Ermənistanın Tavuş vilayətinin Tavuş kəndi yaxınlığındakı su anbarına avtomobil düşüb.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, xilasedicilər hadisə yerinə gəlib və su anbarından VAZ 2107 markalı avtomobilinin sürücüsünün meyitini aşkarlayıblar. Onun hərbi qulluqçu olduğu məlum olub. Hazırda hərbçinin şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində istintaq aparılır.


Ötən gecə Rusiyanın Sankt-Peterburq şəhərində ağır yol qəzası baş verib. BMV X6 səkiyə çıxaraq piyadaları vurub. Nəticədə iki nəfər ölüb və dörd nəfər yaralanıb.

Milli.az xəbər verir ki, hadisənin səbəbkarı Rusiya vətəndaşı, 30 yaşlı azərbaycanlı Muraddır.

Mənbə bildirir ki, Murad adlı azərbaycanlı dəbli avtomobil nömrələrini satmaqla məşğuldur. Özü isə daha çox "Mersedes” və BMV maşınlarını xoşlayır. Bu barədə onun sosial şəbəkədəki səhifəsində ətraflı məlumat var.

Qəza ötən gecə yerli vaxtla təxminən saat 02.00-da baş verib. Muradın 2010-cu ildən Peterburqda yaşadığı deyilir. Azərbaycanda anadan olsa da, hazırda o, Rusiya vətəndaşıdır.

Tərcümeyi-halında cinayət məsuliyyətinə cəlbolunma halları olmasa da, son iki il ərzində Murad yol hərəkəti qaydalarını pozduğuna görə 55 dəfə inzibati məsuliyyətə cəlb edilib. Bəzi cərimələrinə görə hələ də dövlətə borcludur.

Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Misir Prezidenti Əbdülfəttah Sisi ilə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə SPA nəşri informasiya yayıb.

Məlumata görə Misirdə keçirilən AB-Ərəb dövlətləri zirvəsi çərçivəsində bu ölkəyə səfər edən kral Misir lideri ilə söhbətdən qısa müddət sonra vacib qərar qəbul edib.

Kral ölkəsindəki misirli məhkumlarla bağlı əfv fərmanı imzalayıb.

Fərmanın ümumilikdə neçə məhkuma şamil olunacağı açıqlanmayıb.


Fevralın 19-da erməni şairi Ovanes Tumanyanın 150 illik yubileyi Dağlıq Qarabağda da qeyd edildi. O.Tumanyan son 30 ildə ilk dəfədir ki, Dağlıq Qarabağda təbliğ olunur.

Bu sözləri Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu Axar.az-a açıqlamasında deyib.

O, Tumanyanın daim sülhpərvər mövqe nümayiş etdirdiyini diqqətə çatdırıb:

“O.Tumanyan Ermənistanda anadan olmuş, Gürcüstanda yaşamış, Moskvada ölmüş və Ermənistanda dəfn olunmuş milliyyətcə erməni yazıçı-şairdir. Gürcüstan, Ermənistan və Azərbaycanda O.Tumanyanı ilk növbədə Cənubi Qafqaz xalqlarının hər üçünün dilində yazıb-yaradan Sayat Novanın davamçısı kimi tanıyırlar.

Ovanes Tumanyan XX əsrin əvvəlində Cənubi Qafqaz regionunda ermənilərin gürcülərə və azərbaycanlılara qarşı apardığı müharibədə sülhpərvər mövqe sərgiləyib. O.Tumanyan o vaxt at belində ermənilərin yanına gedərək, onları gürcülərə və azərbaycanlılara qarşı vuruşmamağa çağırırdı.

Cənubi Qafqaz regionuna münaqişəni Osmanlı imperiyasından qovulan, İran imperiyasının tərkibindən köçürülən ermənilər gətiriblər. O.Tumanyan da bunu bilirdi və ona görə daha çox öz xalqı arasında təbliğat aparırdı”.

