![]() |
|
İsrailin Müdafiə Nazirliyi dron ixrac edən “Aeronautics Defense Systems” (ADS) şirkətinin ləğv etdiyi lisenziyanı geri qaytarıb.
Avropa.info xəbər verir ki, İsrailin Müdafiə Nazirliyi ADS şirkətinin ixrac lisenziyasını dayandırması barədə verdiyi qərarı ləğv edərək, şirkətə dron ixrac etmək üçün lisenziyanı bərpa edib.
“Müdafiə Nazirliyi bəyan edib ki, lisenziyanın dayandırılması ilə bağlı qoyulan qadağa təcili olaraq ləğv edilməlidir. Şirkət yuxarıda adı çəkilən müştəriyə tez bir zamanda dronlarını çatdırmağa başlayacaq”, - “Aeronautics” şirkətinin yaydığı məlumatda qeyd olunub.
Qeyd edək ki, 2018-ci ilin avqustunda şirkət “vacib müştəriyə” Orbiter 1K pilotsuz uçan aparat ixrac etmək lisenziyasından məhrum edilib.
İsrail mətbu orqanı onu da qeyd edib ki, Azərbaycan 2016-ci ilin aprel döyüşlərində İsrail istehsalı olan “Harop” kamikadze dronlarından istifadə edib. Həmin döyüşlərdə bu kamikadze dronun sayəsində bir əməliyyatda 7 erməni hərbçisi məhv edilmişdi.
“Maariv” mətbu orqanının yazdığına görə, Azərbaycan İsrail istehsalı olan Orbiter 1K kamikadze-dronları ilə maraqlanıb və bununla bağlı ADS şirkətinə müraciət edib.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 18 dekabr tarixli 1393-VQD nömrəli Qanununun tətbiqi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Axar.az fərmanın mətnini təqdim edir:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 4, maddə 228; 2005, № 8, maddə 708, № 9, maddə 801, № 12, maddə 1103; 2006, № 12, maddə 1034; 2008, № 2, maddə 54; 2012, № 1, maddə 6; 2013, № 12, maddə 1529; 2014, № 2, maddə 103; 2016, № 3, maddə 465, № 9, maddə 1464, № 10, maddə 1637; 2017, № 5, maddə 846, № 9, maddə 1653, № 10, maddə 1803, № 12 (I kitab), maddə 2319; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 457 nömrəli Fərmanı) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.5-ci bənddə “və 7-2.4-cü maddəsinin birinci cümləsində” sözləri “, 7-2.4-cü maddəsinin birinci cümləsində, 9-1.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 9-1.2-ci və 9-1.7-ci (ikinci halda) maddələrində” sözləri ilə əvəz edilsin;
3.2. 2.13-cü bəndə “Qanunun” sözündən sonra “9-1.7-ci maddəsində (birinci halda) və” sözləri əlavə edilsin.
Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfathesablı "Bakı Şəhər Əsaslı Tikinti və Təmir"” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) yaradılması və işçilərinin say həddinin müəyyən edilməsi haqqında qərar qəbul edib.
Axar.az xəbər verir ki, baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 2.8-ci bəndinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfat hesablı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC yaradılıb. MMC-nin işçilərinin say həddi 16 ştat vahidi müəyyən edilib.
Əmlak Məsələləri Dövlət Komitəsinə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin nizamnaməsinin təsdiq edilməsi və dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək, Bakı Şəhər İcra Hakimiyyətinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Bu gün xaricdə oturub müxtəlif adlar altında Azərbayacana qarşı yalan, böhtan, söyüş kampaniyaları aparırlar. Bununla həm dövlət rəhbərliyini, həm Milli Məclisin üzvlərinə təhqirlər yağdırırlar. Buna tək bir-iki adam cavab verməli deyil ki?
Axar.az xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov Unikal.org-a geniş müsahibəsində deyib.
“Mənim fikirlərimdə kiməsə minnət qoymaq niyyəti yoxdur. Mən sadəcə olaraq deyirəm ki, həqiqəti deyin. Bu gün Azərbaycan dövləti qədər mətbuata, QHT-lərə və digər sahələrə diqqət göstərən başqa dövlət yoxdur. Jurnalistlərin pulsuz mənzillə təmin olunması, KİVDF vasitəsi ilə mətbuata maliyyə ayrılması və sair… Mətbuata ona görə pul ayrılmır ki, gedib dədəsindən, babasından hekayə, yaxud da eşq şeiri yazıb çap eləsin. Dövlətin gördüyü işlərdən, milləti maraqlandıran məsələlərdən, Dağlıq Qarabağdan yazılar yazılmalıdır. Mən demirəm ki, hansısa naziri tərifləsin, yaxud onun barəsində mədhiyyə yazsın. Sırf dövlətin mövqeyi qorunmalıdır”, - deputat bildirib.
