13:21

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 11-də Niderland Krallığı Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının fəxri sədri, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Lindeni qəbul edib.

Axar.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Niderland arasında kənd təsərrüfatı, bərpa olunan enerji, nəqliyyat, logistika və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb, Azərbaycanda yaradılan nəqliyyat infrastrukturunun, xüsusilə Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanının logistika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi baxımından önəmi vurğulanıb.

Söhbət zamanı Azərbaycan-Avropa əməkdaşlığına toxunulub, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin uğurla inkişaf etdiyi qeyd olunub.

Rene Van der Linden Azərbaycanın sabit bir ölkə kimi regionda çox muhum bir dövlət olmasının əhəmiyyətini qeyd edib.

Görüşdə, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə xüsusi qeyd olunub, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Qardaş Azərbaycana sahib çıxmasaq, işğal edilmiş torpaqlarının azad edilməsi üçün çalışmasaq, kim sahib çıxacaq?

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

"Hazırda Qüdsü Türkiyədən başqa müdafiə edən varmı? Milli və müqəddəs mübarizələrimizə sahib çıxmalıyıq. Biz Orta Asiyada türk birliyi ilə türk dünyasını birləşdirməsək, liderlik etməsək, kim sahib çıxacaq?!", - nazir bildirib.

Şəmkirin sabiq polis rəisi, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi rəisinin müavini, polis polkovniki Şükür Mehdiyev vəfat edib.

Axar.az Azərbaycan24.com-a istinadən xəbər verir ki, o, Gəncə Beynəlxalq Xəstəxanasında dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, Şükür Mehdiyev 16 aprel 2015-ci ildə Şəmkir Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilib. Elə həmin il 4 may tarixində Baş Narkotiklərlə Mübarizə İdarəsi rəisinin müavini təyin olunub.

Qeyd edək ki, polkovnikin vəfat etməsi barədə xəbər yayılan kimi xəstəxanada təlaş yaranıb və xəbəri dəqiqləşdirməyən mənbələr sabiq vergilər naziri Fazil Məmmədovun vəfat etdiyini düşünüblər. Daha sonra F.Məmmədovun sağ olduğu bildirilib.


Bu gün Prezident İlham Əliyev Yaqub Mikayıl oğlu Mahmudovla bağlı sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, İ. Əliyev Y. Mahmudovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, Yaqub Mikayıl oğlu Mahmudov 1939-cu il fevralın 10-da Şəki rayonunun Baş Göynük kəndində anadan olub.

1986-cı ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekanı seçilib. Dekan olarkən onun sədri olduğu fakültə Elmi Şurası S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetinin tarixi Bakı Dövlət Universiteti adının bərpa olunması haqqında qərar qəbul edib. Həmin vaxtdan universitet öz tarixi adı altında fəaliyyət göstərir. Elə həmin dövrdə Yaqub Mahmudov milli azadlıq hərəkatının mərkəzlərindən olan Tarix fakültəsinin bir qrup tələbəsinin universitetdən qovulmasının qarşısını alaraq, 1990-cı ildə dekan vəzifəsindən istefa verib.

1990-cı ildə professor elmi adı alıb.

Yaqub Mahmudov 1991-ci ildən BDU-nun Tarix fakültəsinin qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiridir. Yaqub Mahmudov 2004-cü il 13 sentyabr tarixindən Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktorudur. O, 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib. Azərbaycanın orta əsrlər tarixi, diplomatiya tarixi və ümumdünya tarixinə dair 1000-dən çox elmi əsərin müəllifidir.

Yaqub Mahmudov Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür, 2000-ci ildən isə Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.

O, prezident seçkilərində Ulu öndər Heydər Əliyevin, sonra isə İlham Əliyevin vəkili olub və bir sıra rəsmi dövlət səfərlərində onları müşayiət edib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Yaqub Mahmudovun elmi fəaliyyətini yüksək qiymətləndirərək, onu Azərbaycanın “böyük alimi”, “böyük tarixçisi” adlandırıb.

Bizə "saray gözətçisi" deyən CHP sədri Kamal Kılıçdaroğluna yazığım gəlir.

