![]() |
|
Bu gün Milli Məclisin ən fəal millət vəkillərindən olan Zahid Orucun 47 yaşı tamam olur.
Axar.az xəbər verir ki, Zahid Məhərrəm oğlu Orucov 1972-ci il fevralın 1-də Gədəbəy rayonunun Əliismayıllı kəndində anadan olub.
1994-cü ildə Azərbaycan Texniki Universitetini bitirdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Fotoelektronika İnstitutunun aspiranturasına daxil olub. Sonra Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda elmi işçi kimi çalışıb.
Həmçinin, 5 il Azərbaycan Texniki Universitetinin elmi şurasının üzvü olub.
1992-ci ildə Ana Vətən Partiyasının mətbuat xidmətinin rəhbəri, siyasi məsələlər üzrə müavini, 1999-2000-ci illərdə “Ana Vətən” qəzetinin baş redaktoru vəzifəsində çalışıb.
Zahid Oruc lap gənc yaşlarından dəyişməz siyasi mövqeyi və ideyaları ilə fərqlənib.
2000-ci ildə Milli Məclisə üzv seçilib. Hazırda Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsi və Hesablayıcı komissiyasının üzvü, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. 12 il davamlı olaraq “Parlament Jurnalistlər Birliyi”nin və Azərbaycan Respublikası Milli Məclisinin ən aktiv 10 millət vəkilindən biri kimi bir çox media qurumlarının və ictimai təşkilatların mükafatlarına layiq görülüb.
Milli Məclisdəki fəaliyyəti dövründə plenar iclaslarda cari və gündəlikdə duran məsələlərin müzakirəsi, seçici hüquqlarını müdafiəsi və qanunvericilik təşəbüsü ilə çıxış edən ən fəal deputatlardan biridir.
Beynəlxalq Marşall Mərkəzində onlarla qeyri-hökumət təşkilatlarının, NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində həyata keçirilən layihələrin fəal tərəfdaşı kimi müxtəlif sertifikat və digər nominasiyaları alıb.
Dövri mətbuatda geopolitikaya, regional və beynəlxalq siyasətə dair, o cümlədən, Azərbaycanın dövlət və ictimai həyatı ilə bağlı ardıcıl analitik məqalələrlə çıxış edir. Rus, türk və ingilis dillərini bilir.
Zahid Orucun siyasi portreti dedikdə ilk növbədə göz önündə səlist siyasi ritorikaya malik olan bir siyasi xadimin obrazı canlanır.
2018-ci il 11 aprel prezident seçkilərində 3,11 faiz səslə ikinci yeri tutub.
Ailəlidir, iki övladı var.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sabir Şirinovun və Ümid Şirinovun “İgidliyə görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Axar.az sərəncamın mətnini təqdim edir:
“Həyatları təhlükəyə məruz qalmış insanların xilası zamanı göstərdikləri şəxsi şücaətə görə Sabir Adil oğlu Şirinov və Umud Adil oğlu Şirinov “İgidliyə görə” medalı ilə təltif edilsinlər”.
Xatırladaq ki, Ukraynada yaşayan azərbaycanlı qardaşlar yanvarın 19-da Nikolayev şəhəri ətrafında hərəkət edərkən yolun kənarında çevrilmiş və artıq yanmağa başlayan bir avtomobil görüblər. Maşının içindən körpə səsi gəlirmiş. Qardaşlar içəridə sıxışıb qalanları çıxarmaq üçün ətrafdakı insanlara müraciət edirlər. Lakin kimsə həyatını riskə atmaq istəmir. O zaman Sabir və Ümid özləri maşındakıları qurtarmağa girişirlər.
Yan şüşələri sındırıb içəridəkiləri çıxarmaq cəhdi uğursuz olduqda, baqaj tərəfdən salona daxil olurlar. Ana və körpəni xilas edirlər. Bu zaman maşın daha bərk yanmağa başlayır. Ətrafdakılar qışqırıb onları uzaqlaşmağa çağırırlar. Lakin qardaşlar ön oturacağı sındıraraq ailə başçısını da çıxara bilirlər. Bir-iki dəqiqədən sonra isə maşın partlayır.
Sabir və Ümid bundan sonra həmin ailəni xəstəxanaya aparan təcili yardımı müşayiət edirlər və ailəyə maddi yardım da göstərirlər.
Ailə hazırda xəstəxanada müalicə olunur.
Sabir və Ümid Şirinovlar ailəlidirlər, hər birinin iki uşağı var. Onlar Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev vilayətindəki üzvləridir.
Onlar bu qəhrəmanlıqlarına görə indiyə kimi müxtəlif medallarla təltif olunublar.