S.Novruzov hansısa məmurun işində neqativlikdən də yazılmalı olduğunu qeyd edib:
“Əgər problem varsa, yazsın. Bu, jurnalistin səlahiyyətində olan məsələdir. Biz jurnalistin fəaliyyətinə qadağa qoya bilmərik. Hər kəs tənqid də, təhlil də edə bilər və buna görə kimisə təhdid eləmək olmaz, amma təhqir yolverilməzdir”.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə dair Tədbirlər Planı təsdiq edilib.
Axar.az xəbər verir ki, sərəncamda Tədbirlər Planında nəzərdə tutulan işlərin yerinə yetirilməsi üçün müvafiq qurumlara tapşırıqlar verilib.
Qeyd edək ki, V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu il mayın 2-3-də keçiriləcək.
Çin 1 milyard 400 milyon əhalisi olan bir ölkədir. Rusiyanın əhalisi Çindən 10 dəfə az, ərazisi isə Çindən 4 dəfə böyükdür.
Bu sözləri Axar.az-a Sibirin və Uzaq Şərqin Rusiyadan ayrılıb, Çinin monopoliyasına daxil olması ilə bağlı fikirlərə münasibət bildirən iqtisadçı ekspert Rəşad Həsənov deyib. O bildirib ki, bu, təbii prosesdir:
“İki qonşu dövlətin uzunmüddətli dövrdə, xüsusilə, iqtisadi sferada əməkdaşlığı Çin investorlarının demək olar ki, Rusiyanın cənub-şərqinin əhəmiyyətli hissəsini öz əlinə keçirməsinə gətirib çıxara bilər. Bu proses bu gün başlamayıb, artıq uzun illərdir gedir. Yaxın 10-15 ildə daha da dərinləşəcəyini proqnozlaşdırmaq olar. Ümumiyyətlə, qloballaşma prosesləri çərçivəsində uzunmüddətli dövrdə bu ərazilərdə Çinin təsir gücü Rusiya ilə müqayisədə əhəmiyyətli səviyyədə artacaq. Daha uzunmüddətli konteksdən məsələyə baxsaq, hansısa formada Çin investorları tərəfindən bu ərazilərin Çinə iqtisadi-mənəvi baxımdan birləşəcəyini də deyə bilərik. Qısamüddətli dövrdə sadəcə bu torpaqları çinli investorlar yatırım qoyaraq alır, istifadə edirlər. Bu isə növbəti dövrlərdə Çindən həmin bölgələrə axını sürətləndirəcək”.
İqtisadçı qeyd edib ki, çinlilərin qeyd olunan ərazilərdə məskunlaşması ortamüddətli dövrdə onların idarəetmədə və qərar qəbuletmədə təmsilçilik imkanlarını genişləndirəcək:
“Bu isə mərhələləli şəkildə bölgədə mövcud olan iqtisadi imkanların Çinin əlinə keçməsinə gətirib çıxara bilər”.
Qeyd edək ki, rusiyalı politoloq Andrey Piontkovski “Exo Moskva” radiosunun saytında dərc olunan məqaləsində Çinin Uzaq Şərq və Sibirin iqtisadi işğalı prosesini apardığını və Rusiyanın artıq bu prosesin qarşısını almaq gücündə olmadığını yazıb.
Ermənistanın eks-prezidenti Serj Sərkisyan 1 Mart aksiyaları ilə əlaqədar açılan cinayət işi çərçivəsində şahid kimi dindirilib.
Axar.az xəbər verir ki, “Aykakan Jamanak” qəzeti Sərkisyanın Xüsusi İstintaq Xidmətində 5 saat müddətində dindirildiyini yazıb. Onun yaxın zamanlarda yenidən dindirilməyə çağırılacağı vurğulanıb.
Qeyd edək ki, Sərkisyan 2008-2018-ci illərdə Ermənistan prezidenti olub.
Bəli, “Poet Qabil” gəmisi SOCAR-ın müəssisələrinə keçib. Neft tankerinin adının dəyişdirilməsində şairə qarşı hər hansı yanlış yanaşmadan söz gedə bilməz. Bu standart prosedurdur. Sahibkar dəyişdisə, gəminin də adı dəyişdirilməlidir ki, sahibkarı səhv salınmasın.