Axar.az xəbər verir ki, bu sözləri MHP sədri Dövlət Baxçalı partiyasının qurulmasının 50-ci ildönümündə deyib.

"Kılıçdaroğluna yazığım gəlir, pərişan olmasına kədərlənirəm. O da bilir ki, Türkiyə üçün gözətçi də olmağa hazırıq. Türk milləti üçün üzərimizə düşən gözətçilik etməkdirsə, sevə-sevə edərik".

Qeyd edək ki, CHP sədri Kamal Kılıçdaroğlu "Saraya sual verdim, gözətçidən cavab gəldi" deyə, Dövlət Baxçalına eyham vurub.


Belə bir klipdə Azərbaycan polisinin uniformasını geyinmək və bu formanın Azərbaycan polisinə aid olduğunu xüsusi jestlə təqdim etmək etik deyil. Bu, dövlət atributlarımıza və eləcə də polisimizin çiynində, qolunda daşıdığı simvollara qarşı böyük hörmətsizlikdir. DİN bununla bağlı açıqlama verməlidir.

Bu sözləri Axar.az-a yol-nəqliyyat eksperti, “Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı Ceyhun adlı müğənninin “No panic” adlı mahnısına çəkdirdiyi açıq-saçıq klipdə Türkiyədə qatıldığı evlilik verilişi ilə məşhurlaşan Naz Mila adlı azərbaycanlı xanımın əyninə Azərbaycan polisinin uniformasını geyinməsinə münasibət bildirərkən deyib.

E.Muradlı bildirib ki, bu klipi çəkənlər, onu hazırlayanlar etdikləri səhvin fərqində deyillər:

“Orada Azərbaycanın Daxili İşlər Nazirliyinin gerbi, simvolları var. Bu atributlar illərdir Azərbaycan polisinin, hətta əsgərlərinin çiynində və qollarındadır.

O cür kliplərdə belə vasitələrdən istifadə etmək yolverilməzdir, mədəniyyətsizlikdir, biabırçılıqdır. Belə düşünürəm ki, Daxili İşlər Nazirliyi buna mütləq cavab verəcək və yaxud verməlidir. Belə çəkilişlər zamanı polisin, əsgərin uniformasından istifadə edilərkən Daxili İşlər Nazirliyindən icazə alınmaldır, razılaşdırılmalıdır. Nazirliyə bildirilməlidir ki, bu çəkilişin, klipin süjeti necə olacaq. Belə açıq-saçıq bir klipdə polisimizin geyimindən istifadə etmək və o geyim altında biabırçı hərəkətlər etmək yolverilməzdir. O geyimi geyinən xanım yol polisi obrazını canlandırır. Bu, Azərbaycan polisinə təhqirdir”.

E.Muradlı bildirib ki, həmin görüntülər o açıq-saçıq klipdən çıxarılmalıdır:

“Klip Azərbaycanda çəkilməyib və bizə heç bir aidiyyəti yoxdur. Belədə sual yaranır: niyə aşıq-saçıq klipdəki “polis qadın” Azərbaycan polisinin formasında olmalıdır?”

Ekspert bildirib ki, bəlkə də hansısa Avropa klipində bu cür mənzərə normal qəbul edilə bilər, ancaq Azərbaycanın mental təfəkkürü polis formasının açıq-saçıq bir xanımın açıq-saçıq klipdə canlandırmasını qəbul etmir:

“Bizim kimi cəmiyyətlər bayraq, gerb kimi atributlara toxunulmaz nemət kimi baxır. Ona görə bu addımı qəti şəkildə pisləyirəm və hesab edirəm ki, Daxili İşlər Nazirliyi bununla bağlı addım atmalı, açıqlama verməlidir”.

Qeyd edək ki, DİN hələlik bu barədə heç bir rəsmi açıqlama yaymayıb.

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçə Vladimir Putinin qərarı ilə mühafizə təyin olunub.

Axar.az xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Yanukoviç Rusiya prezidentinin göstərişi ilə qorunur”, - Peskov bildirib.