Ermənistanın keçmiş baş naziri Karen Karapetyan Ermənistana ezamiyyətə göndərilib.
Axar.az xəbər verir ki, “İravunk” qəzeti bunun səbəblərini axtarıb.
“Əldə etdiyimiz məlumata görə, onun gəlişi təsadüfi deyil. Rusiya rəhbərliyi ümid edir ki, o, Ermənistan rəhbərliyi ilə qazın qiyməti məsələsində razılaşma əldə edəcək. Yeri gəlmişkən, karapetyanın bu gəlişdə öz səbəbi də var. Şayiələrə görə, o, Ermənistandan ikinci dəfə öz vəzifəsini qoyub, getməsi haqda yaranmış rəylə barışmaq istəmir. Buna görə də Karapetyan Ermənistan siyasi həyatında baş verənlərdən kənarda qalmaq istəmir. Amma sual budur: kimin tərəfində?” – nəşr qeyd edib.
Ermənistan 2020-ci ildə Rusiya ilə imzalanmış müqavilə əsasında 4 ədəd Su-30CM qırıcısı alacaq.
Axar.az xəbər verir ki, bu məlumatı “Kommersant” qəzeti yayıb. Qəzetin mənbəsinin sözlərinə görə, müqavilə kommersiya xarakterlidir və qırıcılar Rusiyanın verdiyi kredit əsasında alınacaq. Üstəlik, Ermənistana satış Rusiyanın daxili qiymətləri əsasında gerçəkləşdiriləcək:
“Rusiya tərəfi razılaşmaya hədiyyə kimi baxır. İmzalanan razılaşmaya əsasən, erməni pilotların təlimi Rusiyanın hərbi məktəblərində aparılacaq”.
Bu gün Milli Məclisin yaz sessiyası fəaliyyətə başlayıb.
Axar.az xəbər verir ki, iclası spiker Oqtay Əsədov açıq elan edib.
Spiker parlamentin qanunvericilik fəaliyyətinin bu sessiyada da məhsuldar olacağını deyib:
“Milli Məclis Prezidentin daxili və xarici siyasətini dəstəkləmək üçün əlindən gələni edib. Bu sessiyada da qanunvericilik fəaliyyətinin məhsuldar olacağına inanıram, ötən sessiyada əldə edilən uğurlar bu sessiyada da davam etdiriləcək. Yaz sessiyasının qanunvericlik planı hazırdır. Konstitusiyanın tələbinə əsasən, bu sessiyada Nazirlər Kabinetinin hesabatı dinləniləcək, dövlət büdcəsi haqqında qanun yenidən müzakirəyə çıxarılacaq, Ombudsman, Hesablama Palatası, bələdiyyələrin fəaliyyətini inzibati qaydada idarə edən qurumun hesabatı dinləniləcək”.
Azərbaycan dəmiryollarının logistik mərkəzinə çevrilmək istəyir.
Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin Türkmənistanla 2019−2021-ci illər üçün ticarət-iqtisadi Əməkdaşlıq Proqramını təsdiq etməsi haqqında fərmanını şərh edən iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, Türkmənistan Şərq-Qərb dəhlizinin əsas həlqələrindən biridir:
“Ya Qazaxıstan, ya da Türkmənistan üzərindən qatarların Azərbaycandan keçməsi ilə Avropaya çatdırılması məsələsi müzakirə olunur. Türkmənistan Azərbaycana məsafə olaraq ən yaxın ölkələrdəndir. Buna görə də Türkmənistan üzərindən qatarların Azərbaycandan keçərək Avropaya çatıdırlması daha rahatdır. Türkmənistandan bərələrlə qatarların və avtomobillərin keçidini təşkil etmək daha ucuz başa gəlir. Ona görə də Türkmənistanla bağlanan müqavilələrin əsas hissəsi məhz logistik mərkəzə çevrilmə yolunda atılan addımlardır. Türkmənistanla həm tarif siyasətini, həm də yükdaşımanın sürətinin artırılması, bərələrin sürətli keçidi ilə bağlı məsələlər həll olunmalıdır”.
