![]() |
|
Azərbaycan Prezidenti qəbul etdiyi strateji, sosial qərarla vətəndaşlarımızın dövlətdən gözləntilərini artıqlaması ilə yerinə yetirdi.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. O qeyd edib ki, əslində Azərbaycan Prezidenti yanında sosial problemlərin həllilə bağlı keçirilən müşavirədəki anonsdan sonra belə bir qərarın qəbul ediləcəyi gözlənilən idi:
“Azərbaycan cəmiyyəti də belə bir qərarı gözləyirdi. Şübhəsiz ki, bu, mürəkkəb yanaşma tələb edən ciddi bir məsələ idi. Problemli kreditlər 1 milyard dollardan çox bir məbləği əhatə edirdi. Onun həll olunması üçün optimal variant tapmaq lazım idi. İmzalanan fərmanla aydın olur ki, vətəndaşlara dəyən az qala bütün zərərin ödənlməsilə bağlı qərar qəbul edilib. Dövlət problemin həlli ilə bağlı məsuliyyətin və maliyyə vəsaitinin böyük hissəsini öz üzərinə götürüb. İki dövr və mərhələdə alınan kreditləri əhatə edən qərar bütövlükdə problemli kreditlərin hamısının həllinə töhfə verəcək. Birinci dövr 2015-ci ilin fevralın 21-nə qədər olan dövrdə götürülən kreditlərin həlli ilə bağlıdır. İkinci dövr isə 2015-ci ilin fevralın 22-dən dekabrın 21-nə qədər olan dövrdə vətəndaşların götürdüyü kreditlərlə bağlıdır. Maksimal hədd 10 min dollar, 17 min manat səviyyəsində müəyyənləşdirilib ki, bu da əslində vətəndaşların gözləntilərindən də çoxdur. Çünki 3-5 min dolları əhatə edəcək məbləğlə bağlı belə bir fərmanın veriləcəyi gözləntisi var idi. Amma cənab Prezident verdiyi fərmanla 10 min dollara qədər olan problemli kreditlərə nöqtə qoydu”.
Millət vəkili bildirib ki, bu, təkcə problemli kreditlərin həlli məsələsinə dövlətin verdiyi töhfə deyil, eyni zamanda, ölkənin bank sistemi və vətəndaşların kreditlərlə bağlı bundan sonrakı fəaliyyətlərinə də stimul yaradan bir fərmandır:
“Bu prosesdən həm vətəndaş, həm də banklar qazanır. Atılan bu addımı banklarla vətəndaşlar arasında qarşılıqlı etimadın bərpa olunması kimi də qiymətləndirmək olar. Vətəndaşlarımız bir daha hiss etdi ki, Azərbaycan dövləti və Prezidenti daim onların yanındadır. Hər hansı bir fors-major situasiya yaranarsa, dövlət onların problemlərini həll etməyə qadirdir. Bunun üçün Azərbaycan Prezidentinin siyasi iradəsi var”.
Ermənistan hökumətinin prioritet hədəflərindən biri Qarabağın subyektivlik səviyyəsinin artırılması olmalıdır.
Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan dünən Tehranda erməni icması qarşısında çıxışı zamanı deyib.
“Azərbaycan prezidenti ilə görüşməliyik. Bu görüş gündəmsiz olacaq, onun əsas istiqaməti danışıq formatının müzakirəsinə yönələcək. Hələlik format ətrafında razılaşma yoxdur, kontaktlar rəsmi danışıqlar sayılmamalıdır”, – deyə o bildirib.
16:13
ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen İn Vyetnamın Hanoy şəhərində görüşüblər.
Axar.az xəbər verir ki, hər iki lider görüşdən əvvəl qısa açıqlamalar verib.
“261 gün sonra bir daha görüşməyə nail olduq. Bu 261 günlük müddət həqiqətən gərgin səylərə səhnə oldu. Eyni şəkildə səbirlə də səy göstərildi. Ancaq bu gün buradayıq. Uğurlu bir görüş olmasını ümid edirik”, - Kim Çen bildirib.
ABŞ Prezidenti Donald Tramp Kim Çenlə görüşdən əvvəl birinci sammitin çox uğurla keçdiyini xatırladıb.
“Ümid edirik ki, bu zirvə də eynilə uğurlu olacaq. Münasibətlər baxımından bir sıra uğurlu addımlar atılıb. Mətbuata da söylədim. Ölkənizin inanılmaz bir iqtisadi potensialı var. Möhtəşəm bir gələcəyiniz var, böyük bir lider olduğunuzu düşünürəm. Sizə yardım etmək üçün səbirsizliklə gözləyirik”, - Tramp bildirib.