Onun sözlərinə görə, bununla bağlı fərman Yanukoviçin dövlət başçısı kimi Rusiyaya səfəri zamanı imzalanıb.

Prezident Administrasiyasına Bakı şəhərinin bəzi rayonlarından, Gəncə, Mingəçevir, Naftalan, Şəki, Yevlax, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Beyləqan, Bərdə, Cəbrayıl, Gədəbəy, Hacıqabul, Xızı, İmişli, Kəlbəcər, Kürdəmir, Laçın, Neftçala, Oğuz, Saatlı, Şamaxı, Şəmkir, Zəngilan rayonlarından daxil olan müraciətlərin sayı əvvəlki illərlə müqayisədə artıb.

Axar.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov Azərtac-da yayımlanan “Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə münasibəti bütün məmurlara örnəkdir” başlıqlı məqaləsində yazıb.

S.İsmayılov bildirib ki, 2018-ci ildə əhalinin hər 1000 nəfərinə düşən müraciətlərin sayı Bakının Xətai, Xəzər və Sabunçu rayonlarında daha çox olub:

“Vətəndaşların müraciətlərinin coğrafiyası, mövzusu, növləri ilə yanaşı, hər 1000 nəfərə düşən müraciətlərin sayı da böyük önəm daşıyır və bu göstərici yerlərdə vətəndaş müraciətlərinin dinamikası və ümumi vəziyyəti barədə daha aydın təsəvvür yaradır. 2018-ci ildə əhalinin hər 1000 nəfərinə düşən müraciətlərin sayı Bakının Xətai, Xəzər və Sabunçu rayonları, Mingəçevir, Naftalan, Ağcabədi, Ağdam, Ağsu, Astara, Beyləqan, Bərdə, Cəbrayıl, Gədəbəy, Göygöl, İmişli, Kəlbəcər, Laçın, Saatlı, digər şəhər və rayonlarda daha yüksək olub.

Müraciətlərin ümumi sayının bir qədər artmasını həm də onunla izah etmək olar ki, indi internet şəbəkəsinin gündən-günə genişlənməsi Prezidentin rəsmi saytı, həmçinin bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarının saytları vasitəsilə vətəndaşların eyni vaxtda eyni məzmunlu müraciətlərlə bir neçə ünvana elektron formada müraciət etməsinə imkan verir. Onlar bu imkandan daha geniş yararlanırlar.

Müraciətlərin mövzularına nəzər saldıqda isə daha çox sosial müdafiə, dövlət qulluğu, hüquq mühafizə orqanlarının fəaliyyəti, o cümlədən əfv məsələləri, habelə mənzil, şəhərsalma və tikinti, nəqliyyat, maliyyə və bank, bələdiyyələrin fəaliyyəti və digər məsələlər üstünlük təşkil edir”.


10:33

Rusiyanın xalq artisti, tanınmış aktyor Sergey Yurski 84 yaşında vəfat edib.

Kult.az xəbər verir ki, bu barədə Mossovet adına Dövlət Akademik Dram Teatrından məlumat verilib.

Aktyor ötən ilin dekabrında ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi. Teatrdan isə onun profilaktik müalicə aldığı bildirilmişdi.

Yurski “Görüş yerini dəyişmək olmaz”, “Məhəbbət və göyərçinlər” kimi məşhur filmlərdə rol alıb. Azərbaycan tamaşaçısı isə onu məşhur filmlərimizdən olan “Dərviş Parisi partladır” ekran əsərindən tanıyır.

Aktyor bu filmdə fransız təbiətşünası Müsyö Jordan rolunu böyük ustalıqla, təbii şəkildə ifa etməklə yanaşı, həm də personajın nitqinin səsləndirilməsini məharətlə yerinə yetirib və tamaşaçıların yaddaşına həkk olunub.

Sergey Yurski həmçinin “Şir evdən getdi” filmində ovçu, “Bir ailəlik bağ evi” filmində direktor və “Qorxma, mən səninləyəm!” filmində pristav rollarını oynayıb.


Bu gün Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür.

Axar TV Mübariz İbrahimovla bağlı süjeti təqdim edir:

Xəbər lenti