Mübariz Əhmədoğlu bildirib ki, Nikol Paşinyan O.Tumanyanın yubileyini Dağlıq Qarabağda keçirtməklə, xüsusilə qondarma qurumun de-fakto prezidenti B.Saakyanı o tədbirlərdə oturmağa vadar etməklə, barışığın vacib olduğu mesajını çatdırmaq istəyir:

“Silva Kaputikyanın 100 illiyinin Dağlıq Qarabağda qeyd olunmaması diqqət çəkir. Kaputikyanın 100 illiyi Paşinyanın diqqətində idi. Amma tədbirlər yalnız İrəvanda keçirildi. Bu, Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə daha bir cəhdi kimi dəyərləndirilə bilər”.

Sədr vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə getməyən Ermənistanı böyük bəlalar gözləyir:

“Ermənilər bu torpaqlarda qala bilməyəcəklər. Ermənistan müstəqil dövlətçiliyini itirib, iki iri qonşu dövlətdən hansısa birinin tərkibinə girəcək. Dağlıq Qarabağa Ermənistandan O.Tumanyanın ideyalarının gəlməsi müsbət haldır. Ermənistandan Dağlıq Qarabağa destruktiv ideyalar axını davam edəcəyi təqdirdə Paşinyan özü Laçın koridorunu bağlatdıra bilər. Ola bilsin, Paşinyanın xahişi ilə Azərbaycan və Ermənistan ikisi birlikdə Laçın koridorunu bağlasınlar və bununla da O.Tumanyanın ideyalarının Dağlıq Qarabağ erməniləri arasında yayılmasına Ermənistandan heç kəs mane ola bilməsin”.

Xalq artisti Arif Babayev onurğa sütunundan əməliyyat olunub.

Bu barədə Kult.az-a xanəndə özü məlumat verib. O, hazırda vəziyyətinin yaxşı olduğunu bildirib:

“Yayda Qax rayonunda olanda yıxılmışdım. Həmin vaxt onurğa sütunum zədələnmişdi. Üstündən bir müddət keçəndən sonra onurğa sütunumda dəhşətli ağrılar başladı. Dekabrın 14-də əməliyyat olundum. Sağ olsun, Heydər Əliyev Fondu Türkiyədən həkim gətizdirdi, əməliyyat xərclərimi qarşıladı.

Əməliyyat çox ağır idi, 8 saat davam elədi. İndi yaxşıyam, maraqlanan hər kəs çox sağ olsun”.

Azərbaycanın dini liderləri Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı dünyanın dini liderlərinə və parlamentlərinə, BMT, ATƏT, Avropa Şurası, İƏT, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət ediblər.

Axar.az xəbər verir ki, müraciəti Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev imzalayıblar.

Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı keçirilən tədbirdə müraciəti QMİ sədri Allahşükür Paşazadə oxuyub.

Müraciətdə deyilir:

"Bismillahir-rəhmanir-rəhim (Yaradanın adı ilə)!

Biz, milyonlarla azərbaycanlının iradəsini ifadə edərək, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xocalıda törədilmiş soyqırımın 27-ci ildönümü ərəfəsində dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün dünya ictimaiyyətinə bir daha müraciət edirik.

Azərbaycan xalqının qan yaddaşında həkk olunmuş tarixi fakt ondan ibarətdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları öz havadarlarının köməyi ilə Xocalı şəhərinə qəfil silahlı basqın etmiş və oranın dinc, silahsız əhalisinə qarşı amansız kütləvi qırğın törətmişdir. Azərbaycanın Xocalı şəhərində həmin gecə erməni silahlı quldurları tərəfindən qocalar, uşaqlar, hamilə qadınlar da daxil olmaqla 613 nəfər mülki əhali xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Xocalı şəhəri yerlə yeksan edilmiş, əhalinin 150 nəfəri itkin düşmüş, 1275 nəfər əsir götürülərək ağır işgəncələrə məruz qalmış, vəhşicəsinə qətlə yetirilmiş dinc sakinlərin meyitlərinin üzərində ağlasığmaz təhqiramiz hərəkətlər edilmişdir.

