən biridir”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiya Respublikasının yeni seçilmiş Prezidenti Zuzana Çaputovaya təbrik məktubu ünvanlayıb.

Axar.az məktubun mətnini təqdim edir:

“Hörmətli xanım Çaputova,

Slovakiya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Slovakiya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Slovakiya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

 

Azərbaycan Ordusu şəhid verdi

Martın 26-da gün ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində təxribatlara əl atıb.

Axşam saatlarında düşmən tərəfindən bölmələrimizin mövqelərinin atəşə tutulması nəticəsində cəbhənin Füzuli rayonu istiqamətində Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlləzov Əlləz Ələddin oğlu şəhid olub.

Eyni zamanda Ermənistan mətbuatı Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycan tərəfinin guya, mühəndis işləri həyata keçirməklə mövqeləri irəli çəkmək cəhdi barədə xəbər yayıb.

Nazirlik rəsmi olaraq bildirir ki, verilən bu məlumat həqiqətə uyğun deyil, Ermənistan tərəfinin növbəti təxribatıdır və cəbhədə vəziyyəti gərginləşdirmək məqsədi daşıyır. Azərbaycan Ordusu bölmələrinin qəti və adekvat tədbirləri nəticəsində düşmənin atəş nöqtələri susdurularaq onun növbəti təxribatlarının qarşısı alınıb.

Hazırda cəbhə xəttində vəziyyət bölmələrimizin tam nəzarəti altındadır.

 

 

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətində Axar.az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Novruzlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

İslahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar, - artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır, - təhsil, səhiyyə sahələrində, hər bir sahədə, Azərbaycan yeni dövrə qədəm qoyub.

Ardını oxu...

Azərbaycan Hesablama Palatasının üzvlərinin maaşı artırılır.

Report xəbər verir ki, bununla bağlı “Hesablama Palatası haqqında” qanuna dəyişiklik edilib.

Dəyişikliyə əsasən, Hesablama Palatasının üzvlərinin əməkhaqqına bir aylıq vəzifə maaşı həcmində əlavə olunacaq.

Xatırladaq ki, Hesablama Palatası sədrinin aylıq vəzifə maaşı və digər təminatları Milli Məclis sədrinin birinci müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabərdir. Hesablama Palatası sədrinin müavininin aylıq vəzifə maaşı və digər təminatları Milli Məclis sədrinin müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabər tutulur. Palatanın auditorlarının aylıq vəzifə maaşı və digər təminatları Milli Məclisinin komitə sədrlərinin aylıq vəzifə maaşlarına və təminatlarına bərabərdir.

Dəyişiklik layihəsi Milli Məclisin martın 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Qarabağ konfliktinin həllində Madrid prinsiplərindən imtina etmək lazımdır, çünki burada yalnız Azərbaycanın arzuları əks olunub.

Axar.az xəbər verir ki, bunu “24news.am” saytına müsahibəsində Qarabağ separatçılarının keçmiş "müdafiə naziri" Samvel Babayan deyib.

“Bu prinsiplərdə ərazilərin, qaçqınların qaytarılması, Ermənistan və Qarabağ arasında quru yolu əlaqəsi qəbuledilməzdir. Ermənistanı Qarabağla əlaqələndirən Laçın və Kəlbəcər rayonları alver predmeti ola bilməz. Madrid sənədlərinə əsasən, azərbaycanlılar müharibəyə qədər yaşadıqları Şuşa və Laçına qayıtmalıdırlar. Yəni Qarabağ və Ermənistan arasındakı quru əlaqəsinə faktiki olaraq azərbaycanlılar nəzarət edəcək. Bundan sonra Qarabağda ermənilər yaşamayacaq. Onlar Qarabağı tərk edəcəklər”, - Babayan bildirib.

Onun sözlərinə görə, Bakı son illər ərzində silah almaqla yanaşı, onların öz ərazisində də istehsalına şərait yaradır və bununla özünün böyük güclərdən asılılığını zəiflədir. Babayan Bakının bununla müharibəyə hazırlaşmaq barədə siqnal verdiyini bildirib.

O, həmçinin Qarabağın (erməni icması nəzərdə tutulur - red.) danışıqlar masasına qaytarılmasına Azərbaycanın izn verməyəcəyini deyib.

Babayan Qarabağın həlli ilə bağlı yeni təklif də irəli sürüb:

“Qarabağ konflikti beynəlxalq himayədə olan mandat ərazisi çərçivəsində həll edilə bilərdi. Məsələn, Rusiya hər şeyi öz nəzarəti altına alır və onun mandatı çərçivəsində məsələ həll edilir”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Neft İxrac edən Ölkələr Təşkilatının (OPEK) baş katibi Məhəmməd Barkindonu qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "Boinq B-52h Stratofortress" strateji bombardmançı təyyarələri Baltik regionunda Rusiya sərhədinə yaxınlaşıb.

Axar.az xəbər verir ki, bu barədə "Plan Radar" saytında məlumat yayılıb.

Məlumata əsasən, ABŞ-a məxsus 3 hərbi kəşfiyyat təyyarəsi Krım və Kalininqrad bölgələri yaxınlığında müşahidə aparıb. Bombardmançı təyyarələr təxminən 8 min metr hündürlükdə uçuş həyata keçirib.

Xəbər lenti