Paşinyan hökuməti məsələnin həll edilməsi istiqamətində ABŞ-ın təkliflərindən qəti şəkildə imtina edərək

Ardını oxu...



ABŞ prinsip etibarilə İraqdan uzaqlaşmaq fikrində deyil,

Ardını oxu...


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerlərdən daxil olan müraciətləri nəzərə alaraq, Nazirlər Kabinetinə “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” 1993-cü il 27 dekabr tarixli 636 nömrəli qərara dəyişikliklərin ləğv olunması barədə göstəriş verib.

Axar.az xəbər verir ki, dəyişikliyə əsasən, meşə təsərrüfatında meyvələri qanuni əsas olmadan əldə edən şəxs həmin məhsulu geri qaytarmalı idi.

Bu mümkün olmadıqda, dəymiş zərərin məbləği hüquq pozuntusu baş vermiş tarixdə dövlət tərəfindən tənzimlənən qiymətlərə, dövlət tərəfindən tənzimlənmədiyi hallarda isə sərbəst satış qiymətlərinə uyğun hesablanaraq ödənilir. Nazirlər Kabinetinin qərara etdiyi dəyişikliklər meyvələrin və bitkilərin qanuni əsas olmadan əldə edilməsinə görə ödənişlərin nəzərəçarpacaq dərəcədə artırılmasını nəzərdə tutub.


Prezident İlham Əliyev Gəncə şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2018-ci il noyabrın 20-də Gəncə şəhərində dördmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində ziyan çəkmiş sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə qərara alıram:

1. Gəncə şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində ziyan çəkmiş sakinlərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə yeni çoxmənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 3,7 milyon (üç milyon yeddi yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

***

İlham Əliyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin yaradılması haqqında fərman imzalayıb.

Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, xarici siyasətin ölkəmizin milli maraqları üçün əhəmiyyət kəsb edən istiqamətlərinə dair araşdırmalar aparılmasını genişləndirmək, dünyada baş verən proseslərin hərtərəfli təhlili işini daha da təkmilləşdirmək, Azərbaycanın xarici siyasət prioritetləri, xüsusilə Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üzrə fəaliyyətin əhatə dairəsini artırmaq məqsədi ilə qərara alıram:

1. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi yaradılsın.

2. Müəyyən edilsin ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (bundan sonra – Mərkəz) dünyada və regionda baş verən prosesləri təhlil edən, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektləri, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri ilə bağlı fundamental araşdırmalar aparan, bu məsələlərə dair ölkəmizin mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılmasında iştirak edən, Azərbaycanın dövlət orqanlarını həyata keçirdiyi elmi-analitik təhlilin nəticələri ilə təmin edən publik hüquqi şəxsdir.

3. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Mərkəzin nizamnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Qondarma Qarabağ rejiminin keçmiş müdafiə naziri Samvel Babayan separatçı rejimin prezidentliyinə namizədliyini irəli sürməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bunu Babayan “Azadlıq radiosu”na müsahibəsində deyib. O, mart ayından etibarən bunun üçün imza toplayacağını bildirib.

Qondarma rejimdə “prezident seçkisi” 2020-ci ildə keçiriləcək.

Qeyd edək ki, Babayan 2017-ci ilin noyabrında 6 il azadlıqdan məhrum edilmişdi. O, Ermənistanda dövlət çevrilişinə cəhd etməkdə şübhəli bilinərək, 22 martda tutulmuşdu. Erməni general “İqla” raketlərinin Ermənistana keçirilməsində və Ermənistan Prezidenti Serj Sərkisyana qarşı sui-qəsd təşkil etməkdə təqsirləndirilmişdi.

Babayan əslən Xankəndidəndir. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini təbliğ edən Miatsum hərəkatının üzvlərindən biri olub. Qarabağda azərbaycanlılara və ermənilərə qarşı xüsusi əməliyyatlarda iştirak edib. 1991-ci ilin iyununda həbs edildikdən sonra 6 ay müddətində Bakıda həbsdə saxlanılıb, sonradan azadlığa buraxılıb. Babayan Xocalı, Şuşa rayonların alınmasında yaxından iştirak edib. O, həmçinin 1994-cü ildə atəşkəs müqaviləsinə imza atanlardan biri olub.


Paşinyan Düşənbə danışıqlarından bu yana Qarabağın həlliylə bağlı zamanı uzatmağa çalışıb.