Qeyd edək ki, Vyetnamın paytaxtı Hanoyda ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen İn arasında görüş başlayıb. Danışıqlar “Sofitel Legend Metropole” otelində keçirilir.
Ağ Evdən bildirilib ki, əvvəlcə iki ölkə lideri 20 dəqiqə təkbətək görüşəcək. Liderlərin görüşü sabah da davam edəcək.
ABŞ-ın Ermənistana təyin olunan yeni səfiri Lin Treysi İrəvana gəlib.
Axar.az xəbər verir ki, bu məlumat ABŞ-ın Ermənistandakı səfirliyinin Feysbuk səhifəsində yerləşdirilib.
Qeyd edək ki, Treysi ABŞ Dövlət Departamentində Rusiya və keçmiş SSRİ ölkələri ilə iş üzrə baş müşavir vəzifəsini tuturdu. Buna qədər Treysi ABŞ-ın Moskva, Aşqabad, Astanadakı səfirinin müavini olub.
O, həmçinin ABŞ Dövlət katibinin Mərkəz Asiya üzrə köməkçisinin müavini vəzifəsini daşıyıb.
ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun üzvü, Şimali Karolina ştatını təmsil edən respublikaçı Virciniya Foks Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı bəyanatla çıxış edib.
Axar.az xəbər verir ki, Konqres üzvü bəyanatında Xocalı şəhərini və həmin faciəli günlərdə həlak olmuş Xocalı sakinlərinin xatirəsini anaraq Azərbaycan xalqının kədərinə qoşulduğunu bildirib və dərin hüznlə başsağlığı verib.
Virciniya Foks 1992-ci il fevralın 25-dən 26-na keçən gecə qadın və uşaqlar daxil olmaqla Xocalıda 613 nəfər azərbaycanlının qətlə yetirildiyini vurğulayıb.
Konqres üzvü, həmçinin Azərbaycan hökumətinin ABŞ-ın dəyərli tərəfdaşı olduğunu bildirərək regionda Amerikanın əsas müdafiəçisi kimi çıxış etdiyini qeyd edib.
Sonda Konqres üzvü Xocalı faciəsində həyatını itirmiş insanları yad edərək Azərbaycan xalqına dərin ehtiramını bildirib.
Azərbaycan bütün dünyada insan hüquqlarının təşviqi və qorunması üçün çoxtərəfli institutların vacibliyinə inanır. Bu səbəbdən, Azərbaycan əməkdaşlıq və həqiqi dialoq vasitəsilə bütün insan hüquqlarının təşviq edilməsinə və qorunmasına cavabdeh olan BMT-nin İnsan Hüquqları Şurasına əhəmiyyət verir.
Axar.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının 40-cı sessiyasında çıxış edərkən deyib.
Nazir bildirib ki, Azərbaycan Şurada müşahidəçi olaraq onun işinə fəal şəkildə töhfə verir. Şuranın 37-ci sessiyasında Azərbaycan Gürcüstan, Keniya, Tailand və Türkiyə ilə birlikdə Şura tərəfindən yekdilliklə qəbul edilmiş şəffaf, hesabatlı və səmərəli ictimai xidmətlərin təqdim edilməsi yolu ilə dayanıqlı inkişaf məqsədlərinin və insan hüquqlarının təşviqi ilə bağlı 92 dövlətin həmmüəllif olduğu qətnamə layihəsini irəli sürdü. Bu il insan hüquqları üzrə ali komissarın ofisi ilə birlikdə Azərbaycan yuxarıda qeyd olunan qətnamədə təşviq edilən ictimai xidmətlərin səmərəli modellərinə malik ölkələrin digər üzv dövlətlərlə ən yaxşı təcrübələrini bölüşə biləcəyi növbəti beynəlxalq konfransa ev sahibliyi edəcək. Azərbaycan 2018-ci ilin mart ayında qəbul edilmiş insan hüquqlarının qorunması və təşviqi və dayanıqlı inkişaf üzrə 2030-cu il gündəliyinin icrası ilə bağlı İnsan Hüquqları Şurasının 37/24 saylı qətnaməsinin özək qrupu arasında olub. Şuranın 38-ci sessiyası zamanı insan hüquqları üzrə ali komissarın rolunun artırılması ilə bağlı ölkəmiz tərəfindən irəli sürülmüş birgə bəyanat 125 üzv dövlətin dəstəyini qazanıb.
Azərbaycan hökuməti bütün insan hüquqlarından və fundamental azadlıqlardan vətəndaşlarımızın tam yararlanmasını təmin etmək üçün genişmiqyaslı proqramların həyata keçirilməsini davam etdirir. Bu xüsusda, ədliyyə sisteminin fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün əlavə qanunverici və struktur tədbirlərinə hədəfləmiş 2019-2023-cü illərdə ədliyyənin inkişafı ilə bağlı Dövlət Proqramının bu yaxınlarda qəbul edilməsini vurğulamaq yerinə düşər.
