İran İslam İnqilabının 40-cı ildönümü ilə əlaqədar fevralın 2-də Tehranda keçirilən milli aviasiya sərgisində yeni raket təqdim edilib.

Ardını oxu...


ABŞ-ın Cənubi Qafqaz bölgəsinə artan diqqəti Rusiyanı əməlli-başlı hərəkətə gətirib.

Bu sözləri Axar.az-a Rusiya Xarici İşlər nazirinin müavini Qriqori Karasinin İrəvana səfəri ilə bağlı bəzi suallara aydınlıq gətirən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, Moskva Karasin vasitəsilə Ermənistana təzyiq etməklə ABŞ-ın Qafqazdakı planlarını pozmağa çalışır:

“ABŞ-ın Cənubi Qafqaz bölgəsinə artan diqqəti Rusiyanı əməlli-başlı hərəkətə keçirib. Bu həyəcanın əsas səbəbi ABŞ-ın Rusiyanın Cənubi Qafqazda hökmran mövqeyinin sarsıldılmasına yönəlik siyasətidir. Bu səbəbdən də Rusiya özünü forpostuna müəyyən tapşırıqlar vermək məcburiyyətində hiss edib. Moskva hesab edir ki, Ermənistana ciddi təsir etmək yolu ilə ABŞ-ın bu bölgədəki rolunu azalda biləcək. Rusiya bu tapşırığı yerinə yetirmək üçün məhz sözlərini diplomatik tonda deyil, birbaşa, kəskin formada deməyi bacaran Karasini təlimatlandırıb. Zənnimcə, Karasin ona verilən tapşırığın öhdəsindən uğurla gəlib və “kökə və qamçı” siyasətinə uyğun olaraq, sərt tənqiddən sonra indi də Ermənistana yağlı vədlər verib. Bunların içərisində dəmir yolu əlaqəsinin bərpası və hərbi ləvazimatların, xüsusilə də Su-30CM qırıcılarının satılması yer alır”.

Politoloq qeyd edib ki, Karasinin səfəri fonunda Ermənistan rəhbərliyinə ciddi təsir göstərildiyi dərhal özünü büruzə verir:

“Karasinin İrəvana səfərindən sonra Paşinyan başqa bir avazla danışmağa başlayıb və Qarabağ məsələsi ilə bağlı Azərbaycana heç bir güzəştə getməyəcəyini bildirir. Bu isə Ermənistanın problemin həllində qeyri-konstruktivliyini aydın surətdə ortaya qoyur. Görünür, status-kvonun saxlanılmasında maraqlı olan qüvvələr də həmişə aldadıcı imitasiyalar ediblər. Bu arada Rusiyanın Ermənistanın nümayiş etdirdiyi destruktiv mövqeyini müdafiə etməsi diqqətdən yayınmır. Bu, bir növ Moskvanın sülh danışıqlarının nəticəsiz bitməsində cavabdeh rolunu öz üzərinə götürdüyünə dair təəssürat yaradır”.

Politoloq bu kontekstdə ABŞ və bəzi Avropa dövlətlərinin səyi ilə Qarabağ məsələsi ətrafında danışıqların fəallığına təsir edən məqamların Moskvanı narahat etdiyini bildirib:

“Bu mənada Karasinin səfərinin danışıqlar prosesində yaranmış ümidverici nəticələrə qarşı yönəldiyini düşünürəm. Artıq erməni tərəfi də güclü surətdə Rusiyanın tapşırıqlarına əməl etməyə başlayıb. Paşinyan isə fürsətdən istifadə edərək Rusiyadan əlavə imtiyazlar qoparmaqla sülhyaratma prosesinə əngəllərin yaradılmasında əsas aktora çevrilir. İndi hər şey ABŞ-ın bu destruktiv addımlara verəcəyi cavabdan asılı olacaq. Nəticə etibarilə region uğrunda gedən siyasi rəqabətin yeni müstəviyə keçəcəyini istisna etmirəm”.


Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.

Azərbaycan Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Dovex kəndində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Tağıbəyli, Yusifcanlı, Füzuli rayonunun Aşağı Veysəlli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Yaxın və Orta Mənzilli raketlərlə bağlı müqavilədən irəli gələn öhdəliklərə təktərəfli riayət etməyəcəyik.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı senator Frants Klintseviç ABŞ-ın sözügedən müqavilə ilə bağlı son qərarını şərh edərkən deyib.

“Mütləq şəkildə ABŞ-ın bu addımının qarşılığını verəcəyik”, - deyə senator bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın Almaniyaya səfəri çərçivəsində “Azərbaycan tərəfinin güzəştləri, münaqişənin həllinin Dağlıq Qarabağ və Ermənistan xalqları üçün məqbul olması” kimi səsləndirdiyi fikirlərə münasibət bildirib.