İqtisadçı vurğulayıb ki, Azərbaycandan keçən Şərq-Qərb dəhlizi yeganə yol deyil, bu yola alternativlər mövcuddur:
“Azərbaycan çalışır ki, keçidin sürətini artırıb, tarifləri aşağı salaraq, başqa alternativ yollarla daşınan yüklərin bir qismini cəlb etsin. Türkmənistanla danışıqların əsas məqsədi də bununla bağlıdır. Türkmənistan bu yolun əsas həlqələrindən birinə çevriləcəksə, Azərbaycanla tarif siyasətində və yüklərin sürətli keçidi ilə bağlı anlaşma olacaqsa, bu zaman yükdaşımaların həcminin artması ehtimalı çox yüksəkdir. Bu anlaşmanın olma ehtimalı yüksəkdir. Azərbaycan da Bakı-Tiflis-Qars dəmiryolu layihəsinə kifayət qədər böyük investisiya yatırıb. Bu investisiyaların geri dönüşünü təmin etmək üçün yük dövriyyəsi artmalıdır. Bu yük dövriyyəsinin artmasını şərtləndirən əsas amillərdən biri tariflərlə və daşımaların sürətinin artırılması ilə bağlıdır”.
N.Cəfərlinin sözlərinə görə, danışıqlarda mübahisəli neft-qaz yataqları da müzakirə olunub:
“Bu barədə danışıqlar davam edir və məsələ hələ də öz həllini tapmayıb. Amma əsas məsələ Azərbaycanın logistik mərkəzə çevrilməsində Türkmənistanın iştirakıdır. Düşünürəm ki, müsbət nəticələr əldə olunsa, Azərbaycan üzərindən yükdaşımaların həcminin artmasında əhəmiyyətli irəliləyişlər əldə ediləcək”.
Qarabağ məsələsi ilə bağlı son qərarı Azərbaycan və Ermənistan rəhbərləri verəcək.
Bu sözləri Axar.az son günlər xarici, xüsusən də rusiyalı ekspertlər səviyyəsində Qarabağ probleminin həllinə dair müzakirələri şərh edən politoloq İlqar Vəlizadə deyib. Ekspertin fikrincə, məsələnin həlli yönündə irəli sürülən ehtimallar ictimaiyyəti hansısa sənədin imzalanacağına hazırlamaqdan çox, çaşdırmaq məqsədi daşıyır:
“Qarabağ məsələsi ilə bağlı son qərarı danışıqlar prosesinin əsas tərəfləri - Azərbaycan və Ermənistan rəhbərləri verəcək. Rus və xarici politoloqlar isə sadəcə ehtimallar irəli sürərək sanki gündəmi müəyyənləşdirməyə cəhd edirlər. Çünki məsələnin həlli qərarının verilməsi daha çox şərtlərə bağlıdır. Danışıqlar prosesi isə hələ yeni başlayıb. Ermənistan rəhbərliyinin yanaşması köhnə hakimiyyətinkindən fərqlənir. Bəli, indiki Ermənistan hakimiyyəti danışıqlar prosesinə yeni çalarlar gətirib və burada müxtəlif nüanslar var. Danışıqlar prosesində də məhz bunlar müzakirə olunur. Bu, işlək prosesdir. Ümumiyyətlə, nə verilən siyasi açıqlamalarda, nə də danışıqlar prosesində problemin yaxın vaxtlarda həllinə dair köklü dönüş əlaməti səciyyələnir. Keçmişdə də xalqların sülhə hazırlanması və ya atəşkəsin möhkəmləndirilməsi kimi oxşar razılaşmalar əldə olunub, ancaq sonradan ermənilər tərəfindən pozulub”.
Politoloq xüsusilə də “Reqnum” agentliyinin baş redaktoru Modest Kolerovun İrəvanı “tələsməməyə” səsləməsinə diqqət çəkib:
“Kolerov və onun yaxın ətrafı danışıqlar prosesinin gedişatından və əldə edilən müsbət elementlərdən narahatdır. Onlar illərlə Azərbaycanla Ermənistanın arasındakı konflikti dərinləşdirmək işi ilə görəvləndiriliblər və antiazərbaycan mövqedən çıxış ediblər. Bəs necə oldu ki, onlar fikirlərini cəmi bir neçə aya dəyişdilər? Düzdür, Ermənistandakı hakimiyyət dəyişikliyi bu imkanı onlara tanıyır. Ancaq bu demək deyil ki, onlar Azərbaycanın təəssübkeşi olublar. Əsla! Bu şəxslər münaqişə üzərindən özlərinə infrastruktur qurublar və buradan da yaxşı qazanırlar. Müəyyən dairələr və erməni diasporu onlara külli miqdarda pul ötürür. Problemin həllində real dəyişikliklər isə onların resurslarının gərəklilik səviyyəsini heçə endirə bilər. Ona görə də Kolerov kimiləri durmadan erməni cəmiyyətini təşvişdə saxlamağa və bundan Paşinyana qarşı istifadə etməyə çalışır. Bunu isə Qarabağ klanının əli ilə edirlər. Problemin həlli ilə bağlı hazırda müxtəlif informasiyaları ötürməklə Ermənistanı təslimçi mövqedə dayanmaqda və Paşinyanı Qarabağ problemini boynundan atmaq istəməkdə ittiham edirlər. Bütün bunlar isə birbaşa Qarabağ klanının əlini gücləndirir və sevmədikləri Paşinyana təsir vasitəsidir”.