Nazir deyib ki, Azərbaycan iqtisadi, mülki, mədəni, siyasi, sosial hüquqlar və inkişaf hüququ da daxil olmaqla bütün insan hüquqlarını əhatə edən dayanıqlı inkişaf üzrə 2030-cu il gündəliyinin icrasına tam sadiqdir. Azərbaycan bu ilin sonunda dayanıqlı inkişaf məqsədlərinin icrası ilə bağlı ikinci könüllü milli hesabatını təqdim edəcək. Ölkəmiz sosial təhlükəsizlik sistemini daha da inkişaf etdirdiyindən bu hesabat fiziki qabiliyyəti məhdud olan insanlar da daxil olmaqla bütün həssas qrupların hüquqlarına xüsusi əhəmiyyəti əks etdirəcək. Bu kontekstdə, biz BMT baş katibinin BMT-nin işinin bütün istiqamətlərinə əlilliyin daxil edilməsi üzrə sistem boyu fəaliyyət planının təşviq edilməsi qərarını alqışlayırıq.
E.Məmmədyarov vurğulayıb ki, Ermənistan ilə Azərbaycan arasında davam edən silahlı münaqişə beynəlxalq və regional sülhə, təhlükəsizliyə, insan hüquqlarına, inkişafa hələ də əsas təhdid olaraq qalmaqdadır. Bu gün Azərbaycan bu münaqişənin qəddar səhifələrindən birinin – 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı olmaqla ölkəmizin Dağlıq Qarabağ bölgəsinin kiçik şəhərinin 613 sakininin 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən qətlə yetirildiyi, Ermənistan tərəfindən törədilən Xocalı soyqırımının 27-ci ildönümünü qeyd edir. Qonşu Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal altındadır. Etnik təmizləməyə məruz qalmış bir milyondan çox azərbaycanlı öz doğma yurd-yuvalarından zorla didərgin salınaraq məcburi köçkün vəziyyətində qalmaqdadır və bu, 10 milyon əhalisi olan bir ölkədə adambaşı hesablamalara görə dünyada ən çox məcburi köçkün və qaçqının olduğu bir ölkədir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiqləyən və erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını qəti şəkildə tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri və bir çox digər beynəlxalq təşkilatların müvafiq sənədlərinə məhəl qoymayaraq Azərbaycan ərazilərinin işğalını davam etdirir.
“Məhz bu kontekstdə mən BMT İnsan Hüquqları Şurasını, onun mandat sahiblərini və BMT-nin insan hüquqları üzrə ali komissarını 20 ildən çoxdur ki, hüquqları pozulan azərbaycanlı məcburi köçkün və qaçqınların insan hüquqlarının bərpası və ədalətin aliliyinin təmin edilməsi üçün səmərəli tədbirlər və prinsipial mövqe nümayiş etdirməyə çağırıram”, - deyə nazir bildirib.
Hər 24 apreldə müasirlik uğrunda hamımız erməniyik deyərək, özünü Qərb dünyasına qəbul etdirməyə çalışanlara inad olaraq deyirik ki, hamımız türkük.
Axar.az xəbər verir ki, bu sözləri Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı danışan Türkiyə Vəkillər Assosiasiyasının rəhbəri Mətin Feyzioğlu deyib.
Türkiyə Vəkillər Assosiasiyasında keçirilən Xocalı soyqırımı ilə bağlı simpoziumda çıxış edən Mətin Feyzioğlu soyqırımın Ermənistanın dövlət siyasəti olduğunu vurğulayıb:
"Xocalıda daşnak dəstələri tərəfindən törədilən qırğın müəyyən bir milli etnik, irqi və ya dini qrupun qismən və ya tamamilə aradan qaldırılması məqsədilə işlənən cinayətdir. Xülasə, bu bir soyqırımdır. Bu işğal və qırğın tək bir akt deyil, Ermənistanın mənimsədiyi bir dövlət siyasətidir".
Qafqaz Tarixi İnstitutunun direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Hüquqları İnstitutunun baş elmi işçisi Rizvan Hüseynov Axar.az-a Azərbaycan ərazisinə dair faktların yer aldığı bir sıra rus mənbələrindən tarixi faktları təqdim edib.
Azərbaycan ərazilərinə dair faktlar Rusiya və Osmanlı imperiyaları arasındakı razılaşmalarda göstərilib.
Tarixi çıxarış...