Axar.az xəbər verir ki, bu iddia ilə Daşnaksütyun Partiyasının rəsmi yayım orqanlarından biri olan “Yekramas” portalı çıxış edib. Sayt Paşinyanın “sülh qarşılığında torpaq” formulunu özündə əks etdirən “Bolton planı”nı reallaşdırmağa, yəni real güzəştlərə hazır olmadığını bildirib:

“Aydındır ki, proses dönəmində Paşinyan “Bolton planı”nın reallaşdırılması zamanı hakimiyyətini birinci prezident Levon Ter-Petrosyan kimi itirmək təhlükəsi hiss edib. Ona görə də Paşinyan geriyə çəkilərək, danışıqları dalana dirəyib. Baş nazirin problemlə bağlı dəqiq görüntüyə sahib olmaması sayəsində Ermənistan tükdən asılı vəziyyətə düşüb. Bizim Rusiya ilə münasibətlərimiz gərgindir, açıq şəkildə konfliktin hərbi həlli olduğunu bəyan edən məyus olmuş Azərbaycan və özünü aldadılmış hiss edən, planı sona qədər icra edilməyən ABŞ var. Paşinyanın son zamanlar apardığı siyasət böyük optimizm yaratmır. Belə ki, artıq Paşinyanın incə oyun aparıb hakimiyyətdə qalmaqla bərabər, dövləti hərbi konfliktə cəlb etməyəcəyi inandırcı görünmür”.


Belarusun Azərbaycana “Polonez” reaktiv sistemlərini tədarük etməsi Rusiyanı narahat etmir.

Axar.az xəbər verir ki, bunu “Kommersant”a müsahibəsində Rusiya Hərbi Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin rəhbəri Dmitri Şuqayev deyib.

“Bəli, Azərbaycan bu gün təkcə bizimlə yox, digər tərəfdaşlarıyla, xüsusilə də belaruslarla əməkdaşlıq edir. Bu bizi narahat etmir. Birincisi, biz sağlam, normal rəqabətin tərəfdarıyıq, ikincisi isə hər iki ölkə MDB-yə üzvdür. Bu halda biz necə buna qarşı ola bilərik? Əgər Azərbyacan-Belarus hərbi texniki əməkdaşlığı sağlam məntiq çərçivəsində baş verirsə, biz heç kimə heç nəyi diktə edə bilmərik və bunu etməyə də hazırlaşmırıq”, – deyə o bildirib.


Prezident İlham Əliyev E.R.Salahovun Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam verib.

Axar.az sərəncamın mətnini təqdim edir:

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Elşən Rövşən oğlu Salahov Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.

20 yanvar 2019-cu ildə Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində Abxaziya və Qarabağın işğalında iştirak etmiş, Xocalı soyqırımını törədən cinayətkar, separatçı Mixail Avaqyana abidə ucaldılıb. Belə bir şəxsə Gürcüstanda abidə qoyulması Gürcüstanda yaşayan azərbaycanlılar, eyni zamanda Azərbaycan dövləti tərəfindən etirazla qarşılanıb. Bu gün isə Gürcüstanda yaşayan soydaşlarımızın həmin büstün götürülməsi üçün aksiya keçirəcəyi bildirilir.

Məsələ ilə bağlı Axar.az-a danışan politoloq Arzu Nağıyev bildirib ki, Gürcüstan dövləti bəzi məsələlərdə Azərbaycana qarşı qeyri-adekvat addımlar atmağa başlayıb:

“Gürcüstan Azərbaycanla strateji partnyordur, ölkələrimiz arasında qlobal problem yoxdur. Lakin buna baxmayaraq, orada yaşayan azərbaycanlılara qarşı dövlət tərəfindən müəyyən qeyri-adekvat addımlar atılır. Bu, həm dini baxımdan, həm də digər istiqamətlərdə özünü hiss etdirir. Torpaq islahatı, Borçalı əhalisinin dini etiqadı ilə bağlı çox mühüm məsələlər var ki, oradakı soydaşlarımıza çətinliklər yaradılır. Belə məsələlərdə də hiss olunur ki, Gürcüstanda yaşayan azərbaycanlı soydaşlarımıza qarşı xoşagəlməyən addımlar atılır”.

