Hərbi təhsil sisteminin müəyyən sahələrinin inkişafina yardım üzrə NATO-nun “Müdafiə təhsilinin genişləndirilməsi” proqramına əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasında Alyansın ekspert qrupu ilə işçi görüşü keçirilir.
Məhəmmədəmin Rəsulzadənin barelyefinin oğurlanması onun 130 illik yubileyini xüsusi sərəncamla dövlət tədbiri kimi keçirmiş ölkə Prezidentinin siyasi iradəsinə qarşı olan bir davranış sayılmalıdır.
Dağlıq Qarabağ münaqişəsi İrəvan və Bakının iradəsi ilə və ATƏT-in Minsk qrupu həmsədrlərinin timsalında beynəlxalq ictimaiyyətin dəstəyi ilə tamamilə həll oluna bilər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqerinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Ölkəmizdə politologiya elminin inkişafı, analitik mərkəzlərin yaradılması və dövlət tərəfindən dəstəklənməsi fikri vaxtaşırı olaraq ekspertlər, ziyalılar tərəfindən səslənir və bununla bağlı təkliflər irəli sürülür.