İmperator I Pyotr, 12 iyun 1724-cü il:
“Osmanlı İmperiyası ilə rus səfir Neplyuyev və böyük vəzir İbrahim paşa arasında fransız səfiri Markiz de Bonakın vasitəçiliyi ilə fars məsələlərində qarşılıqlı razılığa dair traktat:
1. Xəzər sahilində Astrabada qədər alınmış vilayət və şəhərlər Rusiyada qalır.
2. Şirvan vilayəti və Şamaxı şəhəri Arazın Kürlə birləşiyi yerə qədər Osmanlı İmperiyasına aiddir. Burada üçtərəfli –rus, fars, türk sərhədi mövcud olacaq.
3. Ərdəbildən Təbrizə atla bir saat məsafədə Ərdəbil İranda qalır, Təbriz, Ardabad, Təbriz gölü, Mərənd, Marağa, Urmiya, Qum, Salmas, Qarabağ, Gəncə, İrəvan, Naxçıvan və digər Azərbaycan bölgələri Osmanlı İmperiyasında qalır. Kirmanşah türklərlə farslar arasında sərhəd olur.
4. Traktatın bütün şərtləri yerinə yetirilənə qədər Şah Təhmasib tanınmır.
5. Müqavimət göstərəcəyi halda, ümumi razılıqla yeni şah seçilir və şahın yerinə gətirilir.
Qafqaz tarixçisi, Rusiya-İran müharibəsinin iştirakçısı Semen Mixayloviç Bronevski (1763-1830) yazır:
“Gürcüstana gedən yolun üzərindəki İrəvan xanlığı Ağa Məhəmməd xanın hakimiyyətinə təslim olub. General Qudoviç artıq ona Rusiya hakimiyyətinin tabeliyində olan çar İraklinin mülkiyyətinə toxunmaması barədə xəbərdarlıq edib. Ancaq bu yırtıcı Kartaliniyə hücum etdi, paytaxt Tiflisi aldı və hər şeyi qılıncdan keçirib, yandırdı. Daha sonra Gəncədən Rusiyanın himayəsində olan Şirvan və Dağıstan bölgəsi xanlarının tabe edilməsi üçün hücuma keçdi. Bütün Azərbaycanda onun hakimiyyətinə tabe olmayan yalnız Şuşa xanı İbrahim qaldı”.
Hətta təqdim etdiyimiz materiallardan da bir daha aydın olur ki, Rusiya arxivlərində, Qafqazda Rusiya hakimiyyətinin başladığı vaxtlarda da Azərbaycanın ərazisi hazırkı Ermənistan, Gürcüstanın bir hissəsi, Dağıstan, İranın şimal vilayətləri və hazırkı Azərbaycan Respublikasını əhatə edib.
Daxili işlər orqanlarında yeni təyinat olub.
Report xəbər verir ki, Daxili İşlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə Zəngilan Rayon Polis Şöbəsinin rəisi polis polkovnik-leytenantı Ənvər Həsənov vəzifəsindən azad olunaraq Ağcabədi Rayon Polis Şöbəsinin rəisi təyin edilib.
“İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd əl-Useymin 1992-ci il fevralın 26-da erməni silahlıları tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilən soyqırımın 27-ci ildönümü ilə əlaqədar faciədə həyatını itirmiş şəxslərin xatirəsini yad edib”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İslam Əməkdaşlıq Təşkilatının bəyanatında bildirilir.
Baş katib qeyd edib ki, Xocalı faciəsi Ermənistan tərəfindən Azərbaycan ərazilərinin qeyri-qanuni işğalının nəticəsidir. O, işğal olunan Azərbaycan ərazilərində mülki azərbaycanlı əhaliyə qarşı törədilən hərəkətləri müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırım kimi dəyərləndirən İslam sammitinin 12-ci iclasının Qahirə Yekun Kommünikesinə və İƏT Xarici İşlər Nazirləri Şurasının əvvəlki sessiyalarında qəbul edilən qətnamələrə istinad edib.
Daha sonra baş katib Azərbaycanın ərazilərinin işğalına son qoyulması və ərazi bütövlüyünün bərpası istiqamətində təşəbbüslərinə və səylərinə İƏT-in tam dəstəyini ifadə edib.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücuma keçmiş, bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq oraya zirehli texnika yeritmiş, şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutmuşlar. Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülmüş, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər isə girov götürülmüşdür.
Xocalı soyqırımını törətməklə Ermənistan Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirmiş, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal etmişdir. Bunun nəticəsində 20 min soydaşımızın həyatına son qoyulmuş, 50 mindən çox insan yaralanmış və əlil olmuş, torpaqlarımızın 20 faizi işğala məruz qalmışdır. Dünya tarixinin ən qanlı faciələrindən biri sayılan Xocalı soyqırımı XX əsrdə erməni şovinizminin mahiyyətini aşkara çıxaran təkzibolunmaz tarixi gerçəklikdir.