Rusiyanın baxışına gəlincə, politoloq ümumiyyətlə Moskvanın vəziyyətə nəzarət etmək niyyətində olduğunu düşünür:
“Bəli, Rusiya prosesin müəyyən dərəcədə ölü nöqtədən tərpənməsini istəyir. Ancaq Moskva danışıqlar prosesində əldə olunacaq razılaşmaların onun xeyrinə də olmasına çalışır. 20 il bundan öncəki reallıqlar indikilərlə üst-üstə düşmür. Rusiya regionda bütün kommunikasiyaların açılmasını və rus mallarının quru yolla Türkiyə və İrana getməsini istəyir. Ermənistanın aqibəti isə yalnız Yuxarı Larsdan asılı vəziyyətdədir. Rusiya Azərbaycan vasitəsilə Ermənistana yolların açılmasının əleyhinə deyil. Bunun üçün ermənilər heç olmasa, Qarabağətrafı torpaqları boşaltmalıdır. Ruslar bunu anlayırlar və ona görə də 5 rayonun Azərbaycana qaytarılmasını təklif edirlər. Sadəcə olaraq Lavrov və komandası bunu boyunlarına almırlar, çünki bu fakt Ermənistanın daxili siyasi proseslərində Rusiyanın əleyhinə işləyə bilər”.
İndiyə qədər regionların sosial-iqtisadi inkişafı ilə bağlı icra olunan hər üç proqram Azərbaycanın sosial-iqtisadi, ictimai-siyasi inkişafına böyük dəyişikliklər və inkişaf gətirib.
Bu sözləri Axar.az-a açıqlamasında Prezident İlhanm Əliyevin “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransdakı nitqini şərh edən Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov deyib. Millət vəkili Azərbaycanın son 15 il ərzində çox uğurla inkişaf etdiyini qeyd edib:
“Bütövlükdə indiyə qədər regionların sosial-iqtisadi inkişafı ilə bağlı icra olunan hər üç proqram Azərbaycanın sosial-iqtisadi, ictimai-siyasi inkişafına böyük dəyişikliklər gətirib. 2004-cü illə müqayisədə bu gün artıq yeni bir Azərbaycan formalaşıb. Bu illər ərzində ölkəmizdə 15 min kilometrə yaxın avtomobil yolu tikilib. 400 meqavat gücündə olan “Şimal 2” stansiyasının açılışı gözlənilir ki, bu da ölkəmizi daha irəliyə aparacaq. Regionların qazlaşdırılması 50 faizdən 95 faizə qalxıb, içməli su, kanalizasiya xidmətləri və enerji təminatı ilə bağlı məsələlər həllini tapıb. Bundan başqa, ölkənin hər bir nöqtəsi müasir elektron-rabitə xidməti sisteminə keçib. Ən əsası isə son 15 ildə Azərbaycanın sənaye potensialı 2,6, valyuta ehtiyatları isə 24 dəfə artıb. Bütün bunlar ondan xəbər verir ki, Azərbaycanda regionların ümumi vəziyyəti artıq inkişaf etmiş ölkələrin səviyyəsinə çatır”.
Millət vəkili bildirib ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dördüncü proqramın həyata keçirilməsinə artıq start verilib:
“Belə ki, sosial infrastrukturun yaradılması prosesi davam etdiriləcək. Bu il ən azı 5000 məcburi köçkün ailəsi üçün evlər tikiləcək və 7 min ailə özünüməşğulluq proqramı ilə əhatə olunacaq. Regionların inkişafı ilə bağlı dördüncü proqramın başa çatdırılması və müəyyən olunacaq hədəflərin icrası Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələri sırasına daxil edəcək”.
Əgər Ermənistanda baş verən bu faciəvi hadisə Azərbaycanda olsaydı, bütün Avropanı əhatə edən təşkilatlar dərhal ölkəmizə qarşı bəyanatlarla çıxış edər və açıqlamalar verərdilər.