XİN-dən Axar.az-a verilən məlumatda deyilir:

"İlk növbədə xatırlamaq istərdim ki, münaqişə nəticəsində məhz Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğal olunub və onun bir milyona yaxın əhalisi etnik təmizləməyə məruz qalaraq məcburi köçkünə çevrilib. Münaqişənin həlli ilə bağlı qəbul olunan beynəlxalq qətnamə və sənədlər, ilk növbədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi işğalçı erməni qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Onu da bildirmək istərdim ki, münaqişənin həlli ilə bağlı qəbul olunan bütün sənədlərdə və ATƏT-in Minsk qrupunun həmsədrlərinin təkliflərində söhbət “xalq” yox, erməni və azərbaycanlı əsilli iki əhalidən gedir. Yekunda qeyd etmək istərdim ki, Ermənistanın Baş naziri Nikol Paşinyan anlamalıdır ki, münaqişənin həlli Ermənistanın müstəqilliyinə təkan verəcək və ilk növbədə Ermənistan əhalisi üçün böyük iqtisadi imkanlar açacaq, yeni siyasi vəziyyət yaradacaq".


11:24

Fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı keçirilib.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak edib.

Dövlət başçısı tədbirdə nitq söyləyib.

Gənclər Günü münasibətilə təbriklərini çatdıran Prezident İlham Əliyev bu günün ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edildiyini xatırladıb, Ümummilli Liderin gənclərə həmişə böyük sevgi və qayğı ilə yanaşdığını bildirib. Dövlət başçısı Azərbaycanda müasir gənclər siyasətinin 1994-cü ildən başladığını, həmin il Ulu Öndərin o zaman mövcud olan çətinliklərə baxmayaraq, Gənclər və İdman Nazirliyini yaratdığını və bunun da gənclər üçün imkanlar açdığını vurğulayıb. Prezident İlham Əliyev ölkəmizdə gənclərlə bağlı dövlət proqramlarının qəbul olunduğunu, müxtəlif mötəbər beynəlxalq tədbirlərin keçirildiyini bildirib, bölgələrdə Gənclər mərkəzlərinin, Olimpiya İdman komplekslərinin açıldığını qeyd edib.

Müstəqillik dövründə yaşamağın gənclər üçün böyük xoşbəxtlik olduğunu vurğulayan dövlət başçısı ölkəmizin hərtərəfli inkişafında gənclərin roluna toxunub, onların cəmiyyətin fəal üzvləri olduğunu deyib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan gəncləri peşəkar olmalı, milli və vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. “Haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”, - deyən dövlət başçısı şəhidlərimizin böyük əksəriyyətinin gənclər olduğunu vurğulayıb və qeyd etdi ki, hər bir gəncin əsas vəzifəsi müstəqilliyimizi möhkəmləndirmək olmalıdır.

Prezident İlham Əliyev Azərbaycanın son illərdə qazandığı uğurlardan və sosial-iqtisadi inkişafdan danışıb, ölkəmizin beynəlxalq nüfuzunun artdığını vurğulayıb, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hüquqi, siyasi və digər cəhətlərdən mövqelərimizin möhkəmləndiyini qeyd edib.

Çıxışının sonunda Prezident İlham Əliyev Azərbaycan gənclərinə inandığını və güvəndiyini bəyan edərək onlara uğurlar arzulayıb.

Sonra gənclər siyasətinə həsr olunan film nümayiş olunub.

Daha sonra Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova, Qarabağ qazisi Kamil Musəvi, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, “Human Foundation”un təsisçisi Fəridə Əsgərzadə, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Regional İnkişaf İctimai Birliyinin nümayəndəsi Aydan Ramazanova, Naxçıvan Müəllimlər İnstitutunun müəllimi, tələbə gənclər təşkilatının sədri Ayxan Hüseynli, Azərbaycan Dövlət İdman və Bədən Tərbiyəsi Akademiyasının tələbəsi Ülkər Əsədova, şəhid polkovnik-leytenant Raqif Orucovun oğlu Aqşin Oruclu, “ASAN” könüllüsü Emilya Bayramova çıxış etdilər.

Sonra bir qrup gəncin təltif olunması mərasimi keçirilib.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə yekunlaşıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Axar.az xəbər verir ki, dövlət başçısı Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, iki ölkə prezidentləri arasında yüksək səviyyədə qarşılıqlı etimadın mövcud olduğunu bildirib və bunun əlaqələrimizin genişlənməsində xüsusi rol oynadığını deyib. Prezident İlham Əliyev, eyni zamanda, Azərbaycan Respublikasının Rusiya Federasiyasının ayrı-ayrı regionları, o cümlədən ümumi tarixi-mədəni dəyərlərə mailik olduğumuz Şimali Qafqaz regionu və eləcə də Qaraçay-Çərkəz Respublikası ilə sıx əməkdaşlığının həyata keçirilməsinin Azərbaycan-Rusiya münasibətlərinin inkişafına töhfə verdiyini deyib. Dövlət başçısı Azərbaycan ilə Rusiyanın müxtəlif regionları arasında əlaqələrin uğurlu inkişafında ötən il iki ölkə prezidentlərinin iştirakı ilə Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumunun önəmini qeyd edib. Prezident İlham Əliyev Raşid Temrezovun ölkəmizə səfərinin səmərəli və uğurlu keçəcəyinə əminliyi ifadə edib.