Politoloq son vaxtlar Gürcüstanda erməni caniyə heykəlin yerli özünüidarəetmə orqanları tərəfindən qoyulduğu və bunun Tiflisə aid olmadığı fikrinə münasibət bildirib:

“Gürcüstan hakimiyyətinin bu məsələdən tamamilə xəbərsiz olması mümkünsüzdür. Əgər qoyulubsa da, bu, azərbaycanlıların mənəviyyatına və heysiyyatına toxunan məsələdir. Bunun qarşısını almaq üçün Gürcüstan hökuməti tam şəkildə adekvat addım atmalıdır. Gürcüstan Avropaya inteqrasiya istiqamətində müəyyən addımlar atır, hər bir millətin öz müqəddəratını təyin etmək prinsipindən çıxış edir, lakin elə həssas məsələlər var ki, bu zaman bu prinsipləri tapdalayır. Məhz Gürcüstanda yaşayan azərbaycanlıların mitinqləri təşkil olunsa, Gürcüstan hakimiyyəti bunun qarşısını almaq iqtidarında olmaya da bilər. Bu gün müxtəlif etnik qurumların, eyni zamanda azərbaycanlılar və digərlərinin Gürcüstan hakimiyyətinə qarşı çıxışlar etməsi Gürcüstana lazım deyil. Yəni tam şəkildə subyektiv fikrimdir ki, Gürcüstan hakimiyyəti bunun qarşısını almalıdır. Gürcüstandakı müxtəlif qurumlara qarşı Azərbaycan şirkətlərinin - SOCAR-ın, Akkord Şirkətlər Qrupunun və s. güzəştlərinin müqabilində bu cür qeyri-adekvat addımlar qəbuledilməzdir. Enerji təhlükəsizliyinə təhdidin qarşısının alınması ilə bağlı biz strateji əməkdaşlıq edirik, qonşuluq əlaqələrinə malikik”.

Politoloq erməni caniyə qoyulan büstün mütləq götürülməli olduğunu vurğulayıb:

“Rusiyada yaşayan bəzi azərbaycanlılar Gürcüstandakı soydaşlarımızın muxtariyyətlərini elan edəcəkləri və s. kimi xəbərləri ortaya atsa da, bu cür iddiaların əsası yoxdur. Bu, qonşuluq münasibətlərinə uyğun deyil. Ancaq Tiflis nə yolla olur-olsun, bu büstü götürməlidir”.

İqtisadçı ekspert Natiq Cəfərli isə Gürcüstanda erməni caniyə heykəlin ermənilərin kompakt yaşadığı bölgədə qoyulduğunu, qərarı yerli bələdiyyənin verdiyini bildirib:

“Çünki orada yaşayan ermənilər həm dil öyrənir, həm siyasətə qarışır, həm də lazım gəlsə, Rusiyanın istəyi ilə aranı qarışdırırlar. Gürcüstanda güclü yerli özünüidarəetmə institutları var, prezident səlahiyyətsiz və təmsilçi rolundadır, mərkəzi hökumət isə yerli bələdiyyənin qanunauyğun (burası çox vacibdir) verdiyi qərarı ləğv edə bilmir”.


İsrailin Müdafiə Nazirliyi dron ixrac edən “Aeronautics Defense Systems” (ADS) şirkətinin ləğv etdiyi lisenziyanı geri qaytarıb.

Avropa.info xəbər verir ki, İsrailin Müdafiə Nazirliyi ADS şirkətinin ixrac lisenziyasını dayandırması barədə verdiyi qərarı ləğv edərək, şirkətə dron ixrac etmək üçün lisenziyanı bərpa edib.

“Müdafiə Nazirliyi bəyan edib ki, lisenziyanın dayandırılması ilə bağlı qoyulan qadağa təcili olaraq ləğv edilməlidir. Şirkət yuxarıda adı çəkilən müştəriyə tez bir zamanda dronlarını çatdırmağa başlayacaq”, - “Aeronautics” şirkətinin yaydığı məlumatda qeyd olunub.

Qeyd edək ki, 2018-ci ilin avqustunda şirkət “vacib müştəriyə” Orbiter 1K pilotsuz uçan aparat ixrac etmək lisenziyasından məhrum edilib.

İsrail mətbu orqanı onu da qeyd edib ki, Azərbaycan 2016-ci ilin aprel döyüşlərində İsrail istehsalı olan “Harop” kamikadze dronlarından istifadə edib. Həmin döyüşlərdə bu kamikadze dronun sayəsində bir əməliyyatda 7 erməni hərbçisi məhv edilmişdi.

“Maariv” mətbu orqanının yazdığına görə, Azərbaycan İsrail istehsalı olan Orbiter 1K kamikadze-dronları ilə maraqlanıb və bununla bağlı ADS şirkətinə müraciət edib.

Xəbər lenti