Beynəlxalq hüquqa görə, genosid sülh və bəşəriyyət əleyhinə yönələn ən ağır cinayətlərdəndir. Mahiyyəti etibarilə, Xocalı faciəsi – Holokost, Hernika, Xatın soyqırımları kimi insanlığa qarşı törədilmiş cinayətlərlə eyni qəbildəndir. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Azərbaycan xalqı öz doğma torpaqlarında etnik təmizləmə, fiziki və mənəvi terrora məruz qalmış, erməni ekstremistləri ərazimizin 20 faizini işğal etmiş, bir milyondan artıq azərbaycanlını doğma yurdlarından didərgin salmış, zəbt etdikləri Qarabağ torpaqlarında vandalizm aktları həyata keçirərək tarixi, dini və mədəniyyət abidələrimizi məhv etmişlər. Xocalıda məqsədyönlü soyqırımı aktı isə erməni vəhşiliklərinin kulminasiya nöqtəsidir.

İyirmi yeddi il müddət keçməsinə baxmayaraq, erməni terrorçuları törətdikləri cinayətlərə görə hələ də cəza almamış, Birləşmiş Millətlər Təşkilatınin Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin tələbləri bu günədək yerinə yetirilməmişdir. Azərbaycanın beynəlxalq ictimaiyyətə mütəmadi müraciətlərinə obyektiv yanaşan dünyanın bir sıra dövlətləri və beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanısa da, təəssüf ki, bu dəhşətli cinayətə etinasız yanaşanlar da mövcuddur.

Bu gün dünyada baş verən zorakılıq halları, terrorizm və ekstremizm kimi cinayətlərin təməlində bəzi dövlətlərin, təşkilatların və dini liderlərin problemlərə münasibətindəki ikili standartlar, rasizm, antisemitizm, ksenofobiya, islamofobiya kimi təhlükəli meyllər dayanır. Bu yanaşma səbəbindən törədilən qətliamlar, o cümlədən, Xocalı faciəsi layiqli qiymətini almadıqca, yeni-yeni bəşəri cinayətlərə yol açılır, dünyanın müxtəlif bölgələrində soyqırımların təkrarlanmasına, terror, ekstremizm, separatçılıq üçün zəmin yaranır. Çox böyük təəssüf doğuran məqamdır ki, bəzi dövlətlər real tarixi soyqırımların deyil, saxta soyqırım iddialarının tanınması yönündə səylərini əsirgəmirlər. Beynəlxalq müstəvidə tarixi faktlara əsaslanmayan hadisələrin qərəzli şəkildə siyasiləşdirilərək haqsız iddialara yol açması yönündə meyllər bizi narahat edir. Belə təəssübkeşlik heç bir vəchlə qəbul oluna bilməz!

Azərbaycanın üzləşdiyi bu təcavüz və onun nəticəsində bir milyonluq qaçqın və məcburi köçkün probleminə biganə münasibət bəslənməsinin, soydaşlarımızın erməni ekstremistləri tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınmasının hesabının sorulmaması nəticəsində erməni tərəfi təxribatlarından nəinki əl çəkmir, öz dədə-baba yurdlarında uyuyan qohumlarının qəbrini ziyarət edən vətəndaşlarımızı əsir, girov götürərək onlara qarşı işgəncələr tətbiq edir, meyidlərin qaytarılması məsələsində belə beynəlxalq konvensiyalara əməl etməkdən boyun qaçırır. Xocalı qətliamında əli olanların tarixin mühakiməsindən boyun qaçıra bilməyəcəkləri məlumdur və bunun əlamətləri artıq göz qabağındadır. Xocalı canilərinin soyqırımı cinayətinə görə beynəlxalq tribunala çıxarılacağı gün uzaqda deyil, inşallah!