Bu sözləri Axar.az-a beynəlxalq təşkilatların Ermənistanda partiya sədri və jurnalist Mqer Yegiazaryanın 52 günlük aclıq aksiyasından sonra həbsxanada ölməsinə heç bir reaksiya verməməsinə münasibət bildirən millət vəkili Qənirə Paşayeva deyib. Millət vəkili vurğulayıb ki, bu, Avropa təşkilatlarında və Avropanı əhatə edən beynəlxalq təşkilatlarda ikili standartların bir göstəricisidir:
“Avropa Şurası, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanı təmsil edən nümayəndə heyəti olaraq hər zaman ikili standartlar məsələsini qabardırıq və beynəlxalq təşkilatları buna son qoymağa çağırırıq. Beynəlxalq təşkilatların Ermənistanda partiya sədrinin, jurnalistin 52 günlük aclıq aksiyasından sonra həbsxanada ölməsinə heç bir reaksiya verməməsi bir daha ikili standartların göstəricisidir. Əgər Ermənistanda baş verən bu faciəvi hadisə Azərbaycanda olsaydı, bütün Avropanı əhatə edən təşkilatlar dərhal ölkəmizə qarşı bəyanatlarla çıxış edər və açıqlamalar verərdilər. Ancaq təəssüf ki, Ermənistanda baş verən bu dəhşətli hadisə ilə bağlı həmin təşkilatlardan hər hansı sərt bəyanatları görə bilmirik. Avropa təşkilatlarının Ermənistana yanaşması hər zaman belə olub”.
Millət vəkili bildirib ki, Avropa təşkilatları Azərbaycan torpaqlarını işğal edən Ermənistana qarşı bugünə qədər hər hansı bir addım atmayıb:
“1 milyon insanı evindən köçkün salan, Xocalı soyqırımını törədən, Azərbaycan torpaqlarında dəhşətli vandalizm aktlarını həyata keçirən işğalçı Ermənistana qarşı heç bir addım atılmır. Bu təşkilatlar qəbul etdikləri qərar və qətnamələrin həyata keçməsi üçün işğalçıya qarşı hər hansı təsir mexanizmlərə əl atmırlar. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri olaraq hər zaman bunu açıq şəkildə bəyan edirik və ikili yanaşmanın Avropanın özü üçün də müsbət bir şey vəd etmədiyini vurğulayırıq. Azərbaycanda hər kiçik məsələni qabardaraq və onu qeyri-dəqiq məlumatlarla şişirdərək ölkəmizə qarşı yalan, böhtan və təzyiq mexanizmlərinə əl atırlar. Ermənistana gəlincə isə hər zaman susurlar. Ona görə də beynəlxalq təşkilatlarda təmsil olunduğumuz zaman bir daha bu məsələni diqqətə çatdırıb, ikili standartların nə qədər açıq göründüyünü ifadə edəcəyik”.
Qeyd edək ki, Ermənistanda dekabrın 5-dən aclıq aksiyası keçirən Mqer Yegiazaryan 26 yanvarda səhhətində yaranan problem səbəbindən ölüb. Onun aclıq aksiyasına səbəb Nikol Paşinyan hakimiyyəti tərəfindən “dələduzluq” ittihamı ilə həbs edilməsi və bütün şikayətlərinə rəğmən hüquqlarının təmin edilməməsi idi. Bildirilir ki, Yegiazaryan “inqilaba” dəstək vermədiyi və rəhbəri olduğu saytda tənqidi məqalələr yayımladığı üçün Paşinyan hakimiyyəti tərəfindən cəzalandırılaraq, türməyə salınmışdı.
Yegiazaryanın aclıq aksiyasının nəticəsində ölməyinə baxmayaraq, Avropanın müvafiq qurumları adekvat reaksiya göstərmirlər. Halbuki Azərbaycanda Mehman Hüseynovun bir günlük aclıq aksiyasına Avropa Parlamenti qətnamə çıxarmaqla reaksiya vermişdi.
Son 15 il ərzində 2 milyon yeni iş yeri yaradılıb.
Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransın giriş nitqində söyləyib.
“Əhalinin sayı isə 1,6 milyon artıb. Bu da çox gözəl göstəricidir. Əhali nə qədər çox olarsa, ölkəmiz də o qədər sürətlə inkişaf edər. Ancaq, əlbəttə, biz bundan sonra da işimizi elə görməliyik ki, iqtisadi inkişaf, iş yerlərinin yaradılması əhalinin artımından daha da sürətlə getsin, artan əhali işlə təmin olunsun. Yeni iş yerlərinin yaradılması regionların sosial-iqtisadi inkişafı proqramlarının tərkib hissəsi idi və qeyd etdiyim kimi, 2 milyon iş yeri yaradılıb. Bu iş yerlərinin böyük hissəsi bölgələrin payına düşür. Kənd təsərrüfatı 1,7 dəfə artıb və əminəm ki, bundan sonra artım daha sürətli olacaq”.