Azərbaycan Prezidenti ilə görüşdən böyük məmnunluq duyduqlarını deyən Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezov Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin inkişafında regionlararası qarşılıqlı fəaliyyətin rolunu qeyd edərək, bu gün Bakıda biznes nümayəndələri arasında keçiriləcək görüşün əhəmiyyətini vurğulayıb. O bildirib ki, Rusiyanın Qaraçay-Çərkəz regionu ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın həyata keçirilməsi üçün qarşılıqlı maraq mövcuddur və bunun üçün yaxşı imkanlar var. Rəşid Temrezov mədəni və humanitar əlaqələrin də yüksək səviyyədə olduğunu bildirərək, bunun münasibətlərimizin inkişafına öz töhfəsini verdiyini vurğulayıb.

Albaniya Prezidenti İlir Meta mart ayında Bakıya gələcək.

Report xəbər verir ki, o, martın 14-16-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək VII Qlobal Bakı forumunda iştirak edəcək.

Qeyd edək ki, Albaniya Prezidenti İlir Meta Bakıda keçirilən əvvəlki forumlarda da iştirak edib. Artıq 5 ildən çoxdur ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniya hökuməti ilə sıx əməkdaşlıq əlaqələri mövcuddur. Albaniyanın üç sabiq prezidenti - Bujar Nishani, Rexhep Meidani, Sali Berisha Mərkəzin üzvləridir.

Xatırladaq ki, forumda dünyanın 70-dən çox ölkəsindən 450 qonağın iştirakı gözlənilir. VII Qlobal Bakı forumunun mövzusu “Dünyanın yeni xarici siyasəti” olacaq. Tədbirə bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları da qatılacaq.

Ermənistan Baş nazirinin Aparatında diaspor işləri üzrə xüsusi təyinatlı səfir olacaq.

Axar.az xəbər verir ki, bunu Kölndə erməni icmasıyla görüşündə Ermənistan Baş naziri Nikol Paşinyan deyib. O, bu səfirin İrəvanın diaspor ilə bağlı siyasətini kurasiya edəcəyini bildirib.

Qeyd edək ki, Paşinyan bundan öncə Diapor Nazirliyini ləğv edəcəyini bildirib. Paşinyanın bu addımı erməni diasporunda kəskin narazılığa səbəb olub.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 avqust 2014-cü il tarixli 292 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın 2-ci bəndinə uyğun olaraq, mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 2019-cu il üçün Mədəniyyət Nazirliyi müsabiqə elan edib.

Kult.az xəbər verir ki, müsabiqə aşağıdakı müəyyən edilmiş tədbirlər üzrə keçiriləcək:

2019-cu il 30 iyun–10 iyul tarixində YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində keçirilməsi çərçivəsində mədəni tədbirlərin təşkili.

Xalq tətbiqi-dekorativ və təsviri sənətin inkişafına dair layihələrin hazırlanması.

Mədəniyyət sahəsində müasir informasiya texnologiyalarının tətbiqi ilə bağlı layihələrin hazırlanması.

Regionlarda mədəniyyətin daha da inkişafına töhfə verəcək layihələrin həyata keçirilməsi.

“Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın 2.2-ci bəndinə uyğun olaraq, müsabiqədə iştirak etmək istəyən QHT-lər 2019-cu ilin mart ayının 01-dək ərizələrini müsabiqənin şərtlərinə uyğun aşağıdakı sənədlərlə birlikdə Nazirliyə təqdim etməlidir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Müsabiqə Komissiyasının sədrinə məktub;

QHT-nin dövlət qeydiyyatına alınması barədə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;

Tədbirin keçirilməsi nəzərdə tutulan mədəniyyət sahəsində mövcud vəziyyətin təhlili;

Tədbirlə bağlı qarşıya qoyulan vəzifələrin əhatə olunması və gözlənilən nəticələr barədə qısa məlumatlar;

Tədbirin keçiriləcəyi yer və tarix;

Tədbirin keçirilməsi ilə bağlı xərclər smetası (müvafiq hesablamalar və əsaslandırıcı sənədlərlə birlikdə);

Tədbirin təşkilatçıları və iştirakçıları ilə bağlı məlumatlar.

Ünvan:

AZ 1000, Bakı şəhəri, Hökumət Evi, Ü.Hacıbəyov küçəsi 40.

Tel: (012) 498-79-53

(012) 498-20-62

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi

Əlaqələndirici şəxslər:

Türkan Cəfərova

Rəvanə Abdullayeva

Email: qht.medeniyyet@gmail.com

Tel: (012) 498-79-53

(012) 498-20-62

Müsabiqədə iştirak etmək üçün təqdim olunacaq sənədlərin anket formasını aşağıdakı linklərdən əldə edə bilərsiniz:

Müşaiyət məktubu

Tədbirin yazılış forması

Büdcənin tərtibinə dair təlimat

Tədbir haqqında qısa məlumat

Anket forması

Təbdir mövzuları

Digər şərtlər

Əlavə anket

Xəbər lenti