Biz, Azərbaycanda yaşayan müxtəlif konfessiyalardan olan din xadimləri Azərbaycanın dövlət rəhbərinin ölkəmizin ərazi bütövlüyünün bərpası yönündə səylərinin uğurla nəticələnməsinə inanır, bunun üçün dualar edirik. Biz Vətənimizin ayrılmaz hissəsi olan Qarabağda torpaqlarımızın azad olması uğrunda həlak olmuş bütün şəhidlərin, o cümlədən, Xocalı şəhidlərinin əziz xatirəsini daima uca tutur, onların ruhlarına Allahdan rəhmət diləyirik. Biz, din xadimləri bütün dünya xalqlarına sülh, səadət, əmin-amanlıq və rifah diləyir, Dağlıq Qarabağda beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə ədalətin bərqərarı, qaçqın və məcburi köçkün soydaşlarımızın öz doğma torpaqlarına qayıtması üçün dualar edir, səylərimizi əsirgəmirik. Bu məramla dünyanın dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə bir daha müraciət edərək, onları Azərbaycan xalqına qarşı erməni ekstremistlərinin təcavüzünə və vəhşiliklərinə prinsipial siyasi, hüquqi qiymət verməyə, Xocalıda törədilən cinayəti soyqırım aktı kimi tanımağa çağırırıq.

Qoy Uca Yaradan hamımıza savab əməllərdə və ədalətli olmaqda yardımçı olsun! AMİN!"

Allah hamıya ömür versin ki, nəticələri ilə vaxt keçirə bilsin. Hazırda nəticələrimlə oynayıram və onları bir həftə görməyəmdə darıxıram.

Bu sözləri Azxəbər.com-a açıqlamasında Azərbaycan Respublikasının sabiq baş naziri Artur Rasizadə söyləyib.

O bildirib ki, vaxtının çoxunu mütaliə etmək və ailəsi ilə birgə keçirir:

"Şükür Allaha ki, hər şey qaydasındadır. Vaxtımın çoxunu dünayada gedən prosesləri izləməklə keçirirəm. Bundan başqa köhnə əsərləri oxuyuram və vaxtaşırı olaraq klassik musiqilər dinləyirəm".

Artur Rasizadə nəticələri haqda da danışıb:

"Zaman elə gətirdi ki, işlərimlə bağlı olaraq nəvələrimə çox vaxt ayıra bilmədim. Çalışıram ki, yerdə qalan ömrümü nəticələrimə həsr edim. Nəvələrim artıq böyükdür, mən günü nəticələrimə həsr edirəm. O gün olsun hamı üçün olsun. Onlarla birlikdə vaxt keçirmək mənim üçün ən böyük istirahətdir. Onları bir neçə gün görməyəndə çox pis oluram, görürəm ki, dəyişiblər, böyüyüblər".

Artur Rəsizadə zəngə görə də minnətdarlıq edib: "Siz sağolun ki, mənimlə maraqlandız, 2 gün öncə dedim ki, görəsən nə əcəb jurnalistlər mənimlə maraqlanmır, niyə məni axtarmır? Bu zəng məni çox sevindirdi, çox maraqlı gəldi. Allah hər birinizi qorusun, hamıdan çox razıyam".

Xatırladaq ki, Artur Rasizadə uzun müddət yüksək vəzifələrdə çalışıb. 1996-2017-ci illərdə arada qısa fasilə olmaqla Azərbaycan Respublikasının Baş naziri işləyib. Dahi Azərbaycan ədibi Hüseyn Cavidin qardaşı nəvəsi olan A.Rasizadə ölkəmizin ən peşəkar iqtisadçılarından sayılır.

ABŞ qlobal hərbi üstünlük əldə etmək illuziyalarını bir kənara qoymalıdır.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

O, ABŞ-ın Avropada raket yerləşdirməsinin Rusiya və bütünlükdə dünyanın təhlükəsizliyinə fövqəladə təhdid yaradacağını bildirib.

“Bu raketlərin bəzilərinin Moskvaya qədər uçuş müddəti 10-12 dəqiqə çəkə bilər. Bu çox ciddi təhdiddir. Belə olan halda biz adekvat addımlar atmağa məcbur olacağıq”.

O, Rusiyanın Avropada orta və yaxın mənzilli raketləri ilk yerləşdirməyəcəyini deyib.

Bizim enerji sahəsinin xronologiyasına nəzər salsaq görərik ki, tədricən məqsədimizə çatmışıq.

Ardını oxu...

ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiya xarici işlər naziri Miroslav Layçak Azərbaycana martın 5-də səfərə gələcək.

Ardını oxu...

Xəbər lenti