Bu sözləri Axar.az-a Dövlət Neft Şirkəti SOCAR-ın mətbuat xidmətindən xalq şairi Qabilin adını daşıyan "Poet Qabil" neft tankerinin adının “Göy Göl Ulduzu” – "Blue Lake Star"a dəyişdirilməsinə münasibət bildirərkən vurğulanıb.
Rəsmi açıqlamaya əsasən, SOCAR imkan daxilində bütün işlərində, ad seçimində Azərbaycanın milli dəyərlərini təbliğ etməyi özünə borc bilir:
“Bizim ən son istehsal etdiyimiz, ən yeni gəmimizin adı “Xankəndi” gəmisidir ki, “Şahdəniz”də sualtı işlər aparacaq. Xankəndi Azərbaycanın ayrılmaz hissəsidir ki, biz gəmimizdə onu yaşatmaqla təbliğ edirik.
“Poet Qabil” gəmisinin də adı dəyişdirilərək əcnəbi ad qoyulmayıb. “Göy Göl Ulduzu” adı verilib gəmiyə və Göygöl də Azərbaycanın gözəl, əhəmiyyətli yerlərindəndir”.
SOCAR sözçüsü bildirib ki, xalq yazıçısının oğlu Mahir Qabiloğlu SOCAR, Xəzər Dəniz Gəmiçiliyi və ya digər aidiyyəti qurumlarla əlaqə yaradarsa, bu məsələyə baxıla bilər:
“Mühüm şəxsiyyətlər, şairlərin adlarının da təbliği gələcək layihələrdə mümkündür və diqqətimizdədir. Xalq yazıçısının oğlu Mahir Qabiloğlu SOCAR və ya Xəzər Dəniz Gəmiçiliyinə, digər aidiyyəti qurumlarla əlaqə yaradarsa, bu məsələyə baxıla bilər. Ümumiyyətlə, bir çox hallarda təşəbbüskar tərəfin rəyi SOCAR tərəfindən nəzərə alınır”.
Xatırladaq ki, SOCAR xalq şairi Qabilin adını daşıyan "Poet Qabil" neft tankerinin adını dəyişib – “Göy Göl Ulduzu” – "Blue Lake Star" qoyması ictimaiyyətdə təəccüblə qarşılanıb.
Vaxtilə gəminin sahibi olan “Palmali” Şirkətlər Qrupundan isə bildirilib ki, 2017-ci ildə SOCAR-la birlikdə ortaq şirkət qurulub və həmin vaxt “Poet Qabil” gəmisi ilə birgə 5 gəmi “Palmali” Şirkətlər Qrupuna məxsus olub. Ortaqlıq dayandırıldıqdan sonra həmin 5 gəmi SOCAR-da qalıb.
Gəmi məhz SOCAR-ın sərəncamına keçdikdən sonra adı dəyişdirilib.
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 28 dəfə pozub.
Azərbaycan Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı və Quşçu Ayrım kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Şirvanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Yaxın və orta mənzilli raketlərin istehsalının dayandırılması ilə bağlı sazişdən çıxan ABŞ iki ildir ki, sözügedən sazişlə qadağan olunan raketlərin istehsalı üçün hazırlıqlar görür.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiyə Nazirliyi yayıb.
“Sazişin şərtlərinin Rusiya tərəfindən pozulmasıyla əlaqədar əsassız iddialar irəli sürən Vaşinqton yaxın və orta mənzilli raketlərin istehsalının dayandırılması və ləğvi ilə bağlı imzalanan sazişdən çıxmaqla yetinməyib, bu raketlərin istehsalı üçün iki ildir ki, hazırlıqlara başlayıb. 2017-ci ilin iyulundan etibarən "Reyton" hərbi sənayesi yaxın və orta mənzilli raketlərin istehsalı məqsədi ilə istehsal gücünü artıran və modernləşdirən proqrama başlayıb. Bu fabrik yaxın və orta mənzilli raketlərin istehsalı ilə yanaşı, hər cür raket istehsal edən sənayedir. Nəticə olaraq, fabrik iki il ərzində sahəsini 55 mindən 79 min kvadratmetrə qədər artırıb. Rəsmi açıqlamalarda isə işçilərin sayının daha 2000 nəfər artırılacağı bildirilib. Bununla yanaşı, Amerika Konqresi 2017-ci ilin noyabrında Pentaqona 58 milyon dollar ödəniş edərək yaxın və orta mənzilli raketlərin istehsalı ilə bağlı təlimat verib. Beləliklə, görülən tədbirlərdən o qənaətə gəlmək olar ki, ABŞ sazişdən çıxmaq qərarını Rusiyaya qarşı irəli sürdüyü əsassız iddialardan iki il öncə alıb", - nazirlik bildirib.